Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3163/2022 26.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirlinə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tərtər Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli və yekun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 aprel 2012-ci il tarixli, 1(102)-544/2022 saylı qərarı ilə barəsində çıxarılmış bəraət qərarına əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyindən maddi ziyana görə 34.900 (otuz dörd min doqquz yüz) manat, mənəvi ziyana görə isə 150.000 (yüz əlli min) manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06 aprel 2020-ci il tarixdən iddiaçı barəsində başlanılan CM-nin 234.2-ci maddəsi ilə cinayət işi 14 aprei 2022-ci il tarixinədək (ali məhkəmənin xx.xx.2022-ci il tarixli 1 (102)-544/2022 saylı qərar çıxanadək) davam etmişdir. 06 aprel 2020-ci il tarixdə barəsində şübhəli şəxsin tutulması haqqında qərar qəbul edilərək tutulmuş, 08 aprel 2020-ci il tarixdə Tərtər rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətiimkan tədbiri seçilmiş, daha sonra müharibə şəraiti və atasının şəhid olması ilə əlaqədar “həbs”qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə məhkəmə hökmü çıxanadək saxlanılmışdır. 31 mart 2021-ci il tarixdə Tərtər rayon Məhkəməsinin hökmü ilə onun barəsində təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət hökmü çıxarılmış və seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilmişdir. İş bununla yekunlaşmamış, dövlət ittihamçısı tərəfindən apellyasiya və kassasiya protesti verilmiş və hər iki yuxarı instansiya məhkəməsinin qərarı ilə Tərtər rayon məhkəməsinin 31 mart 2021-ci il tarixli hökmü dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi 2 il müddətində barəsində cinayət işi aparılmış, bu müddətin 359 (üç yüz əlli doqquz) gününü azadlıqdan məhrum edilmişdir. Bu müddət ərzində nə qədər mənəvi əzab və sarsıntı keçirməyini sözlə ifadə edə bilmir. Həmçinin, bu müddətdə 730 (yeddi yüz otuz) gün ərzində əldə edəcəyi günlük minimum 30 manat gəlirdən məhrum edilmişdir. Belə ki, cinayət işində əks olunmuş işin hallarından da göründüyü kimi, o, mərhum atası Rüstəmov Vasifə məxsus Tərtər rayon mərkəzi bazarında yerləşən mağazanın qarşısında özünə məxsus hissədə meyvə tərəvəz satışı ilə məşğul olduğu zaman Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə tutularaq azadlığı məhdudlaşdırılmışdır. Özünə məxsus qeyd etməyinə səbəb atası mağazanın içərisində ərzaq məhsullarının satışı ilə məşğul idi, o, isə mağazanın çölündə meyvə tərəvəz satışı ilə məşğul idi. Tutulmamışdan əvvəl o, həmin fəaliyyətlə yenicə məşğul olmağa başlayırdı və 10000 (on min) manat dəyərində meyvə və tərəvəz o tutulduqdan sonra istifadə müddətində satışa çıxarıla bilinmədiyindən meyvə və tərəvəz xarab olub maddi ziyana düşmüşdür. Bundan başqa xx.xx.2021-ci il tarixdə azadlığa çıxdıqdan sonra yuxarı instansiyalarda məhkəmə prosesləri 14 aprel 2022-ci il tarixədək davam etdiyindən o əvvəlki işini bərpa edə bilməmiş, həmin müddətdə bəraət hökmü qanuni qüvvəsini almadığından heçbir işə (dövlət və özəl müəssisələrə) qəbul ola bilməmişdir. Həmçinin, cinayət işinin istintaq dövründə və birinci, apelyasiya və ali məhkəmədə olduğu müddətdə öz hesabına vəkillər ilə müqavilə bağlayaraq hüquqlarını müdafiə etdiyindən həmin müddət ərzində vəkil xərcləri (birinci instansiyada müqavilə üzrə iki vəkili olub) yol xərcləri olmaqla əlavə olaraq 3000 (üç) min manat maddi ziyan dəymişdir. Göründüyü kimi 06 aprel 2020-ci il tarixdən barəsində başlanılan CM-nin 234.2-ci maddəsi ilə cinayət işi 14 aprel 2022-ci il tarixinədək (ali məhkəmənin xx.xx.2022-ci il tarixli 1(102)-544/2022 saylı qərar çıxanadək) onun 2 il müddətdə əmək fəaliyyətindən uzaqlaşmağına səbəb olmuş, qanunsuz cinayət məsuliyyətinə cəlb olunmağı ilə bağlı 2 il ərzində (730 gün) əldə edəcəyi qazanc 730*30=21900 (iyirmi bir min doqquz yüz) manat əldən çıxmışdır. Qanunsuz həbs olunduğu müddətdə satılmadığı üçün xarab olmuş meyvə və tərəvəzə görə 10.000 (on min) manat ziyan dəymişdir. Həmçinin, vəkil və yol xərci olaraq çəkilmiş 3000 (üç min) manat pul, ümumilikdə 34900 (otuz dörd min doqquz yüz) manat ona dəymiş maddi ziyan cavabdeh orqandan tutularaq ona ödənilməlidir. Bütün bu müddət ərzində ailəsi sarsılmış, səhhətində ciddi problemlər yaranmış, əldə edəcəyi gəlirdən, maddi baxımdan inkişafdan və sair digər üstünlüklərdən məhrum olmuşdur. Cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində ona vurulmuş mənəvi ziyanın pul ilə kompensasiyası mümkün deyildir. Belə ki, cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi səsində şəxsi həyat və işgüzar nüfuzuna xələl gəlmiş, fiziki və mənəvi ziyana məruz qalmışdır. Qanunsuz azadlığı məhdudlaşdırılmış 359 (üç yüz əlli doqquz) gün (12 ay) müddətində və apellyasiya, ali məhkəmədə məhkəmə dövründə yenidən həbs olunmaq qorxusu ilə o və ailəsi mənəvi sarsıntı keçirmişdir və ona vurulmuş mənəvi ziyana görə 150.000 (yüz əlli min) manat pul ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağrılmış, lakin qabaqcadan heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddia ərizəsinə etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi əsaslı olmadığından rədd edilməlidir. İddiaçı iddia ərizəsində maddi ziyana görə 34.900 manat, mənəvi ziyana görə 150.000 manat, cəmi 184.900 manat məbləğində vəsaitin ona ödənilməsini tələb etmişdir. İlk növbədə bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1 -ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inziba tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istinataq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq Azərbaycan Respublikası (konkret dövlət büdcəsi nəzərdə tutulmamışdır) qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Digər tərəfdən Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən isə təhqiqat, ibtidai istintaq prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiy halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə məyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Bu baxımdan, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosesinə cəlb olunması məqsədəmüvafiqdir. Bununla bağlı qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxslərin məhkəməyə cəlb edilməsi barədə vəsatət məhkəməyə təqdim olunmuşdur. Mənəvi ziyanın vurulması ilə bağlı bildirilir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödəbilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Hesab olunur ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Bu səbəbdən də qeyd olunanları nəzərə alaraq, iddiaçının iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Tərtər Rayon Məhkəməsinin 08 aprel 2020-ci il tarixli, 4(061)-18/2020 saylı (həbs qətimkan tədbiri seçilməsinə dair) qərarına əsasən, təqdimat və vəsatət təmin edilmiş, AR Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs İddiaçı barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsə alınmanın əvvəli 06 aprel 2020-ci il tarixdən saat 20:20-dən hesablanmışdır. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 4(061)- 82/2020 saylı (təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair) qərarına əsasən, İddiaçı barəsində Tərtər Rayon Məhkəməsinin 08 aprel 2020-ci il tarixli qərarı ilə 4 ay müddətinə seçilmiş və Tərtər Rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmış həbs qətimkan tədbiri cinayət işi üzrə məhkəmə baxışının sonunadək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuş və o, dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 1(061)- 01/2021 saylı Hökmünə əsasən, İddiaçı- təqsiri sübuta yetirilmədiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 sentyabr 2021-ci il tarixli qərarı ilə (iş № 1(104)-302/2021) Tərtər Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 1(061)-01/2021 saylı Hökmündən dövlət ittihamçısı X6 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, İddiaçı AR CM-nin 234.2-ci maddəsilə verilmiş ittiham üzrə bəraət verilməsinə dair cinayət işi üzrə Tərtər Rayon Məhkəməsinin 31 mart 2021ci il tarixli, 1(061)-01/2021 saylı Hökmü dövlət ittihamçısının apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2022-ci il tarixli qərarı ilə (iş № 1(102)-544/2022) Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 sentyabr 2021-ci il tarixli, qərar 1(104)-302/2021 saylı qərarından dövlət ittihamçısı X3 tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, İddiaçı barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 sentyabr 2021-ci il tarixli, qərar 1(104)-302/2021 saylı qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən ünvanlanan məktubdan görünür ki, İddiaçı mərhum atası X1 Tərtər şəhəri, Heydər Əliyev prospektində yerləşən "xxxx" MMC-nin nəzdində olan Tərtər rayon mərkəzi bazarında yerləşən icarə müqaviləsi əsasında istifadə etdiyi ticarət obyektinin qarşısında xx.xx.2020-ci il tarixədək meyvə tərəvəz satışı ilə məşğul olmuşdur. Beləliklə, işin araşdırılmış hallarından müəyyən olundu ki, Tərtər Rayon Məhkəməsinin 08 aprel 2020-ci il tarixli, 4(061)-18/2020 saylı (həbs qətimkan tədbiri seçilməsinə dair) qərarına əsasən, təqdimat və vəsatət təmin edilmiş, AR Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs İddiaçı barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Tərtər Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 4(061)-82/2020 saylı (təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair) qərarına əsasən, İddiaçı barəsində Tərtər Rayon Məhkəməsinin 08 aprel 2020-ci il tarixli qərarı ilə 4 ay müddətinə seçilmiş və Tərtər Rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmış həbs qətimkan tədbiri cinayət işi üzrə məhkəmə baxışının sonunadək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuş və o, dərhal həbsdən azad edilmiş, Tərtər Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 1(061)-01/2021 saylı Hökmünə əsasən isə, İddiaçı- təqsiri sübuta yetirilmədiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 sentyabr 2021-ci il tarixli qərarı ilə (iş № 1(104)-302/2021) Tərtər Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 1(061)-01/2021 saylı Hökmündən dövlət ittihamçısı X6 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, İddiaçı AR CM-nin 234.2-ci maddəsilə verilmiş ittiham üzrə bəraət verilməsinə dair cinayət işi üzrə Tərtər Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 1(061)-01/2021 saylı Hökmü dövlət ittihamçısının apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışd, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2022-ci il tarixli qərarı ilə (iş № 1(102)-544/2022) Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 sentyabr 2021-ci il tarixli, qərar 1(104)- 302/2021 saylı qərarından dövlət ittihamçısı X3 tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, İddiaçı barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 sentyabr 2021-ci il tarixli, qərar 1(104)-302/2021 saylı qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Həmin Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir; Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir; 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir; 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə iddia tələbinin vurulmuş maddi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı ona vurulmuş maddi zərərlə bağlı 224 (iki yüz iyirmi) dörd manat məbləğində pul vəsaiti tutulmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçının vəkillə bağlanmış müqavilələr üzrə ödəniş qəbzlərindən görünür ki, iddiaçı ilə vəkil arasında 4 dəfə müqavilə bağlanmış və ümumilikdə, iddiaçı tərəfindən 224 (iki yüz iyirmi dörd) manat məbləğində pul ödənilmişdir. Məhkəmə iddia tələbinin əldən çıxmış fayda kimi qeyd olunan 730*30=21.900 manat, xarab olmuş meyvə və tərəvəzə görə 10.000 manat, həmçinin vəkil və yol xərci olaraq çəkilmiş 3.000 manat, toplam 34.900 manat məbləğində maddi ziyanın dəyməsi ilə bağlı hesab edir ki, bu tələb iddiaçı tərəfindən konkret olaraq sübuta yetirilə bilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, bu hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi həbsdə olmuş, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi isə ev dustaqlığında olmuşdur. İddiaçının əsassız olaraq həbsdə saxlanılması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 12000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə ijlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən mənəvi zərərə görə 12.000 (on iki min) manat, maddi ziyana görə 224 (iki yüz iyirmi dörd) manat alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən mənəvi zərərə görə 12.000 (on iki min) manat, maddi ziyana görə 224 (iki yüz iyirmi dörd) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-3163/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3163/2022
26.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver