Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2988/2024 29.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı "xxxx" Sığorta Şı̇ rkəti Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı "subroqasiya qaydasında pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı "xxxx" Sığorta Şı̇ rkəti Açıq Səhmdar Cəmı̇ yyəti Cavabdeh qarşı "subroqasiya qaydasında pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməsinə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2018-ci ildə Cavabdeh mülkiyyətində olan, X8 tərəfindən idarə olunan “VAZ 21074” markalı, ** VK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Kia Cerato” markalı, ** LP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. “İş materiallarına əlavə edilmiş 090059 nömrəli sığorta aktından və icbari sığorta bürosundan çıxarışdan (İSB) göründüyü kimi hadisə zamanı X5 idarə etdiyi “VAZ 21074” markalı, ** VK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. İş materiallarına əlavə olunmuş dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatlara əsasən hadisə zamanı “Kia Cerato” markalı, ** LP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 4500 AZN (dörd min beş yüz manat) məbləğində ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərərləri aradan qaldırmış və iş materiallarına əlavə edilmiş PRP**********550 nömrəli ödəniş tapşırığına əsasən “Kia Cerato” markalı, ** LP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 4500 AZN (dörd min beş yüz manat) sığorta ödənişi həyata keçirmişdir. Bildirilir ki, xx.xx.2018-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmayan X6 idarə etməyə verdiyi üçün ona qarşı subroqasiya hüququ yaranmışdır. İş materiallarına əlavə edilmiş AP ******* saylı protokoldan və Xəzər rayon məhkəməsinin 3(003)-617/2018 saylı qərarından görünür ki, X1 Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmuşdur. X2 qeydiyyat və yaşayış yerini müəyyənləşdirmək mümkün olmadığı üçün cavabdeh qismində cəlb etmək tərəflərindən mümkün olmamışdır. İş materialına əlavə edilmiş Baş X13inin vermiş olduğu etibarnamə verilmiş şəxslər barədə çıxarışdan da görünür ki, “VAZ 21074” markalı, ** VK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi etibarnamə əsasında X6 verilməmişdir. Nəqliyyat vasitəsi sürücülük hüququ olmayan şəxs X6 etibarnaməsiz verildiyi üçün cavabdeh X4 qarşı subroqasiya hüququ yaranmışdır. Bu səbəbdən hesab edilir ki, 4500 AZN (dörd min beş yüz manat) pul X3 İddiaçıSığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən cavabdeh X3 “Kia Cerato” markalı, ** LP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə ödənilmiş 4500 AZN (dörd min beş yüz manat) sığorta ödənişinin və 65 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, digər proses iştirakçıları isə gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 4.Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 5.Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı Sığorta Şirkəti ASC-də icbari sığorta növü üzrə sığortalanan, Cavabdeh mülkiyyətində olan və hadisə zamanı X8 tərəfindən idarə edilən “VAZ 21074” markalı, ** VK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Kia Cerato” markalı, ** LP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuş, nəticədə sonuncu avtomobilə ziyan dəymiş və baş vermiş hadisə X5 təqsiri ucbatından baş verdiyindən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “Kia Cerato” markalı, ** LP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibinə dəymiş ziyanın əvəzi olaraq 4.500 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Hazırda isə İddiaçı Sığorta Şirkəti ASC sığorta ödənişi kimi ödədiyi 4.500 manat məbləğində pulun subroqasiya qaydasında Cavabdeh tutulmasını tələb edir. Yəni iddia subroqasiya tələbi ilə bağlıdır. b) Mülki işin materialları: 6.Mülki işin materiallarında olan İcbari Sığorta Müqavilələrinin Mövcudluğunun Yoxlanılmasına dair məlumatdan görünür ki, “VAZ 21074” markalı, ** VK *** dövlət qeydiyyat nömrəli avtomobil İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. 7.Mülki işin materiallarında olan İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən xx.xx.2018-ci il tarixli, 053988 nömrəli sığorta aktından görünür ki, xx.xx.2018-ci il tarixdə baş vermiş hadisə nəticəsində sığortalı Cavabdeh mülkiyyətində olan “VAZ 21074” markalı, ** VK *** dövlət qeydiyyat nişanlı avtomobillə “Kia Cerato” markalı, ** LP *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə sonuncuya 4.500 manat məbləğində ziyan dəymişdir. 8.Mülki işin materiallarında olan Azərbaycan Respublikası DİN-in PQMX-nin MAPS üzrə məlumat şöbəsinin xx.xx.2024-cü il tarixli Arayışından görünür ki, X5 qeydiyyatı barədə məlumat yoxdur. 9.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, DİN Baş X13 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən sorğu edilən “VAZ 21074” markalı, ** VK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixdə alqısatqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. 10.Mülki işin materiallarında olan İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanan 18 avqust 2018-ci il tarixli və X6 ünvanlanan 22 sentyabr 2022-ci il tarixli pretenziya məktublarından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən 4.500 manat məbləğində sığorta ödənişinin subroqasiya qaydasında geri ödənilməsi, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişlər. 11.Mülki işin materiallarında olan 15 avqust 2018-ci il tarixli, PRP**********550 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən faydalanan şəxsin bank hesabına 4.500 manat məbləğində sığorta ödənişi ödənilmişdir. 12.Mülki işin materiallarında olan xx.xx.2018-ci il tarixli, AP seriyalı, ******* nömrəli İnzibati Xəta haqqında Protokoldan görünür ki, xx.xx.2018-ci il tarixdə “VAZ 21074” markalı, ** VK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 13.Mülki işin materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 3(003)-617/2018 saylı Qərarından görünür ki, 12 sentyabr 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat miqdarında cərimə edilmişdir. 14.Mülki işin materiallarında olan xx.xx.2018-ci il tarixli X11 görünür ki, “Kia Cerato” markalı, ** LP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın həcmi 4.500 manat məbləğində qiymətləndirilmişdir. 15.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4954 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş "xxxx" QSC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli qüsur aktı məlumatlarına əsasən, 2011-ci il buraxılışlı, “Kia Cerato” markalı, ** LP *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti 2310,00 manat, təmir-bərpa işlərinin qiyməti 1770,00 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 3506,00 manat. O cümlədən, dəyişilməli hissələrin qiyməti 1736,00 manat, təmir-bərpa işlərinin qiyməti 1770,00 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 AZN (əlli manat) təşkil etmişdir. 16.Mülki işin materiallarında olan dövlət rüsumunun ödənilməsinə dair xx.xx.2024-cü il tarixli, ********** nömrəli elektron qəbzdən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 65 manat məbləğində dövlət rüsumu ödənilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 17.Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 18.Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 19.Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 20.Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 21.Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 22.Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 23.Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 24.“İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir. 25.Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. 26.Qeyd edilən Qanunun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. 27.Həmin Qanunun 56.1.1-ci maddəsinə əsasən fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat sığortalanır. 28.Hazırki işin müəyyən edilmiş hallarından göründüyü kimi xx.xx.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Cerato” markalı, ** LP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği sığorta aktına əsasən 4.500 manat məbləğində qiymətləndirilmiş və həmin məbləğ iddiaçı tərəfindən sığorta ödənişi kimi ödənilmişdir. Hazırda iddiaçı Cavabdeh qarşı iddia qaldıraraq subroqasiya qaydasında pul tələb etməkdə haqlı olmuşdur. Belə ki, hadisənin törədilməsi zaman “VAZ 21074” markalı, ** VK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X8 tərəfindən idarə olunmasına baxmayaraq, nəqliyyat vasitəsi həmin vaxt hazırki iş üzrə Cavabdeh mülkiyyətində olmuş və X8 avtomobili onu idarə etmək hüququ olmadan idarə etmiş və nəticədə də sonuncu AR İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilmişdir. Bundan əlavə isə məhkəmə bir xüsusatıda qeyd edir ki, hadisə zamanı sözügedən nəqliyyat vasitəsinin mülkiyyətçisi hadisə yerində olmamış, hadisədən məlumat aldıqdan sonra hadisə yerinə bilərəkdən gəlmişdir (şahid ifadələri, vərəq 21, 23) Bu isə onu deməyə bir daha əsas verir ki, hazırki cavabdeh mülkiyyətində olan nəqliyyat vasitəsini öz oğluna etibarnaməsi, sürücülük hüququ olmadığını bilə bilə idarə etmək üçün vermişdir ki, bu halda iddiaçı tərəfindən subroqasiya tələbi əsasında iddia verməkdə haqlı olduğunu göstərməkdədir. 29.Məhkəmə tərəfindən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Cerato” markalı, ** LP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləğinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və məhkəməyə təqdim edilən ekspert rəyi əsasında isə müəyyən edilmişdir ki, baş vermiş hadisə nəticəsində “Kia Cerato” markalı, ** LP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği 3.506 manat məbləğində qiymətləndirilmişdir. 30.Məhkəmə bu hala münasibətdə qeyd edir ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən faydalanan şəxsin hesabına “Kia Cerato” markalı, ** LP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərci kimi 4.500 manat məbləğində pul köçürülsə də, iş üzrə əldə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4954 saylı məhkəməəmtəəşünaslıq ekspertizasının rəyinə əsasən təqdim edilmiş "xxxx" QSC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli qüsur aktı məlumatlarına əsasən, 2011-ci il buraxılışlı, “Kia Cerato” markalı, ** LP *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 3506,00 manat məbləğində olduğu müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 AZN (əllimanat) təşkil etmişdir. 31.Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 32.Beləliklə də məhkəmə hesab edir ki, ekspert rəyi daha obyektiv və mötəbər hesab edildiyindən eksper rəyi əsas götürülməklə, “Kia Cerato” markalı, ** LP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin 3.506 manat məbləğində olduğu müəyyən edilməli və həmin məbləğ Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. 33.Məhkəmə xərcləri ilə əlaqədar qeyd olunmalıdır ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq iddia ərizəsinin verilməsinə görə ödənilmiş 65 manat məbləğində dövlət rüsumunun 55.06 manatı cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. 34.Həmçinin, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun təmin edilmiş tələbə mütənasib olaraq 39 manatı cavabdehdən, 11 manatı isə iddiaçıdan tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba köçürülməlidir. 35.Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə 3.506 AZN (üç min beş yüz altı manat) yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişi və ödənilmiş 55.06 AZN (əlli beş manat, altı qəpik) dövlət rüsumunun əvəzi tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməli, iddia tələbi qalan hissədə rədd edilməli, həmçinin aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 AZN pulun təmin edilmiş tələbə mütənasib olaraq 39 AZN-i (otuz doqquz manat) Cavabdeh, 11 AZN (on bir manat) isə iddiaçı Atəşgah” Sığorta Şirkəti ASC-dən tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba köçürülməlidir. 36.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 37.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 38.Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 39.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 40.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 41.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə 3.506 AZN (üç min beş yüz altı manat) yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişi və ödənilmiş 55.06 AZN (əlli beş manat, altı qəpik) dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 3561,06 AZN (üç min beş yüz altmış bir manat, altı qəpik) məbləğində pul tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 AZN (əlli manat) pulun təmin edilmiş tələbə mütənasib olaraq 39 AZN-i (otuz doqquz manat) Cavabdeh, 11 AZN (on bir manat) isə iddiaçı Atəşgah” Sığorta Şirkəti ASC-dən tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-2988/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2988/2024
29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver