Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3213/2024 07.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Eldar İsmayılov hakimlər Cavid Hüseynov və Samir Əliyev) 19 fevral 2019- cu il tarixli, 1(101)-108/2019 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı 27-29 noyabr 2017-ci il tarixlərində şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün, 08 dekabr 2017-ci il tarixdən 11 yanvar 2018-ci il tarixədək həbsdə saxlanıldığı 33 (otuz üç) gün və 11 yanvar 2018-ci il tarixdən hökmdən çıxarıldığı 19 fevral 2019-cu il tarixədək ev dustaqlığında olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 dekabr 2017-ci il tarixdən hesablanmışdır. İddiaçı barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalından dərhal həbsə alınmışdır. İddiaçı verilmiş ittiham ondan ibarət olmuşdur ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Muradlı (Muradov) Elxan Rafiq oğlunun etibarından sui-istifadə edərək Rusiya Fedasiyasında olan mənbələrdən müxtəlif kompressor avadanlıqları, azot çənləri və digər oksigen istehsalı təyinatlı avadanlıqları alaraq İran İslam Respublikasında olan naməlum şəxslərə satıb gəlir əldə edəcəklərinə dair yalandan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə ünvan 1 ünvanında yerləşən "Caspian Plaza" biznes mərkəzində 22 dekabr 2014-cü il tarixdə həmin dövrün məzənnəsi ilə 78.440 manat təşkil edən 100.000 ABŞ dolları, 10 yanvar 2015-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 94.128 manat təşkil edən 120.000 ABŞ dolları, 03 iyun 2015-ci il tarixdə İddiaçı vasitəsilə həmin dövrün məzənnəsi ilə 83.872 manat təşkil edən 80.000 ABŞ dolları, 10 iyun 2015-ci il tarixdə oğlu Samir Xıdırovun vasitəsilə həmin dövrün məzənnəsi ilə 52.390 manat təşkil edən 50.000 ABŞ dolları, 22 iyun 2015-ci il tarixdə ünvan 2 ünvanında həmin dövrün məzənnəsi ilə 157.095 manat təşkil edən 150.000 ABŞ dolları, həmçinin qısa müddət ərzində qaytaracağına dair yalandan vəd verib aldadaraq, 20 avqust 2015-ci il tarixdə ünvan 1 ünvanında yerləşən "Caspian Plaza" biznes mərkəzində həmin dövrün məzənnəsi ilə 94.374 manat təşkil edən 90.000 ABŞ dolları, 30 dekabr 2015-ci il tarixdə ünvan 3 ünvanında yerləşən 1 saylı X18 yaxınlığında 40.000 manat, 11 yanvar 2016-cı il tarixdə ünvan 4 ünvanında yerləşən “Nəsimi bazarı”nın yaxınlığında oğlu Samir Xıdırovun vasitəsilə 10.000 manat pulunu alıbələ keçirərək zərərçəkmiş şəxs Elxan Muradlıya (Muradova) külli miqdarda, yəni 610.299 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli hökmündən məhkum edilmiş İddiaçı müdafiəçisi X11 apellyasiya şikayəti verərək məhkəmə hökmünün qanunsuz və əsassız olduğunu, işin hallarından tərəflər arasında olan münasibətin borc münasibətləri olmasının göründüyünü, onlar arasında olan münasibətin mülki qanunvericiliklə tənzimləndiyini, həmçinin İddiaçı niyyətinin zərərçəkmiş şəxslərin əmlakını ələ keçirmək olmadığını bildirib hökmün ona aid hissədə ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2019-cu il tarixli, 1(103)-587/2019 saylı qərarına əsasən (Sədrlik edən: X12; hakimlər: X13 və X4) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2019-cu il tarixli, 1(103)-587/2019 saylı qərarından məhkum edilmiş X7 müdafiəçisi kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(102)-154/2021 saylı qərarına əsasən (sədrlik edən: Əziz Seyidov, hakimlər: Tahir Kazımov, İlqar Qılıcov) kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 31 may 2019- cu il tarixli, 1(103)-587/2019 saylı qərarı ləğv edilməklə, cinayət işi Bakı Apellyasiya Məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkəmə tərkibi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(102)-154/2021 saylı qərarında cinayət işində olan ziddiyətli məqamlara aydınlıq gətirilməsi və iş üzrə düzgün nəticəyə gəlinməsi üçün əhəmiyyətli olduğunu nəzərə alaraq məhkəmə baxışının qismən istintaqla aparılmasını zəruri hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(103)-659/2021 saylı qərarına əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 1(101)-108/2019 saylı hökmü ləğv edilmiş və iş üzrə yeni hökm qəbul edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilmiş və onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(103)-659/2021 saylı qərarından dövlət ittihamçısı Emil Mirzəyev kassasiya protesti və zərərçəkmiş şəxs X1 isə kassasiya şikayəti vermişlər. Yekunda Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(102)-908/2022 saylı qərarına əsasən, kassasiya protesti və kassasiya şikayəti təmin olunmamışdır. İddiaçı və X16 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2021-ci il tarixli qərarı (sədrlik edən: Vaqif Mursaqulov, hakimlər: Mirzəli Abbasov, Ramin Qaraqurbanlı) dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi 4 ildən çox kobud qanun pozuntuları ilə davam edən ibtidai istintaq və məhkəmə yekunda bəraətverici əsaslarla icraata xitam verilməsi ilə nəticələnmiş və İddiaçı həmin dövrdə qanunsuz olaraq 35 (otuz beş) ay (1065 gün) həbsdə saxlanılmışdır. Məhkəmənin diqqətinə çatdırılır ki, İddiaçı cinayət təqibinə məruz qalanadək ticarət və digər fəaliyyət növləri ilə məşğul olmuş, aylıq sabit gəliri olmuşdur. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı özünə məxsus Hyundai H1 markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə sərnişindaşıma müqaviləsinə əsasən 12 dekabr 2015-ci il tarixdə 05 yanvar 2018-ci il tarixədək çalışmış və aylıq əmək haqqı 1450 (min dörd yüz əlli) manat təşkil etmişdir. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş yuxarıda qeyd edilən şirkətdən daxil olmuş 14 may 2024-cü il tarixli arayışdan müəyyən edilir ki, İddiaçı özünə məxsus Hyundai H1 markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə sürücü təqdim etməklə sərnişindaşıma müqaviləsinə əsasən 01 avqust 2014-cü il tarixdən 05 yanvar 2018-ci il tarixədək "xxxx" MMC-dən əldə etdiyi gəlir aylıq 1450 (min dörd yüz əlli) manat təşkil etmişdir. Qeyd edilənlərdən əlavə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci tarixə, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, həmçinin xx.xx.2019-cu il tarixdən 14 dekabr 2021-ci il tarixə kimi cinayət prosesini həyata keçirən orqanın səhvi və qanunsuz hərəkətləri nəticəsində onun əsassız olaraq istintaq təcridxanasında və cəzaçəkmə müəssisəsində saxlanılmaqla azadlığından məhrum olunduğu müddət ərzində ailə üzvləri tərəfindən ona yemək və ərzaq gətirilməsinə, həmçinin hüquqlarını müdafiə edən vəkilin İstintaq Təcridxanasına aparılıb gətirilməsinə ümumilikdə 50.000 (əlli min) manatdan çox pul sərf olunmuşdur ki, həmin məsrəfi də iddiaçı ibtidai istintaq orqanının qanunsuz hərəkətləri səbəbindən sərf etmək məcburiyyətində qalmışdır. Təkcə onu qeyd etmək kifayətdir ki, İddiaçı məxsus Hyundai H1 markalı avtomobillər onun cinayət təqibinə məruz qaldığı müddətdə, yəni 2018-ci il tarixdə satılaraq özgəninkiləşdirilmişdir. (Baş X27 İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktub və iddiaçıya məxsus avtomobillər haqqında məlumatlar iddia ərizəsinə əlavə edilir.) Bundan əlavə İddiaçı günahsız olduğu halda 35 (otuz beş) ay (xx.xx.2017xx.xx.2017=2 gün; xx.xx.2017- xx.xx.2018=33 gün; xx.xx.2019-xx.xx.2021=33 ay 25 gün+1 ay=35 ay) müddətə haqsız yerə azadıqdan məhrum olduğu üçün, eləcə də heç bir əsas olmadan törətmədiyi cinayət əməlində ittiham olunduğu üçün ona böyük mənəvi ziyan da dəymişdir. Belə ki, ibtidai istintaq orqanının və məhkəmələrin qanunsuz hərəkətləri nəticəsində çəkdiyi əzab-əziyyət onda əsəb pozğunluğu və ürək ağrısına gətirib çıxarmışdır. Belə ki, barəsində heç bir əsas olmadan Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış və üç ilə yaxın həbsxanada qalmağa məcbur olmuşdur. Nəticədə isə çox böyük psixoloji sarsıntılar, əsəb gərginlikləri keçirmişdir. Qanunsuz hərəkətləri nəticəsində iddiaçının dəymiş mənəvi ziyanın dəyərini haqlı olaraq tələb etmək hüququ vardır. Bu səbəbdən hesab edilir ki, maddi ziyanla yanaşı, həmçinin 35.000 (otuz beş min) manat məbləğində mənəvi ziyan da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticədə, İddiaçı istintaq orqanının səhvi nəticəsində ümumilikdə (35 ay x 1000 manat = 35.000 manat, 35 ay x 1450 manat = 50.750 manat, 35 ay x 1450 manat = 50.750 manat, 50.000 manat, 35.000 manat + 50.750 manat + 50.750 manat + 50.000 manat) 186.500 (yüz səksən altı min beş yüz) manat məbləğində qazancından məhrum olmuşdur. Məhkəmənin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun “Rəsul Cəfərov Azərbaycan qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən X2 Azərbaycan Respublikası CM-nin 179.3.2, 192.2.2, 213.1, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat qaydasında baxaraq X8 barəsində bəraətverici əsaslarla cinayət təqibinə xitam verilməsi və onun qanunsuz olaraq həbs saxlanılması və azadlıqdan məhrum edilməsini nəzərə alaraq mənəvi ziyana görə 57.173,30 AZN ödənilməsi qərara alınmışdır. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun “İlqar Məmmədov Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarına uyğun olaraq X5 Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat qaydasında baxaraq X14 barəsində bəraətverici əsaslarla cinayət təqibinə xitam verilməsi və onun qanunsuz olaraq həbs saxlanılması və azadlıqdan məhrum edilməsini nəzərə alaraq mənəvi ziyana görə 234.000 manat ödənilməsi qərara alınmışdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-5251/2021 saylı və xx.xx.2021-ci il tarixli 2(102)-4616/2021 saylı qərarlarından, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-5198/2022 saylı qərarından görünür ki, formalaşdırılmış hüquqi praktika belədir ki, qanunsuz olaraq həbsdə saxlanılan şəxsin hər ayı üçün 1.000 manat məbləğində mənəvi ziyan kompensasiya edilir. Göründüyü kimi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun formalaşdırdığı mövqeyə görə qanunsuz olaraq həbsdə saxlanılma və azadlıqdan məhrum etmə ilə bağlı kifayət qədər yüksək məbləğdə mənəvi zərər ödənilir. Göstərilənlərə əsasən ibtidai istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində əsassız ittiham olunması, cinayət təqibinə məruz qalması və qanunsuz həbsə alınması səbəbindən İddiaçı dəymiş maddi və mənəvi ziyana görə ümumilikdə 186.500 (yüz səksən altı min beş yüz) manat məbləğində pul vəsaitinin kompensasiya olaraq cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Daha sonra cavabdehin nümayəndəsi X15 iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı təhqiqat və ibtidai istintaq orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş maddi və mənəvi ziyana görə 186.500 manat kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi bu prosesə cavabdeh kimi cəlb edilmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edilir ki, həmin iddia tələbi rədd edilməlidir. İddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən ona xeyli miqdarda ziyan vurulmasına görə zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı ərizəsində həbsdə olduğu müddətdə ailə üzvləri tərəfindən ona yemək və ərzaq gətirilməsinə, nəqliyyat xərclərinə görə kompensasiya ödənilməsini tələb etmişdir. Bildirilir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5ci maddəsində ödənilən ziyanın konkret növləri (məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və s.) göstərilmişdir. Qeyd olunan Qanunda iddiaçının tələb etdiyi xərclərə görə hər hansı kompensasiya nəzərdə tutulmamışdır. İddiaçı həmçinin mənəvi ziyana görə kompensasiya ödənilməsini tələb edir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Hesab edilir ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə yin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, fiziki və mənəvi sarsıntılar keçirməsi, bunlann cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi iztirab və s. nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları əzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağ - cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli reş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il .: -n təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən ; as olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində, maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra miyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Mülki qanunvericiliyin tələblərinə əsasən hər hansı şəxsə zərər vurmuş şəxs (və ya şəxslər) ona münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya 'ə ətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini sodeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. Eyni zamanda “Dövlət büdcəsi" ifadəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur, xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.3-cü maddəsinin tələblərini də nəzərə almalıdır. Belə ki, Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Qeyd olunan reqres hüququnun əsaslandırılması üçün isə məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsiri müəyyən edilməli və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktlar qətnamədə göstərilməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilərsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı və məhkəmə tərəfindən qəbul ediləcək qərarda iş üzrə təqsirkar vəzifəli şəxslərin (adı, soyadı, vəzifəsi göstərilməklə) təqsiri müəyyən edilməlidir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi cinayət prosesini həyata keçirən orqan (və ya vəzifəli şəxs) hazırkı iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Ümumiyyətlə iddiaçı heç bir əsaslandırma və sübut göstərmədən maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək və iddia tələbini müdafiə edərək əlavə olaraq bildirmişdir ki, cavabdeh məhkəməyə ünvanladığı etirazda qeyd etmişdir ki, iddiaçıya mənəvi ziyanın vurulması heç bir sübutla təsdiqini tapmamışdır. Hesab edir ki, bu, tam absurd bir yanaşmadır. Belə ki, iddiaçı qanunsuz olaraq 35 ay həbsdə saxlanılaraq azadlıqdan məhrum edilmiş, həmçinin bundan əlavə barəsində ev dustaqlığı qətimkan tədbiri də seçilmişdir. Bu müddət ərzində atası vəfat etmiş, anası yataq xəstəsi olmuşdur. İddiaçı ətrafında “dələduz” damğası almışdır. Hesab edir ki, bundan daha ağır bir mənəvi ziyan ola bilməz. Həmçinin, cavabdeh tərəf bildirir ki, iddiaçı həbsdə olarkən ona hansı xərclərin çəkilməsi əsaslandırılmayıb. Bugün hamı bilir ki, həbsdə saxlanılan şəxsin qohumları, yaxınları onu görmək üçün saxlandığı yerlərə gedir və məcbur qalaraq ona gündəlik tələbat şeyləri, ərzaq, geyim və s. aparırlar. Bunlar da kifayət qədər xərc tələb edir. Bu da maddi ziyanı təsdiq edən hallardandır. Bundan əlavə iddiaçının nümayəndəsi və vəkili izahat verərək bildirmişdir ki, iddiaçıya dəyən maddi ziyan həmçinin onun sahibliyində olan iki avtomobilə görə aylıq gəlirlərindən məhrum olmasıdır. İddiaçı həmin avtomobillərə görə biri üzrə əmək münasibətlərindən çıxış edərək, digəri isə icarə münasibətlərindən çıxış edərək gəlir əldə etmiş, lakin sonradan maddi sıxıntılardan dolayı həmin nəqliyyat vasitələrinin satıldığını bildirmişdir. Lakin iddiaçının əmək müqaviləsinin mövcud olması barədə sübutları təqdim edə bilməmişdir. Odur ki, bu halları nəzərə alaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasın xahiş etmişdir. 6.Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. 7.Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. 8.Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 9.Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham olunaraq 27 noyabr 2017-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 noyabr 2017-ci il tarixdə həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və həbsdən azad edilmiş, 08 dekabr 2017-ci il tarixdən həbs qətimkan tədbiri seçilmiş, 11 yanvar 2018-ci il tarixli Qərar əsasında həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmiş, daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 1(101)- 108/2019 saylı Hökmünə əsasən iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 dekabr 2017-ci il tarixdən hesablanmış, onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalından dərhal həbsə alınmışdır. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2021-ci il tarixli, 1(103)- 659/2021 saylı Hökmünə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 1(101)-108/2019 saylı Hökmü ləğv edilmiş, iş üzrə yeni hökm çıxarılmış, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmiş, həmin Hökm Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(102)-908/2022 saylı Qərarına əsasən dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı qanunsuz olaraq azadlıqdan məhrum edildiyi dövrdə ona həm maddi, həm də mənəvi ziyan vurulduğunu iddia edərək, ümumilikdə 186.500 manat məbləğində pul vəsaitinin kompensasiya olunaraq ona ödənilməsini tələb edir. b) Mülki işin materialları: 10.Mülki işin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 1(101)-108/2019 saylı Hökmündən görünür ki, 27 noyabr 2017-ci il tarixdə iş üzrə şübhəli şəxs qismində tutulmuş, 29 noyabr 2017-ci il tarixdə həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və həbsdən azad olunmuş, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 08 dekabr 2017-ci il tarixli qərarına əsasən, həbsetmənin əvvəli 08 dekabr 2017-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, Xətai Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli qərarına əsasən həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və həmin tarixdə həbsdən azad olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2018-ci il tarixli qərarına əsasən ev dustaqlığı qətimkan tədbiri qüvvədə saxlanılmış İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, 27 noyabr 2017-ci il tarixdən 29 noyabr 2017-ci il tarixədək onun şübhəli şəxs kimi tutulub saxlanıldığı 2 (iki) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılması və İddiaçı qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, İddiaçı 08 dekabr 2017-cı ıl tarixdən 11 yanvar 2018-ci il tarixədək həbsdə saxlanıldığı və 11 yanvar 2018-ci il tarixdən hökmün çıxarıldığı 19 fevral 2019-cu il tarixədək ev dustaqlığında olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasmın başlanğıcının 08 dekabr 2017-ci il tarixdən hesablanması, İddiaçı barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından dərhal həbsə alınması, İddiaçı təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, təqsirləndirilən şəxs İddiaçı maddi ziyana görə 46.750 manat və dövlət rüsumuna görə 15 manat, ümumilikdə 46.765 manat tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı X10 ödənilməsi və s. hökm edilmişdir. 11.Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2019-cu il tarixli, 1(103)-587/2019 saylı Qərarına əsasən apellyasiya şikayətlərinin təmin edilməməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019cu il tarixli, 1(101)-108/2019 saylı Hökmü məhkum edilmiş İddiaçı müdafiəçisi X11 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 12.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(102)-154/2021 saylı Qərarına əsasən kassasiya şikayətinin qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin X16 barəsində olan 31 may 2019-cu il tarixli, 1(103)-587/2019 saylı Qərarı ləğv edilmiş, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. 13.Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2021-ci il tarixli, 1(103)-659/2021 saylı Hökmünə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 1(101)-108/2019 saylı Hökmü ləğv edilmiş, iş üzrə yeni hökm çıxarılmış, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3cü maddəsi ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. 14.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(102)-908/2022 saylı Qərarına əsasən İddiaçı barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 15.Mülki işin materiallarında olan "xxxx" Avtomobillərin Kirayəsi və Texniki Xidməti tərəfindən verilən xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, İddiaçı “Kartek” firmasına öz şəxsi D.N.N (90ZH214) avtomaşınını sürücü təqdim etməklə sərnişin daşıma müqaviləsinə əsasən 01 avqust 2014-cü il tarixindən 05 yanvar 2018-ci il tarixinədək çalışıb və aylıq xidmət haqqı 1450 manat təşkil edib. 16.Mülki işin materiallarında olan "xxxx" Avtomobillərin Kirayəsi və Texniki Xidməti tərəfindən verilən xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, İddiaçı “Kartek” firmasında olan öz şəxsi D.N.N (90TH780) avtomaşını ilə sərnişindaşıma müqaviləsinə əsasən 12 dekabr 2015-ci il tarixdən 05 yanvar 2018-ci il tarixinə qədər çalışıb və aylıq əmək haqqısı 1450 manat təşkil edir. 17.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X27 İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı məxsus 90ZH214 dövlət qeydiyyat nişanlı avtomobil alqı-satqı müqaviləsi əsasında xx.xx.2018-ci il tarixdə özgəninkiləşdirilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 18.Məhkəmə İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən iddiaçının ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. 19.İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». 20.Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. 21.Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir. 22.Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. 23.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. 24.Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. 25.«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. 26.Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. 27.Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 28.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». 29.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. 30.Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. 31.Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. 32.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. 33.Lakin, nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il). 34.İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin hissədə iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı maddi ziyan kimi həbs edilməmişdən əvvəl ticarət və digər fəaliyyət növləri ilə məşğul olduğunu, aylıq sabit gəlirə malik olduğunu, həbs edildikdən sonra isə həmin məbləğdən məhrum olduğunu, həmçinin həbsdə olduğu müddət ərzində valideynlərinin onun yanına gəlibgetməsini, yemək və ərzaq gətirdiklərini, bundan əlavə məhkəmə prosesləri dövründə hüquqlarının müdafiəsi üçün vəkil xərcləri ödədiyini iddia etsə də, həmin hissədə iddiasını əsaslandıra biləcək mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. 35.Məhkəmə iddiaçının həbs edilməmişdən əvvəl ticarətlə məşğul olması, əmək münasibətlərində olmasını və sabit gəlirə malik olması və həbs edildikdən sonra həmin gəlirlərdən məhrum edilməsi fikrinə münasibətdə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçının həbs edilməmişdən əvvəl mülkiyyətində iki avtomobil olmuş (90TH780 və 90ZH214), həmin avtomobillərdən birini icarəyə vermiş, digəri ilə isə özü sərnişindaşıma müqaviləsinə əsasən çalışıb, hər iki avtomobil üzrə ayrı-ayrılıqda aylıq 1450 manat məbləğində əmək haqqı almışdır. Lakin iş materiallarında olan "xxxx" şirkətinin vermiş olduğu əmək münasibtlərinə dair arayış mötəbər sübut növü kimi qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2ci maddəsində müvafiq anlayışlar verilmişdir: işçi – işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 5-ci maddəsində əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinin 8-ci maddəsinə əsasən iş yeri – işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yerdir . Həmin Məcəllənin 9-cu maddəsinin “d” bəndi, 43-cü maddəsinin “ə” bəndində əmək müaviləsinin şərtləri və məzmunu qeyd edilmiş və həmin bəndlərdə mütləq qaydada olaraq əmək haqqının əmək müqaviləsindən yarandığı qeyd edilmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı ilə qeyd edilən şirkət arasında əmək müqaviləsi mövcud olmamış (mülki işin icraatı zamanı təqdim edilməmiş və iddiaçı tərəf bunu təqdim edə bilməyəcəyini məhkəməyə bildirmişdir) və mövcud olmayan bir əmək müqaviləsi üzrə də əmək haqqından da söhbət gedə bilməz. Bundan əlavə isə iddiaçı tərəf qeyd edilən şirkət tərəfindən iddiaçıya məxsus bank hesabına hər hansı bir pul köçürmələri barədə sübutları da təqdm edə bilməmişdir. İddiaçı yalnız formal bir arayış təqdim etməklə iddia irəli sürmüşdür.
36. Məhkəmə həmçinin iddianın maddi ziyanın iddiaçıya məxsus avtomobili “Catrech firm” şirkətinə vermiş olduğu nəqliyyat vasitəsi üzrə icarə haqqında məhrum olunduğu uçün dəymiş ziyan hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə də əsassız olduğundan təmin edilə bilməz. Belə ki, mülki işin materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçıya məxsus nəqliyyat vasitəsi müvafiq etibarnamə əsasında satılmışdır. Yəni iddiaçının həbsdə olması həmin nəqliyyat vasitəsinin hüquqi və fiziki cəhətdən icarəyə verilməsinə əngəl ola bilməzdi. Bu yalnız qarşı tərəfin (şirkətin) könüllü iradəsindən asılı olmuş və müqaviləyə (varsa əgər) könüllü qaydada xitam verilmişdir. Bundan əlavə isə iddiaçı həmin icarə münasibətlərini də Azərbaycan Respublikası Mülki Məcəlləsinin yol vermiş olduğu etibarnamə institutundan istifadə etməklədə həmin hüququ davam etdirmək hüququ mövcud olmuşdur (necəki sözügedən nəqliyyat vasitəsini həbsdə olduğu müddətə özgəninkiləşdirə bilmişdir).
37. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 38.Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 39.Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. 40.«Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) 41.Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) 42.Göründüyü kimi iddiaçının ona maddi ziyan dəyməsi barədə iddiası qanunvericiliklə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyindən əsassız hesab edilməklə rədd edilməlidir. 43.Yuxarıda qeyd olunanlara baxmayaraq, məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. 44.Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. 45.«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 46.«Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. 47.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. 48.Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. 49.«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. 50.İşin mübahisəsiz halıdır ki, iddiaçı barəsində 27 noyabr 2017-ci il tarixdən 29 noyabr 2017-ci il tarixədək 2 gün, 08 dekabr 2017-ci il tarixdən 11 yanvar 2018-ci il tarixədək 33 gün, 19 fevral 2019-cu il tarixdən 14 dekabr 2021-ci il tarixədək 34 ay müddətinə, ümumilikdə 35 ay müddətinə «həbs» qətimkan tədbiri, 11 yanvar 2018-ci il tarixdən 19 fevral 2019-cu il tarixədək isə 13 ay müddətinə «ev dustaqlığı» qətimkan tədbiri seçilmişdir. Onun həbs edilməsi, barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi iddiaçıda narahatlıq, məyusluq hissləri yaratmış və ona stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla, ailələrinin cəmiyyətdəki nüfuzuna xələl gətirmiş, bu müddət ərzində mənəvi sarsıntı keçirmişdir. 51.Lakin məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli hesab edilməsi üçün onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə görə ümumilikdə 41.500 manat («həbs» qətimkan tədbirinə görə 1 ay üçün 1.000 manat olmaqla, ümumilikdə 35.000 manat, «ev dustaqlığı» qətimkan tədbirinə görə 1 ay üçün 500 manat olmaqla, ümumilikdə 6.500 manat) məbləğində müəyyən olunmalıdır. 52.Yuxarıda qeyd olunanlara əsasən məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 41.500 (qırx bir min beş yüz) manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, iddiaçının azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi kifayət qədər ağlabatan deyildir. 53.Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 41.500 (qırx bir min beş yüz) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. 54.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 55.Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 56.Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 57.Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 58.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 41.500 (qırx bir min beş yüz) manat məbləğində mənəvi zərərin əvəzi ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.