Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-326/2024 11.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı̇ oğlunun cavabdeh Şı̇ rı̇ n-Zadə Cəmalə İbrahı̇ m qızına qarşı "maddi və ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı̇ oğlu cavabdeh Şı̇ rı̇ n-Zadə Cəmalə İbrahı̇ m qızına qarşı "maddi və ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 63 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesytri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. İddiaçının mənzilinin üst mərtəbəsində yerləşən 66 saylı mənzil Cavabdeh məxsusdur. Cavabdeh məxsus olan 66 saylı mənzilin su borularında olan nasazlıqlar nəticəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçının mənzilinin qonaq otağına su axmışdır. 2 gün ərzində cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq o, su borularında olan nasazlıqları aradan qaldırmamışdır. İddiaçı xx.xx.2023-cü il tarixində 151 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin rəhbərliyinə müraciət edərək yuxarı mərtəbədə yerləşən cavabdehin mənzilindən onun mənzilinə su axmasını bildirərək evə baxış keçirilməsini xahiş etmişdir. Bununla bağlı akt tərtib edilmiş və həmin aktı 131 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi, V.F.Allahverdiyev, mühəndisi A.Ö Ağayev və sahə nəzarətçisi A.F.Bəbirli təsdiq və imza etmişlər. Həmin akta əsasən su axması nəticəsində iddiaçının mənzilinin qonaq otağının tavanı, divarları, döşəməsi və otaqda olan digər əşyalara (televizor, diva, kreslo) ziyan dəydiyi müəyyən edilmişdir. Həmçinin, iddiaçı tərəfindən mənzilə dəymiş ziyanın müəyyən edilməsi üçün “X6” MMC ilə müqavilə bağlanmış və müvafiq rəy alınmışdır. “X6” MMC tərəfindən verilmiş 22 avqust 2023-cü il tarixli 120 nömrəli mütəxəsis rəyinə əsasən ünvan 1 ünvanında yerləşən 63 saylı mənzilə su axması nəticəsində vurulmuş ziyanın miqdarı (fəsadların aradan qaldırılması və təmir işləri üçün) 3705.90 manat müəyyən edilmişdir. Həmin mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən “X6” MMC-yə 500 manat xidmət haqqı ödənilmişdir. Bundan öncə də dəfələrlə iddiaçıya məxsus mənzildən cavabdehin mənzilinə su sızması halları baş vermiş və iddiaçı həmin xərcləri öz vəsaiti hesabına qarşılamışdır. Eyni zamanda cavabdehin bu qanunsuz və saymazyana hərəkəti onun və ailə üzvlərinin əsəbləşməsinə, əsəb sarsıntısı və güclü həyəcan keçirməsinə səbəb olmuş, iddiaçı özü isə keçirdiyi əsəb və sarsıntı nəticəsində infakt keçirmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmiş, onun ürəyinə 2 ədəd stend qoyulmuşdur (tibbi sənədlər əlavə edilir). Buda öz növbəsində iddiaçının sarsıntı keçirməsinə, mənəvi əzab çəkməsinə səbəb olmuşdur. Ona görə hesab edir ki, vurulmuş mənəvi zərərin əvəzi olaraq 3.000 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həm mənzilə vurulmuş maddi və mənəvi ziyanın əvəzi, həm də mütəxəssis rəyinin alınması üçün ödənilmiş vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən ünvan 1 ünvanında yerləşən 63 saylı mənzilə dəymiş maddi zərərə görə 3705.90 (üç min yeddi yüz beş manat, doxsan qəpik) manat, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 500 (beş yüz) manatın, mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun, etibarnamənin verilməsi üçün ödənilmiş 17 manat dövlət rüsumunun və 500 (beş yüz) manat vəkil xidmət haqqının Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək göstərmişdir ki, iddia ərizəsində qeyd edildiyi kimi Cavabdeh məxsus mənzil iddiaçının mənzilinin üst mərtəbəsində yerləşir. Bundan öncə də cavabdehə məxsus mənzildən iddiaçının mənzilinə su axması halları baş vermişdir. Dəfələrlə bu barədə cavabdehə xəbərdarlıqlar edilsə də, heç bir nəticəsi olmamışdır. İddiaçının mənzilinə su axmasının əsas səbəbi cavabdeh tərəfindən heç bir rəsmi orqandan icazə alınmadan texniki şərtlərə zidd olaraq mənzilin yenidən planlaşdırılması olmuşdur. Belə ki, iddiaçının mənzilinin üst mərtəbəsində yerləşən 66 saylı mənzildə cavabdeh tərəfindən heç bir rəsmi icazə alınmadan, hamam otağının divarları sökülərək, hamam otağının sahəsi genişləndirilmiş, eyni zamanda mənzilin texniki şərtlərinə zidd olaraq mətbəxin yeri dəyişdirilərək qonaq otağına keçirilmişdir. Yuxarıda qeyd edildiyi kimi cavabdehin mənzildə mətbəx və hamamın yerini dəyişərkən heç bir dövlət orqandan razılıq almayıb. Hətta cavabdeh bu razılığı almağa çalışsaydı belə, onun bu hərəkəti qonşuların hüquqların pozulmasına səbəb olduğu üçün ona müvafiq razılıq verilməyəcəkdi. Cavabdeh tərəfindən mənzilin qanunsuz olaraq yenidən planlaşdırılması nəticəsində iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. Yuxarıda qeyd edildiyi kimi iddiaçının mənzilinə su axması halı ilk dəfə baş vermir, daha öncə də bu hal təkrarlanıb. Cavabdehin qanunsuz olaraq həyata keçirdiyi yenidən planlaşdırma nəticəsində (su axması) ümumi olaraq binanın özünə də ziyan dəyir. Bu hal binanın istismar müddətinin azalmasına və gələcəkdə qəzalı vəziyyətə düşməsinə səbəb ola bilər. Ona görə də ünvan 1 ünvanında yerləşən 66 saylı mənzildə Cavabdeh tərəfindən aparılmış yenidən planlaşdırılma işləri qanunsuz olduğundan, hamam və mətbəx sökülərək mənzilin texniki pasportunda nəzərdə tutulan əvvəlki yerinə geri qaytarılmalıdır. Müvafiq vəkil sorğusu verərək cavabdehə məxsus mənzilin texniki pasportununun əldə etməyə çalışsa da, DƏDKR X8 tərəfindən sorğu cavablandırılmamışdır. İddiaçı və cavabdehə məxsus mənzil eyni ölçü və planda olduğu üçün iddiaçının mənzilinə aid texniki pasportun surəti məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən, ünvan 1 ünvanında yerləşən 63 saylı mənzilə dəymiş maddi zərərə görə 3705.90 (üç min yeddi yüz beş manat, doxsan qəpik) manat, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 500 (beş yüz) manatın, mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun, etibarnamənin verilməsi üçün ödənilmiş 17 manat dövət rüsumunun və 500 (beş yüz) manat vəkil xidmət haqqının Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 66 saylı mənzildə hamam və mətbəxin sökülərək mənzilin texniki pasportunda nəzərdə tutulan vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 4.Daha sonra cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, verilmiş iddia əsassız və qanunsuzdur, həm Mülki Məcəllənin, həm də Mülki-Prosessual Məcəllənin tələblərinə əsasən də yalnızca mənzilə dəymiş real zərər hissəsində qismən təmin oluna bilər. İddiaçı tərəfin evinə su axması halını cavabdeh inkar etmir və ilk gündən ona dəymiş zərəri ödəməyə hazırdır. Lakin iddiaçı məsələyə heç bir aidiyyəti olmadığı halda hadisə zamanı polis əməkdaşlarını öz evinə çağırmış (şəxsi əlaqələrindən istifadə edərək qanunsuz olaraq) iddiaçını təhqir edərək xırda xuliqanlıq etmişdir. İddia ərizəsində qeyd olunan rəqəmlər işin hallarına uyğun deyil, şişirdilmiş, cavabdehdən əlavə pul qazanmaq üçün yazılmış rəqəmlərdir. Cavabdeh mənzilə zərər dəyən zaman ödəniş etməyə və ya evi təmir etdirməyə hazır olduğunu bildirmişdir. Lakin iddiaçı ilk gündən işi məhkəmə müstəvisinə gətirməyi planlamış, MKİS və polis əməkdaşlarına evinə dəvət edərək akt tərtib etmiş, cavabdehə teleqram vurmuşdur. Halbuki, cavabdeh iddiaçının evini təmir etdirməkdən boyun qaçırmamışdır. Mübahisənin birtərəfli olmasını nəzərə alaraq iddia sadəcə mənzilə dəyən real zərər hissəsində təmin oluna bilər. Keçirilmiş ekspertiza işin hallarına uyğun deyil, birtərəfli qaydada aparılmışdır. Ekspert rəyində qeyd olunmuş rəqəmlər şişirdilmişdir və cavabdeh tərəfdə şübhə doğurur. Həmçinin, işi məhkəməyə vermək, vəkillə müqavilə bağlamaq və ekspertiza keçirtmək zərurətdən olmamışdır. İddiaçının qərəzli mövqeyinə görə baş vermişdir. Bu baxımdan bu hissədə iddia ümumiyyətlə təmin olunmamalıdır. Mənəvi zərər hissəsində də iddia təmin əsassızdır. İddiaçının mənzilinə dəymiş zərər bir neçə gün ərzində təmir oluna bilən zərərdir. Bu hal ölkə ərazisində dəfələrlə baş vermiş və bir çox hallarda qonşular tərəfindən barışıqla bitmişdir. Buna görə heç kəs ürək xəstəliyi tapmamış və ağır iztirab keçirməmişdir. Həmçinin, ağır iztirab keçirən insan evinə MKİS əməkdaşlarını çağırıb akt tərtib etməz və yaxud iddiaçıya məhkəmə ilə bağlı teleqram vurmaz. İddiaçının ürəyi ilə bağlı daha əvvəl hansısa bir xəstəliyinin olması ona əsas vermir ki, evinə vurulmuş zərərə görə ürəyinin müalicə xərclərini cavabdehdən tələb etsin. Bunları nəzərə alaraq, hesab edilir ki, iddia tələbi yalnızca evə vurulmuş real zərər hissəsində təmin oluna bilər. Keçirilmiş ekspertiza zamanı evə vurulmuş zərər düzgün hesablanmamışdır. Buna görə də o hissədə də iddia tələbini qəbul etmir. Şəxsin vəkil və məhkəmə xərcləri də heç bir mübahisə olmadan onun özünün təşəbbüsü ilə xərclənilib, buna görə də onlar cavabdehdən tutula bilməz. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən 63 saylı mənzil İddiaçı Feyzi oğlunun xüsusi mülkiyyətindədir. İddiaçının mənzilinin üst mərtəbəsində yerləşən 66 saylı mənzil Cavabdeh məxsusdur. Cavabdeh məxsus olan 66 saylı mənzilin su borularında olan nasazlıqlar nəticəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçının mənzilinin qonaq otağına su axmışdır. 2 gün ərzində cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayraq o, su borularında olan nasazlıqları aradan qaldırmamışdır. İddiaçı xx.xx.2023-cü il tarixində 151 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin rəhbərliyinə müraciət edərək yuxarı mərtəbədə yerləşən cavabdehin mənzilindən onun mənzilinə su axmasını bildirərək evə baxış keçirilməsini xahiş etmişdir. Bununla bağlı akt tərtib edilmişdir. Həmin akta əsasən su axması nəticəsində iddiaçının mənzilinin qonaq otağının tavanı, divarları, döşəməsi və otaqda olan digər əşyalara ziyan dəydiyi müəyyən edilmişdir. Həmçinin, iddiaçı tərəfindən mənzilə dəymiş ziyanın müəyyən edilməsi üçün “X6” MMC ilə müqavilə bağlanmış və müvafiq rəy alınmışdır. “X6” MMC tərəfindən verilmiş 22 avqust 2023-cü il tarixli 120 nömrəli mütəxəsis rəyinə əsasən su axması nəticəsində vurulmuş ziyanın miqdarı 3705.90 manat müəyyən edilmişdir. Bundan öncə də dəfələrlə iddiaçıya məxsus mənzildən cavabdehin mənzilinə su sızması haları baş vermiş və iddiaçı həmin xərcləri öz vəsaiti hesabına qarşılamışdır. Eyni zamanda cavabdehin bu qanunsuz və saymazyana hərəkəti onun və ailə üzvlərinin əsəbləşməsinə, əsəb sarsıntısı və güclü həyəcan keçirməsinə səbəb olmuş, iddiaçı özü isə keçirdiyi əsəb və sarsıntı nəticəsində infakt keçirmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmiş, onun ürəyinə 2 ədəd stend qoyulmuşdur. Bu da öz növbəsində iddiaçının sarsıntı keçirməsinə, mənəvi əzab çəkməsinə səbəb olmuşdur. Ona görə hesab edir ki, vurulmuş mənəvi zərərin əvəzi olaraq 3.000 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həm mənzilə vurulmuş maddi və mənəvi ziyanın əvəzi, həm də mütəxəssis rəyinin alınması üçün ödənilmiş vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Odur ki, bu halları nəzərə alaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasın xahiş etmişdir. 6.Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq gəlməmiş və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
8. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı̇ oğlunun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 7 saylı evin 63 saylı mənzilinə Cavabdeh yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 7 saylı evin 66 saylı mənzilindən su axıdılması baş vermiş və bunun nəticəsində iddiaçıya ziyan dəymişdir. Hazırda iddiaçı maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. . b) Mülki işin materialları: 9.Mülki işin materiallarında olan “X4” MMC tərəfindən verilən 18 avqust 2023-cü il tarixli, 327586 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən ekspert xərci kimi 500 manat məbləğində pul ödənilmişdir. 10.Mülki işin materiallarında olan ********** nömrəli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Kredo Vəkil Bürosuna 500 manat məbləğində pul ödənilmişdir.
11. Mülki işin materiallarında olan 23 avqust 2023-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı tərəfindən Nümayəndə1 etibarnamə verilmiş və həmin etibarnamə ilə bağlı 17.25 manat məbləğində haqq tutulub. 12.Mülki işin materiallarında olan ƏMDX DƏDKRX X8 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Kredo Vəkil Bürosuna ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 3, 66 nömrəli mənzil xx.xx.2022-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. 13.Mülki işin materiallarında olan 151 saylı MKİS-nin rəisi V.Allahverdiyev, mühəndis A.Ağayev, sahə nəzarətçisi A.Bəbirli tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Nəsimi rayonu, Bakıxanov küçəsi, 7 saylı evin 63 saylı mənzilində yaşayan İddiaçı̇ oğlunun şikayətinə əsasən həmin mənzildə olmuşlar, baxış keçirən zaman mənzildə su axıntısının izləri aşkar olunmuş, üst mərtəbədə yerləşən mənzil 66 X1 mənzilinə baxış keçirilmiş və həmin mənzilin mətbəx hissəsinin su xəttində baş vermiş nasazlıq səbəbindən mənzil 63-ə ziyan dəymişdir. Mənzil 63-ün qonaq otağının tavanı, divarları, döşəməsi və otaqda olan digər əşyalara ziyan dəymişdir. 14.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 7 nömrəli evin 63 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. 15.Mülki işin materiallarında olan iddiaçının müraciəti əsasında “X4” tərəfindən keçirilmiş tikinti-texniki və əmtəəşünaslıq ekspertizalarının xx.xx.2023-cü il tarixli, 120 nömrəli rəyindən görünür ki, aparılmış tədqiqat nəticəsində və 151 saylı MKİS-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanında, 3-cü mərtəbədə 66 saylı mənzilə baxış zamanı həmin mənzilin mətbəx hissəsində-su xəttində baş vermiş nasazlıq səbəbindən alt mərtəbədə yerləşən 63 saylı mənzilə su sızması halı baş verdiyi və ünvan 3 ünvanında, 2-ci mərtəbədə yerləşən 63 saylı mənzilə su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılmasına sərf edilən vəsaitin məbləği-3705,9 manat müəyyən edilmişdir. 16.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 3-16-16/2-10/7797 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 63 saylı mənzilin tikililərinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən, 7 saylı evin 63 saylı mənzilinə həmin mənzil ilə eyni proeksiyada olan və binanın 3-cü mərtəbəsində yerləşən 66 saylı mənzildən su axıdıldığı və nəticədə 66 saylı mənzilin yaşayış otağı tikilisinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 66 saylı mənzil təmirli olduğundan, su kanalizasiya xətləri üzərində qüsur olmadığından, 63 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 63 saylı mənzilə su sızması 66 saylı mənzilin su-kanalizasiya xətlərində yaranmış nasazlıq və ya mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 7 saylı evin 63 saylı mənzildə su sızması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 771,00 manat məbləğində müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 17.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 18.Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 19.Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 20.Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 21.Həmin Məcəllənin 1111.2-ci maddəsinə görə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. 22.Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 23.Məhkəmə hazırki iddia tələbinə münasibətdə qeyd edir ki, mübahisə üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparılması məqsədilə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 09 aprel 2024-cü il tarixdə verilmiş 3-16-16/2-10/7797 saylı ekspert rəyi ilə iddiaçının yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən, 7 saylı evin 63 saylı mənzilinə həmin mənzil ilə eyni proeksiyada olan və binanın 3-cü mərtəbəsində yerləşən və cavabdehin mülkiyyətində olan 66 saylı mənzildən su axıdıldığı və nəticədə 63 saylı mənzilin yaşayış otağı tikilisinə ziyan vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 7 saylı evin 63 saylı mənzildə su sızması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 771,00 manat məbləğində müəyyən edilmişdir. 24.Eyni zamanda iddiaçının mənzilinə su sızmasının cavabdehin mülkiyyətində olan mənzilin mətbəx hissəsinin su xəttində baş vermiş nasazlıq səbəbindən olması 151 saylı MKİS tərəfindən tərtib edilmiş aktla da öz təsdiqini tapmışdır. 25.Göründüyü kimi, cavabdehə məxsus ünvan 3 ünvanında yerləşən 66 saylı mənzildən iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən 63 saylı mənzilə suyun axıdılması ilə iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi və bunun nəticəsində ona zərər dəyməsi işin mübahisəsiz halıdır. 26.Məhkəmə iddia tələbinin “mənzilə dəymiş maddi zərərə görə 3705.90 manat məbləğində pulun ödənilməsi” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, müvafiq ekspert rəyi ilə təmir işlərinin aparılması üçün iddiaçıya dəymiş maddi ziyanın məbləğinin 771 manat müəyyən edilməsi nəzərə alınmalı, iddiaçı tərəfindən ona iddia edilən məbləğdə maddi ziyan dəyməsi ilə bağlı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş "X4" MMC-nin xx.xx.2023-cü il tarixli 120 nömrəli mütəxəssis rəyi məhkəmə tərəfindən təyin edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi birgə yoxlanılmış və həmin mütəxəssis rəyi məhkəmə tərəfindən mötəbər sübut qismində qəbul edilməmişdir. 27.Məhkəmə bu yerdə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. 28.Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. 29.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 30.Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 31.Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 32.Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia dəymiş maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli, Cavabdeh 771 AZN (yeddi yüz yetmiş bir manat) məbləğində maddi zərərin əvəzi tutularaq İddiaçı ödənilməlidir. 33.Məhkəmə iddia tələbinin "X4" MMC-nin hesabına ödənilmiş 500 (beş yüz) manat” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən ödənişlə əlaqədar sübut təqdim edilsə də, məhkəmə iddianın bu hissədə təmin edilməməsi qənaətinə gəlir. 34.Belə ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, məhkəmə eksperti (ekspert)-məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxsdir. 35.Həmin Qanunun 11-ci maddəsinə görə, bu maddənin birinci və ikinci hissələrində göstərilən tələblərə cavab verən şəxs məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün məhkəmə eksperti şəhadətnaməsini (bundan sonra - şəhadətnamə) almalıdır. Özəl məhkəmə ekspertlərinə şəhadətnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Şəhadətnamənin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Şəhadətnamə almış şəxs barədə ətraflı məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərhal Məhkəmə Ekspertləri Reyestrinə daxil edilir. Şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat Reyestrə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət göstərə bilər. 36.İddiaçı tərəfindən məhkəməyə rəyi təqdim edilmiş "X4" MMC-yə özəl məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən Şəhadətnamə verilməsi, həmin qurumun Məhkəmə Ekspertləri Reyestrinə daxil edilməsi işdən müəyyən edilmədiyinə görə , həmçinin iddiaçı özü müstəqil qaydada özü tərəfindən könüllü qaydada ekspertə (mütəxəssisə) müraciət etdiyindən həmin ödəniş qarşı tərəfdən tələb edilə bilməz. 37.Daha sonra məhkəmə iddia tələbinin “mənəvi zərərin əvəzi olaraq 3000 manatın cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə də tələb əsassızdır. 38.Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. 39.Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 40.Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 41.İddiaçı isə hazırda ona məhz cavabdeh tərəfindən mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddiası bu hissədə əsassız olduğuna görə təmin edilməməlidir. 42.Daha sonra məhkəmə iddia tələbinin ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun və etibarnamə verilməsi üçün ödənilmiş 17 manat məbləğində pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır və təmin edilməlidir. Belə ki, iddiaçının iddia tələbinə münasibətdə təmin edilən hissəsi yalnız 771 (yeddi yüz yetmiş bir ) manat olmuşdur ki, bu halda ödənilməli rüsum 30 manat təşkil edəcəkdir. 43.Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 44.Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Hazırki iş üzrə iş materiallarından göründüyü kimi hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu və etibarnamə verilməsi üçün isə 17 manat məbləğində pul ödənilmişdir. Odur ki, ödənilmiş 30 manat dövlət rüsumu və etibarnamənin verilməsi üçün ödənilmiş 17 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.
46. Məhkəmə iddia tələbinin hüquqi yardım üçün ödənilmiş 500 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə də tələb əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən vəkilə hüquqi yardım xərci olaraq ümumilikdə 500 manat məbləğində pul ödənilmişdir. 47.Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 48.Hazırda iddia qismən təmin edildiyi üçün məhkəmə Cavabdeh hüquqi yardım xərcinin əvəzi kimi iddiaçının tələb etdiyi həddə yox, 200 manat məbləğində tutulmasını məqsədəmüvafiq hesab edir. 49.Daha sonra məhkəmə iddia tələbinin “cavabdehə məxsus mənzildə hamam və mətbəxin sökülərək əvvəlki vəziyyətə qaytarılması hissəsinə münasibətdə” qeyd edir ki, həmin hissədə tələb əsassızdır. 50.Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun iddia qaldırmaq hüququ olduğu zaman yol verilə bilər.
51. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
52. ünvan 3 ünvanında yerləşən 66 saylı mənzil Cavabdeh mülkiyyətindədir və iddiaçının cavabdehə məxsus mənzilin texniki parametrlərinin dəyişdirilməsinə dair subyektiv hüququ yoxdur (bu hüquq yalnız müvafiq dövlət orqanlarına məxsusdur). Odur ki, həmin hissədə tələb əsassız hesab edilməklə təmin edilməməlidir. 53.Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 771 AZN (yeddi yüz yetmiş bir manat), həmçinin dövlət rüsumu olaraq ödənilmiş 30 AZN (otuz manat), etibarnamənin verilməsi üçün ödənilmiş 17 AZN (on yeddi manat) və vəkil xərci kimi ödənilmiş 200 AZN (iki yüz manat), ümumilikdə 1018 AZN (bir min on səkkiz manat) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. 54.Bundan başqa, Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 55.Hazırki iş üzrə iddia tələbi qismən təmin edildiyindən, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 AZN-nin (əlli manat) 10,50 AZN-i (on manat, əlli qəpik) Cavabdeh, qalan 39,50 AZN-i (otuz doqquz manat, əlli qəpik) isə İddiaçı alınaraq Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. 56.Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 57.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 58.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 59.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 60.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 61.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 62.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 771 AZN (yeddi yüz yetmiş bir manat), həmçinin dövlət rüsumu olaraq ödənilmiş 30 AZN (otuz manat), etibarnamənin verilməsi üçün ödənilmiş 17 AZN (on yeddi manat) və vəkil xərci olaraq ödənilmiş 200 AZN (iki yüz manat), ümumilikdə 1018 AZN (bir min on səkkiz manat) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 AZN-nin (əlli manat) 10,50 AZN-i (on manat, əlli qəpik) Cavabdeh, qalan 39,50 AZN-i (otuz doqquz manat, əlli qəpik) isə İddiaçı alınaraq Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.