Məhkəmə qərarları › İş №e-2(006)-3293/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3293/2023

10.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3293/2023 10.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Heydərova Əfsanə Elbrus qızı, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MMC-nin həkimi X2 qarşı ( Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) "dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MMC-nin həkimi X2 qarşı ( Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) "dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(004)-3364/2023 saylı qərardadı ilə qeyd olunan mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsində cavabdehlər kimi Cavabdeh1 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi qeyd olusa da, iddia ərizəsinin tələb hissəsində cavabdehlərdən yalnız Cavabdeh1 adı qeyd olunmuşdur. Cavabdeh1 qeydiyyatı isə Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, ev 56, 4 saylı mənzildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 35.1-ci və 35.2-ci maddələrinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinin tələblərinə görə rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Mülki prosessual qanunvericiliyin məzmununa görə qanunla ərazi aidiyyətinin başqa qaydalarının nəzərdə tutulduğu hallar istisna olmaqla, bütün iddialar iş üzrə cavabdeh qismində cəlb edilmiş fiziki şəxsin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Əgər cavabdeh hüquqi şəxsdirsə, iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Bu Məcəllənin 44-cü maddəsində isə məhkəmənin öz icraatına qəbul etdiyi işin başqa məhkəməyə verməli olduğu hallar göstərilmişdir. Belə ki, Mülki-Prosessual Məcəllənin 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Bu Məcələnin 44-cü maddəsinin tələblərinə görə aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. İş materiallarından göründüyü kimi iddiaçı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edərkən cavabdeh qismində "xxxx" MMC-ni və "xxxx" MMC-nin həkimi X3 cəlb etmişdir. X1 əldə edilmiş məlumata əsasən "xxxx" MMC-nin hüquqi ünvanının ünvan 1ə olan halda iddiaçı düzgün olaraq, aidiyyət qaydalarına riayət edilməklə cavabdehlərdən birinin - "xxxx" MMC-nin hüquqi ünvanının olduğu yeri üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən işin ərazi aidiyyətinin müəyyən edilməsi məsələsində məhkəmələr arasında fikir ayrılığının yarandığı müəyyən edilir. Bu səbəbdən də hesab edirəm ki, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MMC-nin həkimi X2 qarşı ( Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) "dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair müki iş, qeyd olunan xüsusatlar məhkəmələr arasında fikir ayrılığının yaranmasına səbəb olduğundan və yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edildiyindən Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MMC-nin həkimi X2 qarşı ( Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) "dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar