Məhkəmə qərarları › İş №e-2(006)-33/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-33/2024

07.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-33/2024 07.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İddiaçı Cavabdeh, Cavabdeh İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı «sökülmüş qonşu mənzillərin cavabdeh tərəfindən bərpa edilməsi» tələbinə dair iddia ərizəsi üzrəiddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 15 iyul 2022-ci il tarixdə, İddiaçı MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC olmaqla Cavabdeh qarşı «yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə elektron qaydada müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4, mənzil 131 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 55,00 m2 sahədən ibarət olan mənzilin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsinə və həmin mənzilin İddiaçı MMC tərəfindən sökülməsi; 2. İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4, mənzil 131 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 55,0 m2 sahədən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada 66.00 m2 ölçüdə təmirli mənzilin 2 (iki) il müddətinə Cavabdeh təhvil verilməsi; 3. Sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh hər ay 500 (beş yüz) manat məbləğində kirayə haqqı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 15 avqust 2022-ci il tarixdə, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı «sökülmüş qonşu mənzillərin cavabdeh tərəfindən bərpa edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə elektron qaydada müraciət edərək, cavabdeh İddiaçı qısa müddət ərzində Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4 ünvanında yerləşən 54, 132 və 133 saylı mənzillərin əvvəlki vəziyyətlərinin bərpa edilməsinə məcbur edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-4093/2022 saylı 23 sentyabr 2022ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC olmaqla cavabdeh İddiaçı MMC-yə qarşı «sökülmüş qonşu mənzillərin cavabdeh tərəfindən bərpa edilməsi» tələbinə dair e-2(006)-4093/2022 saylı mülki iş, İddiaçı MMCnin Cavabdeh qarşı «mənzilin boşaldılaraq təhvil verilməsi, sökülməsi və s.» tələbinə dair e-2(006)-3732/2022 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilmiş, birləşdirilmiş mülki iş üzrə e-2(006)-3732/2022 saylı (işin hazırki nömrəsi e-2(006)- 33/2024) qeydiyyat nömrəsi saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-161/2023 saylı qərardadı ilə, birinci tələb üzrə cavabdeh ikinci tələb üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş vəsatət təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin icraatında olan Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində, yəni Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4 ünvanında yerləşən mənzillərin mülkiyyətçilərinin Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “Yaşayış binalarının tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında İddiaçı istifadəsinə verilməsi haqqında” 18 dekabr 2020-ci il tarixli, 274 saylı Sərəncamının ləğv edilməsi tələbinə dair 2-1(112)-1312/2022 saylı inzibati iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər İddiaçı MMC-nin Cavabdeh qarşı «yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair (birinci tələb), iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı «sökülmüş qonşu mənzillərin cavabdeh tərəfindən bərpa edilməsi» tələbinə dair (ikinci tələb) iddia ərizələri barədə mülki iş üzrə icraat dayandırılmışdır. 22 oktyabr 2024-cü il tarixdə, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən icraatın təzələnməsi barədə ərizə daxil olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-33/2024 saylı qərardadı ilə, iş üzrə icraat təzələnərək, məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin olunmuşdur. Sonradan – xx.xx.2024-cü il tarixdə, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminə birinci tələb üzrə iddiaçı olmuş ikinci tələb üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 vəsatətlə müraciət edərək bildirmişdir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı «yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-33/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, vəsatət təmin edilmiş, İddiaçı MMC-nin iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Açıq Səhmdar Cəmiyyəti olmaqla, Cavabdeh qarşı «yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia ərizəsi qaytarılmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçı Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, cavabdehlə aralarında şifahi razılıq əldə olunduğundan iddia öz əhəmiyyətini itirmişdir. Qeyd olunan səbəbdən mülki işin baxılmamış saxlanılması barədə ərizə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh İddiaçı MMC-nin nümayəndəsi (vəkili) – Nümayəndə1 işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı Cavabdeh vəkili Vəkil2 tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinin tələblərinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.6-cı maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barədə ərizə verildiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı «sökülmüş qonşu mənzillərin cavabdeh tərəfindən bərpa edilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsi baxılmamış saxlanıldığına görə, iddiaçı Cavabdeh vəkili Vəkil2 tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində (xx.xx.2022-ci il tarixli ********* saylı qəbz üzrə) dövlət rüsumu iddiaçı Cavabdeh vəkili Vəkil2 qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114, 259.0.11, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı «sökülmüş qonşu mənzillərin cavabdeh tərəfindən bərpa edilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə ödənilmiş 100 manat məbləğində (xx.xx.2022-ci il tarixli ********* saylı qəbz üzrə) dövlət rüsumu iddiaçı Cavabdeh vəkili Vəkil2 qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar