Məhkəmə qərarları › İş №e-2(006)-313/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-313/2023

21.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-313/2023 21.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı Mursaqulı̇ yev Nazı̇ m Tahı̇ r oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Mursaqulı̇ yev Nazı̇ m Tahı̇ r oğlunun cavabdeh “X8” Açıq Səhmdar Cəmiyyətinə qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Mursaqulı̇ yev Nazı̇ m Tahı̇ r oğlu cavabdeh “X8” Açıq Səhmdar Cəmiyyətinə qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X8” ASC tərəfindən səhvən ödənilmiş alimentin artiq hissəsi olan 3263 AZN və məhkəməyə müraciət üçün ödənilən 54 manat məbləğində dövlət rüsumunun ona qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı bildirmişdir ki, Bakı Şəhəri Nizami rayon İcra və probasiya şöbəsi tərəfindən cavabdehə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsini icra etmək ücun inkasso sərəncamı göndərilmişdir. Həmin qətnamədə göstərilmişdir ki, iki uşağın saxlanılması ücün əmək haqqından əlavə iddiaçının müxtəlif banklarda olan depozit hesablardan əldə etdiyi gəlirlərin 1/3 hissəsi miqdarında aliment tutulub müvafiq iş üzrə iddiaçı olmuş X3 verilməsi qət edilmişdir. Həmin sərəncam üzrə xx.xx.2022-ci il tarixində iddiaçıdan 5338 AZN məbləğində vəsait tutaraq X2 hesabına köçürmüşdür. xx.xx.2020-ci il tarixdə “X8” ASC ilə iddiaçı arasında 30000 AZN və 40000 AZN məbləğində pul vəsaitlərinin müddətli depozit hesabının açılması müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən depozit faizləri hər ay iddiaçının kartıma köçürülmüçdür, ancaq həmin pulları iddiaçı kartdan çıxara bilməyib, çünki Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qərardadına əsasən, iddiaçının cavabdehdə olan bank hesablarına həbs qoyulmuşdur. Bankdan təqdim olunan çıxarış sənədinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər iddiaçının kart hesabında 15575 AZN məbləğində depozit gəlir vəsaiti yığılmışdır. Lakin cavabdeh icra sənədinə əsasən, borclu kimi iddiaçıdan 35264 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə və Bakı Apellyasiya Məhkəməsinin icra sənədinə əsasən 24456 manat məbləgində pul vəsaitinin iddiaçıdan alınaraq X3 verilməsi qərara alınmışdır. Nizami rayon İcra və probasiya şöbəsi tərəfindən göndərilən inkasso sərəncamlarını xx.xx.2022-ci il tarixində icra edərkən iddiaçının bankla bağladığı depozit müqavləsinə xitam vermişdi. Nəticədə yığılan depozit faizlərinə müqavilədə qeyd olunan bəndi bank tərəfindən tətbiq olunaraq, yekun gəlir xx.xx.2022-ci il tarixə qədər 6230 AZN hesablanmışdır. İddiaçı “X8” ASC-yə müraciət edərək bildirmişdir ki, aliment üzrə 1/3 hissəni depozit gəlirinin 6230 AZN məbləğ hissəsindən tutmaq əvəzinə bank səhvən 15575 AZN məbləğdən tutub. Bank rəsmiləri iddiaçıya cavab olaraq bildirmişdilər ki, artıq həmin məbləğ X2 hesabına köcürulmüşdür, bu səbəbdən həmin məbləğin geri qaytarılması mümkünsüzdür. Odur ki, bununla iddiaçı onun mülkiyyət hüquqlarım kobud şəkildə pozulduğunu hesab edir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, iddiaçının barəsində mübahisə etdiyi pul onlar tərəfindən X2 hesabına köçürüldüyündən faydalanan şəxs odur. Ona görə də, hazırki mülki iş üzrə cavabdeh o qoyulmalı idi. Onlar bank olaraq üzərlərinə qoyulmuş vəzifəni icra etmişlər. Odur ki, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatların dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarının araşdırması zamanı məlum olmuşdur ki, tərəflər arasında məhkəmənin qanuni qüvvəyə minmiş 8(007)-280/2020 saylı, 19 noyabr 2020-ci il tarixli məhkəmə aktı (kökündə Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)- 939/2020 saylı qətnaməsi olan) mövcuddur. Həmin məhkəmə aktına əsasən cavabdeh banka inkasso sərəncamı göndərilmişdir ki, cavabdeh bank da həmin sərəncama əsasən üzərinə qoyulmuş öhdəliyi icra etmiş (bank ona verilən göstərişi icra etmişdir) və iddiaçıya aid bank hesabından müvafiq məbləği tutaraq X2 hesabına köçürmüşdür. Həmin tutulmanın düzgün aparılıb-aparılmaması isə sırf qeyd edilən qərardadın icrası mərhələsində həll edilməli məsələdir (müvafiq mühasibatlıq ekspertizasınən təyin edilməsi və s sübutlar əldə edilməklə). Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Nizami Rayon Məhkəməsinin 8(007)-280/2020 saylı, 19 noyabr 2020-ci il tarixli məhkəmə aktının çıxarılmasına əsas həmin məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(007)-939/2020 saylı qətnaməsi olmuşdur ki, sırf bu mübahisənin kökündə də İddiaçı X3 verilməli olan aliment öhdəliyi durmuşdur. Məhkəmə bu halda hesab edir ki, iddiaçının tələbinə məhkəmə qaydasında baxılmalı deyil, həmin məsələ icra mərhələsində həll olunmalı olan məsələlərə aiddir. Belə olan halda, iddiaçının sözügedən qərardadı mübahisələndirmək və ya məsələ ilə bağlı müvafiq icra qurumuna müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı Mursaqulı̇ yev Nazı̇ m Tahı̇ r oğlunun cavabdeh “X8” Açıq Səhmdar Cəmiyyətinə qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə yekun məhkəmə qərarı olduğundan və Azərbaycan Respublikası MPMnin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə baxılmalı olmadığından mülki işin icraatına xitam verilməlidir. Məhkəmə keçirilmiş ekspertiza rəyinə münasibətdə isə qeyd edir ki, mülki iş üzrə icraata xitam verildiyindən prosessual qənaət prinsipini nəzərə almaqla ekspertiza rəyinə münasibət bildirilməsinə də zərurət qalmamışdır. Bu halda məhkəmə təyin olunmuş ekspertiza ilə bağlı hesab edir ki, iş üzrə icraata xitam verildiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul iddiaçıdan tutularaq Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X5, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601000mı**********4 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Mursaqulı̇ yev Nazı̇ m Tahı̇ r oğlunun cavabdeh “X8” Açıq Səhmdar Cəmiyyətinə qarşı "pul tələbi"nə dair mülki işin icraatına xitam verilsin. İddiaçıya hazırki məsələ ilə bağlı müvafiq icra qurumuna müraciət etmək hüququ izah edilsin. İddiaçıya həmçinin izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında ,eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul iddiaçı Mursaqulı̇ yev Nazı̇ m Tahı̇ r oğlundan tutularaq Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X5, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601000mı**********4 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar