Məhkəmə qərarları › İş №e-2(006)-2819/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2819/2025

01.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2819/2025 01.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və qeyrilərinin nümayəndəsi və vəkili Vəkil1, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (üçüncü şəxs qismində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi cəlb edilməklə) “öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “ünvan 1 ünvanda inşa edilmiş yaşayış binasının istismarına icazə üçün zəruri olan Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 102-ci maddəsində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli Qərarında və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində nəzərdə tutulan sənədlərin əldə edilməsi vəzifəsinin və həmin binanın istismarına icazə üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmək vəzifəsinin Cavabdehin üzərinə qoyulması, cavabdeh "xxxx" MMC-yə İddiaçılardan mənzil kommunal xidmətlərin göstərilməsi, binanın saxlanma xərcləri adı altında haqq tələb etməyin qadağan edilməsi, iddiaçılar və digər bina sakinləri tərəfindən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılana qədər Bakı ş, Xətai rayonu, Natiq Əliyev küç. 10 ünvanda inşa edilmiş yaşayış binasının idarə edilməsinin cavabdeh "xxxx" MMC-yə qadağan edilməsi, sözügedən binanın (o cümlədən, birdən artıq sahəyə xidmət göstərən obyektlərin, mühafizə otağının, komendant otağı, binanın həyətinə və yeraltı dayanacağa giriş şlaqbaumlarının, qazanxananın və binaya xidmət göstərən digər qurğu, avadanlıq, lift, transformator, nasosxana) idarəetməsinin bina sakinlərinə verilməsi vəzifəsinin Cavabdeh "xxxx" MMCnin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 №44/18, xx.xx.2018 tarixli alqı-satqı müqaviləsi, İddiaçı6 №23A/18, xx.xx.2022 tarixli alqı-satqı müqaviləsi və №18/18, xx.xx.2018 tarixli alqısatqı müqaviləsi, İddiaçı4 №96/19, xx.xx.2019 tarixli mənzilin alqısatqı müqaviləsi, İddiaçı3 xx.xx.2019 tarixli, №108/19 alqı-satqı müqaviləsi, İddiaçı5 №56/18, xx.xx.2018 tarixli alqı-satqı müqaviləsi, İddiaçı7 №54/18, xx.xx.2018 tarixli alqısatqı müqaviləsi, iddiaçı X6 qızı №001-A/18, xx.xx.2018 tarixli alqı-satqı müqaviləsi əsasında cavabdeh «ünvan 3 ünvanda inşa edilmiş yaşayış kompleksinin 1 nömrəli binasında yerləşən və müqavilələr üzrə müxtəlif sahələrə malik mənzilləri satın almışdırlar. İddiaçılar tərəfindən Cavabdehə mənzillər üzrə dəyər tam şəkildə ödənmişdir və cavabdeh tərəfindən iddiaçılara borc olmadığına dair maliyyə arayışı təqdim edilmişdir. Sözügedən binanın tikintisinin 2019-cu ildə başa çatmasına və bina üzrə mənzillərin cavabdeh tərəfindən müqavilələr əsasında satılmasına və mənzillərdə tam şəkildə məskunlaşma olmasına baxmayaraq, bu günə kimi cavabdeh tərəfindən tikinti obyektinin istismarına icazə sənədinin əldə edilməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət ünvanlanmamışdır. Tikinti başa çatan vaxtdan bu günə kimi keçən 6 il ərzində cavabdeh müəssisənin faktiki sahibi və rəhbəri Fəqan Təhməzov iddiaçılara və digər sakinlərə yalan vədlər vermiş, vaxtaşırı olaraq iddiaçıları və digər sakinləri gah binanın tikinti sənədlərinin X19 Xidmətində (DYNX), gah Tikintidə X5 Agentliyində (TTNDA), gah Dövlət Şəhərsalma və Arxitektura Komitəsində (ARXKOM) olduğunu bildirərək qısa zamanda istismara icazə sənədinin əldə olunacağını bildirərək iddiaçıları və digər sakinləri aldatmışdır. Verilən vədlərin, açıqlanan məlumatların yalan olması iddiaçıların müvafiq dövlət qurumlarına verdiyi sorğularla aşkara çıxmışdır. Belə ki, DYNX-nın xx.xx.2024-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, cavabdeh tərəfindən sözügedən binanın yanğın təhlükəsizliyinə cavab verməsi haqqında aktın verilməsi ilə bağlı FHN DYNX-yə heç bir müraciət daxil olmamışdır. ARXKOM-dan verilmiş xx.xx.2024 tarixli cavab məktubu ilə bildirilir ki, sözügedən ünvanda inşa edilmiş binanın istismarına icazə verilməsi üçün tikinti obyektinin sifarişçisi tərəfindən heç bir müraciət ünvanlanmamışdır. Araşdırmaları nəticəsində o da məlum olmuşdur ki, cavabdeh nəinki istismara icazə sənədi, heç istismara hazırlıq aktını belə əldə etməmişdir, çünki FHN TTNDA-dan sorğlarına verilmiş xx.xx.2024 tarixli cavab məktubunda qeyd edilir ki, cavabdeh tərəfindən yaşayış binasına istismara hazırlıq aktının verilməsi ilə bağlı müraciət edilməmişdir. Yuxarıda salanan sübutlar ona dəlalət edir ki, cavabdehin faktiki sahibi və rəhbəri Fəqan Təhməzov və birbaşa olaraq cavabdeh şirkət 6 il ərzində yaşayış binasının sənədləşməsi, istismarına icazə əldə edilməsi, dövlət qeydiyyatı üzrə heç bir addım atmamışdır. Bütün bu proseslər zamanı cavabdehin binanın istismarına icazə əldə etməkdən yayınmasının səbəbi və bu hərəkətsizliklərin arxasında dayanan məqsəd iddiaçılara aydın şəkildə məlum olmuşdur. Belə ki, cavabdehin istismara icazə sənədini əldə etməkdən yayınmasına səbəb mənzil mülkiyyətçilərinin gələcəkdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə edərək binanı birgə idarə etmək üçün mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaratmasının qarşısını almaq, bununla da hər ay sakinlərdən qanunsuz olaraq binanın saxlanması adı ilə külli miqdarda ödənişləri toplamağa davam etməkdir. Çünki cavabdeh binanın istismarına icazə sənədini əldə etdikdən sonra iddiaçılar və digər sakinlər daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı əldə edəcəklər. Ardınca isə qanunla mənzil mülkiyyətçisi hesab olunduqları üçün mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaratmaq hüququna malik olacaqlar. Cavabdeh isə sakinlərdən yığılan pullarla bina ilə əlaqəsi olmayan işçi heyətinin əmək haqlarını qarşılamaqdadır, bu vəsaitdən binanın saxlanması üçün heç bir vəsait sərf olunmur, iddiaçılar və digər sakinlərin bütün bunlardan məlumatlı olduqlarını bilən və eyni zamanda öz fəaliyyətsizliyindən xəbərdar olan cavabdeh vaxtaşırı əldə etdiyi bu qanunsuz və əsassız vəsaitdən vaz keçmək istəmir. Yığılan vəsaitlərin qanunsuz olmasına digər səbəb isə, sakinlərlə bağlanan Mənzil kommunal xidmətlərinin göstərilməsinə dair müqavilədir ki, onun 4.1-ci maddəsinə əsasən, müqavilə 1 illik bağlanır və reallıq bundan ibarətdir ki, müddət bitdikdən sonra sakinlərlə yeni müqavilə bağlanmamış, əvvəlkinin müddəti uzadılmamışdır. Tərəflər arasında rəsmi müqavilə olmadığı üçün hansısa ödənişlərin tələb edilməsi qanunsuzdur. İddiaçılar İddiaçı1 və qeyrilərinin nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə dəqiqləşmə ərizəsi ilə müraciət edərək, cavabdeh “ünvan 4 ünvanda inşa edilmiş yaşayış binasının istismarına icazə üçün zəruri olan, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 102-ci maddəsində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli Qərarında və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində nəzərdə tutulan sənədlərin əldə edilməsi vəzifəsinin və həmin binanın istismarına icazə üçün Bakı şəhərinin Xətai rayon İcra Hakimiyyətinə müraciət etmək vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və qeyrilərinin nümayəndəsi və vəkili Vəkil1 izahat verərək, iddianın tam təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - xx.xx.2018-ci il tarixli 74/18 nömrəli “mənzilin alqı-satqı” müqaviləsinin surətindən görünür ki, satıcı “ünvan 5 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış kompleksinin 2ci girişində (blok), 15-ci mərtəbədə, 5 otaqlı, ümumi sahəsi 225 kv.m olan mənzili “Alıcı” Məmmədov ldırım Oruc oğluna satmağı, “Alıcı” isə bu müqavilə ilə müəyyən olunmuş qaydada “Tərəflər” arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) ödəməyi, “Satıcı” satdığı mənzilləri binanın bünövrəsi (kotlavan) qoyulduğu andan bu Müqavilə ilə müəyyən olunmuş müddətdə “Alıcı”ya təhvil verməyi, “Alıcı” isə bu Müqavilə ilə müəyyən olunmuş müddətdə mənzili qəbul edib mənzilin “Tərəflər” arasında razılaşdırılmış dəyərini Müqaviləyə edilmiş ödəniş cədvəli üzrə və ya birdəfəlik ödəniş formasında ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci maddəsinə əsasən mənzilin dəyəri 337.500 manat məbləğində müəyyən olunur. - X8 verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, onun, həqiqətən, 19 noyabr 2018-ci il tarixli 74/18 saylı Müqaviləyə əsasən, ünvan 6 ünvanda yerləşən yüksəkmərtəbəli yaşayış evinin, 2-ci blok, 15-ci mərtəbə, sahəsi 225.05 m2 olan, 5 otaqlı 135 saylı mənzil üçün şirkətə borcu yoxdur. - xx.xx.2019-cu il tarixli 004A/17 nömrəli “mənzilin alqı-satqı” müqaviləsinin surətindən görünür ki, satıcı “ünvan 5 ünvanında müvafiq dövlət qurumlarının Sərəncamı əsasında müasir memarlıq üslubuna uyğun inşa etdiyi hündürmərtəbəli yaşayış kompleksinin 1-ci girişndə (blok), ümumi sahəsi 118.00 kv.metrdən ibarət, 8-ci mərtəbədə, 3 otaqlı mənzili “Alıcı” X1, “Alıcı” isə bu müqavilə ilə müəyyən olunmuş qaydada “Tərəflər” arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) ödəməyi, “Satıcı” satdığı mənzilləri binanın bünövrəsi (kotlavan) qoyulduğu andan bu Müqavilə ilə müəyyən olunmuş müddətdə “Alıcı”ya təhvil verməyi, “Alıcı” isə bu Müqavilə ilə müəyyən olunmuş müddətdə mənzili qəbul edib mənzilin “Tərəflər” arasında razılaşdırılmış dəyərini Müqaviləyə edilmiş ödəniş cədvəli üzrə və ya birdəfəlik ödəniş formasında ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci maddəsinə əsasən mənzilin dəyəri 118.000 manat məbləğində müəyyən olunur. - X3 verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, onun, həqiqətən, 03 sentyabr 2019-cu il tarixli 004A/17 saylı Mmüqaviləyə əsasən, ünvan 6 ünvanda yerləşən yüksəkmərtəbəli yaşayış evinin, 1-ci blok, 8-ci mərtəbə, sahəsi 118 kv.m olan, 3 otaqlı 37 saylı mənzil üçün şirkətə borcu yoxdur. - xx.xx.2017-ci il tarixli 006/17 nömrəli “mənzilin alqı-satqı” müqaviləsinin surətindən görünür ki, satıcı “ünvan 5 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış kompleksinin 1ci girişində (blok), ümumi sahəsi 118 kv.metrdən ibarət, 9-cu mərtəbədə, 3 otaqlı, 43 saylı mənzili “Alıcı” X2, “Alıcı” isə bu müqavilə ilə müəyyən olunmuş qaydada “Tərəflər” arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) ödəməyi, “Satıcı” satdığı mənzilləri binanın bünövrəsi (kotlavan) qoyulduğu andan bu Müqavilə ilə müəyyən olunmuş müddətdə “Alıcı”ya təhvil verməyi, “Alıcı” isə bu Müqavilə ilə müəyyən olunmuş müddətdə mənzili qəbul edib mənzilin “Tərəflər” arasında razılaşdırılmış dəyərini Müqaviləyə edilmiş ödəniş cədvəli üzrə və ya birdəfəlik ödəniş formasında ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci maddəsinə əsasən mənzilin dəyəri 118.000 manat məbləğində müəyyən olunur. - X9 verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, onun, həqiqətən, 26 avqust 2017-ci il tarixli 006/17 saylı müqaviləyə əsasən, ünvan 6 ünvanda yerləşən çoxmərtəbəli yaşayış evinin, 1-ci giriş, 9-cu mərtəbə, sahəsi 118 kv.m olan, 3 otaqlı 43 saylı mənzil üçün şirkətə borcu yoxdur. - xx.xx.2021-ci il tarixli 89A/19 nömrəli “mənzilin alqı-satqı” müqaviləsinin surətindən görünür ki, satıcı “ünvan 5 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış kompleksinin 2ci girişində (blok), ümumi sahəsi 74 kv.metrdən ibarət, 13-cü mərtəbədə, 2 otaqlı, 129 saylı mənzili “Alıcı” İddiaçı8 satmağı, “Alıcı” isə bu müqavilə ilə müəyyən olunmuş qaydada “Tərəflər” arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) ödəməyi, “Satıcı” satdığı mənzilləri binanın bünövrəsi (kotlavan) qoyulduğu andan bu Müqavilə ilə müəyyən olunmuş müddətdə “Alıcı”ya təhvil verməyi, “Alıcı” isə bu Müqavilə ilə müəyyən olunmuş müddətdə mənzili qəbul edib mənzilin “Tərəflər” arasında razılaşdırılmış dəyərini Müqaviləyə edilmiş ödəniş cədvəli üzrə və ya birdəfəlik ödəniş formasında ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci maddəsinə əsasən mənzilin dəyəri 114.700 manat məbləğində müəyyən olunur. - xx.xx.2021-ci il tarixli, Ö/004849 nömrəli İstismara hazırlıq aktından görünür ki, Xətai rayonu, N.Əliyev və F.Qəmbərov küçələrinin kəsişməsində 2 girişli, zirzəmili, 16 (+mansarda) mərtəbəli yaşayış binası Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 261 nömrəli sərəncamı əsasında bu akt, obyektdə tikinti-quraşdıma işlərinin: sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin müfəttişlik tərəfindən Dövlət nəzarətinin, müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyini təsdiq edir. - Respublika Gigiyena və Epidemiologiya mərkəzi tərəfindən hazırlanmış xx.xx.2017-ci il tarixli 04-22/7-49 nömrəli rəydən görünür ki, təqdim edilən layihə sənədlərinin ekspertiza nəticələrini nəzərə alaraq, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Bakı şəhəri Xətai rayonu Natiq Əliyev və Firuz Qəmbərov küçələrinin kəsişməsində tikintisi nəzərdə tutulan "xxxx" MMC-yə məxsus çoxmərtəbəli yaşayış binasının işçi layihəsini “Sanitariyaepidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinə əsasən razılaşır. Tikinti işləri Azərbaycan Respublikasının mövcud sanitariya qanunvericiliyinə uyğun həyata keçirilməli və obyekt layihədə nəzərdə tutulmuş təyinatı üzrə istifadə edilməlidir. - Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, ER-15/228 nömrəli ekoloji ekspertiza rəyindən görünür ki, "xxxx" MMC xx.xx.2016-cı il tarixdə vergi ödəyicisi qismində Bakı şəhəri Vergiler Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən qeydiyyata alınmışdır (VÖEN **********). Yeni yaşayış binalarının tikintisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 nömrəli Qərarına əsasən nəzərdə tutulmuş tədbirlərlə əlaqədar həyata keçirilir. Bakı Şəhər Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016cı il tarixli 368 nömrəli Sərəncamına əsasən ünvan 7 ünvanda, mövcud yaşayış və qeyriyaşayış tikililəri sökülərək yerində, çoxmərtəbəli yaşayış binaları və qeyri-yaşayış obyektləri tikintisinin layihələndirilməsi məqsədilə torpaq sahəsinin "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Xətai Rayonu İcra Hakimiyyəti tərəfindən xx.xx.2017-ci il tarixli razılaşdırılmış Ayrıca Aktına əsasən, çoxmərtəbəli yaşayış binasının tikintisi üçün 0,2472 ha torpaq sahəsi ayrılmışdır. Tikinti üçün ayrılmış ərazi əvvəllər yaşayış və qeyri-yaşayış məqsədləri üçün istifadə olunmuş, sahədə sökülməsi nəzərdə tutulmuş tikililər mövcuddur. Ərazidə qismən məhəllədaxili yaşıllıqlar vardır. Ərazidə nəzərdə tutulmuş tikinti işlərinin layihə sənədləri "xxxx" MMC-nin layihə tapşırığı əsasında "xxxx" MMC tərəfindən hazırlanmış və Xətai Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmışdır. Təqdim olunmuş layihə sənədlərinə əsasən hazırki mərhələdə ərazidə Baş Plan üzrə planda kənar oxlarının ölçüləri 48,3m x 29,6m x 18,0m olan 2 girişli 16 mərtəbəli (+mansarda, 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi, 4.20m səviyyəsində zirzəmi mərtəbəsi yeraltı avtodayanacaq) yaşayış binası inşa olunacaq ərazidə abadlaşdırma və yaşıllaşdırma işləri aparılacaqdır. Tikinti işləri əsasən yerli inşaat materiallarından istifadə olunmaqla monolit dəmir-beton konstruksiya əsasında yerinə yetiriləcəkdir. Binanın fasad hissələri ətraf mühitin təsirlərinə qarşı davamlı boya ilə rənglənəcəkdir. İnşaat işləri zamanı ətraf mühitə olan təsirlər ərazidə olan mövcud tikililarin sökülməsi, bünövrə qazıntısı işləri və tikintinin davam etmə müddəti ərzində baş verəcəkdir. Qeyd olunan işərin icrası müddətində ətraf mühitin əsasən qeyri-üzvi tozlarla, nəqliyyat vasitələrinin yanma qazları və qaynaq prosesinin tullantıları ilə çirkləndirilməsi halları baş verəcəkdir. Nəzərdə tutulmuş tikinti işləri fasilələrlə və ardıcıl suratda həyata keçirildiyindən tullantılar yol verilə bilən orta sutkalıq hədlər daxilində olmaqla lokal xarakterli olacaqdır Mövcud tikilinin sökülməsi zamanı qısa müddətdə maksimal birdəfəlik tullantı hallan istisna olmaqla), Tikinti nəzərdə tutulmuş ərazi şəhərdaxili mənimsənilmiş sahə olduğundan ərazidə vəhəmsərhəd sahədə həssas ekoloji obyektler mövcud deyildir. Eyni zamanda ərazidə inşaat işləri ilə əlaqədar ətraf landşaftın qismən korlanması hallan baş verəcəkdir Ərazidə mühəndisi-geoloji axtarış işləri "xxxx" MMC tərəfindən aparılmışdır. Sahənin geoloji şeraiti öyrənilmək məqsədilə ərazidə dariniklari 25.0 m olan 7 ədəd geoloji quyular qazılmışdır. Sahənin əsas MGE mexaniki-fiziki xassələrinə görə İİ sinfə aiddir Hesabat "Azərdövlətlayihə İnstitutu Mühəndisi-Geoloji Mərkəzinin xx.xx.2016-ci İİ tarixli 06-10209 nömrəli rəyi əsasında məqbul hesab olunmuşdur. Zəlzələ təhlükəsizliyinə görə sahənin hesabı seysmikliyi 8 bal qəbul edilmişdir. Binaların su təchizatı və əmələ gələcək məişət təsərrüfat çirkab sulanının axıdılması üzrə mövcud şəbəkələrə birləşdirilməklə yerinə yetiriləcəkdir. Ərazi Ekologiya və Təbii Sərvətlər Nazirliyi qeyd olunanları nəzərə alaraq təqdim olunmuş sənədlərə ekoloji baxımdan aşağıdakı şərtlər daxilində etirazı olmadığını bildirir. inşaat işlərinə başlamazdan əvvəl sahənin tam hasarlanaraq sanitar ekoloji mühafizəsinin təmin olunması; layihəyə əsasən ərazidə yerləşən və tikinti altına düşməsi zəruri olan məhəllədaxili yaşıllıqların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 321 saylı qəran ilə təsdiq olunmuş "Yaşıllıqların götürülməsi qaydası"nın tələblərinə müvafiq olaraq müraciət əsasında ETSN-nin rəyi alınmaqla rayon İcra Hakimiyyəti tərəfindən qəbul olunacaq qərar əsasında (yaşıllıqların götürülməsi vərəqini almaqla) götürülməsinin təmin olunması; ərazidə mövcud olan tikintilərin sökülməsi, bünövrə qazıntıları zamanı əmələ gələn tikinti tullantılarının və artıq qruntun aidiyyəti icra orqanlarının razılığına əsasən müəyyən olunmuş ərazilərə daşınılması; inşaat işləri müddətində tikinti norma və qaydalarına ciddi riayət edilməsi. vətəndaşların təhlükəsiz gediş-gəlişlərinin təmin olunması; ərazidən və yaxınlığdan keçən kommunikasiya xətlərinin mühafizə zonası tələblərinə ciddi riayət edilməsi, zərurrət yarandıqda qanunvericiliyə müvafiq qaydada yerdəyişdirlməsinin təmin olunması: tikinti müddətində sanitar-ekoloji tələblərin təmin olunması üçün xüsusi qoruyucu tədbirlərin nəzərdə tutulması, ətraf mühitin çirkləndirilməsi hallarının qarşısının alınması, səs-küy və vibrasiya normalarına riayət olunması üçün zəruri tədbirlərin həyata keçirilməsi, binanın xarici kommunikasiya xətləri (su və kanalizasiya) birləşmələrinin aidiyyəti icra orqanlarının texniki şərtləri əsasında, onların nümayəndələrinin iştirakı ilə yerinə yetirilməsi; inşaat işləri başa çatdıqdan sonra ərazidə yaşıllaşdırma və abadlaşdırma işlərinin aparılması. - Xətai Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 261 nömrəli sərəncamından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmış planlaşdırma layihəsinə uyğun olaraq, "xxxx" MMC-yə Natiq Əliyev 10 ünvanda yerləşən şəhərin ümumi görünüşünə xələl gətirən, mövcud şəhərsalma normalarına cavab verməyən qəzalı binaların sökülərək, yerində 1 ədəd 2 girişli çoxmərtəbəli yaşayış binalarının tikintisinə icazə verilməsi, layihələndirmə işləri başa çatdıqdan sonra işçi layihəsi tam həcmdə rayon memarı ilə razılaşdırılması, sahənin sanitar vəziyyətinə nəzarət edilməsi, tikinti işləri aparılarkən layihədə göstərilməyən mühəndis-kommunikasiyaları aşkar edildikdə onların sahədən köçürülməsi aidiyyatı təşkilatlarla razılaşdırılmaqla, sifarişçinin vəsaiti hesabına yerinə yetirilməsi, sərəncamın surəti Rayon Polis İdarəsinin GEM-na, Yanğından Mühafizə İdarəsinə, rayon İcra Hakimiyyətinin Memarına və "xxxx" MMC-yə göndərilməsi, sərəncamın icrasına nəzarət rayon İcra Hakimiyyətinin Memarına həvalə olunması qərara alınmışdır. - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2016-cı il tarixli xx/xx-1194 nömrəli məktubundan görünür ki, təqdim olunmuş ərazi planlaşdırması Komitə tərəfindən razılaşdırılır. Layihə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti orqanlar ilə razılaşdırılmalıdır. - Bakı şəhəri Gigiyena və Epidemiologiya Mərkəzinin "xxxx" MMC-nin direktoru X4 ünvanladığı xx.xx.2020-ci il tarixli 11-13/346-17 nömrəli məktubun surətindən görünür ki, "xxxx" MMC-yə məxsus yaşayış binalarını içməli su ilə təmin edən Xətai rayonu, N.Əliyev küçəsi 10 ünvanındakı, tutumu 150 m3olan su anbarının. Xətai Sukanal idarəsi tərəfindən yuyulub dezinfeksiya olunmasından sonra tərəflərindən götürülmüş su nümunələrinin loborator müayinələrinin nəticələri qüvvədə olan “içməli su” 2874-82 DÜST-ə uyğun olmuşdur. - Xətai rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin həkimi Vahid Cabarov, Xətai sukanal idarəsinin mühəndisi Ələmdar Fərhadov, "xxxx" MMC-nin direktoru Bayramov Seymurun iştirakı ilə xx.xx.2020-ci il tarixədək ümumşəhər məhəllədaxili su anbarının, su kəmərinin yuyulması və dezinfeksiyası aparılmışdır. Anbarın (su kəmərinin) həcmi 150 m3-dur və ya dezinfeksiya olunmuş ümumi sahəsi 176 m2-dir. Sahənin dezinfeksiyası sərf olunan 10% işçi məhlulun miqdarı 88 litrdir. Bunun üçün işlədilmiş xlorlu əhəng maddəsinin miqdarı 8.8 kq-dır. Sutkalıq təmas müddətindən sonra anbar yuyulub təmiz su ilə doldurulmuşdur. Təmiz sudan tam kimyəvi və bakteroloji laborator müayinələr üçün nümunə götürülmüşdür. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi tərəfindən “Rafiq Həsənov və Partnyorları” vəkil bürosunun müdiri Rafiq Həsənova ünvanlanmış məktubdan görünür ki, adı gedən MMC tərəfindən inşa edilmiş yaşayış binasına “İstismara hazırlıq aktı”nın verilməsi ilə bağlı Agentliyə müraciət daxil olmamışdır. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz görülməsi və X13 Agentliyi tərəfindən verilmiş təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatından keçirilməsi barədə xx.xx.2024-cü il tarixli A-15805-01 nömrəli çıxarışdan görünür ki, 1 ədəd sərnişin lifti (yük/q 630 kq) xx.xx.2024-cü il tarixdə A-15805 nömrə ilə və 1 ədəd sərnişin lifti (yük/q 1000 kq) xx.xx.2024-cü il tarixdə A-15805-02 nömrə ilə qeydiyyatdan keçib. - xx.xx.2020-ci il tarixli “Liftin texniki hazırlıq aktı”ndan görünür ki, lifti quraşdıran müəssisənin nümayəndəsi "xxxx" MMC quraşdırma sahəsinin rəisi X10 ilə "xxxx" MMC-nin direktoru X11 həmin aktı tərtib edərək bildirirlər ki, Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev 10 ünvanında quraşdırılmış liftin baxışı, işçi vəziyyətinin yoxlaması və sınağı “Liftlərin quruluşu və təhlükəsiz istismarı qaydaları”nın tələblərinə uyğun olaraq yerinə yetirilmişdir. - İş materiallarına çoxmərtəbəli yaşayış binasının elektrik kabel xəttinin layihələşdirilməsinə dair göstərişlər, ünvan 12 ünvanında inşa olunmuş çoxmərtəbəli yaşayış binasının elektrik xəttinin çəkilməsi ilə əlaqədar Natiq Əliyev küçəsi boyu S.Orucov küçəsini kəsərək asfalt örtüyünün uzunluğu 150 p/m, eni 1 m məsafədə bərpa edilməsi üçün texniki şərt, Tikintilərin Dövlət Reyestrinin İnternet səhifəsindən çıxarış əlavə olunmuşdur. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139-1.1-ci və 139-1.1.6-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) əsas hesab olunur. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. - 113.1-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyriyaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. - 113.2-ci maddəsinə əsasən, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: Maddə 102. Tikinti obyektinin istismarına icazə verilməsi 102.1. Tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə verilməsi üçün müraciətə sifarişçi tərəfindən bu Məcəllənin 102.1-2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqdim edilmiş aşağıdakı sənədlər əlavə edilir: 102.1.1. tikinti sənədləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. 102.1-1. Reklam qurğularının istismarına icazə üçün müraciətə sifarişçi tikintiyə icazəni əlavə edir. 102.1-2. Bu Məcəllənin 102.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərin X7 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin X7 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir. 102.2. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. 102.8. Bu Məcəllənin 102.1-ci maddəsində nəzərdə tutulmuş tikinti sənədlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli Qərarından görünür ki,

1. Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 1.1. tikintiyə icazə; 1.2. xarici və daxili mühəndis-kommunikasiya təminatı sistemlərinin (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya) müvafiq təşkilatlar tərəfindən verilmiş istismara hazır olması barədə aktlar; 1.3. tikinti obyektinin ünvanı haqqında arayış; 1.4. liftlərin istismara qəbulu aktı; 1.5. kommunikasiya xətlərinin icra cizgilərinin qəbulu haqqında yerli icra hakimiyyətinin, Azərbaycan Respublikası Mənzil X12 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həmin Agentliyin arayışı; 1.6. tikinti obyektinin sanitar-gigiyena və sanitar-epidemioloji tələblərə uyğunluğu haqqında Gigiyena və Epidemiologiya Mərkəzinin arayışı; 1.7. obyektin layihə üzrə və faktiki əsas texniki göstəriciləri haqqında arayış; 1.8. obyektə çəkilmiş maliyyə xərcləri (o cümlədən, tikinti-quraşdırma işlərinin dəyəri, avadanlıq, mebel və inventarın dəyəri, sair xərclər) haqqında arayış (obyekt dövlət vəsaiti hesabına tikildikdə); 1.9. obyektin yanğın təhlükəsizliyinə cavab verməsi haqqında akt; 1.10. sənaye və istehsal obyektlərinin ekoloji təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin arayışı; 1.11. tikinti-quraşdırma işlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun yerinə yetirilərək istismara hazırlığına dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin, sifarişçinin, podratçının və layihəçinin nümayəndələrinin birgə tərtib etdiyi akt (istismara hazırlıq aktı); 1.12. sifarişçi tərəfindən hissələrlə (tikinti növbələri kimi) istismarına icazə alınmış obyektlərin bütövlüklə qəbula qədər istismara verilmiş hissələrinin icazə sənədləri. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçılar cavabdeh "xxxx" MMC ilə mənzil alqı-satqısı üzrə müqavilələr bağlayaraq öhdəliklərini tam şəkildə icra etmiş, əldə etdikləri mənzillərin dəyərini tam ödəmişlər. Cavabdeh də öz növbəsində ödənişlərin tam alındığını təsdiq etmiş və iddiaçılar qarşısında hər hansı borc öhdəliyinin olmadığını maliyyə arayışları ilə təsdiqləmişdir. Bununla belə, iddiaçılarda qanunvericiliyə uyğun olaraq mənzil mülkiyyətinin dövlət qeydiyyatında rəsmiləşdirilməsi və mənzillərdən maneəsiz istifadə olunması ilə bağlı qanuni gözlənti yaranmışdır. Lakin cavabdeh tərəfindən tikinti başa çatdırılmasına və bina sakinlərinin mənzillərə faktiki köçürülməsinə baxmayaraq, obyektin istismara qəbul olunması üçün tələb olunan icazə sənədlərinin alınması istiqamətində indiyədək heç bir tədbir görülməmişdir. Məsələ ilə bağlı müvafiq dövlət qurumlarının verdiyi cavablardan da açıq şəkildə görünür ki, cavabdeh altı il ərzində istismara hazırlıq aktı, yanğın təhlükəsizliyi rəyi və istismar icazəsi almaq üçün heç bir müraciət etməmişdir. Cavabdehin bina sənədləşməsinin guya aparılması barədə izahları isə təqdim olunmuş sübutlarla təkzib olunur və alıcıların uzun müddət aldadılmasından xəbər verir. Məhkəmənin qənaətinə görə, cavabdehin bu hərəkətsizliyi adi təsərrüfat fəaliyyətindən kənara çıxır və hüquqdan sui-istifadə xarakteri daşıyır. Belə ki, cavabdeh öz öhdəliklərini yerinə yetirməkdən yayınmaqla mənzil alıcılarını mülkiyyət hüquqlarının rəsmiləşdirilməsindən məhrum etmiş, onların mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaratmaq hüququnu faktiki olaraq həyata keçirməsinə mane olmuşdur. Bunun nəticəsində sakinlər uzun müddət qeyri-müəyyənlik şəraitində saxlanılmışdır ki, bu da hüquqi müəyyənlik və mülki dövriyyənin sabitliyi prinsiplərinə ziddir. Məhkəmə xüsusilə vurğulayır ki, cavabdehin bu davranışı yalnız iddiaçıların fərdi maraqlarını deyil, eyni zamanda ümumi ictimai maraqları da pozur. Çünki bu hal vətəndaşların mənzil hüququnun təminatı ilə bağlı dövlətin öhdəliklərini əhəmiyyətli dərəcədə zəiflətmiş, qeyri-müəyyən sayda şəxsin hüquqlarına risk yaratmışdır. Məhkəmənin qənaətinə görə, cavabdehin bu davranışı vicdanlılıq, ədalət və tərəflərin bərabərliyi prinsiplərinə ziddir, hüquqi dövlət prinsipləri ilə uzlaşmır və yol verilməzdir. Yuxarıda göstərilənlərin məcmusunu nəzərə alaraq, məhkəmə cavabdehin üzərinə yaşayış binasının istismara qəbul olunması üçün tələb olunan bütün zəruri tədbirlərin görülməsi, aidiyyəti dövlət orqanlarına müraciət edilməsi və sənədlərin əldə olunması vəzifəsinin qoyulmasının zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh “ünvan 13 ünvanında inşa edilmiş yaşayış binasının istismarına icazə üçün zəruri olan, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 102-ci maddəsində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli Qərarında və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində nəzərdə tutulan sənədlərin əldə edilməsi öhdəliyi və həmin binanın istismarına icazə üçün Bakı şəhərinin Xətai rayon İcra Hakimiyyətinə müraciət etmək öhdəliyi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “ünvan 13 ünvanında inşa edilmiş yaşayış binasının istismarına icazə üçün zəruri olan, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 102-ci maddəsində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli Qərarında və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində nəzərdə tutulan sənədlərin əldə edilməsi öhdəliyi və həmin binanın istismarına icazə üçün Bakı şəhərinin Xətai rayon İcra Hakimiyyətinə müraciət etmək öhdəliyi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar