Məhkəmə qərarları › İş №e-2(006)-3232/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3232/2022

10.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3232/2022 10.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə qarşı “əmlakların üzərindən həbsin götürülməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə qarşı “əmlakların üzərindən həbsin götürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin 10.09.2020-ci il tarixli icra vərəqəsi üzrə İddiaçı MMC-nin mülkiyyətində olan: - Bakı şəhəri Nəsimi rayonu, Bül-bül prospekti, ev 40; - Bakı şəhəri Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 8; - Bakı şəhəri Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 30; - Bakı şəhəri Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 31; - Bakı şəhəri Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 30A; - Bakı şəhəri Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 62; - Bakı şəhəri Nəsimi rayonu, Bül-bül prospekti, ev 42, mənzil 34; - Bakı şəhəri Nəsimi rayonu, Kiçik Dəniz küçəsi, ev 1, mənzil 4; - Bakı şəhəri Nəsimi rayonu, Kiçik Dəniz küçəsi, dalan 1, ev 3, mənzil 2; - Bakı şəhəri Nəsimi rayonu, Kiçik Dəniz küçəsi, dalan 1, ev 4; - ünvan 1 ünvanlarında yerləşən əmlakların; - Eyni zamanda, ünvan 2 ünvanındakı beşmərtəbəli binada (Jalə Plaza) yerləşən 40 kv. metr qeyri-yaşayış sahəsi istisna olmaqla, qalan bütün əmlakların üzərindən həbsin götürülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı MMC-nin iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2-153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. İddia ərizəsindən görünür ki, iddiaçı Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra edilmiş Bakı Apelyasiya Məhkəməsinin 10.09.2020-ci il tarixli icra vərəqəsi üzrə mülkiyyət hüququ ilə ona məxsus olan əmlakların üzərindən həbsin götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Məhkəmə hesab edir ki, hazırki tələb ayrıca məhkəmə icraatının predmeti ola bilməz, həmin məsələyə icra icraatı qaydasında baxılmalıdır. (müvafiq yekun məhkəmə aktının icrası qaydasında 8 indeksi ilə) Beləliklə, məhkəmə hesab edir ki, hazırki məsələyə məhkəmədə baxılmalı olmadığından, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə qarşı “əmlakların üzərindən həbsin götürülməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2, 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə qarşı “əmlakların üzərindən həbsin götürülməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə qarşı “əmlakların üzərindən həbsin götürülməsi” tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçıya müvafiq yekun məhkəmə aktının icrası qaydasında 8 indeksi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar