Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2949/2022 10.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdehlər ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazı̇ ı̇ darəsinə q̇arşı "ipoteka müqaviləsinə xitam verilməsi və s. tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazı̇ ı̇ darəsinə q̇arşı "ipoteka müqaviləsinə xitam verilməsi və s. tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X8 ilə Cavabdeh1 ASC arasında 15 iyul 2009-cu il tarixli 51 saylı təminatlı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminat üsulu kimi Şəki şəhəri, Qurcana küçəsində yerləşən İddiaçı mülkiyyətində olan 0,0576 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 49,0 kv.m yaşayış, 82,8 kv.m köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evi mülkiyyətçinin xəbəri və razılığı olmadan, onun tərəfindən tamamilə başqa məqsəd üçün verilmiş etibarnamə əsasında X8 tərəfindən Cavabdeh1 ASC-yə ipotekaya qoyulmuşdur. Həmçinin 16 iyul 2009-cu il tarixli kassa məxaric orderinə müvafiq olaraq tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə pul məbləğini 16 iyul 2009-cu il tarixdə H.Hacıbalayev götürmüşdür. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 27 oktyabr 2008-ci il tarixli ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX-dən çıxarışa əsasən həmin əmlak İddiaçı adına mülkiyyət hüququ əsasında 27 oktyabr 2008-ci ildə qeydiyyata alınmışdır. Beləliklə, müəyyən obyektiv səbəblər üzündən X8 bank qarşısında kredit öhdəliklərini icra edə bilməmiş, nəticədə kreditor tərəfindən ipoteka predmetlərinə tutma yönəldilməsi proseduruna başlanılmışdır. Belə ki, Bank tərəfindən X5 qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi ilə bağlı iddia qaldırılmış, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2016-cı il tarixli, 2(107)- 213/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən bankın iddia tələbi tutmanın İddiaçı mülkiyyətində olan 0,0576 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 49,0 kv.m yaşayış, 82,8 kv.m köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evinə yönəldilməsi hissəsində rədd edilmişdir. Qətnamə Mülki Kollegiya tərəfindən onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış həmin fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair 15 iyul 2009-cu il tarixli, 50 nömrəli ipoteka müqaviləsində ipoteka qoyan qrafasında mülkiyyətçi İddiaçı adının qarşısında olan imzanın kim tərəfindən icra edilməsini müəyyən etmək məqsədilə məhkəmə-xəttşünaslıq ekspertizası təyin olunmuş, ekspertizanın 25 yanvar 2016-cı il tarixli, 25774 saylı rəyi ilə müəyyən edilmişdir ki, sözügedən ipoteka müqaviləsində ipoteka qoyan qrafasında İddiaçı adının qarşısında olan imza ona məxsus deyil, X5 məxsusdur. Həmçinin, istinad olunan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində göstərilmişdir ki, işin mübahisəsiz hallarından görünür ki, İddiaçı 14 avqust 2008-ci il tarixli, ƏN-İ seriyalı, 040732 nömrəli etibarnamə ilə özünə məxsus olan bütün əmlakları idarə etməyi, o cümlədən əmlakı ipoteka (girov) qoymaq, ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı və əqdlər üzrə haqq-hesab aparmağı 14 avqust 2018-ci il tarixə kimi qardaşı X5 etibar etmişdir. Göründüyü kimi Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2016cı il tarixli, 2(107)-213/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən bankın iddia tələbi tutmanın İddiaçı mülkiyyətində olan 0,0576 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 49,0 kv.m yaşayış, 82,8 kv.m köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evinə yönəldilməsi hissəsində rədd edilsə də, həmin iş üzrə cavabdehlər və hazırki iş üzrə iddiaçı tərəfindən ipotekanın etibarsızlığına və ipoteka qeydiyyatının DƏDRX-də ləğvinə dair iddia qaldırılmadığından məhkəmə mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq iddia tələbindən kənara çıxmamış və sözügedən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsinin etibarsızlığını və ipoteka qeydiyyatının ləğvini qət etməmişdir. Lakin bununla belə sözügedən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində həmin fərdi yaşayış evinin ipotekasının etibarsız olmasına dolayısı ilə hüquqi münasibət bildirilmiş və məhz ipoteka müqaviləsinin etibarsızlığına dair əsaslar müəyyən olunduğundan bankın tələbi tutmanın əmlaka yönəldilməsi hissəsində təmin olunmamışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi, İddiaçı mülkiyyətində olan 0,0576 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 49,0 kv.m yaşayış, 82,8 kv.m köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evinin X8 ilə Cavabdeh1 ASC arasında 15 iyul 2009-cu il tarixli 51 saylı təminatlı kredit müqaviləsi üzrə ləğv prosesində olan Cavabdeh1 ASC qarşısında ipotekasına xitam verilməsi, qeyd edilən fərdi yaşayış evinin ipoteka qeydlərinin ləğv ediməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydlərin aparılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X10 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, sözügedən qətnamədə əmlaka tutma yönəldilməmişdir. Qətnamədə əmlaka tutma hissəsi təmin olunmamışdır. Müqavilənin etibarsız hesab olunması məsələsi qətnamədə öz əksini tapmamışdır. Həmin ipoteka müqaviləsi etibarsız hesab olunmamışdır. Qeyd olunanlara əsasən tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazı̇ ı̇ darəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından görünür ki, Şəki Rayon Məhkəməsinin 24 iyul 2015-ci il tarixli, 2(075)- 101/2015 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X6, İddiaçı, X11, X14 və X7 qarşı “kredit borcunun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və ipoteka qoyulmuş əmlakın açıq hərracdan satılması tələbi”nə dair iddiası qismən təmin edilmiş, X1 iddiaçı "xxxx" ASC-nin xeyrinə kredit müqaviləsinə əsasən 53952,76 manat əsas, 62,94 manat faiz borcu, 500 manat dəbbə pulu olmaqla, cəmi 54515,7 manat kredit borcu və 30 manat dövlət rüsumunun "Bank Technique” ASC-nin xeyrinə tutulması, ipoteka predmetləri olan Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən, X2 mülkiyyətində olan 0,075 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 67,9 kv.m. yaşayış, 140,7 kv.m. köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 75000 manata və Şəki şəhəri Qurcana küçəsində yerləşən, İddiaçı mülkiyyətində olan 0.0576 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 49,0 kv.m. yaşayış, 82,8 kv.m. köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evinin açıq hərraca ilkin satış qiymətinin 57000 manata satılması, onların satışından əldə olunmuş pul vəsaiti hesabına X2 "xxxx" ASC-yə olan borcunun ödənilməsi, Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən fərdi yaşayış evi satıldıqda X6, X11, X14 və X9 və onlarla birlikdə yaşayan digər ailə üzvlərinin 1 ay ərzində həmin yaşayış evini tərk etmədikləri halda və Şəki şəhəri Qurcana küçəsində yerləşən fərdi yaşayış evi satıldıqda İddiaçı və X12 və onlarla birlikdə yaşayan digər ailə üzvlərinin həmin fərdi yaşayış evini tərk etmədikləri halda onların məcburi qaydada çıxarılması, məhkəmə-mühasibatlıq ekspertizası xərci olan 50 manat pulun X1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin və iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası xərci olan 200 manat pulun X1 alınaraq "Əmlak Ekspert Mərkəzi' MMC-nin hesabına köçürülməsi qət edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(107)-213/2016 saylı qətnaməsi ilə cavabdehlər İddiaçı, X11, onların nümayəndəsi X21, İddiaçı və X12 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 24 iyul 2015-ci il tarixli, 2(075)-101/2015 nömrəli qətnaməsinin qismən, yəni Şəki şəhəri Qurcana küçəsində yerləşən, İddiaçı mülkiyyətində olan 0,0576 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 49,0 kv.m yaşayış, 82,8 kv.m köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 57000 manata satılması və Şəki şəhəri Qurcana küçəsində yerləşən fərdi yaşayış evi satıldıqda İddiaçı, X12 və onlarla birlikdə yaşayan digər ailə üzvləri 1 ay ərzində həmin fərdi yaşayış evini tərk etmədikləri halda onların məcburi qaydada çıxarılmaları hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin olunmaması, iş üzrə Şəki Rayon Məhkəməsinin 24 iyul 2015-ci il tarixli, 2(075)-101/2015 nömrəli qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə məhkəmə-xətşünaslıq ekspertiza xərci olan 100 manat pulun İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, məhkəmə kollegiyasının 19 noyabr 2016-cı il tarixli qərardadı ilə Şəki şəhəri Qurcana küçəsində İddiaçı mülkiyyətində olan 2 nömrəli fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair 15 iyul 2009-cu il tarixli, 50 nömrəli ipoteka müqaviləsində ipoteka qoyan qrafasında İddiaçı adının qarşısında olan imzanın kim tərəfindən icra edilməsini müəyyən etmək mə qsədi ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə -xətşünaslıq ekspertizasının 25 yanvar 2016-cı il tarixli, 25774 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ipoteka saxlayan Cavabdeh1 ASC-nin Qəbələ filialı, ipoteka qoyan İddiaçı və borc alan X3 arasında bağlanmış 15 iyul 2009-cu il tarixli, 50 nömrəli ipoteka müqaviləsində ipoteka qoyan qrafasında İddiaçı adının qarşısında olan imza İddiaçı tərəfindən deyil, X6 tərəfindən icra edilmişdir. Əsaslandırıcı hissə: Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Eyni Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 ilə "xxxx" ASC arasında bağlanmış 15 iyul 2009-cu il tarixli kredit müqaviləsi Hacıbala Hacıbalayevin maraqlarına uyğun bağlanmışdır. Belə ki, bu müqavilədə borclu təmsil olunan İddiaçı deyil, təmsilçi Hacıbala Hacıbalayev özü olmuşdur. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə dair ipoteka müqaviləsi də onun etibarnaməsi əsasında Hacıbala Hacıbalayev tərəfindən kredit müqaviləsi üzrə bank qarşısında sonuncunun öhdəliklərinin təmin olunması üçün bağlanmışdır. Mənzilə dair etibarnamə verilərkən İddiaçı Hacıbala Hacıbalayevə bu onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və Hacıbala Hacıbalayevin özünün maraqları daxilində deyil, İddiaçı maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir. X20 həmin etibarnamədən öz marağı üçün istifadə etməklə İddiaçı iradəsinin əksinə hərəkət etmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 350-ci maddəsinə əsasən əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Eyni Məcəllənin 358-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Eyni Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Göstərilən Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi yazılı vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə aktı ilə ipoteka saxlayan Cavabdeh1 ASC-nin Qəbələ filialı, ipoteka qoyan İddiaçı və borc alan İddiaçı arasında bağlanmış 15 iyul 2009-cu il tarixli, 50 nömrəli ipoteka müqaviləsində ipoteka qoyan qrafasında İddiaçı adının qarşısında olan imzanın İddiaçı tərəfindən deyil, X6 tərəfindən icra edildiyi, bu səbəbdən də Şəki Rayon Məhkəməsinin 24 iyul 2015-ci il tarixli, 2(075)-101/2015 nömrəli qətnaməsinin qismən, yəni Şəki şəhəri Qurcana küçəsində yerləşən, İddiaçı mülkiyyətində olan 0,0576 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 49,0 kv.m yaşayış, 82,8 kv.m köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 57000 manata satılması və Şəki şəhəri Qurcana küçəsində yerləşən fərdi yaşayış evinin satıldıqda X8, X12 və onlarla birlikdə yaşayan digər ailə üzvləri 1 ay ərzində həmin fərdi yaşayış evini tərk etmədikləri halda onların məcburi qaydada çıxarılmaları hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin olunmaması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qanuni qüvvəsini almış Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(107)-213/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş hallar nəzərə alınmaqla, İddiaçı mülkiyyətində olan 0,0576 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 49,0 kv.m yaşayış, 82,8 kv.m köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evi ipoteka yüklülüyündən azad edilməlidir. Belə ki, sözügedən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində həmin fərdi yaşayış evinin ipotekasının etibarsız olmasına dolayısı ilə hüquqi münasibət bildirilmiş və məhz ipoteka müqaviləsinin etibarsızlığına dair əsaslar müəyyən olunduğundan bankın tələbi tutmanın əmlaka yönəldilməsi hissəsində təmin olunmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı mülkiyyətində olan 0,0576 ha torpaq sahəsində Şəki şəhəri, Qurcana küçəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 49,0 kv.m yaşayış, 82,8 kv.m köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evinin X8 ilə Cavabdeh1 ASC arasında 15 iyul 2009-cu il tarixli 51 saylı təminatlı kredit müqaviləsi üzrə ləğv prosesində olan Cavabdeh1 ASC qarşısında ipotekasına xitam verilməli, İddiaçı mülkiyyətində olan 0,0576 ha torpaq sahəsində Şəki şəhəri, Qurcana küçəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 49,0 kv.m yaşayış, 82,8 kv.m köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evinin ipoteka qeydlərinin ləğv edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydlər aparılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan 0,0576 ha torpaq sahəsində Şəki şəhəri, Qurcana küçəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 49,0 kv.m yaşayış, 82,8 kv.m köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evinin X8 ilə Cavabdeh1 ASC arasında 15 iyul 2009-cu il tarixli 51 saylı təminatlı kredit müqaviləsi üzrə ləğv prosesində olan Cavabdeh1 ASC qarşısında ipotekasına xitam verilsin. İddiaçı mülkiyyətində olan 0,0576 ha torpaq sahəsində Şəki şəhəri, Qurcana küçəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 49,0 kv.m yaşayış, 82,8 kv.m köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evinin ipoteka qeydlərinin ləğv edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydlər aparılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov
Məhkəmə qərarları › İş №e-2(006)-2949/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2949/2022
10.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver