Məhkəmə qərarları › İş №e-2(006)-304/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-304/2024

06.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-304/2024 06.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abbasov Nail İbad oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payların müəyyən edilməsi və sairə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(006)-304/2024 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil1 verdiyi şikayətə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzili, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində yerləşən 20 saylı evin 79 saylı mənzilində, cavabdeh (borclu) Cavabdeh1 payının müəyyən edilərək ayrılması, digər Cavabdeh2 Saliko qızı (borclu) Cavabdeh1 payına düşən hissəsini almadıqda, bu əmlakların bazar qiymətinin müəyyən edilərək borclu Cavabdeh1 ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini, həmin əmlaklar açıq hərracdan satıldıqdan sonra ümumi borc məbləğinin ödənilməsi üçün yetmədikdə qalan pul məbləğinin cavabdeh tərəfindən ödənilməsini, bundan əlavə məhkəmə qərardadı ilə özgəninkiləşdirilməsi qadağan edilmiş Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospekti 22 ünvanda yerləşən 186.2 kv.m qeyri-yaşayış sahəsi və əlavə 29.5 kv.m olan digər qeyri-yaşayış sahəsində digər Cavabdeh2 Saliko qızı ilə (borclu) Cavabdeh1birgə mülkiyyətində olub-olmadığının məhkəmə qaydasında araşdırılması, birgə mülkiyyət payı olduğu halda payının müəyyən edilərək ayrılması, digər Cavabdeh2 Saliko qızı (borclu) Cavabdeh1 payına düşən hissəsini almadıqda, bu əmlakların bazar qiymətinin müəyyən edilərək borclu Cavabdeh1 ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini, həmin əmlaklar açıq hərracdan satıldıqdan sonra ümumi borc məbləğinin ödənilməsi üçün yetmədikdə qalan pul məbləğinin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-3865/2023 saylı qərardadı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payların müəyyən edilməsi və sairə tələbinə dair mülki işin icraatı iddiaçı Cavabdeh2 Cavabdeh1 qızına qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payların müəyyən edilməsi və sairə tələbinə dair mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizəsi təmin edilməmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payların müəyyən edilməsi və sairə tələbinə dair mülki işin icraatı iddiaçı Cavabdeh2 Cavabdeh1 qızına qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmənin həmin qərardadından şikayət verərək, onun ləğv edilməsini, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə şikayəti və şikayətə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci madəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə işin icraatının hazırlıq mərhələsində olmasını, iddiaçının iddia ərizəsinin geri qaytarılmasını tələb etməsini nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfin ərizənin qaytarılıb-qaytarılmamasına dair fikirləri nəzərə alınmadan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 269.1-ci maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiyası məhkəməsi tərəfindən 3 gün müddətinə baxılır. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Beləliklə məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)-304/2024 saylı qərardadı ləğv edilməlidir, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payların müəyyən edilməsi və sairə tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)-304/2024 saylı qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payların müəyyən edilməsi və sairə tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar