Məhkəmə qərarları › İş №e-2(006)-2903/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2903/2022

15.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2903/2022 15.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X8 iştirakları ilə İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı «ipotekaya xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı «ipotekaya xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 13403/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən və X3 müştərək qaydada 430.444,49 ABŞ dolları məbləğində əsas borc, həmçinin xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək keçən dövr üçün illik 5% hesabı ilə 352.350 ABŞ dolları faiz borcu, 43.044,45 ABŞ dolları dəbbə pulu üzrə borc olmaqla, cəmi 825.838,94 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) məbləğində kredit borcu, habelə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının (bank xidmət xərci ilə birlikdə) əvəzi qismində 36 manat ləğv prosesində olan Cavabdeh ASC-nin xeyrinə tutulması, ipoteka predmetləri olan X9 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsində istifadədəki 0,1624 ha torpaq sahəsində yerləşən 84 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 7-ci mərtəbəsində, 174,8 kv.m. ümumi, 110 kv.m. yaşayış sahəsindən iibarət 4 otaqlı 18 nömrəli yaşayış mənzilinə; X2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi, məhəllə 584-də istifadədəki 0,702 ha torpaq sahəsində yerləşən 11 nbmrəli 5 mərtəbəli binada, 40,3 kv.m. ümumi sahədən ibarət 2 otaqlı 23 nömrəli mənzilə; "xxxx" MMC-nə məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadəki 2.468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 7-ci mərtəbəsində 4556 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin 500 kv.m. qeyri-yaşayış sahəsinə tutma yönəldilməsi, həmin əmlaklar hərracda satılmalı, onların satışından əldə edilmiş pul vəsaiti hesabına cəmi 825.838,94 ABŞ dolları məbləğində kredit borcu, habelə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının (bank xidmət xərci ilə birlikdə) əvəzi qismində 36 manat ləğv prosesində olan Cavabdeh ASC-nə ödənilməsi, həmin məbləğlər ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi X9 və "xxxx" MMC-nə bərabər nisbətlərlə (proporsional qaydada) qaytarılmalı, X9 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsindəki istifadədəki 0,1624 ha torpaq sahəsində yerləşən 84 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 7-ci mərtəbəsində, 174,8 kv.m. ümumi, 110 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı 18 nömrəli yaşayış mənzilinə; X2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi, məhəllə 584-də istifadədəki 0,702 ha torpaq sahəsində yerləşən 11 nömrəli 5 mərtəbəli binada, 40,3 kv.m. ümumi sahədən ibarət 2 otaqlı 23 nömrəli mənzilə tutma yönəldildikdən və mənzillər satıldıqdan sonra ən geci 1 ay ərzndə X11, X4, X14 qeyd olunan mənzillərdən çıxarılmalı, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsində istifadədə oolan 0,1624 ha torpaq sahəsində yerləşən 84 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 6-ci mərtəbəsində, 174,8 kv.m. ümumi, 110 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı 18 nömrəli mənzilin ilkin satış qiyməti 175.000 manat; Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi, məhəllə 584-də istifadəsindədəki 0,702 ha torpaq sahəsində yerləşən 11 nömrəli 5 mərtəbəli binada, 40,3 kv.m. ümumi sahədən ibarət 2 otaqlı 23 nömrəli mənzilin ilkin satış qiyməti 75.000 manat; Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədəki 2,468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 7-ci mərtəbəsində 4556 kv.m. ümumi sahədən ibarət qeyriyaşayış sahəsinin 500 kv.m. qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 225.000 manat məbləğində müəyyən edilməlidir. Həmin icra sənədi icra edilməsi üçün Bakı şəhəri Nəsimi İcra Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi İcra Şöbəsinin sifariş məktubu ilə Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsindəki istifadədəki 0,1624 ha torpaq sahəsində yerləşən 84 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 7-ci mərtəbəsində, 174,8 kv.m. ümumi, 110 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı 18 nömrəli yaşayış mənzilin açıq-hərracdan satılması məqsədi ilə bağlı "xxxx" MMC-yə müraciət edilmişdir. "xxxx" MMC mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsindəki istifadədəki 0,1624 ha torpaq sahəsində yerləşən 84 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 7-ci mərtəbəsində, 174,8 kv.m. ümumi, 110 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı 18 nömrəli yaşayış mənzilini ilkin qiyməti 105.000 manat olmaqla satılması üçün xx.xx.2021-ci il tarixdə açıq-hərraca çıxartmışdır. Hərrac baş tutmadığı üçün ikinci hərracın keçirilməsi xx.xx.2021-ci il tarixə təyin edilmiş və əmlakın qiyməti ilkin satış qiymətindən 15 faiz aşağı, yəni 89250 manat qiymətə müəyyən edilmişdir. İkinci hərrac da baş tutmadığına görə "xxxx" MMC xx.xx.2021-ci il tarixdə iş üzrə tələbkar olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna 21.012022-ci il tarixədək əmlakın alınması təklif etmişdir. Beləliklə tələbkara əmlakın qəbul edilməsi təklif edilmiş, lakin tələbkar tərəfindən əmlak qəbul edilməmişdir (alınmamışdır). Göründüyü kimi "xxxx" MMC tərəfindən iki dəfə əmlakın satılması ilə bağlı hərrac təyin edilmiş, ikinci hərracdan sonra tələbkara əmlakın qəbul edilməsi təklif edilmiş və bu barədə müvafiq qaydada elan verilmişdir. Lakin 30 gün müddət keçməsinə baxmayaraq cavabdeh həmin əmlakı əldə etməmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsində istifadədəki 0,1624 ha torpaq sahəsində yerləşən 84 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 7-ci mərtəbəsində, 174,8 kv.m. ümumi, 110 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı 18 nömrəli yaşayış mənzili ilə bağlı ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Süleymanlı Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X13 iddia tələbini qəbul etməyərək onun təmin edilməməsini xahiş etmişdir.

5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2008-ci il tarixli, MH seriyalı 013200 nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan 2.468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 7-ci mərtəbəsində 4556 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 4263 nömrəli vərəqində qeydiyyata alınmışdır.

7. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, X6 tam mülkiyyət hüququ əsasında xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsində yerləşən, 84 saylı evin 18 saylı mənzil xx.xx.2011-ci il tarixli, 01-KX nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2012-ci il tarixədək ipoteka müqaviləsi üzrə Cavabdeh ASC-nin Xətai filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir.

8. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13403/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ASC-nin ləğvedicisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)-04/2017 saylı qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni cərimə və dəbbə pulu tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın cərimə və dəbbə pulu tələbi hissəsində qismən təmin edilməsi, "xxxx" MMC-dən və X3 müştərək qaydada 43.044,45 ABŞ dolları dəbbə pulu üzrə borcun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) ləğv prosesində olan Cavabdeh ASC-nin xeyrinə tutulması, ipoteka predmetləri olan X9 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsində istifadədəki 0.1624 ha torpaq sahəsində yerləşən 84 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 7-ci mərtəbəsində, 174,8 kv.m. ümumi, 110 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı 18 nömrəli yaşayış mənzilinə; X2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi, məhəllə 583-də istifadədəki 0,702 ha torpaq sahəsində yerləşən 11 nömrəli 5 mərtəbəli binada, 40,3 kv.m. ümumi sahədən ibarət 2 otaqlı 23 nömrəli mənzilə; "xxxx" MMC-nə məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədəki 2.468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 7-ci mərtəbəsində 4556 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin 500 kv.m. qeyri-yaşayış sahəsinə tutma yönəldilərkən, həmin əmlaklar hərracda satılarkən, onların satışından əldə edilmiş pul vəsaiti hesabına əsas və faiz borcu ilə yanaşı 43.044,45 ABŞ dolları dəbbə pulu üzrə borcun ləğv prosesində olan Cavabdeh ASC-yə ödənilməsi, iddianın apellyasiya baxışının predmeti olan qalan hissədə təmin edilməməsi qət edilmişdir.

09. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13403/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin təsdiq olunmuş surətindən görünür ki, "xxxx" MMC-dən və X3 müştərək qaydada 430.44,49 ABŞ dolları məbləğində əsas borc, həmçinin xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək keçən dövr üçün illik 5% hesabı ilə 352.350 ABŞ dolları faiz borcu, 43.044,45 ABŞ dolları dəbbə pulu üzrə borc olmaqla, cəmi 825.838,94 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) məbləğində kredit borcunun, habelə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının (bank xidmət xərci ilə birlikdə) əvəzi qismində 36 manat ləğv prosesində olan Cavabdeh ASC-nin xeyrinə tutulması, ipoteka predmetləri olan X9 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsində istifadədəki 0.1624 ha torpaq sahəsində yerləşən 84 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində,7-ci mərtəbəsində, 174,8 kv.m. ümumi, 110 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı 18 nömrəli yaşayış mənzilinə; X2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi, məhəllə 584-də istifadədəki 0,702 ha torpaq sahəsində yerləşən 11 nömrəli 5 mərtəbəli binada, 40,3 kv.m.ümumi sahədən ibarət 2 otaqlı 23 nömrəli mənzilə; "xxxx" MMC-nə məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədəki 2.468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 7-ci mərtəbəsində 4556 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin 500 kv.m. qeyriyaşayış sahəsinə tutmanın yönəldilməsi, həmin əmlaklar hərracda satılması, onların satışından əldə edilmiş pul vəsaiti hesabına cəmi 825.838,94 ABŞ dolları məbləğində kredit borcu, habelə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının (bank xidmət xərci ilə birlikdə) əvəzi qismində 36 manat ləğv prosesində olan Cavabdeh ASC-nə ödənilməsi, həmin məbləğlər ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi X9, X2 və "xxxx" MMC-nə bərabər nisbətlərlə (proporsional qaydada) qaytarılması, X9 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsində istifadədəki 0.1624 ha torpaq sahəsində yerləşən 84 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 7-ci mərtəbəsində, 174,8 kv.m.ümumi, 110 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı 18 nömrəli yaşayış mənzilinə; X2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi, məhəllə 584-də istifadədəki 0.702 ha torpaq sahəsində yerləşən 11 nömrəli 5 mərtəbəli binada, 40,3 kv.m. ümumi sahədən ibarət 2 otaqlı 23 nömrəli mənzilə tutma yönəldildikdən və mənzillər satıldıqdan sonar ən geci 1 ay ərzində X6, X1, X10 qeyd olunan mənzillərdən çıxarılması, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsində istifadədəki 0.1624 ha torpaq sahəsində yerləşən 84 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 7-ci mərtəbəsində, 174,8 kv.m. ümumi, 110 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı 18 nömrəli mənzilin ilkin satış qiyməti 175.000 manat; Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi, məhəllə 584-də istifadədəki 0,702 ha torpaq sahəsində yerləşən 11 nömrəli 5 mərtəbəli binada, 40,3 kv.m. ümumi sahədən ibarət 2 otaqlı 23 nömrəli mənzilin ilkin satış qiyməti 75.000 manat; Bakı şəhəri, Xətai rayonu, Nobel prospektindəki 2.468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 7-ci mərtəbəsində 4556 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin 500 kv.m. qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 225.000 manat məbləğində müəyyən edilməsi, məhkəmə-mühasibatşünaslıq ekspertizasının xərci olan 330 manat "xxxx" MMCdən alınaraq Ədliyyə NAzirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 400 manat isə "xxxx" MMC-dən alınaraq "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmişdir.

10. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsi tərəfindən "xxxx" MMC-yə, borclular "xxxx" MMC-yə, X7, X9, X2, "xxxx" MMC-yə, tələbkar Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 16805-138911/2020-5-1 nömrəli məktubun təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsində istifadədəki 0.1624 ha torpaq sahəsində yerləşən 84 nömrəli, 13 mərtəbəli binanın 1 girişində, 7-ci mərtəbəsindəki, 174,8 kv.m. ümumi, 110 kv.m.yaşayış sahəsindən ibarət 4 otaqlı 18 nömrəli yaşayış mənzilin qiymətləndirilməsi üçün mütəxəssis ayrılmasını xahiş etmişlər.

11. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsində istifadədəki 0.1624 ha torpaq sahəsində yerləşən 84 nömrəli 13 mərtəbəli binanın 1 girişində, 7-ci mərtəbəsindəki, 174,8 kv.m.ümumi, 110 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı 18 nömrəli yaşayış mənzilin qiymətləndirilməsi üçün "xxxx" MMC-dən mütəxəssis dəvət edilməsi qərara alınmışdır.

12. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsi tərəfindən "xxxx" MMC-yə, borclular "xxxx" MMC-yə, X7, X9, X2, "xxxx" MMC-yə, tələbkar Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 17072-138911/2020-5-1 nömrəli məktubun təsdiq olunmuş surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13403/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra üzrə borclular "xxxx" MMC-dən və X3 müştərək qaydada cəmi 825.838,94 ABŞ dolları məbləğində pul vəsaiti və 36 manat dövlət rüsumu tutularaq tələbkar Cavabdeh ASC-nin xeyrinə ödənilməlidir. Tutma ipoteka predmetləri olan X9 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsində istifadədəki 0.1624 ha torpaq sahəsində yerləşən 84 nömrəli, 13 mərtəbəli binanın 1 girişində, 7-ci mərtəbəsindəki, 174,8 kv.m. ümumi, 110 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı 18 nömrəli yaşayış mənzilinə, X2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, məh 584-də istifadədəki 0,702 ha torpaq sahəsində yerləşən 11 nömrəli 5 mərtəbəli binada, 40,3 kv.m. ümumi sahədən ibarət 2 otaqlı 23 nömrəli mənzilə, "xxxx" MMC-yə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədəki 2.468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 7-ci mərtəbəsində 4556 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin 500 kv.m. qeyri-yaşayış sahəsinə tutma yönəldilməli, həmin əmlaklar açıq hərracda satılaraq satışdan əldə olunan vəsaitdən borclunun Cavabdeh ASC-yə olan borcu silinməlidir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 192/21 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsində istifadədəki 0.1624 ha torpaq sahəsində yerləşən 84 nömrəli, 13 mərtəbəli binanın 1 girişində, 7-ci mərtəbəsindəki, 174,8 kv.m.ümumi, 110 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı 18 nömrəli yaşayış mənzili – 105.000 manat dəyərində qiymətləndirilmişdir. Göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 53-cü maddəsini rəhbər tutaraq X9 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsində istifadədəki 0.1624 ha torpaq sahəsində yerləşən 84 nömrəli, 13 mərtəbəli binanın 1 girişində, 7-ci mərtəbəsindəki, 174,8 kv.m.ümumi, 110 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı 18 nömrəli yaşayış mənzilinə satışı təşkil edib, satışdan əldə olunan məbləğin Nəsimi rayon icra şöbəsinin depozit hesabına köçürməsini xahiş etmişlər.

13. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 192/21 saylı ekspert rəyinin təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsində yerləşən 84 nömrəli evin 18 nömrəli yaşayış mənzilinin hazırki bazar qiymətlərin münasibətdə likvid dəyəri 105.000 manat təşkil etmişdir.

14. İş üzrə "xxxx" MMC tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişin surətindən görünür ki, banka kredit borcu olan borclular "xxxx" MMC-nin, X5, X6, X1, "xxxx" MMC-nin əmlakı (X9 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsində istifadədəki 0.1624 ha torpaq sahəsində yerləşən 84 nömrəli, 13 mərtəbəli binanın 1 girişində, 7-ci mərtəbəsindəki, 174,8 kv.m.ümumi, 110 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı 18 nömrəli mənzili, ilkin satış qiymti 105.000 manat ) keçirilən hərraclar zamanı satılmamışdır. AR Mülki Məcəlləsinin 405.2-ci maddəsinə və «İpoteka haqqında» Qanununun 43.7,43.8-ci maddələrinə uyğun olaraq əmlakı almaq üçün müqavilə bağlanılması banka təklif olunur. Bildirirlər ki, xx.xx.2022-ci il tarixədək əmlakı almadığı halda iş sifarişçi icra şöbəsinə geri qaytarılacaqdır.

15. İş üzrə "xxxx" MMC tərəfindən Nəsimi rayon icra şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun təsdiq olunmuş surətindən görünür ki, borclu X9 məxsus (Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsi, bina 84, mənzil 18) xx.xx.2021-ci il tarixdə ilkin hərracı və xx.xx.2021-ci il tarixə təkrar hərrac keçirilmiş lakin alıcı olmadığı üçün hərraclar baş tutmamışdır. Əmlakı balansa götürməklə bağlı Cavabdeh ASC-yə müraciət olunmuşdur. Lakin qanunla nəzərdə tutulmuş müddətdə bank tərəfindən əmlakın əldə edilməsi ilə bağlı Hərrac Mərkəzinə cavab daxil olmamışdır. Buna görə də qanunvericiliyə uyğun olaraq qərar qəbul edilməsi üçün iş geri qaytarılır.

16. İş üzrə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13403/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra üzrə X9 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsində istifadədəki 0.1624 ha torpaq sahəsində yerləşən 84 nömrəli, 13 mərtəbəli binanın 1 girişində, 7-ci mərtəbəsindəki, 174,8 kv.m.ümumi, 110 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı 18 nömrəli yaşayış mənzilinin satışını təşkili ilə bağlı xx.xx.2021-ci il tarixdə sifariş məktub göndərilmişdir. Sözügedən hərracın nəticəsi barədə Nəsimi rayon icra şöbəsinə məlumat verilməsini xahiş olunmuşdur.

17. İş üzrə "xxxx" MMC tərəfindən Nəsimi rayon icra şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun təsdiq olunmuş surətindən görünür ki, borclu X9 məxsus (Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsi, bina 84, mənzil 18) xx.xx.2021-ci il tarixdə ilkin hərracı və xx.xx.2021-ci il tarixə təkrar hərrac keçirilmiş lakin alıcı olmadığı üçün hərraclar baş tutmamışdır. Əmlakı balansa götürməklə bağlı Cavabdeh ASC-yə müraciət olunmuşdur. Lakin qanunla nəzərdə tutulmuş müddətdə bank tərəfindən əmlakın əldə edilməsi ilə bağlı Hərrac Mərkəzinə cavab daxil olmamışdır. Buna görə də qanunvericiliyə uyğun olaraq qərar qəbul edilməsi üçün iş geri qaytarılır.

18. İş üzrə təqdim edilmiş «Market» qəzetindən çıxarışlardan görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsində istifadədəki 0.1624 ha torpaq sahəsində yerləşən 84 nömrəli, 13 mərtəbəli binanın 1 girişində, 7-ci mərtəbəsindəki, 174,8 kv.m.ümumi, 110 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı 18 nömrəli yaşayış mənzilinin hərracdan satılması ilə bağlı elanlar dərc edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

19. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13403/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə və onun əsasında verilmiş icra vərəqəsinə əsasən "xxxx" MMC-dən və X3 müştərək qaydada 430.44,49 ABŞ dolları məbləğində əsas borc, həmçinin xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək keçən dövr üçün illik 5% hesabı ilə 352.350 ABŞ dolları faiz borcu, 43.044,45 ABŞ dolları dəbbə pulu üzrə borc olmaqla, cəmi 825.838,94 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) məbləğində kredit borcunun, habelə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının (bank xidmət xərci ilə birlikdə) əvəzi qismində 36 manat ləğv prosesində olan Cavabdeh ASC-nin xeyrinə tutulması, ipoteka predmetləri olan X9 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsində istifadədəki 0.1624 ha torpaq sahəsində yerləşən 84 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində,7-ci mərtəbəsində, 174,8 kv.m. ümumi, 110 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı 18 nömrəli yaşayış mənzilinə; X2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi, məhəllə 584-də istifadədəki 0,702 ha torpaq sahəsində yerləşən 11 nömrəli 5 mərtəbəli binada, 40,3 kv.m.ümumi sahədən ibarət 2 otaqlı 23 nömrəli mənzilə; "xxxx" MMC-nə məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədəki 2.468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 7-ci mərtəbəsində 4556 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin 500 kv.m. qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi, həmin əmlaklar hərracda satılması, onların satışından əldə edilmiş pul vəsaiti hesabına cəmi 825.838,94 ABŞ dolları məbləğində kredit borcu, habelə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının (bank xidmət xərci ilə birlikdə) əvəzi qismində 36 manat ləğv prosesində olan Cavabdeh ASC-nə ödənilməsi, həmin məbləğlər ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi X9, X2 və "xxxx" MMC-nə bərabər nisbətlərlə (proporsional qaydada) qaytarılması, X9 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsində istifadədəki 0.1624 ha torpaq sahəsində yerləşən 84 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 7-ci mərtəbəsində, 174,8 kv.m.ümumi, 110 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı 18 nömrəli yaşayış mənzilinə; X2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi, məhəllə 584-də istifadədəki 0.702 ha torpaq sahəsində yerləşən 11 nömrəli 5 mərtəbəli binada, 40,3 kv.m. ümumi sahədən ibarət 2 otaqlı 23 nömrəli mənzilə tutma yönəldildikdən və mənzillər satıldıqdan sonar ən geci 1 ay ərzində X6, X1, X10 qeyd olunan mənzillərdən çıxarılması, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsində istifadədəki 0.1624 ha torpaq sahəsində yerləşən 84 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 7-ci mərtəbəsində, 174,8 kv.m. ümumi, 110 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı 18 nömrəli mənzilin ilkin satış qiyməti 175.000 manat; Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi, məhəllə 584-də istifadədəki 0,702 ha torpaq sahəsində yerləşən 11 nömrəli 5 mərtəbəli binada, 40,3 kv.m. ümumi sahədən ibarət 2 otaqlı 23 nömrəli mənzilin ilkin satış qiyməti 75.000 manat; Bakı şəhəri, Xətai rayonu, Nobel prospektindəki 2.468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 7-ci mərtəbəsində 4556 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin 500 kv.m. qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 225.000 manat məbləğində müəyyən edilməsi, məhkəmə-mühasibatşünaslıq ekspertizasının xərci olan 330 manat "xxxx" MMCdən alınaraq Ədliyyə NAzirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 400 manat isə "xxxx" MMC-dən alınaraq "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Nəsimi rayon İcra Şöbəsinə göndərilmişdir. Nəsimi rayon İcra Şöbəsi tərəfindən icra sənədinin icrası ilə bağlı borclulara verilmiş 10 günlük müddət ərzində tələb könüllü icra edilmədiyindən, icra məmuru məcburi icra hərəkətlərinə başlamış və ipoteka predmetinin açıq hərracdan satılması ilə bağlı "xxxx" MMC-yə sifariş vermişdir. "xxxx" MMC tərəfindən ipoteka predmeti olan - X9 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsində istifadədəki 0.1624 ha torpaq sahəsində yerləşən 84 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 7-ci mərtəbəsində, 174,8 kv.m.ümumi, 110 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı 18 nömrəli yaşayış mənzilinin açıq hərracdan satılması ilə bağlı xx.xx.2021-ci il tarixə hərrac təyin edilmiş, lakin həmin hərracda əmlak satılmamışdır. Bundan sonra hərrac mərkəzi tərəfindən qanunvericiliyin tələblərinə əsasən hərracın təkrar olaraq keçirilməsi ilə bağlı tələbkara və borclu şəxslərə bildiriş göndərilmiş, lakin xx.xx.2021-ci il tarixdə keçirilən hərracda əmlak təkrar olaraq satılmamış və nəticədə təkrar hərrac baş tutmamışdır. Evin alıcısı olmadığı üçün hərrac mərkəzi tərəfindən həmin əmlakın əldə edilməsi ilə bağlı banka müraciət olunmuş, lakin qanunla nəzərdə tutulmuş müddət ərzində bankdan cavab daxil olmamışdır. Hazırda iddiaçı ona məxsus mənzili ilə bağlı ipotekaya xitam verilməsini xahiş edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

20. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən: 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2. Bu Qanunun 43.1.1—43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

21. Məhkəmə qeyd edir ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən iddiaçının mülkiyyətində olan mənzilə dair keçirilmiş təkrar hərrac baş tutmadığından, eyni zamanda təkrar hərrac keçirildikdən sonra ipoteka predmeti 30 gün ərzində əldə edilmədiyindən, iddiaçı mülkiyyətində olan mənzilin ipotekasına xitam verilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşudr.

22. Məhkəmə həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında formalaşmış hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb tam əsaslıdır.

23. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına əsasən:

1. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir.

2. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır.

3. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.

24. Beləliklə məhkəmə qanunvericiliyin tələblərini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında müəyyən etdiyi hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsində istifadədəki 0,1624 ha torpaq sahəsində yerləşən 84 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 7-ci mərtəbəsində, 174,8 kv.m. ümumi, 110 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı 18 nömrəli mənzil ilə bağlı Cavabdeh ASC ilə iddiaçı Süleymanova (Hacıyeva) Aytac Cavidan qızı arasında bağlanmış ***-**** saylı, 04 avqust 2011-ci il tarixli ipoteka müqaviləsinə xitam verilməlidir.

25. Məhkəmə həmçinin ipoteka qeydinin silinməsi hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, bu kimi tələb mövcud olmamasına baxmayaraq iddiaçı tərəfin hüquqlarının təmininə tez əlçatanlıq baxımını və Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanununun 20.4-cü maddəsini ( İpotekanın dövlət qeydiyyatı ipotekasaxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunur ) nəzərə alaraq bu qətnamə Cavabdeh ASC ilə iddiaçı Süleymanova (Hacıyeva) Aytac Cavidan qızı arasında bağlanmış ***-**** saylı, 04 avqust 2011-ci il tarixli ipoteka müqaviləsi üzrə müvafiq qeydin (ipoteka ilə bağlı qeydin silinməsi) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən silinməsi üçün əsas olmalıdır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsində istifadədəki 0,1624 ha torpaq sahəsində yerləşən 84 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 7-ci mərtəbəsində, 174,8 kv.m. ümumi, 110 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı 18 nömrəli mənzil ilə bağlı Cavabdeh ASC ilə iddiaçı Süleymanova (Hacıyeva) Aytac Cavidan qızı arasında bağlanmış ***-**** saylı, 04 avqust 2011-ci il tarixli ipoteka müqaviləsinə xitam verilsin. Bu qətnamə Cavabdeh ASC ilə iddiaçı Süleymanova (Hacıyeva) Aytac Cavidan qızı arasında bağlanmış ***-**** saylı, 04 avqust 2011-ci il tarixli ipoteka müqaviləsi üzrə müvafiq qeydin (ipoteka ilə bağlı qeydin silinməsi) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən silinməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar