Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3205/2025 06.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, İddiaçı X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankı, “İcbari Sığorta Bürosu” X2 və "xxxx" ASC-yə qarşı “icbari sığorta müqaviləsinin və şəhadətnaməsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:
1. İddiaçı Əliyev X1 Röyal Mahir oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankı, “İcbari Sığorta Bürosu” X2 və "xxxx" ASC-yə qarşı “icbari sığorta müqaviləsinin və şəhadətnaməsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən iddiaçının adına rəsmiləşdirilmiş 10SP586 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair PPA********** nömrəli xx.xx.2023-cü il tarixli icbari sığorta müqaviləsinin və şəhadətnaməsinin etibarsız hesab edilməsi, həmin şəhadətnamənin qüvvədə olduğu müddətdə baş vermiş 2 yol-nəqliyyat hadisəsi ilə bağlı iddiaçıya münasibətdə tətbiq edilmiş sığorta haqlarını artıran Bonus-Malus əmsalının ləğv edilməsi və sığorta haqlarını azaldan (0,6) Bonus-Malus əmsalının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır.
Əsaslandırıcı hissə:
3. Belə ki, iddiaçı iddia ərizəsinin mülki prosessual qanunvericiliklə müəyyənləşdirilmiş forma və məzmununa riayət etməmişdir. İddiaçı cavabdeh qismində Azərbaycan Respublikasının Mərkəzi Bankı, “İcbari Sığorta Bürosu” X2 və "xxxx" ASC-ni göstərsə də, hansı cavabdehdən nəyi tələb etməsini iddia ərizəsində aydın qeyd etməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 149.2, 149.2.3-cü maddə. İddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 151.1-ci maddə. Ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. 152.1, 152.1.1-ci maddə. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim ərizəni və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. 152.4-cü maddə. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
5. Hesab edirəm ki, yuxarıda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır.
Nəticə:
6. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149- 152, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİM:
İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankı, “İcbari Sığorta Bürosu” X2 və "xxxx" ASC-yə qarşı “icbari sığorta müqaviləsinin və şəhadətnaməsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Günay Abidova