Məhkəmə qərarları › İş №e-2(006)-3237/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3237/2023

20.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3237/2023 20.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1, onun nümayəndəsi və vəkili X2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə İddiaçı MMC-nin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Ərazi İdarəsinə qarşı dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Ərazi İdarəsinə qarşı dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi və vəkili X6 vəsatətlə məhkəməyə müraciət edərək, hazırki mülki işin məhkəmənin icraatında olan İddiaçı MMC-nin cavabdehlər X3 və qeyrilərinə qarşı qeydiyyatın ləğv edilməsi və sairə tələbinə dair e-2(006)-3590/2023 saylı mülki işlə birləşdirilməsi barədə vəsatət vermişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5, onun nümayəndəsi və vəkili X6 vəsatətin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil vəsatətin təmin olunmasına etiraz etmədi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 vəsatətin təmin olunmasına etiraz etmədi. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işlərin birləşdirilməsi barədə vəsatəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, İddiaçı MMC-nin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Ərazi İdarəsinə qarşı dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair mülki işlə, məhkəmənin icraatında olan İddiaçı MMC-nin cavabdehlər X3 və qeyrilərinə qarşı qeydiyyatın ləğv edilməsi və sairə tələbinə dair iddiası əsasında olan digər mülki işin biribiri ilə əlaqəli olmasını, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmasını nəzərə alaraq həmin mülki işlərin bir icraatda birləşdirilməsi daha məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, İddiaçı MMC-nin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Ərazi İdarəsinə qarşı dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair e-2(006)-3237/2023 saylı mülki iş, İddiaçı MMC-nin cavabdehlər X3 və qeyrilərinə qarşı qeydiyyatın ləğv edilməsi və sairə tələbinə dair e- 2(006)-3590/2023 saylı mülki işlə bir icraatda birləşdirilərək, həmin işlərə bir icraatda baxılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı MMC-nin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Ərazi İdarəsinə qarşı dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair e-2(006)-3237/2023 saylı mülki iş, İddiaçı MMC-nin cavabdehlər X3 və qeyrilərinə qarşı qeydiyyatın ləğv edilməsi və sairə tələbinə dair e-2(006)-3590/2023 saylı mülki işlə bir icraatda birləşdirilməklə həmin işlərə bir icraatda baxılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar