Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3229/2022 08.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında borc müqaviləsi bağlayaraq ondan 25000 manat pul 4 aylığına qaytarmaq şərti ilə almışdır. Bu borcun 125000 manatı xx.xx.2021-ci il tarixində, növbəti 12500 pulu isə xx.xx.2022-ci il tarixində qaytaracağına iki şahid qarşısında borc imzalayaraq öhdəlik götürmüşdür. Ancaq cavabdeh həmin müqaviləyə əsasən üzrinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, razılaşdırılan vaxtda pulu qaytarmamışdır. Bu səbəbdən iddiaçı Nəsimi rayon RPİ-nin 20ci polis idarəsinə müraciət etmiş, cavabdeh poli idarəsinə dəvət olunaraq izahatı alınmışdır. Həmin izahatda o, özü də pulu aldığını etiraf etmişdir. Bakı şəhəri Nəsimi RPİnin 20-ci polis bölməsinin xx.xx.2021-ci il tarixli cinayət işinin rədd edilməsi haqqında qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Göstərilənlərə əsasən, borc müqaviləsi əsasında verilmiş 25000 manatın Cavabdeh alınaraq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki, o, İddiaçı uzun müddətdir tanıyır, Samirlə münasibəti yaxın olmuşdur. Dəfələrlə ona borc pul vermiş və borcunu vaxtında qaytarmış, son dəfə Samir ondan yenə borc istəmiş və o, qaynanasından borc aldığı pulu Samirə vermiş, o, isə həmin pulu Svetlana adlı xanıma vermişdir. Bir müddət sonra o, həmin xanımın nömrəsini Samirdən alaraq ona zəng etmiş və pulunun qaytarmasını tələb etmişdir. Svetlana xanım isə hazırda həmin pulu qaytarmaq üçün imkanı olmadığını və ona bir müddət vaxt verməyini xahiş etmişdir. Tezliklə əlinə pul keçəcəyini və onun pulunu qaytaracağını bildirmişdir. Ancaq xeyli müddət keçsə də pulu qaytarmamışdır. Ona təkrar zəng etdikdə isə pulu olmadığını və qaytarmaycağını bildirmişdir.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 öz ifadəsində göstərmişdir ki, Samirə güvənərək borc pul ona vermişlər. Samirə isə Svetlana adlı xanıma vermişdir. İlk əvvəl həmin xanım Rusiyadan əlinə pul keçəcəyini və həmin pul gələn kimi onların pulunu qaytaracağını demişdir. Ancaq xeyli müddət keçsə də pulu qaytarmamış və ona zəng etdikdə isə qaytaracaq pulunun olmadığını bildirmişdir.
8. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili X3 izahatını dinləyib, şahidlərin ifadələrini və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
9. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış borc müqaviləsinə əsasən Muxtarov X2 Svetlana X1 və X6 hal şahidliyi ilə 25000 (iyirmi beş min) manat məbləğində borc pul vermişdir. Həmin müqavilədə Cavabdeh borcun 12500 manatını xx.xx.2021-ci il tarixində, növbəti 12500 manatını isə xx.xx.2021-ci il tarixində qaytarmağı öhdəsinə götürmüşdür.
10. İş materiallarında olan Nəsimi Rayon Pİ-nin 20-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Nazim Qədirovun xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda əks olunmuş vətandaş Cavabdeh izahatından görünür ki, İddiaçı ilə 2021-ci ilin avqust ayının əvvəlləri təsadüfən ortaq tanışları vasitəsilə tanış olmuşdur. Belə ki, həmin ərəfədə o, bir müddət əvvəl alver etdiyi geyim əşyalarını yaşadığı ünvan 1 ünvanından satması ilə bağlı İddiaçı onun yaşadığı evə bir neçə dəfə gəlmiş və müxtəlif əşyalar almışdır. İddiaçı bir dəfə onun maddi sıxıntısı olmasını bildikdə, ertəsi gün onun hesabına 500 manat pul göndərmişdir. Bundan sonra olan söhbətlər zamanı İddiaçı hər hansı bir iş ilə məşğul olaraq yaxşı qazanc əldə etmək (mümkün olduğunu soruşduqda, Cavabdeh ona “BİTCOİN” birjası barədə məlumat vermişdir. İddiaçı onunla razılaşaraq hissə-hissə olmaqla təxminən 10-15 gün ərzində ona ümumilikdə, 17 000 manat pul vermişdir. Cavabdeh “BİTCOİN” birjası ilə maraqlanaraq həmin pulu ora qoymağa risk etmədiyindən həmin pulun bir hissəsi ilə özünün bir neçə nəfərə olan borclarını qaytarmış, qalan hissəsinə isə yenə də geyim əşyaları alaraq öz evindən bizneslə məşğul olmağa başlasada, Cavabdeh bu işi bacarmadığından təxminən 1-2 ay ərzində iflasa uğramışdır. O, bu barədə İddiaçı məlumat verdikdə, o, pulunu tələb etmiş, Cavabdeh isə ona halhazırda pulu olmadığını və təxminən 6 ay ərzində borcunu hissə-hissə olmaqla qaytarcağını bildirmişdir. Verilmiş suallra cavab olaraq Cavabdeh İddiaçı cəmi 17 000 manat pul aldığını, lakin bu pulu ona qaytara bilmədikdə, Samir həmin pulları başqa-başqa adamlardan aldığını və həmin şəxslərə pulun üstündə xeyir verməli olduğunu deyərək onun ilə öz arasında qeyri-rəsmi müqavilə bağladıqda özünün hesablamasına görə Cavabdeh ona 24 750 manat borcu olmasını hesablayarkən onunla razılaşdığını qeyd etmiş, bu məbləğdən İddiaçı 600 manat pul qaytarmasını və 16400 manat pulu isə ona 6 ay ərzində qaytaracağını bildirmiş, Samir və Svetlana arasında qazanc əldə etmək barədə olan söhbətlər zamanı Cavabdeh “BİTCOİN” birjası barədə təklifi ona etdikdə, İddiaçı könüllü razılaşmasını vurğulamışdır.
11. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, müraciətində göstərilən məsələnin mülki xarakter olması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququ vardır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında borc pulun verilməsinə dair münasibətlər olmuşdur. Cavabdeh tərəfindən iddiaçıdan götürdüyü borc pulun qaytarılmaması səbəbindən iddiaçı hüquq-mühafizə orqanlarına müraciət etmiş, onun şikayəti əsasında Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılmış, tərəflərin izahatı alınmış, Cavabdeh İddiaçı 24300 manat borcun olduğunu etiraf etmişdir. Mübahisə mülki xarakterli olduğundan cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.
13. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış borc müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 25000 manat məbləğində borc pul verilmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
15. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
16. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
18. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
19. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
20. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutları – borc müqaviləsinə, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara, şahid ifadələrinə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia tələbi təmin edilməlidir.
23. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddianı Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində vermiş olduğu izahatına əsasən qismən qəbul etdiyini, borc müqaviləsinə əsasən pulun ödənilməsi barədə qəbz və s sübutlar təqdim olunmadığı üçün iddia tələbi təmin edilməli, Cavabdeh 25000 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 25000 (iyirmi beş min) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov