Məhkəmə qərarları › İş №e-2(006)-2910/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2910/2023

14.07.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2910/2023 14.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Vəkil və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi X2 Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi X5 Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediasiya qaydasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, ərizəçi X5 ilə Maraqlı şəxs 2005-ci ildə faktiki nikaha daxil olmaqla ailə qurmuşlar. Ərizəçi X5 aliment və xəstəliklə əlaqədar əlavə xərclərin ödənilməsi ilə bağlı məsələni könüllü olaraq məhkəmədən kənar qaydada həll etmək məqsədilə mediasiyaya müraciət etmişdir. Tərəflər mediasiya prosesi zamanı öz aralarında olan razılaşma haqda mediasiya prosesi nəticəsində barışıq sazişi bağlamışlar. xx.xx.2023-cü il tarixli həmin barışıq sazişinə əsasən tərəflər razılığa gəlirlər ki, ata Maraqlı şəxs may ayından etibarən birgə nikahdan olan övladları – xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər maddi tələbatlarının ödənilməsi və saxlanılması üçün hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat aliment məbləğinin ana X3 bank depozit kartına və ya hesabına ödənilməsini öz üzərinə götürür. Aliment məbləği 2023-cü ilin may ayından başlayaraq hər ay olmaqla ödənilir; tərəflər razılığa gəlirlər ki, ata Maraqlı şəxs övladı xx.xx.2007-ci il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar olaraq hər ay əlavə olaraq 200 (iki yüz) manat vəsaitin ödənilməsini ata Maraqlı şəxs öz üzərinə götürür. Bu məbləğ 2023-cü ilin may ayından etibarən hər ay ana X2 bank depozit kartına və ya hesabına ödəniləcək. Eyni zamanda, bildirilir ki, xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtləri, həmin sazişin 6-cı bəndində göstərilən könüllü icra müddəti Maraqlı şəxs tərəfindən icra olunmadığı üçün bu sazişin (8ci bəndinə əsasən) məhkəmə qaydasında təsdiq olunması məqsədilə hazırki ərizənin məhkəməyə verilməsi zəurəti yaranmışdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, barışıq sazişinin təsdiq edilməsi barədə ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır: 1) Tərəflər razılığa gəlirlər ki, ata Maraqlı şəxs may ayından etibarən birgə nikahdan olan övladları – xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər maddi tələbatlarının ödənilməsi və saxlanılması üçün hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat aliment məbləğinin ana X3 bank depozit kartına və ya hesabına ödənilməsini öz üzərinə götürür. Aliment məbləği 2023-cü ilin may ayından başlayaraq hər ay olmaqla ödənilir; 2) Tərəflər razılığa gəlirlər ki, ata Maraqlı şəxs övladı xx.xx.2007-ci il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar olaraq hər ay əlavə olaraq 200 (iki yüz) manat vəsaitin ödənilməsini ata Maraqlı şəxs öz üzərinə götürür. Bu məbləğ 2023-cü ilin may ayından etibarən hər ay ana X2 bank depozit kartına və ya hesabına ödəniləcək. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, ərizəçi X5 ilə Maraqlı şəxs arasında barışıq sazişi bağlanmışdır, lakin barışıq sazişi Maraqlı şəxs tərəfindən vaxtlı-vaxtında icra edilmir. Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilmədiyindən barışıq sazişinin məhkəmə qaydasında təsdiq olunmasına zərurət yaranmışdır. Bundan başqa, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizəçi X2 Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtləri, həmin sazişin 6-cı bəndində göstərilən könüllü icra müddəti Maraqlı şəxs tərəfindən icra olunmadığı üçün bu sazişin (8ci bəndinə əsasən) məhkəmə qaydasında ərizəçi X5 ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıda göstərilən şərtlərlə təsdiq edilməlidir: 1) “Tərəflər razılığa gəlirlər ki, ata Maraqlı şəxs may ayından etibarən birgə nikahdan olan övladları – xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər maddi tələbatlarının ödənilməsi və saxlanılması üçün hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat aliment məbləğinin ana X3 bank depozit kartına və ya hesabına ödənilməsini öz üzərinə götürür. Aliment məbləği 2023-cü ilin may ayından başlayaraq hər ay olmaqla ödənilir; 2) Tərəflər razılığa gəlirlər ki, ata Maraqlı şəxs övladı xx.xx.2007-ci il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar olaraq hər ay əlavə olaraq 200 (iki yüz) manat vəsaitin ödənilməsini ata Maraqlı şəxs öz üzərinə götürür. Bu məbləğ 2023-cü ilin may ayından etibarən hər ay ana X2 bank depozit kartına və ya hesabına ödəniləcək”. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, aliment məbləği ərizəçinin məhkəməyə müraciət etdiyi vaxtdan deyil, xx.xx.2023-cü il tarixdən tutulmalıdır. Belə ki, tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtlərinə əsasən aliment məbləği 2023-cü ilin may ayından başlayaraq hər ay olmaqla ödənilir. Həmçinin, məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə dərhal icraya yönəldilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi X5 ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 1) Tərəflər razılığa gəlirlər ki, ata Maraqlı şəxs may ayından etibarən birgə nikahdan olan övladları – xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər maddi tələbatlarının ödənilməsi və saxlanılması üçün hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat aliment məbləğinin ana X3 bank depozit kartına və ya hesabına ödənilməsini öz üzərinə götürür. Aliment məbləği 2023-cü ilin may ayından başlayaraq hər ay olmaqla ödənilir; 2) Tərəflər razılığa gəlirlər ki, ata Maraqlı şəxs övladı xx.xx.2007-ci il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar olaraq hər ay əlavə olaraq 200 (iki yüz) manat vəsaitin ödənilməsini ata Maraqlı şəxs öz üzərinə götürür. Bu məbləğ 2023-cü ilin may ayından etibarən hər ay ana X2 bank depozit kartına və ya hesabına ödəniləcək. Qətnamə dərhal icraya yönəldilsin və aliment məbləği xx.xx.2023-cü il tarixdən tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar