Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-283/2024 27.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İlkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil, qarşılıqlı iddia üzrə cavabdehlər X46, X47 və X22 və ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı "bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və s." tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı və X46, X47 və X22 qarşı "fərdi yaşayış evindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi və fərdi yaşayış evindən çıxarılma" tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı "bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 may 2012-ci il tarixli, 2(004)-1395/2012 saylı qətnaməsi ilə 04 noyabr 1999-cu il tarixdə 41 saylı Dövlət Notariat X1 tərəfindən Cavabdeh bağışlamasına dair müqavilə etibarsız hesab edilməsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 108,79 kv.m. yaşayış və 15,81 kv.m. həyətyanı sahəsi olan mənzilə (2/12 hissə) dair Cavabdeh barədə Daşınmaz Əmlakın Dövlət Reyestrinin qeydi etibarsız hesab edilməsi, həmin mənzil barədə alqı-satqı müqaviləsinin İddiaçı ilə bağlanmış hesab edilməsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 108,79 kv.m. yaşayış və 15,81 kv.m. həyətyanı sahəsi olan mənzil üzərində İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və Texniki Pasportun verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamə qüvvəyə minərək icra olunmuş, iddiaçının adına çıxarış verilmişdir. Sonradan cavabdeh tərəfindən bu qətnamədən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1188/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə qətnamə tamamilə ləğv edilərək, iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı yalnız 2011-ci ildə məhkəməyə müraciət etdikdən sonra məhkəmə gedişi zamanı öyrənmişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair cavabdehlə bağışlama müqaviləsi bağlanmış və onun hüquqları qeydə alınmışdır. Həmin ev iddiaçının babası X29 tərəfindən 1957-ci ildə həmin mənzilin o vaxtki sahibi X17 18500 rubla alınmışdır. Lakin həmin vaxt alqı-satqı müqaviləsi yazılı notarial qaydada rəsmiləşdirilməmiş, iddiaçının babasının və onun ailə üzvlərinin həmin evə qeydiyyata düşməsi ilə həyata keçirilmişdir. İddiaçı özü isə 1960-cı ildən həmin evdə yaşayır və 1973-cü ildə ora qeydiyyata düşmüşdür. Yasamal Rayon Məhkəməsində aparılan icraat zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli cavab məktubu ilə müəyyən edilmişdir ki, X41 xx.xx.1947-ci ildə X36 notarial alqı-satqı müqaviləsi əsasında həmin əmlakın yarısını almışdır. xx.xx.1976-cı il tarixdə X23 vəfatından sonra 6/12 hissəyə dair 1 saylı DNK-da 1kn n-99 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən X26 vərəsəlik qəbul etmişdir. xx.xx.1999-cu il tarixdə X26 41 saylı DNK-da 3M-686 saylı reyestrlə qeydə alınmış bağışlama müqaviləsinə əsasən əmlakın 2/12 hissəsini Cavabdeh bağışlamışdır. Bunun əsasında cavabdehə xx.xx.1999-cu il tarixli, 001855 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, bu bağışlama müqaviləsi bağlanarkən həmin evdə qeydə olan şəxslərin razılığı alınmamışdır. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 49-cu bəndinə əsasən, “Yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır.” Cavabdeh heç vaxt həmin evdə yaşamamış, onun saxlanmasında iştirak etməmiş, həmin evlə bağlı hər hansı iradə ifadəsi olmamışdır. Bu illər ərzində iddiaçı və ailə üzvlərindən başqa evdə heç kim yaşamamış, hər hansı şəxs tərəfindən etiraz irəli sürülməmişdir. Qeyd olunan evdə istifadə olunan bütün kommunal xidmətlər iddiaçının adınadır. Ev ilkin olaraq alındığı zaman 2 otaqdan ibarət olmuş, daha sonra iddiaçının atası tərəfdən təmir və yenidənqurma işləri aparılaraq 4 otağa çevrilmiş, iddiaçının özü tərəfindən isə tamamilə sökülərək yenidən inşa olunmuş, dəfələrlə təmir olunmuş, sonuncu dəfə 2020-ci ildə yenidən təmir edilmiş, böyük miqdarda vəsait xərclənmişdir. Göstərilənlərə əsasən 04 noyabr 1999-cu il tarixdə 41 saylı Dövlət Notariat Kontorunda bağlanmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 2/12 hissəsinin X26 tərəfindən Cavabdeh bağışlamasına dair müqavilənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 108,79 kv.m. yaşayış və 15,81 kv.m. həyətyanı sahəsi olan mənzilə (2/12 hissə) dair Cavabdeh barədə Daşınmaz Əmlakın Dövlət Reyestrinin qeydinin etibarsız hesab edilməsi və həmin mənzil barədə alqı-satqı müqaviləsinin X9 hüquqi varisi qismində İddiaçı ilə bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
3. Daha sonra Cavabdeh İddiaçı, X46, X47 və X10 qarşı "fərdi yaşayış evindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi və fərdi yaşayış evindən çıxarılma" tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı mübahisələndirdiyi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 108,79 kv.m yaşayış və 15,81 kv.m -həyətyanı sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etmədiyi üçün, sözügedən iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüquqa malik deyildir. İddiaçının sözügedən ünvanda qeydiyyatda olması, həmin ünvanda yerləşən əmlakla əlaqədar həyata keçirilmiş bağışlanma müqaviləsini mübahisələndirməyi istisna edir ən azından ona görə ki, iddiaçının qeyd edilən əqdi mübahisələndirməyə subyektiv hüququ yoxdur. İddiaçı müqavilənin bağlanması və əqdin etibarsız hesab edilməsi tələbi ilə bağlı 1999-ci il deyil 2012-ci ildə (ilkin iddia qaldırılan vaxt) iddia qaldımışdır ki, bu da əqdi mübahisələndirmək üçün iddia müddətinin ötürülməsi deməkdir. Bundan başqa, 04 noyabr 1999-cu il tarixdə 41 saylı Dövlət Notariat X1 tərəfindən Cavabdeh bağışlanmasına dair müqavilənin yalan əqd olduğunu təsdiq edəcək hər hansı mötəbər sübut iddia ərizəsinə əlavə olunmamış, iddia tələbinin əsaslılığını təsdiq edəcək sübutlar iş materiallarında mövcud deyildir. Eyni zamanada qeyd edilməlidir ki, iddiaçının 1960-cı ildən həmin mənzildə yaşamasını və 1973-cü ildən qeydiyyata düşməsi və hal-hazırda da ailəsi ilə birlikdə adı çəkilən mənzildə yaşaması faktı mənzilə dair bağlanılmış bağışlanma müqaviləsinin etibarsızlığı üçün əsas ola bilməz. Əqdin etibarsızlığını zəruri edən hallar konkret olaraq qanunvericilikdə göstərilmişdir. O ki qaldı iddiaçının həmin mənzilə qeydiyyata düşməsi əsasına mübahisəli mənzil məxsus olub X30, Püstəxanım olub Cavabdeh anasının nənəsi. 1976-cı il tarixində X11 vəfat etdikdən sonra mübahisəli əmlak vərəsəlik qaydasında keçib qızı X13. X26 olub Cavabdeh anasının xalası. X23 qızı X26, yəni Cavabdeh anasının xalası 1999-cu ildə əmlakı bağışlanmaq müqaviləsi əsasında əmlakı bağışlayıb Cavabdeh. X6 həyat yoldaşı özbək olduğu üçün soyadı Kazakova olub. X6 qızlıq soyadı isə Həsənova olub. Nəticə etibarı ilə göründüyü kimi, Kazakova X15 Xumar Afət qızının anasının doğma xalasıdır. X6 bacısı Xanımın həyat yoldaşı Lənkəran şəhərindən olan Kələntərov Nəriman iddiaçının mübahisəli evə tələbə olduğu üçün qeydiyyata düşməsini xahiş etmiş və bu səbəbdən qeydiyyata düşmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da alır yazılıb, almalıdır qeyd edilməyib. Daha sonra belə bir razılığın alınmamasının əqdin etibarsızlığına səbəb olmasına dair də hər hansı bir norma mövcud deyil. İddiaçı mübahisəli mənzil barədə alqısatqı müqaviləsinin onunla bağlanılmasını tələb etsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin 24 iyun 2005-ci ildən qüvvədən düşdüyünü nəzərə almamış, iddia tələbinin də məhz nə üçün qeyd edilən vaxtdan əvvəl irəli sürməməsinə dair iddia ərizəsinə hər hansı bir mötəbər sübut əlavə edilməmişdir. Qüvvədə olmuş həmin normaya görə, tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Eyni zamanda, normada da qeyd edildiyi kimi, iddiaçı əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırılma ilə bağlı da hər hansı bir sübut təqdim etməmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1395/2012 saylı, 14 may 2012-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 avqust 2023-cü il tarixli, 2(105)-1188/2023 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1395/2012 saylı, 14 may 2012-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia baxılmamış saxlanmışdır. Bu səbəbdən Sumqayıt Apellyasiya Məhkəməsinə icrada dönüş barədə ərizə ilə müraciət olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 avqust 2023-cü il tarixli, 2(105)-1188/2023 saylı qərardadına əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 108,79 kv.m yaşayış və 15,81 kv.m həyətyanı sahəsi olan mənzilə (2/12 hissə) Cavabdeh mülkiyyət hüquqlarının bərpasının təmin edilməsi üçün icrada dönüş barədə müvafiq qərardad qəbul edilməsi xahiş edilmiş, məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixində ərizə təmin edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 108,79 kv.m yaşayış və 15,81 kv.m həyətyanı sahəsi olan mənzilə (2/12 hissə) Cavabdeh mülkiyyət hüquqları bərpa edilmişdir. Nəticə etibarı ilə iddiaçı cavabdehin xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə qeydiyyata düşdüyü üçün ona kompenasasiya verilməklə istifadə hüququna xitam verilməsini əsaslı hesab edirlər. lkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 108,79 kv.m yaşayış və 15,81 kv.m həyətyanı sahəsi olan mənzildən (2/12 hissə) cavabdehin mənzilində qeydiyyatda qalması və yaşaması cavabdehin mülkiyyət hüquqlarını pozur. Cavabdehə nəzərdə tutulmuş məbləğdən də artıq kompensasiya verməklə fərdi yaşayış evindən istifadə hüququna xitam vermək qanunvericiliyin tələblərindən də göründüyü kimi mümkündür. Belə ki, "xxxx" tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli, ƏEM/İ 76-424/23 saylı “Daşınmaz əmlakın kirayə dəyərinin müəyyən edilməsi barədə” arayışa görə ünvan 2 ünvana bilavasitə yaxın olan yaxşı təmirli 4 (dörd) otaqlı, yaxşı təmirli, ümumi sahəsi 108,79 kv.m olan fərdi yaşayış evlərinin aylıq kirayə haqqı 350-400 manat təşkil edir. Göründüyü kimi, ən yüksək aylıq kirayə haqqı ilə hesablansa (36 ay x 400 = 14400 manat) təşkil edir. Lakin cavabdeh qeyd edilən məbləğdən də artıq 14.500 manat kompensasiya verməyə hazırdır. Eyni zamanda, İddiaçı və onun ailə üzvləri mübahisəli fərdi yaşayış evindən çıxarılmalıdır. Göstərilənlərə əsasən, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunması, İddiaçı Cavabdeh tərəfindən 14.500 (on dörd min beş yüz) manat məbləğində pul kompensasiyası ödənilməklə onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 108,79 kv.m yaşayış və 15,81 kv.m həyətyanı sahəsinə istifadə hüququna xitam verilməsi, pul kompensasiyasının ödənilməsi ilə İddiaçı (ailə üzvlərinin) istifadə hüququna xitam verilməsinin eyni vaxtda icra olunması və İddiaçı ailə üzvləri ilə birlikdə evdən çıxarılması barədə qətnamə çıxarılması xahiş edilmişdir.
4. Daha sonra Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunması, İddiaçı Cavabdeh tərəfindən 17.000 (on yeddi min) manat məbləğində pul kompensasiyası ödənilməklə onun (ailə üzvlərinin) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 108,79 kv.m yaşayış və 15,81 kv.m həyətyanı sahəsinə istifadə hüququna xitam verilməsi, pul kompensasiyasının ödənilməsi ilə İddiaçı (ailə üzvlərinin) istifadə hüququna xitam verilməsinin eyni vaxtda icra olunması və İddiaçı ailə üzvləri ilə birlikdə evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı “04 noyabr 1999-cı il tarixdə 41 saylı Dövlət Notariat kontorunda bağlanmış Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi, 27 ünvanında yerləşən fərdi yaşayış evinin 2/12 hissəsinin X26 tərəfindən Cavabdeh bağışlanmasına dair müqavilənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 108,79 kv.m yaşayış və 15,81 kv.m həyətyanı sahəsi olan mənzilə (2/12 hissə) dair Cavabdeh barədə Daşınmaz Əmlakın Dövlət Reyestri qeydinin etibarsız hesab edilməsi və həmin mənzil barədə alqı-satqı müqaviləsinin Kərimova. Məhəmmədəli Tağı oğlunun hüquqi varisi qismində İddiaçı ilə bağlanmış hesab edilməsi" tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh İddiaçı qarşı İddiaçı Cavabdeh tərəfindən 14.500 (on dörd min beş yüz) manat məbləğində pul kompensasiyası ödənilməklə onun ünvan 1 ünvanında yerləşən fərdi jcşayış evinin 108,79 kv.m yaşayış və 15,81 kv.m həyətyanı sahəsinə istifadə hüququna xitam verilməsi, pul kompensasiyasının ödənilməsi ilə İddiaçı (ailə üzvlərinin) istifadə hüququna xitam verilməsinin eyni vaxtda icra olunması və İddiaçı ailə üzvləri ilə birlikdə evdən çıxarılması barədə" qarşılıqlı iddia tələbinə dair mülki iş vardır. Sözügedən mülki iş üzrə aşağıda qeyd edilmiş şəkildə qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən məhkəməyə xx.xx.2023-cü il tarixli, 9/8153 saylı ekspert rəyi daxil olmuş, həmin rəydə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin orta aylıq kirayə haqqı 450 (dörd yüz əlli) manat olduğu qeyd edilmişdir. Göründüyü kimi, ekspert rəyi ilə götürərək aylıq kirayə haqqı ilə hesablansa 36 ay x 450 = 16200 (on altı min iki yüz) manat) təşkil edir. Lakin qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh qeyd edilən məbləğdən də artıq 17.000 (on yeddi min) manat kompensasiya verməyə hazırdır.
6. Daha sonra Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunması, İddiaçı Cavabdeh tərəfindən 25.000 (iyirmi beş min) manat məbləğində pul kompensasiyası ödənilməklə X31 (ailə üzvlərinin), X4, X24 və X32 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 108,79 kv.m yaşayış və 15,81 kv.m həyətyanı sahəsinə istifadə hüquqlarına xitam verilməsi, pul kompensasiyasının ödənilməsi ilə İddiaçı (ailə üzvlərinin), X4, X24 və X32 istifadə hüququna xitam verilməsinin eyni vaxtda icra olunması onların evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı “04 noyabr 1999-cı il tarixdə 41 saylı Dövlət Notariat kontorunda bağlanmış Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi, 27 ünvanında yerləşən fərdi yaşayış evinin 2/12 hissəsinin X26 tərəfindən Cavabdeh bağışlanmasına dair müqavilənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 108,79 kv.m yaşayış və 15,81 kv.m həyətyanı sahəsi olan mənzilə (2/12 hissə) dair Cavabdeh barədə Daşınmaz Əmlakın Dövlət Reyestri qeydinin etibarsız hesab edilməsi və həmin mənzil barədə alqı-satqı müqaviləsinin Kərimova. Məhəmmədəli Tağı oğlunun hüquqi varisi qismində İddiaçı ilə bağlanmış hesab edilməsi" tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh İddiaçı qarşı İddiaçı Cavabdeh tərəfindən 14.500 (on dörd min beş yüz) manat məbləğində pul kompensasiyası ödənilməklə onun ünvan 1 ünvanında yerləşən fərdi jcşayış evinin 108,79 kv.m yaşayış və 15,81 kv.m həyətyanı sahəsinə istifadə hüququna xitam verilməsi, pul kompensasiyasının ödənilməsi ilə İddiaçı (ailə üzvlərinin) istifadə hüququna xitam verilməsinin eyni vaxtda icra olunması və İddiaçı ailə üzvləri ilə birlikdə evdən çıxarılması barədə" qarşılıqlı iddia tələbinə dair mülki iş vardır. Sözügedən mülki iş üzrə aşağıda qeyd edilmiş şəkildə qarşılıqlı iddia tələbinin həcminin artırılması zərurəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsindən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli, 18/2- 4221/2024 saylı məktubda, həmin rəydə ünvan 1 ünvanında qeydiyyatda olan bütün şəxslərin dairəsi göstərilmişdir. Halbuki, mübahisə ilə əlaqədar “ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı ailə üzvlərinin dairəsi barədə dəqiq məlumatın” əldə edilməsi zəruridir. Bu səbəbdən mövcud məktuba əlavə edilmiş siyahıya əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan İddiaçı ailə üzvləri kimi aşağıdakılar göstərilmişdir: İddiaçının özü - İddiaçı; Həyat yoldaşı - X22; Oğlu - X42; Oğlu - X48. Göründüyü kimi, qarşılıqlı iddia tələbinin ikinci hissəsi istifadə hüquqlarına xitam verilməsi və fərdi yaşayış evindən çıxarılma ilə bağlı olduğu üçün X22, X42 və X48 cavabdehlər şəxs qismində cəlb edilməlidir. Bu səbəbdən, məhkəmədən sözügedən şəxslərin cavabdehlər qismində cəlb edilməsi barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən məhkəməyə xx.xx.2023-cü il tarixli, 9/8153 saylı ekspert rəyi daxil olmuş, həmin rəydə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin orta aylıq kirayə haqqı 450 (dörd yüz əlli) manat olduğu qeyd edilmişdir. Göründüyü kimi, ekspert rəyi nəzərə alaraq aylıq kirayə haqqı ilə hesablansa, (36 ay x 450 = 16200 (on altı min iki yüz) manat) təşkil edir. Lakin qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh lütfkarlıq göstərərək qeyd edilən məbləğdən daha artıq 25.000 (iyirmi beş min) manat kompensasiya verməyə hazırdır.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
8. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini isə qəbul etmədiyini bildirərək, ilkin iddia tələbinin tam şəkildə təmin, qarşılıqlı iddia tələbinin isə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, Kazakova Nərgizin verdiyi etibarnamə ilə Cavabdeh anası mübahisəli sahəsini Cavabdeh bağışlayıb. Cavabdeh kimi bağışlayanı deyil, bağışlananın qoyulmasına səbəb hazırda mübahisəli əmlak Cavabdeh mülkiyyətində olması olmuşdur. Həmçinin, hesab edilir ki, bu müqavilə formal xarakter daşıyır və hüquqdan sui-istifadə etməklə bağlanılıb. Belə ki, həm Cavabdeh, həm də onun anası bağışlama müqaviləsi bağlanarkən həmin evin alğı-satqı ilə İddiaçı keçdiyini bilirdi, sadəcə həmin alğı-satqı rəsmi şəkildə olmayıb. Hazırda ilkin iddia üzrə iddiaçı mübahisəli mənzildə həm o, həm də ailəsi yaşayır. İlkin iddia üzrə iddiaçı və onun ailə üzvlərinin hazırda yaşadığı sahə, bağışlanma ilə Cavabdeh keçən 1/12 sahəni əhatə edir, ümumiyyətlə həmin sahə genişdir. Orada bir neçə ailə yaşayır. İddiaçı və onun ailəsinin yaşadığı sahə tam olaraq bağışlanma ilə Cavabdeh keçən hissəsidir. Bu, işin mübahisəsiz halıdır.
9. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə cavabdeh X47 qarşılıqlı iddia tələbini qəbul etməyərək, onun rədd edilməsini xahiş etmiş, əlavə olaraq isə bildirmişdir ki, həmin sahəni 1952-ci ildə onun ulu babası 2 otaqlı olaraq alıb. Daha sonra onlar oranı söküb 5 otaqlı yeni ev tikmişlər. Onlar uzun illərdi orada yaşayırlar və indiyə kimi qarşılıqlı iddia üzrə iddiaçı və onun anasını tanımamışlar. Onlar heç vaxt mübahisəli evdə yaşamayıblar. Əlavə olaraq sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, yaşadıqları sahə ilə bir həyətdə 9 ailə yaşayır. Onların hər birini tanıyırlar. Ancaq Cavabdeh və onun anası heç vaxt həmin həyətdə yaşamayıb və orada yaşayanlar onları tanımır. Hazırda onlar çıxarış əsasında Cavabdeh mülkiyyətində olan sahədə yaşayırlar.
10. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə cavabdeh X22 qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, o, 1980-ci ildə oraya gəlin gəlmişdir. İki övladı orada doğulub, böyüyüb. Onlar Cavabdeh və onun anasını tanımamışlar. Onlar evi tikdikdən sonra onlar ortaya çıxmışdır. Əlavə olaraq sədrlik edənin suallarına cavab olaraq isə bildirmişdir ki, hazırda çıxarış əsasında Cavabdeh mülkiyyətində olan sahədə yaşayır. Digər payçıları tanıyır, qonşularıdırlar. Yaşadığı sahədə digər payçılardan kimsə yaşamır.
11. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə cavabdeh X46 qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, hazırda çıxarış əsasında Cavabdeh mülkiyyətində olan sahədə yaşayır. Digər payçıları tanıyır, qonşularıdırlar. Yaşadığı sahədə digər payçılardan kimsə yaşamır. Həmin sahənin sahəsi rəsmi olaraq 62 kv.m, faktiki olaraq isə 100 kv.m-dən çoxdur. N.Kazakova və Cavabdeh tanımır.
12. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Nümayəndə qarşılıqlı iddia tələbini müdafiə edərək, ilkin iddia tələbinə isə etiraz edərək, ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etmiş, əlavə olaraq sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, Cavabdeh mülkiyyətində olan sahə ilkin iddia üzrə iddiaçı və onun ailə üzvlərinin hazırda yaşadığı sahəni əhatə edir. Onların iddiası həmin sahə ilə bağlıdır.
13. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
14. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 04 noyabr 1999-cu il tarixində 41 saylı Dövlət Notariat Kontorunda ünvan 1 ünvanında yerləşən 108,79 kv.m yaşayış və 15,81 kv.m həyətyanı sahəsi olan fərdi yaşayış evinin 2/12 hissədə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh X28 tərəfindən bağışlanmasına dair müqavilə bağlanmış, bununla bağlı Cavabdeh adına qeydiyyat aparılmışdır. Daha sonra ilkin iddia üzrə İddiaçı həmin mübahisəli mənzilin onun babası tərəfindən alqı-satqı müqaviləsi əsasında alındığını, onların həmin mənzildə qeydiyyatda olmalarını və bağışlama müqaviləsi bağlandığı zaman onların razılığının alınmamasını əsas gətirərək, iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 may 2012-ci il tarixli, 2(004)-1395/2012 saylı qətnaməsi ilə 04 noyabr 1999-cu il tarixdə 41 saylı Dövlət Notariat X1 tərəfindən Cavabdeh bağışlamasına dair müqavilənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 108,79 kv.m. yaşayış və 15,81 kv.m. həyətyanı sahəsi olan mənzilə (2/12 hissə) dair Cavabdeh barədə Daşınmaz Əmlakın Dövlət Reyestrinin qeydinin etibarsız hesab edilməsi, həmin mənzil barədə alqısatqı müqaviləsinin İddiaçı ilə bağlanmış hesab edilməsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 108,79 kv.m. yaşayış və 15,81 kv.m. həyətyanı sahəsi olan mənzil üzərində İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və Texniki Pasportun verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmiş, qətnamə icraya yönəldilərək, İddiaçı adına mübahisəli əmlakla bağlı qeydiyyat aparılmışdır. Daha sonra ilkin iddia üzrə iddiaçı həmin qətnamədən şikayət verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı iddiası baxılmamış saxlanılmışdır. Sonradan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə isə icrada dönüş edilərək, mübahisəli əmlakla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrinin qeydi bərpa edilməklə əvvəlki vəziyytinə qaytarılmışdır. Hazırda ilkin iddia üzrə İddiaçı 04 noyabr 1999-cu il tarixdə 41 saylı Dövlət Notariat Kontorunda bağlanmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 2/12 hissəsinin X26 tərəfindən Cavabdeh bağışlamasına dair müqavilənin etibarsız hesab edilməsini, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 108,79 kv.m. yaşayış və 15,81 kv.m. həyətyanı sahəsi olan mənzilə (2/12 hissə) dair Cavabdeh barədə Daşınmaz Əmlakın Dövlət Reyestrinin qeydinin etibarsız hesab edilməsi və həmin mənzil barədə alqı-satqı müqaviləsinin X9 hüquqi varisi qismində onunla bağlanmış hesab edilməsini, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə cavabdehin və onun ailə üzvlərinin onun xüsusi mülkiyyətində olan mənzilə qeydiyyata düşdükləri və hazırda orada yaşadıqları üçün onlara kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsini və onların həmin mənzildən çıxarılmalarını tələb edir.
Mülki işin materialları:
15. Mülki işin materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 27 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında 2/12 hissədə İddiaçı, 1/12 hissədə X54, 1/12 hissədə X3, 3/12 hissədə X7, 2/12 hissədə X43, 1/12 hissədə X35, X65, X73 və X55, 1/12 hissədə X44 və 1/12 hissədə isə X49 məxsus olmuşdur. Bu barədə Daşınmaz əmlakın dövlət reyestrində 27 nömrli reyestr kitabının 2712 nömrəli vərəqində qeydiyyat aparılmışdır.
16. Mülki işin materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən X37 verilən FM seriyalı, 001855 nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, H.Sultanov küçəsindəki 231,5 kv.m yaşayış sahəsi, 382,1 kv.m ümumi sahədən ibarət 27/29 saylı fərdi yaşayış evi 2/12 payda Cavabdeh adına, digər paylar üzrə isə X66, X12, X67, X18, X56, X57, X2 və digərlərinin adlarına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 207 saylı reyestr kitabında 1999-cu il tarixində qeydiyyat aparılmışdır.
17. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən Rifaq Həsənov və Partnyorları Vəkil Bürosuna ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 38.3-cü maddəsinə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə mendudiyyət qoyulur. “Fərdi məlumatlar haqqında” Qanunun 2.1.6-cı və 13.1-ci məddələrinə uyğun olaraq ailə həyatına aid olan məlumatlar xüsusi kateqoriyalı fərdi məlumatlardır və həmin Qanunun 8.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülkiyyətçiyə və ya operatora, eləcə də onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin razılığı ilə yol verilir. Qeyd edilən Qanunun 8.3cü bəndinə görə isə subyekt vəfat etdikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş elan edildikdə, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, habelə yetkinlik yaşına çatmadığı, özü razılıq vermək iqtidarında olmadığı hallarda həmin Qanunla tələb olunan razılıq müvafiq olaraq onun vərəsələri, qanuni nümayəndələri, valideynləri və ya himayəçilərindən biri tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktları haqqında məlumatın alınması üçün 16 yaşına çatmış şəxs özü, ölən şəxsin isə qanuni vərəsəsi şəxsiyyətini və qohumluq faktını təsdiq edən sənədi təqdim etməklə seçdiyi və ya müvafiq qeydin olduğu yerin qeydiyyat orqanına, şəxsən gələ bilmədikdə isə notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli nümayəndə vasitəsi ilə müraciət etməlidir. Eyni zamanda qeyd edilir ki, müvafiq məlumatları məhkəmə sorğusu vasitəsilə əldə edilə bilər.
18. Mülki işin materiallarında olan Bakı şəhəri 1 saylı Dövlət Notariat Ofisi tərəfindən verilən X23 vərəsəlik işinin materiallarında olan: - qeydiyyat şöbəsi tərəfindən 11 noyabr 1975-ci il tarixdə verilmiş ЖГ seriyalı 352958 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X41 18 may 1975-ci ildə Bakı şəhərində vəfat etmişdir. - 24 oktyabr 1975-ci il tarixdə verilmiş ЖГ-Vİ seriyalı 258076 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X27 xx.xx.1931-ci ildə Bakı şəhərində doğulmuşdur. Onun atası X98, anası X33r. - Kirman rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1958-ci il tarixdə verilmiş İ-Tİ0 seriyalı 203269 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X71 ilə X27 arasında xx.xx.1958-ci ildə nikah bağlamışdır. - Texniki İnventarlaşdırma Bürosu tərəfindən X13 təqdim edilmiş 20 dekabr 1975-ci il tarixli, 30/1674 nömrəli arayışından görünür ki, Baki şəhəri, Q.Sultanova, 27 nömrəli ev şəxsi mülkiyyət kimi Texniki İnventarlaşdırma Büro materiallarında qeydiyyata alınmışdır. - Azərbaycan SSR Dövlət Sığorta İdarəsinin sığorta şəhadətnaməsinin surətindən görünür ki, Baki şəhəri, Q.Sultanova, 27 nömrəli ev 2478 rubl məbləğində sığortalanmışdır. - 0/5 nömrəli arayışın surətindən görünür ki, Baki şəhəri, Q.Sultanov küçəsi, 27 ünvanında yerləşən ev X23 adına sığortalanmışdır. Oktyabr rayonu Dövlət Sığorta müfəttişliyinin 1975-ci il üçün borcu yoxdur. - Mülki işin materiallarında olan 14 noyabr 1975-ci il tarixli etibarnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X26 tərəfindən X19 anası X17 miras qalmış əmlakla bağlı vərəsəlik işinin aparılması üçün etibarnamə verilmişdir. - Mülki işin materiallarında olan Qanun üzrə vərəsəlik hüququ haqqında 19 yanvar 1976ci il tarixli şəhadətnamənin sürətindən görünür ki, Bakı şəhəri 1 nömrəli notariat kontorunun xüsusi notariusu U.S.Rzayeva Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən təsdiq edirəm ki, 18 may 1975-ci il tarixdə vəfat etmiş X23 vərəsəsi X14r. Şəhadətnamə verilən miras əmlak: ünvan 3 ünvanında yerləşən mənzildən ibarətdir.
19. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, qarşılıqlı iddia tələbinin qaldırılması üçün Cavabdeh tərəfindən 133,90 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
20. Mülki işin materiallarında olan Əmlak Ekspert Mərkəzi tərəfindən Nümayəndə ünvanlanan xx.xx.2023-cü il tarixli, ƏEM/İ 76-424/23 nömrəli Daşınmaz əmlakın kirayə dəyərinin müəyyən edilməsi barədə Arayışdan görünür ki, 16 iyun 2023-cü il tarixli sorğusuna əsasən, ünvan 4 ünvana bilavasitə yaxın olan 4 otaqlı, ümumi sahəsi 108,79 kv.metr olan yaxşı təmirli fərdi yaşayış evlərinin 19 iyun 2023-cü il tarixinə kirayə haqqının müəyyən edilməsi ilə bağlı müraciətə "xxxx"-nin mütəxəsissləri tərəfindən baxılıb. Məlumat üçün bildirilir ki, "xxxx" MMC Azərbaycanda əmlak bazarının (mənzil, qeyri-yaşayış sahələri, torpaq, tikinti materialları və s.) araşdırılmasını həyata keçirməkdədir. Şirkət sözügedən sahədə informasiya təminatını həyata keçirmək, ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işini gücləndirmək məqsədilə əmlak bazarında baş verən prosesləri gündəmə gətirir, əmlak bazarının qiymət dinamikasını izləyir, bu sahənin iştirakçısı olan müxtəlif mənbələrlə dövlət və özəl sektoru əhatə edən təşkilatlarla qarşılıqlı əlaqələr quraraq əməkdaşlıq Şirkətin yaydığı və yaxud sorğu əsasında təqdim etdiyi informasiyalar müxtəlif dövlət və özəl qurumları üçün əsasverici, etibarlı mənbə kimi istifadə oluna bilər. Sorğunun cavablandırılması ilə bağlı ərazi üzrə daşınmaz əmlak bazarının monitorinqi aparılıb və təhlil olunub. "xxxx" MMC-nin qiymətləndirici mütəxəssisləri tərəfindən ərazi üzrə fəaliyyət göstərən rieltor qurumlarına, internet resurslarına (www.kub.az, www.bina.az,www.yeniemlak.az, www.emlak.az və s.) və bu sahədə nəşr edilən qəzet, jurnal və s. daşınmaz əmlak bazarındakı vəziyyəti xarakterizə edən operativ bazar məlumatlarına, etimad doğuran açıq mənbələrdən alman məlumatlara istinad edilib. Beləliklə, aparılmış təhlil və hesablamalara əsasən ünvan 5 ünvana bilavasitə yaxın olan yaxşı təmirli 4 otaqlı, ümumi sahəsi 108,79 kv.metr olan fərdi yaşayış evlərinin 19 iyun 2023-cü il tarixinə kirayə haqqı 350-400 manat təşkil edir. X8 Standartlarına (BQS) eləcə də, əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq tərtib edilmişdir.
21. Mülki işin materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1188/2023 saylı qərardadına əsasən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə ərizəsinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 may 2012-ci il tarixli, 2(004)-1395/2012 nömrəli qətnaməsinin icrasında dönüş edilməsi, ünvan 1 ünvanında yerləşən mənzil barədə alqısatq müqaviləsinin İddiaçı ilə bağlanmış hesab edilməsi, 04 noyabr 1999-cu il tarixdə 41 saylı Dövlət Notariat X1 tərəfindən Cavabdeh bağışlanmasına dair müqavilə, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 108,79 kv.m yaşayış və 15,81 kv.m həyətyanı sahəsi olan mənzilə (2/12 hissə) dair Cavabdeh barədə Daşınmaz Əmlakın Dövlət Reyestrinin qeydinin bərpa edilməklə əvvəlki vəziyyətə gətirilməsi qərara alınmışdır.
22. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8153 nömrəli Ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi, 27 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 108,81 kv.m, 15,81 kv.m həyətyanı sahəsi olan mənzilinin icarə haqqının orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 450,0 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir.
23. Mülki işin materiallarında olan Bakı şəhər Yasamal rayonu İcra Hakimiyyəti Yasamal rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 64 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən “Kiçikbəyov və Partnyorları” bəkil bürosunun vəkili Nümayəndə ünvanlanan 65 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı xx.xx.1982-ci il tarixindən İ.Qutqaşınlı küçəsi, ev 27 ünvanında qeydiyyatdadır. Göstərilən ünvanda qeydiyyatda olan digər vətəndaşlar haqqında “Asan xidmət” mərkəzlərindən məlumat alına bilər.
24. Mülki işin materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən Çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 382.10 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında 2/12 hissədə ********* qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə Cavabdeh adına, 1/12 hissədə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci il tarixdə X38 adına, 1/12 hissədə X50 adına, 3/12 hissədə 30/267 qeydiyyat nömrəsi ilə xx.xx.1983-cü il tarixdə X5 adına, 1/12 hissədən ¼ hissədə X35, 1/12 hissədən ¼ hissədə X65, 1/12 hissədən ¼ hissədə X73, 1/12 hissədən ¼ hissədə X51 adına, 1/12 hissədə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə X16 adına, 2/12 hissədə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə X34 adına və 1/12 hissədə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə X45 adına qeydiyyata alınmışdır.
b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
25. Məhkəmə ilk növbədə ilk iddia tələbinin 04 noyabr 1999-cu il tarixdə 41 saylı Dövlət Notariat Kontorunda bağlanmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 2/12 hissəsinin X26 tərəfindən Cavabdeh bağışlamasına dair müqavilənin etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd edir ki, ilk iddia tələbi həmin hissədə əsassızdır.
26. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
27. Hazırda ilkin iddia üzrə iddiaçı 04 noyabr 1999-cu il tarixdə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsini tələb etdiyindən, hazırki mübahisəyə həmin tarixdə qüvvədə olan Mülki Məcəllənin müddəaları tətbiq edilməlidir.
28. 28 dekabr 1999-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 39-cu maddəsinə əsasən vətəndaşların və təşkilatların mülki hüquqlarının və ya vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir. Əqdlər şifahi və ya yazılı bağlana bilər. Yazılı əqdlər iki cür olur: sadə əqdlər və notariat qaydasında təsdiq edilməli olan əqdlər; 42-ci maddəsinə əsasən əqdin qanunla tələb edilən sadə yazılı formasına (bu Məcəllənin 41-ci maddəsi) riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir, qanunda bilavasitə göstərilən hallarda isə, bu Məcəllənin 44-cü maddəsində nəzərdə tutulan nəticələrlə əqdin etibarsızlığına səbəb olur; 43-cü maddəsinə əsasən əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. 44-cü maddəsinə əsasən qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır. Qanunla tələb olunan formaya riayət etməmək əqdin etibarsızlığına, yalnız belə nəticə bilavasitə qanunda göstərildiyi halda səbəb olur. Xarici ticarət əqdlərinin formasına və imzalanma qaydasına riayət etməmək əqdin etibarsızlığına səbəb olur. Etibarsız əqd üzrə tərəflərdən hər biri, əqd üzrə alınmış bütün şeyləri digər tərəfə qaytarmağa borcludur, alınmış şeyləri eyni ilə qaytarmaq mümkün olmadıqda, qanunda əqdin etibarsızlığının sair nəticələri nəzərdə tutulmamışsa, onların dəyərini pulla ödəməlidir.
29. Göründüyü kimi hazırda ilkin iddia üzrə iddiaçı qeydiyyatda olduğu mübahisəli mənzilə dair bağışlama müqaviləsinin bağlandığı zaman onun razılığının alınmamasını iddia edərək, həmin bağışlama müqaviləsinin etibarsızlığını tələb etsə də, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında bağlanmış əqdin etibarsız sayılması üçün belə bir hal nəzərdə tutulmamışdır. Odur ki, ilkin iddia üzrə iddiaçının mübahisəli mənzildə qeydiyyatda olması və orada yaşaması, bununla əlaqədar olaraq da bağışlama müqaviləsi bağlandığı onun razılığının alınmaması həmin mübahisəli mənzilə dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas sayıla bilməz. Beləliklə də, 04 noyabr 1999-cu il tarixdə 41 saylı Dövlət Notariat Kontorunda bağlanmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 2/12 hissəsinin X26 tərəfindən Cavabdeh bağışlamasına dair müqavilə qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlanıldığından, ilkin iddia tələbi həmin hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Bundan əlavə isə məhkəmə qeyd edir ki, həm əvvəlki mülki qanunvericilikdə, həmdə ki hazırki qanunvericilikdə qeydiyyatda olan şəxslərin razılığının alınmaması mülkiyyətçinin öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnun məhdudlaşdırılması nəzərdə tutulmamış və mülkiyyətçinin üstün sərəncamverici hüquqları gözlənilmişdir. Bu halda isə iddiaçının əvvəlki mülki qanunvericilikdə nəzərdə tutulan mənzilə dair istifadə hüquqları mövcud olmuşdur ki, bu hüquq barədə isə qarşılıqlı iddia üzrə iddiaçı müvafiq kompensasiya verməklə həmin mövcud hüquqlara xitam verilməsini mübahisələndirmişdir.
30. Daha sonra məhkəmə ilkin iddia tələbinin digər hissələrinə, yəni ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 108,79 kv.m. yaşayış və 15,81 kv.m. həyətyanı sahəsi olan mənzilə (2/12 hissə) dair Cavabdeh barədə Daşınmaz Əmlakın Dövlət Reyestrinin qeydinin etibarsız hesab edilməsi və həmin mənzil barədə alqı-satqı müqaviləsinin X9 hüquqi varisi qismində İddiaçı ilə bağlanmış hesab edilməsi hissələrinə münasibətdə isə qeyd edir ki, ilkin iddia tələbi əsas hissədə, yəni bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən və digər hissələr də əsas hissə ilə birbaşa əlaqəli olduğundan, prosessual qənaət prinsipi nəzərə alınmaqla ilkin iddia tələbinin həmin hissələrinə ayrılıqda münasibət bildirilməsinə zərurət qalmamışdır.
31. Daha sonra məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia tələbi əsaslıdır və təmin edilməlidir.
32. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası mülkiyyət toxunumlmazdır və dövlət tərəfindən müdafiə olunur.
33. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur.
34. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
35. Məhkəmə qeyd edir ki, cavabdehlər mübahisəli mənzilə xx.xx.1982-ci ildən qeydiyyata düşdüyündən, onların həmin mənzilə dair hüquq münasibətləri xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yarandığı üçün, iddiaçının sürdüyü tələbə, yəni cavabdehin istifadə hüququna xitam verilməsinə həmin hüquqlarının yaranan vaxt qüvvədə olan qanunun normalarının baxımından qiymətləndirilməlidir.
36. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (2009-cu ilə qədər qüvvədə olan köhnə Mənzil Məcəlləsi) 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
37. Məhkəmə bu yerdə qeyd etməyi zəruri hesab edir ki, yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən istifadə qaydası, o cümlədən belə istifadəyə xitam verilməsi Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsində müəyyən olunmamışdır. Nəticədə, həmin məsələlərlə bağlı mülkiyyətçi ilə bu şəxslər arasında münasibətlər tənzimlənməmiş və hər iki tərəfin hüquqları üçün qeyri-müəyyənlik yaranmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. (R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı)
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır.
39. Hazırki iş üzrə mübahisəli mənzilin aylıq kirayə haqqının təqribi nə qədər olmasının müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və ekspert rəyi əsasında Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi, 27 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 108,81 kv.m, 15,81 kv.m həyətyanı sahəsi olan mənzilinin icarə haqqının orta bazar qiyməti təxminən 450 manat müəyyən edilmişdir.
40. Məhkəmə bu yerdə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, ekspert rəyində müəyyən edilən məbləğdən daha çox kompensasiya məbləğinin cavabdehlərə verilməsini qeyd edərək cavabdehlərin mübahisəli mənzildən çıxarılmasını tələb etmişdir. Məhkəmə qarşılıqlı iddia üzrə cavabdehlərin mübahisəli mənzildə uzun müddət yaşadıqlarını və onların həmin mənzilə istifadə hüquqlarının mövcud olmasını, həmçinin qanunvericilikdə kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi halının nəzərdə tutulmasını əsas gətirərək və eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ekspert rəyi əsasında müəyyən edilən məbləğdən də çox və ədalətli şəkildə daha yüksək kompensasiya məbləğinin verildiyini qeyd edərək hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilməli və İddiaçı Cavabdeh tərəfindən 25.000 (iyirmi beş min) manat məbləğində pul kompensasiyası ödənilməklə X31 və onun ailə üzvlərinin-X4, X24 və X32 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 108,79 kv.m yaşayış və 15,81 kv.m həyətyanı sahəsinə istifadə hüquqlarına xitam verilməli, onlar evdən çıxarılmalı və həmçinin, kompensasiyanın verilməsi ilə cavabdehlərin evdən çıxarılması eyni vaxtda icra edilməlidir.
41. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 100 manat məbləğində pul ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı alınaraq Az.MEM, VÖEN **********, X21, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
44. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
45. Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
48. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı "bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və s." tələbinə dair ilkin iddia rədd edilsin. Məhkəmə xərcləri ilkin iddia üzrə İddiaçı aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı və X46, X47 və X10 qarşı "fərdi yaşayış evindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi və fərdi yaşayış evindən çıxarılma" tələbinə dair qarşılıqlı iddia təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı Cavabdeh tərəfindən 25.000 (iyirmi beş min) manat məbləğində pul kompensasiyası ödənilməklə X31 və onun ailə üzvlərinin-X4, X24 və X25 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 108,79 kv.m yaşayış və 15,81 kv.m həyətyanı sahəsinə istifadə hüquqlarına xitam verilsin və cavabdehlər İddiaçı, X46, X47 və X22 evdən çıxarılsınlar. 25.000 (iyirmi beş min) manat məbləğində pul lompensasiyanın verilməsi ilə cavabdehlərin evdən çıxarılması eyni vaxtda icra edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 100 manat məbləğində pul ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı alınaraq Az.MEM, VÖEN **********, X21, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.