Məhkəmə qərarları › İş №e-2(006)-3029/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3029/2024

17.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3029/2024 17.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3498 manat əsas borc, 174,9 manat faiz, 320 manat vəkilə ödənilən vəsait, 60 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4052,9 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, təhsil alan X1 qanuni nümayəndəsi Cavabdeh ilə İddiaçı MMC arasında “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 188-22 saylı, xx.xx.2022-ci il tarixlimüqavilə bağlanılmışdır. Müqaviləyə əlavə olaraq tərəflər arasında xx.xx.2022-ci il tarixli Razılaşdırma Protokolu bağlanmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən, “Lisey” “Təhsilan”a Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi təhsil xidmətlətinin təşkilini, 2-ci maddəyə əsasən isə Təhsilanın “Qanuni nümayəndəsi” isə bu müqavilənin ayrılmaz hissəsi hesab edilən xx.xx.2022-ci il tarixli Razılaşdırma Protokolunda müəyyən edilmiş qaydada və müddətdə təhsil haqqıməbləğini“Lisey”ə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-cimaddəsinə əsasən 188-22 saylı, xx.xx.2022-ci ilmüqavilə üzrə təhsil haqqı 5800 manat təşkiletməkdədi. Lakin cavabdeh tərəfindən təhsil haqqının bir hissəsi olan-2302 manat ödənilmiş, qalan 3498 manat hissəsi isə iddia hazırlanan tarixədək ödənilməmişdir. Həmin pul vəsaitinin ödənilməsi ilə bağlışifahimüraciətlərimiz nəticəsiz qalmışdır. Məhkəmənin diqqətinə çatdırırıq ki, Lisey böyük kollektivə malikdir. İşçilərin əmək haqları, sosial sığortalar, vergilər, icarə haqları, dərs ləvazimatlarının alınması, binanın saxlanılması, o cümlədən elektrik, su, kommunal ödənişlər kimi cari xərclərin ödəmək məcburiyyətindədir. Liseyin yeganə gəlirləri isə təhsilalanların ödənişləri hesabına formalaşır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyini nəzərə alaraq hesab edirik ki, son bir il ərzində ödənişləri etmədiyinə görə Mərkəzi Bankın uçot dərəcəsi ilə, ən azı 5% lə dəymiş zərər, vəkilə ödənilən 320 manat vəsait, 60 manat dövlət rüsumu ondan tutularaq Liseyə ödənilməlidir. Hesab edirik ki, 3498 x 5% = 174,9 manat. 3498 + 174,9 + 320 manat + 60 manat = 4052,9 (dörd min əlli iki manat, 90 qəpik) cavabdehdən alınaraq Liseyə ödənilməlidir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh telefon vasitəsi ilə əlaqə saxlayaraq iddia tələbini etiraf etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iş üzrə iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, tərəflər arasında bağlanmış iyul 2022-ci il tarixli, 188-22 nömrəli müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh uşağı X2 təhsil xidməti göstərməyi, cavabdeh isə illik 5800 manat təşkil edən ümumi təhsil haqqını cədvəl üzrə vaxtlı-vaxtında ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı müqavilə üzrə öz öhdəliyini icra etmiş, cavabdeh isə öhdəliyini tam icra etməmiş, nəticədə iddiaçıya müqavilə üzrə 3498 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən xəbərdar edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliyini hazıradək yerinə yetirməmişdir. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc, ona hesablanmış faiz borcunu və məhkəmə xərclərini cavabdehdən tələb edir. Cavabdeh isə iddianı qəbul edir. b) Mülki işin materialları: Mülki işin materiallarında olan: İddiaçı MMC ilə X1 valideyni və ya digər qanuni nümayəndəsi Cavabdeh arasında bağlanmış təhsil xidmətlərinin göstərilməsi haqqında 07 iyul 2022-ci il tarixli, 188-22 nömrəli müqavilədə qeyd edilmişdir ki, bu müqavilənin predmeti müqavilədə nəzərdə tutulmuş qayda və şərtlər daxilində “Lisey” tərəfindən “Təhsil alan”a Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi təhsil (ibtidai təhsil, ümumi orta təhsil, tam orta təhsil) xidmətlərinin təşkili və göstərilməsi və “Təhsil alan” tərəfindən müəyyən edilmiş qaydalara riayət edilməsində tərəflərin hüquq və vəzifələrinin, öhdəliklərinin yerinə yetirilməsindən irəli gələn Tərəflərin qarşılıqlı münasibətləridir. “Lisey” bu müqavilənin qüvvədə olduğu müddətdə “Təhsil alan”ın ünvan 1 ünvanında yerləşən təhsil müəssisələrində 3-cü sinif Azərbaycan bölməsi üzrə təhsil xidmətləri göstərir, “Qanuni nümayəndə” isə bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 07 iyul 2022ci il tarixli, 188-22 nömrəli Razılaşdırma Protokolunda müəyyən edilmiş qaydada və müddətdə təhsil haqqı məbləğini “Lisey”ə ödəməyi öz öhdəsinə götürmüşdür. “Lisey”də göstərilən təhsil xidməti müqabilində təhsil haqqının ödənilməsini tələb etmək və “Qanuni nümayəndə”lər və ya “Təhsil alan”lardan bu müqavilənin şərtlərinin yerinə yetirilməsini tələb etmək “Lisey”in hüquqlarındandır. Təhsil haqqını bu müqavilədə göstərilən şərtlərə uyğun olaraq tam həcmdə və vaxtında ödəmək “Qanuni nümayəndə”nin vəzifələrindəndir. İddiaçı MMC ilə X1 valideyni və ya digər qanuni nümayəndəsi Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli Razılaşdırma Protokolundan görünür ki, illik təhsil haqqı 5800 (beş min səkkiz yüz) manat təşkil edir. Tərəflər “Təhsil haqqı”nın hissə-hissə ödənilməsi barədə razılığa gəlirlər. Bu Protokol imzalandığı və hesab faktura təqdim edildiyi gündən 3 iş günü müddətində “Qanuni nümayəndə” tərəfindən təyin olunan ilkin ödəniş 580 manat ödənilir, “Təhsil haqqı”nın qalan hissəsi tədris davam etdiyi halda növbəti ayın ödəniş günündən etibarən ödənilir. “Təhsil haqqı”nın hissə-hissə ödənilməsi cədvəl üzrə həyata keçirilir. Cədvəldə qeyd edilmişdir ki, müqavilə imzalandıqda 580 AZN ilkin ödəniş, xx.xx.2022-ci il tarixində 580 AZN, xx.xx.2022-ci il tarixində 580 AZN, xx.xx.2022-ci il tarixində 580 AZN, xx.xx.2022-ci il tarixində 580 AZN, xx.xx.2023-cü il tarixində 580 AZN, xx.xx.2023-cü il tarixində 580 AZN, xx.xx.2023-cü il tarixində 580 AZN, xx.xx.2023-cü il tarixində 580 AZN və xx.xx.2023-cü il tarixində 580 AZN ödənilməlidir. “Təhsil haqqı” Razılaşdırma Protokolunda göstərilən məbləğdə və müddətdə ödənilməlidir. “Qanuni nümayəndə” bu öhdəliyi vaxtında və tam həcmdə icra etmədikdə gecikdirilən hər gün üçün aylıq ödəniləcək məbləğin 1 (bir) %-i həcmində cərimə tətbiq olunacaqdır və bununla əlaqədar yaranan hüquqi xərclər də “Qanuni nümayəndə” tərəfindən ödənilməlidir. “Təhsil haqqı”nın gecikdirildiyi gündən başlayaraq ən geci 1 (bir) ay müddətində mübahisələrin həlli tətbiq olunur. Pretenziyadan görünür ki, Cavabdeh müqavilə üzrə yaranmış borcun 5 gün ərzində ödənilməsi, əks təqdirdə qeyd edilən borcun qaytarılması və dəymiş zərərin məhkəmə qaydasında tələb ediləcəyi barədə İddiaçı MMC tərəfindən xəbərdar edilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 60 manat məbləğində rüsum ödənilmişdir. xx.xx.2024-cü il tarixli 245 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən hüquqi xidmətlərə görə 18 saylı Vəkil Bürosunun hesabına 320,00 (üç yüz iyirmi) manat məbləğində pul vəsaiti köçürülmüşdür c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Qeyd edilən Məcəllənin 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Qeyd edilən Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edir ki, cavabdeh iddia tələbi ilə razı olmuş və bu məhkəmə iclas protokolunda qeyd edilmişdir. Beləliklə, məhkəmə cavabdehin iddia tələbini etiraf etdiyini nəzərə alaraq hesab edir ki, Cavabdeh 3498 (üç min dörd yüz doxsan səkkiz) manat əsas borc, 174,9 (bir yüz yetmiş dörd manat, doxsan qəpik) manat cərimə faizi olmaqla, cəmi 3672.9 (üç min altı yüz yetmiş iki manat, doxsan qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardıma görə görə 18 saylı Vəkil Bürosunun hesabına 320 manat ödənilmişdir. Məhkəmə hesab edir ki, hüquqi xidmətə görə ödənilmiş 320 (üç yüz iyirmi manat) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu 60 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3498 (üç min dörd yüz doxsan səkkiz) manat əsas borc, 174,9 (bir yüz yetmiş dörd manat, doxsan qəpik) manat cərimə faizi olmaqla, cəmi 3672.9 (üç min altı yüz yetmiş iki manat, doxsan qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilsin. Hüquqi xidmətə görə ödənilmiş pulun 320 (üç yüz iyirmi manat) manat və 60 (altmış) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar