Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(5-105)-184/2026 23.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Ərizəçi vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Cavabdeh) barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış MŞİ/MT042/2025-00279 saylı, xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi və razılaşmaya uyğun olaraq xx.xx.2008-ci təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay cari il üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə 2.5 misli miqdarında alimentin tutularaq Ərizəçi ödənilməsi barədə məhkəmə aktı çıxarılmasını, alimentin hesablanmasının xx.xx.2025-ci il tarixdən hesablanmasını xahiş etmişdir. xx.xx.2026-cı il tarixdə ərizəçinin vəkili-nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış MŞİ/MT042/2025-00279 saylı, xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə Cavabdeh xx.xx.2007-ci il tarixdə rəsmi nikaha girmişlər. Tərəflər hazırda da rəsmi nikahdadırlar. Birgə nikahdan tərəflərin xx.xx.2008-ci il tarixli yetkinlik yaşına çatmayan övladı X3 dünyaya gəlmişdir. Cavabdeh Taqub oğlu ata kimi üzərinə düşən öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə şifahi qaydada edilmiş tələbləri yerinə yetirməmişdir. Cavabdeh övladının zəruri ehtiyaclarının ödənilməsində iştirak etmədiyi üçün ərizəçi 2025-ci ilin noyabr ayında mediasiya təşkilatına müraciət etmişdir və nəticədə MŞİ/MT042/2025-00279 saylı, xx.xx.2025-ci il taixli barışıq sazişi imzalanmışdır. Barışıq sazişində tərəflər Mediasiya prosesində hər iki tərəf xx.xx.2008-ci təvəüllüdlü X1 üçün yetkinlik yaşına çatanadək hər ay 1000 manat miqdarında aliment verilməsi üçün razılığa gəlmişlər. Həmin aliment məbləği sazişin bağlanıldığı dövr üçün, yəni 2025-ci il üçün ölkə üzrə müəyən edilmiş minimum əmək haqqına münasibətdə 2.5 misli miqdarındadır. Razılaşmaya əsasən Cavabdeh aliment məbləğini dekabr ayından başlamaqla hər ayın 10-dək ödəməli idi. Lakin o götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh həm MŞİ/MT042/2025-00279 saylı, xx.xx.2025ci il taixli sazişin, həm də mediasiya haqqında qanunun 34-cü maddələrinin tələblərini pozmuş və sazişin şərtlərini icra etməkdən boyun qaçırmışdır. İş materiallarından da görünür ki, saziş xx.xx.2025-ci il tarixdə imzalanmış və həmin sazişdə xx.xx.2025-ci il tarixinədək ilk aliment ödənişini həyata keçirmək barədə öhdəlik götürmüşdür. Lakin hazırda sazişin imzalanmasından 40 gündən, öhdəliyin icra tarixindən isə 34 gündən çox vaxt keçməsinə baxmayaraq, könüllü şəkildə icra edilməmişdir. Odur ki, göstərilənlərə əsasən ərizənin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında ərizəçinin vəkili-nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, dekabr və yanvar ayı üçün öhdəlik icra edilməli olmasına baxmayaraq, ümumiyyətlə, icra edilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya ödəniş edilməmişdir. Qarşı tərəfin dediyinə görə maddi sıxıntılarına görə ödəniş edə bilməmişdir. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi tərəfin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -AZ-İ 566596 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 12 nömrəsi ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada “İbrahimova” soyadı verilmişdir. -AZ-İİ 108097 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2008-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 08 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, anası Ərizəçi, atası Cavabdehdur. -Birinci tərəf Ərizəçi və ikinci tərəf Cavabdeh arasında bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞİ/MT042/2025-00279 saylı barışıq sazişində qeyd olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə tərəflər hər ikisi birlikdə tam mediasiya sessiyasının keçirilməsi ilə bağlı müqavilə imzalayaraq qarşılıqlı razılığa gəlmişdilər. Mübahisə predmeti ilə bağlı tərəflər birgə nikahdan olan xx.xx.2008-ci ildə anadan olmuş X3 АA6230512 FİN Kod: 7FLLXJM yetkinlik yaşına çatanadək saxlanılması üçün hesablanması 04 dekabr 2025-ci il tarixdən 10 dekabr 2025-ci il tarixədək hər ay bir uşaq üçün 1000 manat alimentin Cavabdeh tərəfindən Ərizəçi ödənilməsini (bank və poçt vasitəsi ilə) öz öhdəsinə götürür və bu şərtlə hər iki tərəf qarşılıqlı olaraq razıdılar, hazırki müddətdə tərəflərin bir-birlərinə qarşı digər tələblərinin olmadığına dair qarşılıqlı razılıq əsasında barışıq sazişi imzaladılar. -İsmayıllı 1 saylı Mediasiya Təşkilatının xx.xx.2026-cu il tarixli, MŞİ/MT042/2025- 00279 saylı arayışından görünür ki, İsmayıllı 1 saylı Mediasiya Təşkilatında tərəflər arasında xx.xx.2025 tarixli № MŞİ/MT042/2025-00279 barışıq sazişi bağlanmışdır. Tərəflər xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 1000 (min) manat alimentin ödənilməsi barədə qarşılıqlı razılıq əsasında barışıq sazişi imzalamışdılar. Tərəflər arasında qarşılıqlı razılaşma alimentin ilk ödənişi xx.xx.2025-xx.xx.2025-ci il tarixdən başlanmalı, növbəti aylar üçün hər ayın ilk 10 günü ərzində aliment məbləği ödənilmədir. -Həmin sazişin 6-cı maddəsinə əsasən, saziş əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. -Həmin sazişin 8-ci maddəsinə əsasən, sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. -“Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, hazırkı ərizə ilə məhkəməyə müraciət edilməsi üçün Ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İşdən görünür ki, tərəflər birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X1 üçün alimentin ödənilməsi barədə mediasiya prosesində razılaşmış və saziş bağlamışlar. Lakin maraqlı şəxs Cavabdeh bu sazişlə üzərinə götürdüyü öhdəlikləri sazişdə göstərilən qaydada yerinə yetirmədiyindən Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli, MŞİ/MT042/2025-00279 saylı barışıq sazişi qanuna zidd deyildir və digər şəxslərin hüquqlarını pozmur. Belə olan halda məhkəmə hesab edir ki, həmin barışıq sazişi məhkəmə qaydasında təsdiq edilməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Həmçinin Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” 22 noyabr 1989cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşaqların valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmələr xüsusi icraat qaydasında baxırlar. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli, MŞİ/MT042/2025-00279 saylı barışıq sazişi “1) xx.xx.2025-ci il tarixdə tərəflər hər ikisi birlikdə tam mediasiya sessiyasının keçirilməsi ilə bağlı müqavilə imzalayaraq qarşılıqlı razılığa gəlmişdilər. Mübahisə predmeti ilə bağlı tərəflər birgə nikahdan olan xx.xx.2008-ci ildə anadan olmuş X3 АA6230512 FİN Kod: 7FLLXJM yetkinlik yaşına çatanadək saxlanılması üçün hesablanması 04 dekabr 2025-ci il tarixdən 10 dekabr 2025-ci il tarixədək hər ay bir uşaq üçün 1000 (bir min) manat alimentin Cavabdeh tərəfindən Ərizəçi ödənilməsini (bank və poçt vasitəsi ilə) öz öhdəsinə götürür və bu şərtlə hər iki tərəf qarşılıqlı olaraq razıdılar.” hissəsində təsdiq edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin: 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən alınaraq ərizəçiyə ödənilməlidir. Bundan başqa tərəflərə izah edilməlidir ki, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsasların olduğu halda alimentin miqdarının dəyişdirilməsinə dair yeni iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqları var. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə maraqlı şəxs Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞİ/MT042/2025-00279 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “1) xx.xx.2025-ci il tarixdə tərəflər hər ikisi birlikdə tam mediasiya sessiyasının keçirilməsi ilə bağlı müqavilə imzalayaraq qarşılıqlı razılığa gəlmişdilər. Mübahisə predmeti ilə bağlı tərəflər birgə nikahdan olan xx.xx.2008-ci ildə anadan olmuş X3 АA6230512 FİN Kod: 7FLLXJM yetkinlik yaşına çatanadək saxlanılması üçün hesablanması 04 dekabr 2025-ci il tarixdən 10 dekabr 2025-ci il tarixədək hər ay, bir uşaq üçün 1000 (bir min) manat alimentin Cavabdeh tərəfindən Ərizəçi ödənilməsini (bank və poçt vasitəsi ilə) öz öhdəsinə götürür və bu şərtlə hər iki tərəf qarşılıqlı olaraq razıdılar.” Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxs Cavabdeh alınaraq Ərizəçi ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(5-105)-184/2026
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-105)-184/2026
23.01.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver