Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-333/2025 02.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İlk iddia üzrə İddiaçı1 cavabdeh İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxs qismində X9 cəlb olunmaqla) "kredit müqaviləsinin etibarsız sayılması, borcun silinməsi və sair" tələbinə dair, birləşmiş iddia üzrə İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı1 qarşı "kredit müqaviləsi üzrə mübahisələr" tələbinə dair iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı1 cavabdeh İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı2 ASC tərəfindən onun barəsində əsassız olaraq hesablanmış 5700 (beş min yeddi yüz) manat borcun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və tərəfindən ödənilmiş 77 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışlar ki, həyat yoldaşı 2023-cü ilin yanvar ayında X11 “Rahat” Marketin 28 may filialında satılan "xxxx" ASC-yə məxsus “cashback” kartı əldə etmiş və öz pensiyasından onun istifadə edə bilməyi üçün cüzdan funksiyası daşıyan bu kartı ona vermişdir. Lakin kartın aktiv olunması 2023-cü ilin təxminən may-iyun aylarında həyata keçirilmişdir. Həmin tarixdən 1 ilə ərzində kartdan normal cüzdan kimi istifadə etmişlər. Yəni yoldaşı həmin karta öz təqaüdündən pul keçirmiş və o də xırda məişət xərcləri üçün həmin kartı istifadə etmişdir. 2024-cü ilin fevral ayında o telefonunda olan İddiaçı2 ASC-yə məxsus “1Bank” mobil tətbiqinə daxil olan zaman gördü ki, hesabında olan pul vəsaiti “-5700” (mənfi beş min yeddi yüz) manat kimi qeyd olunmuşdur. Bunun nə məsələ olduğunu aydınlaşdırmaq üçün o, 14 fevral 2024-cü il tarixində "xxxx" ASC ilə əlaqə saxladıqları zaman bankdan onlara bildirdilər ki, onların tərəfindən 12 fevral 2024-cü il tarixində kredit müraciəti olmuşdur. İlk növbədə qeyd edir ki, o, bugünədək nəinki "xxxx" ASC-yə, ümumiyyətlə ölkədə fəaliyyət göstərən heç bir banka kredit müraciəti etməmişdir. Buna səbəb isə heç vaxt kreditə ehtiyacının olmamasıdır. Bundan sonra onlar dərhal (16 fevral 2024-cü il tarixində) bu məsələ barədə həm Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, həm də "xxxx" ASC-yə bu barədə məlumat verərək müvafiq tədbirlərin görülməsini xahiş etdilər. AR DİN-də bununla bağlı hələ də araşdırılma getməsinə baxmayaraq "xxxx" ASC onun bu qeyd etdiklərinə məhəl qoymayaraq həmin borcun onun əmək haqqından tutulmasını özbaşına olaraq həyata keçirmişdir. Belə ki, aralarında heç bir müqavilə və ya razılaşma olmamasına baxmayaraq onun əmək haqqının hamısını onun götürmədiyi kreditin ödənişinə yönəltmişdir. O, Bakı şəhərində yerləşən məktəblərin birində (172 №-li məktəbdə) müəllim kimi fəaliyyət göstərir və əmək haqqı 636 (altı yüz otuz altı) manat təşkil edir. Bütün əmək haqqı isə "xxxx" ASC tərəfindən qeyd şərtsiz olaraq ona məxsus olmayan, onun götürmədiyi və istifadə etmədiyi kreditə silinməsi olduqca qanunsuz və ədalətsizdir. Bundan əlavə cavabdehə borcunun silinməsi barədə dəfələrlə müraciət etsələr də heç bir nəticəsi olmamışdır. Əksinə 05 aprel 2024-cü il tarixli "xxxx" ASC-nin cavab məktubunda qeyd olunur ki, “12 fevral 2024-cü il tarixdə “Birbank” mobil tətbiqində mobil cihaz dəyişilərək Bank tərəfindən göndərilmiş OTP kod istifadə edilməklə qeydiyyatdan keçilmiş və istifadənizdə olan 416973******9933 saylı plastik kartdan həmin tarixdə 3268 (ekvivalenti olaraq 5604,62 manat) USD məbləğində əməliyyat icra edilmişdir.” Bununla bağlı qeyd edir ki, o nə mobil cihaz dəyişdirməmişdir, nə də kredit üçün müraciət etməmişdir. Bütün bunlar isə bir daha bank tərəfindən qanunsuz olaraq onun vəsaitinin mənimsənilməsi ilə nəticələnən hərəkətlərə yol verilməsinə gətirib çıxarmışdır. Belə ki, 6 ildən uzun müddətdir ki, eyni mobil cihaz onun istifadəsindədir və heç bir halda tərəfindən cihaz dəyişdirilməmişdir. Zərurət olduğu təqdirdə ekspertizaya təqdim olunacaqdır. Daha sonra iddiaçı "xxxx" ASC cavabdeh İddiaçı1 qarşı "kredit müqaviləsi üzrə mübahisələr" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı1 "xxxx" ASC-nin xeyrinə 5285.21 AZN əsas; 945.98 AZN faiz, cəmi 6231.19 AZN pul vəsaitinin və 82.31 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışlar ki, İddiaçı2 ASC ilə cavabdeh İddiaçı1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB177689B299 saylı müqaviləsinə əsasən ona debet kart verilmişdir. Daha sora İddiaçı2 ASC ilə cavabdeh İddiaçı1 arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli, BRCB1776898B299 saylı əlavə razılaşmaya əsasən onun kartına 51 ay müddətinə 5711 AZN olan kredit vəsaiti daxil edilmişdir. Daha dəqiq deyilsə, kredit nağd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiq vasitəsilə) ona məxsus pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliklərini lazımi qaydada yerinə yetirmir. Daha sonra İddiaçı1 nümayəndəsi və vəkili “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ünvanlayaraq, cavabdeh İddiaçı2 ASC ilə İddiaçı1 Əlihüsyen qızı arasında bağlanmış BRCB1776898B299 №-li xx.xx.2023-cü il tarixli və xx.xx.2023 tarixli saylı BRCB1776898B299 Birbank cashback kredit xətti/X14 kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair 12.02.204-cü il tarixli Əlavə Razılaşma müqavilələrinin etibarsız hesab edilməsi, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı1 barəsində əsassız olaraq hesablanmış 5700 (beş min yeddi yüz) manat borcun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və ödənilmiş 77 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1010/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı X3 cavabdehlər İddiaçı1 və X2 qarşı “məzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair” 2(006)-1010/2025 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Əfsanə Heydərovanın icraatında olan İddiaçı1 cavabdeh X4 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair e-2(006)-883/2025 saylı mülki icraata birləşdirilməsi qərara alınmışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı1 nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, cavabdeh tərəfindən verilmiş izahatla razı deyillər, ekspert tərəfindən də rəy verilib ki, qanunsuz formada iddiaçının telefonuna müdaxilələr etmişlər. Cavabdeh tərəf birinci iclasda bildirdiklərini yazıb yenidən məhkəmə təqdim etmişlər. Debit kartını iddiaçının özü tərəfinən götürmüşdür, lakin krediti götürən xanım olmamışdır. İşləməyən insana həmin kreditin verilməsi məsələsi də absurddur. Bunları nəzərə alaraq ilk iddianın təmin, birləşmiş iddianın isə rədd edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı1 və onun nümayəndəsi X11 izahat verərək alaraq ilk iddianın təmin, birləşmiş iddianın isə rədd edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdilər. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs X9 izahat verərək bildirmişdir ki, pul onun kartına gəlirdi və o həmin pulu üçüncü şəxsin kartına göndərirdi. Əvvəldən onun kartına pulun gələcəyi ilə bağlı məlumatlı idi, lakin pulun məbləğini bilmirdi. İlk iddiaya heç bir etiraz yoxdur Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 nümayəndəsi X10 izahat verərək bildirmişdir ki, belə hal daha əvvəldə olmuşdu, 3 dəfə polisə getmiş, daha sonra isə məbləği ödəmişdi. Bank krediti onun adıma keçirtsin, o borcu ödəməyə hazırdı. Əvvəlki məhkəmə iclasında iştirak edən birləşmiş iddia üzrə İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 izahat verərək bildirmiş ki, ilk iddianın rədd, birləşmiş iddianın isə təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının (məhkəmə qərarının elan iclası) yeri və vaxtı barədə tərəflər lazımi qaydada məlumatlandırılsalar da, onlar məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək qətnaməni elan etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, izahatları dinləyərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, birləşdirilmiş iddia isə rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - İddiaçı2 ASC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB1776898B299 saylı “X14 kart müqaviləsi”nə əsasən İddiaçı2 ASC İddiaçı1 “X14” ödəniş kartı vermişdir. - İddiaçı2 ASC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB1776898B299 saylı “Birbank Cashback kredit xətti/ X14 kartı” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair xx.xx.2024-cü il tarixli, BRCB177689B299 saylı əlavə razılaşmaya əsasən bank İddiaçı1 51 ay müddətinə, qeyri-taksit əməliyyatları üzrə 27% (maksimal FİFD 29,26), taksit əməliyyatları üzrə 0% faiz dərəcəsi ilə 5711 manat məbləğində krediti “Borcalan”ın mülkiyyətinə verməyi, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. - Binəqədi RPİ-nin 43-cü PB-nin xx.xx.2024-cü il tarixli “materialın istintaq aidiyyatı üzrə göndərilməsi” barədə qərarı ilə qərarın təsvir hissəsində göstərilənlərə əsasən İddiaçı1 müraciəti əsasında toplanmış materialda Azərbaycan Respublikası CM-nin 177.2.3.-1 maddəsi ilə nəzərdə tutulan oğurluq cinayətinin tərkib əlamətləri mövcud olduğundan, material istintaq aidiyyatı üzrə Binəqədi RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. - "xxxx" ASC tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 20xx/xx/8990 nömrəli məktubunun surətindən görünür ki, 12 fevral 2024-cü il tarixdə “Birbank” mobil tətbiqində mobil cihaz dəyişdirilərək Bank tərəfindən göndərilmiş OTP kod isifadə edilməklə qeydiyyatdan keçilmiş və istifadəsində olan 416973******9933 saylı plastik kartdan həmin tarixdə 3268 (ekvivalentli olaraq 5604,62 manat) USD məbləğidə əməliyyat icra edilmişdir. Bank tərəfindən 3D Secure kodu göndərilən zaman bu kodun digər şəxslərlə paylaşılmaması üçün məlumat təqdim edilmişdir. -İddiaçı2 ASC-nin İddiaçı1 ünvanladığı xx.xx.2024-cü il tarixli son bildirişdən görünür ki, X1rşısında olan gecikdirilmiş öhdəliyinin dərhal yerinə yetirilməsi tələb olunmuşdur. - İddiaçı2 ASC-nin 04 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Kapital Bank» ASC ilə İddiaçı1 arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli, BRCB177689B299 saylı əlavə razılaşmaya əsasən xx.xx.2024-cü il tarixinə 5285.21 manat əsas, 945.98 manat faiz borcunun, cəmi 6231.19 manat borcu yaranmışdır. -Ödəniş qəbzindən (No:**********69) görünür ki, İddiaçı1 tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 77 manat məbləğində dövlət rüsumu ödənilmişdir. -Ödəniş qəbzindən (No:**********) görünür ki İddiaçı2 ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 82.71 manat məbləğində dövlət rüsumu ödənilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə kompüter-texniki ekspertizasının 5/1165 nömrəli, 28 dekabr 2024-cü il tarixli rəyindən görünür ki, 1.“Tədqiqat prosesinin təsviri hissəsi”nin 1-ci bəndində göstərilənlərə əsasən ekspert qarşısında qoyulmuş “İddiaçı1 “Samsung SM-A307FN” modelli mobil telefonun hazırki texniki vəziyyəti necə qiymətləndirilir (tam və ya qismən işlək vəziyyətdədir,habelə işlək vəziyyətdə deyil0? Və “İddiaçı1 “samsung SM-A307FN “ modelli mobil telefonda mövcud olan qüsurun yaranma səbəbini müəyyən etmək mümkündürmü?” suallar üzrə tədqiqat işləri aparılmadı 2. İddiaçı1 Tətbiqdəki istifadəçi identifikator nömrəsi 5033912. 3. xx.xx.2024 21:22:03 tarixində Bank tərəfindən rus dilində "OTP" kodu göndərilmişdir. (burada "OTP" kodun rus dilində olmasının səbəbi Bank tərəfindən göndərilən "OTP" kodun telefonun dil konfiqurasiyasından asılı olaraq göndərilməsidir)
4. ******* nömrəli identifikator üzrə verilənlər bazası üzərindən axtarış verildiyi zaman aşkar edilmişdir ki, xx.xx.2024 21:23:15 tarixində ff63a6b57b940992 identifikatorlu digər cihaz vasitəsilə Tətbiqdə qeydiyyatdan keçirilmişdir. 5. xx.xx.2024 21:23:15 tarixində ff63a6b57b940992 identifikatorlu cihaz vasitəsilə baş vermiş giriş Azərbaycana aid olmayan 5.61.33.83 İP ünvanından baş vermişdir. 6. İstifadəçiyə (yəni İddiaçı1) aid ******* nömrə identifikator üzrə verilənlər bazasında axtarış verilən zaman aşağıdakı iki cihazın olduğu görürünür: - Samsung SM-A307FN markalı İddiaçı1 aid 765c7cbaf6ec8c4d nömrəli identifikatorlu mobil cihaz; - Samsung SM-A045F markalı və ff63a6b57b940992 nömrəli identifikatorlu diger mobil cihaz. 7. xx.xx.2024 21:23:15 tarixindən öncəki Tətbiqə giriş əməliyyatları 765c7cbaf6ec84 identifikatorlu, yəni İddiaçı1 aid mobil cihaz vasitəsilə həyata keçirilirdi. 8. xx.xx.2024 21:25:29 tarixində 5711 AZN məbləğində limit artımı həyata keçirilir. 9. xx.xx.2024 21:39:48 tarixində 5604 AZN məbləğində kartdan karta vəsaitin ötürümü baş verir. -Kapital Bank” ASC-nin verdiyi xx.xx.2024-cü il tarixli 2024/111/24761 nömrəli yazılı izahatdan görünür ki, iddiaçı ilə Bank arasında onlayn qaydada BRCB1776898B299 nömrəli xx.xx.2023-cü il tarixli X14 Kart Müqaviləsi bağlanmışdır. Nəzərə alınmalıdır ki, bank qanunvericiliyinə, banklarla müştərilər arasında bağlanmış kart müqavilələrinə və işgüzar adətlərə görə bankar tərəfindən müştərilərə verilən istənilən növ kart, müştəri tərəfindən əldə edildikdən sonra həmin kart üzrə bütün məsuliyyət müştəriyə aid olur. İş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış BRCB1776898B299 nömrəli xx.xx.2023-cü il tarixli X14 Kart Müqaviləsinin: - 7.2.6-cı yarım bəndinə əsasən kart və FİN kodu heç kimə vermir, bunların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını almaq məqsədi ilə lazımi tədbirləri görür (Kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə məsuliyyəti müştəri daşıyır). - 8.2-ci yarımbəndinə əsasən müştəri anlayır və təsdiq edir ki, bu Müqavilə üzrə əməliyyatların icrası ilə əlaqədar özünə aid eyniləşdirmə məlumatlarının məxfi saxlanılması, təhlükəsizliyinin təmin edilməsi, habelə üçüncü şəxslərə verilməməsi ilə bağlı tədbirlər görməlidir. Bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üçün tədiblər görəcəkdir, lakin Müştərinin təqsiri ucbatından həmin məlumatların üçüncü şəxslər tərəfindən istifadə edilməsi ilə bağlı Müştəriyə dəymiş zərərə (ziyana) görə Bank məsuliyyət daşımır. Bildirirlər ki, İddiaçı1 İddiaçı2 ASC-nin mobil bank tətbiqi olan “Birbank” tətbiqindən istifadə edir. İddiaçı özünə məxsus olan +**********04 mobil nömrə ilə Birbank mobil tətbiqindən qeydiyyatdan keçmiş və təyinatı üzrə Samsung SM-A307FN cihazında istifadə etmişdir. Lakin xx.xx.2024-cü il tarixdə onun Birbank qeydiyyatı başqa cihaza (Samsung SM-A045F) dəyişmişdir. Qeyd edilməlidir ki, “Birbank” mobil tətbiqinin qeydiyyatını dəyişmək üçün təsdiq kodu mütləq şəkildə qeyd edilməlidir. Əks halda dəyişikliyin baş tutmaması mümkün deyildir. Bankdaxili yoxlama aparılarkən sözügedən kodun iddiaçının +**********04 mobil nömrəsinə xx.xx.2024-cü il tarixində göndərildiyi məlum olmuşdur (təsdiqedici müvafiq sübutlar iş materiallarına əlavə edilmişdir). Bundan sonra “Birbank” mobil tətbiqi vasitəsi ilə tərəflər arasında bağlanmış BRCB1776898B299 nömrəli xx.xx.2023-cü il tarixli X14 Kart Müqaviləsinin 4.1-ci bəndinə əsasən kredit xəttindən istifadə ilə əlaqədar olaraq limit artımı üçün müraciət edilmiş və xx.xx.2024-cü il tarixli Birbank cashback kredit xətti //// X14 kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmaya əsasən kredit xəttinin məbləği 5711 AZN müəyyən olunmuşdur. BRCB1776898B299 nömrəli xx.xx.2023cü il tarixli X14 Kart Müqaviləsinin 4.1-ci bəndinə əsasən Müştəri bu Müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində kredit xəttindən istifadə edə bilər. Tərəflər razılığa gəlirlər ki, Müştəri, bu Müqavilənin 11.2-ci hissəsində qeyd edilən və ya sonradan Banka bildirdiyi mobil nömrəsinə SMS vasitəsilə göndərilmiş bildirişi (məlumatı) SMS-də göstərilmiş qaydada təsdiq etməklə, habelə ATM, ödəniş terminalı və ya Bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən (bundan sonra - texnoloji vasitələr) müvafiq qaydada istifadə etməklə, kredit xəttinin istifadə edilə biləcək məbləğini ümumilikdə manat həddində, SMS və digər texnoloji vasitələrlə razılaşdırılmış məbləğdə və şərtlərdə 15000 artıra və ya azalda, həmçinin Müqavilənin digər şərtlərini dəyişdirə və ya ona xitam verə bilər. Müvafiq qaydada kredit xəttinin məbləğinin artırılması, azaldılması, habelə Müqavilənin şərtlərinin dəyişdirilməsi, ona xitam verilməsi və ya digər hərəkətlərin edilməsi yalnız Bank tərəfindən təsdiq edildikdə qüvvəyə minir. Müştəri və Bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş bildirişin Müştəri tərəfindən təsdiq edilməsi, habelə texnoloji vasitələrlə müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi Müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirlər ki, iddiaçının Banka qarşı irəli sürdüyü iddia tələbi əsassızdır və təmin edilməməlidir. Bu səbəbdən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini rəhbər tutaraq, məhkəmədən, İddiaçı1 cavabdeh İddiaçı2 ASC tərəfindən onun barəsində əsassız olaraq hesablanmış 5700 (beş min yeddi yüz) manat borcun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və tərəfindən ödənilmiş 77 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması tələbinə dair iddiasının rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı1 ilə "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ arasında xx.xx.2023-cü il tarixli, BRCB1776898B299 saylı “X14 kart müqaviləsi rəsmiləşdirilmiş, müqaviləyə əsasən ilk iddia üzrə iddiaçıya debet kartı verilmişdir. Daha sonra İddiaçı2 ASC ilə İddiaçı1 arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) xx.xx.2024-cü il tarixli, BRCB1776898B299 saylı əlavə razılaşma bağlanılmış və həmin razılaşmaya əsasən ilk iddia üzrə iddiaçının kartına 51 ay müddətinə 5711 AZN məbləğində kredit verilmişdir. Hazırda İddiaçı1 həmin müqavilələrin onun tərəfindən nə şəxsi müraciət, nə də ki onlayn qaydada bağlanılmadığını iddia edərək, həmin müqavilələrin etibarsız hesab edilməsini, həmin müqavilə üzrə borcun silinməsini, 77 manat dövlət rüsumunun tutaraq ona ödənilməsini, Kapital Bank" Açıq Səhmdar Cəmı̇ yyətı̇ isə müqavilə üzrə borcun (5285.21 AZN əsas; 945.98 AZN faiz, cəmi 6231.19 AZN pul vəsaitinin) və 82.31 AZN dövlət rüsumunun İddiaçı1 tutularaq Banka ödənilməsini xahiş etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Həmin Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Göstərilən Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 339.6-cı maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09 dekabr 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; 2) aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; 3) müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. O da qeyd olunmalıdır ki, Mülki Məcəllənin 339.3-cü maddəsinə görə, üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Göründüyü kimi, üçüncü şəxsin aldatması barəsində müqavilənin qarşı tərəfi xəbərdar idisə və ya xəbərdar olmalı idisə, müqavilə etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mərkəzi X12 04 fevral 2022-ci il tarixli 04/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”: 5.1. Bank bu Qaydanın tələblərinə uyğun olaraq məsafədən bank hesabı aça bilər. Məsafədən bank hesabının açılması müştəri və bank əməkdaşının eyni zamanda birgə fiziki iştirakı olmadan elektron vasitələrlə bank hesabının açılmasını nəzərdə tutur. 5.2. Müştərilərə səlahiyyətli nümayəndə (hüquqi şəxsin qanuni təmsilçisi istisna olmaqla) vasitəsilə, habelə qeyri-rezident hüquqi şəxslərə məsafədən bank hesabının açılmasına yol verilmir. 5.5. Yeni müştəri üçün məsafədən bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi aşağıdakı qaydada aparılır: 5.5.1. rezident hüquqi şəxslər və fərdi sahibkarlar, habelə qeyri-rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə; 5.5.2. rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə və ya gücləndirilmiş müştəri autentifikasiyası və video zəng ilə. 5.6. Bank hesabı mövcud olan müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi rezident hüquqi şəxslər və fərdi sahibkarlar, habelə qeyri-rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza, rezident fiziki şəxslər üçün isə gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə gücləndirilmiş müştəri autentifikasiyası əsasında həyata keçirilə bilər. Bank bu qaydada hesabın açılmasını riskli hesab edərsə, hesab gücləndirilmiş müştəri autentifikasiyası əsasında açıldıqda video çəkiliş üsulunu video zəng ilə əvəz edə, gücləndirilmiş elektron imza ilə açıldıqda isə əlavə olaraq video çəkiliş və ya video zəng üsulunu tətbiq edə bilər. 5.7. Gücləndirilmiş müştəri autentifikasiyası dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur. 5.8. Məsafədən bank hesablarının açılması üçün video eyniləşdirməyə (video zəng və video çəkiliş) dair tələblər bu Qaydaya 6 nömrəli Əlavə ilə tənzimlənir 5.9. Məsafədən bank hesabının açılması üçün bu Qaydanın tələblərinə riayət olunmalı, o cümlədən bu Qaydanın 4-cü hissəsində qeyd olunmuş sənədlər əldə edilməlidir. 5.13. Fiziki şəxs tərəfindən bank hesabı müqaviləsinin və hesabın açılması üçün tələb olunan digər sənədlərin gücləndirilmiş müştəri autentifikasiyası yolu ilə təsdiq edilməsi ilə müqavilənin yazılı formada bağlanması və imza tələbi yerinə yetirilmiş hesab edilir. “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”na 6 nömrəli əlavəyə əsasən video eyniləşdirməyə dair tələblər məsafədən bank hesablarının açılması zamanı rezident hüquqi şəxsin qanuni təmsilçisinin, rezident fərdi sahibkarın, rezident və qeyri-rezident fiziki şəxslərin (bundan sonra – fiziki şəxs) video zəng, habelə mövcud müştərilərin həmçinin video çəkiliş vasitəsilə eyniləşdirilməsinə (bundan sonra birlikdə – video eyniləşdirmə) dair tələbləri müəyyən edir. Video eyniləşdirmənin başlanmasından əvvəl görülən tədbirlər Video eyniləşdirmənin başlanmasından əvvəl yalnız şəxsiyyətin müəyyən edilməsi üçün etibarlı olan və mərkəzləşdirilmiş şəkildə yaradılan birdəfəlik qısa mesaj (SMS OTP) göndərilir. Göndərilən SMS OTP fiziki şəxs tərəfindən video eyniləşdirmənin aparıldığı interfeys vasitəsilə onlayn olaraq qeyd edilir. Həmin SMS OTP sistemdə uğurla təsdiqlənərsə, şəxsin mobil telefon nömrəsi təsdiq edilmiş hesab edilir. 3.1. Video zəng zamanı tətbiq edilən metod üzbəüz eyniləşdirmə metoduna (şəxsin fiziki olaraq bankın inzibati binasına yaxınlaşması zamanı tətbiq edilən metoda) bənzər və risklərin minimallaşdırılması əsasında hazırlanır. 3.2. Video zəng bu mövzuda təlimdən keçmiş bank əməkdaşı tərəfindən aparılır.3.3. Video zəng zamanı bank əməkdaşının şəxsiyyətin eyniləşdirilməsi üçün istifadə edilə bilən sənədlərin xüsusiyyətlərini və bu sənədlər üçün tətbiq edilən etibarlı yoxlama metodlarını öyrənməsi, habelə dələduzluq və ya digər hüquq pozuntusu halları, bu Qaydanın və aidiyyəti digər hüquqi aktların tələbləri barədə məlumatlı olması təmin edilir. 3.4. Bank əməkdaşının ildə ən azı bir dəfə və ya bu Tələblərin 2.5-ci bəndinə uyğun olaraq hər bir yenilənmədən sonra video zəng prosesi, o cümlədən fərdi məlumatlar qanunvericiliyi barədə təlim keçməsi təmin edilir. 5.6. Video zəngin sonunda fiziki şəxsin ona göstəriləcək bank xidmətləri barədə məlumatlı olduğunu və bank müştərisi olmağa razı olduğunu şifahi təsdiq etməsi ilə proses başa çatır. 6.1. Video çəkiliş bankda hesabı mövcud olan müştərilər tərəfindən məsafədən bank hesabının açılması məqsədilə aparılır. 6.2. Video çəkiliş zamanı bank müştərinin şəxsiyyətini təsdiq edən sənədinin hər iki tərəfinin (ön və arxa) şəkillərini və müştərinin video çəkilişini əldə edir. 6.3. Video çəkilişin müddəti ən azı 10 (on) saniyə olmalıdır. 6.4. Təqdim olunan şəkillərin və video çəkilişin müraciət edən şəxsə mənsub olduğunu avtomatik rejimdə təsdiq etmək mümkün olmadıqda, bank video zəngin edilməsi ilə bağlı müştəriyə əlavə sorğu göndərə bilər. Məhkəmə İddiaçı1 cavabdeh İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinə qarşı "kredit müqaviləsinin etibarsız sayılması, borcun silinməsi və sair" tələbinə münasibətdə qeyd edir ki, iddiaçı öz iddiasında həm xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli BRCB1776898B299 nömrəli Birbank cashback kredit xətti/debet kart müqaviləsinin, həm də həmin müqavilə üzrə xx.xx.2024-cü il tarixində bağlanmış kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmanın etibarsız hesab edilməsini xahiş etmişdir. Lakin iş materiallarının təhlili zamanı məhkəmə bu nəticəyə gəlmişdir ki, ilkin müqavilənin – yəni xx.xx.2023-cü il tarixli əsas kart müqaviləsinin bağlanması faktı tərəflər arasında mübahisə doğurmur. Belə ki, istər iddia ərizəsində, istərsə də təqdim olunan izahatlarda ilk iddia üzrə İddiaçı1 özü etiraf etmişdir ki, həyat yoldaşı 2023-cü ilin yanvar ayında "xxxx" ASC-yə məxsus olan cashback kartını əldə etmiş, kartın aktivləşdirilməsi isə 2023-cü ilin təxminən may-iyun aylarında baş tutmuşdur. Bu hal onu göstərir ki, tərəflər arasında ilkin müqavilə faktiki olaraq bağlanmış və icra olunmuşdur. Həmçinin, İddiaçı1 uzun müddət ərzində bu kartdan cüzdan funksiyası kimi istifadə etməsi, onun həyat yoldaşının həmin karta vəsait köçürməsi və bu vəsaitlərin gündəlik xərclər üçün istifadə olunması göstərir ki, müqavilənin əsas müddəaları həm Bank, həm də ilk iddia üzrə iddiaçı tərəfindən qəbul edilmiş və icra olunmuşdur. Beləliklə məhkəmə hesab edir ki, Ülkər Abbasova xx.xx.2023-cü il tarixli, BRCB1776898B299 saylı “X14 kart” müqaviləsinin etibarsız olduğunu qeyd etsə də, ilkin müqavilənin mövcudluğu və tərəflər arasında razılaşmanın əldə olunması məhkəmə tərəfindən sübuta yetirilmişdir. Bu səbəbdən də, məhkəmə ilkin müqavilənin hüquqi qüvvədə olduğunu qəbul edir və hazırkı mərhələdə yalnız İddiaçı2 ASC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB1776898B299 saylı “Birbank Cashback kredit xətti/ X14 kartı” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair xx.xx.2024-cü il tarixli, BRCB177689B299 saylı Əlavə Razılaşmanın – yəni kredit xəttinin yenilənməsinə dair müqavilənin etibarlılığı məsələsinin hüquqi qiymətləndirilməsinə ehtiyac olduğunu müəyyən edir. Məhkəmə qeyd edir ki, BRCB1776898B299 nömrəli xx.xx.2023-cü il tarixli X14 Kart Müqaviləsinin 4.1-ci bəndinə əsasən Müştəri bu Müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində kredit xəttindən istifadə edə bilər. Tərəflər razılığa gəlirlər ki, Müştəri, bu Müqavilənin 11.2-ci hissəsində qeyd edilən və ya sonradan Banka bildirdiyi mobil nömrəsinə SMS vasitəsilə göndərilmiş bildirişi (məlumatı) SMS-də göstərilmiş qaydada təsdiq etməklə, habelə ATM, ödəniş terminalı və ya Bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən (bundan sonra - texnoloji vasitələr) müvafiq qaydada istifadə etməklə, kredit xəttinin istifadə edilə biləcək məbləğini ümumilikdə manat həddində, SMS və digər texnoloji vasitələrlə razılaşdırılmış məbləğdə və şərtlərdə 15000 artıra və ya azalda, həmçinin Müqavilənin digər şərtlərini dəyişdirə və ya ona xitam verə bilər. Müvafiq qaydada kredit xəttinin məbləğinin artırılması, azaldılması, habelə Müqavilənin şərtlərinin dəyişdirilməsi, ona xitam verilməsi və ya digər hərəkətlərin edilməsi yalnız Bank tərəfindən təsdiq edildikdə qüvvəyə minir. Müştəri və Bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş bildirişin Müştəri tərəfindən təsdiq edilməsi, habelə texnoloji vasitələrlə müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi Müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir. Göründüyü kimi, tərəflərin bağladıqları müqaviləyə əsasən kredit alanın kredit məbləğinin dəyişdirilməsi və ya artırılmasına razılığı SMS vasitəsi ilə göndərilən simvollar vasitəsi ilə təsdiq olunur. Məhkəmə qeyd edir ki, bank qanunvericiliyinə, banklarla müştərilər arasında bağlanmış kart müqavilələrinə və işgüzar adətlərə görə bankar tərəfindən müştərilərə verilən istənilən növ kart, müştəri tərəfindən əldə edildikdən sonra həmin kart üzrə bütün məsuliyyətin müştəriyə aid olmasını, debet kartın verilməsinə dair iddiaçı ilə bank arasında bağlanmış müqavilədə kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə müştərinin məsuliyyət daşımasına dair müddəanın nəzərdə tutulduğunu əsas gətirərək iddianın rədd olunmasını xahiş edir. Lakin Azərbaycan Respublikası Mərkəzi X12 04 fevral 2022-ci il tarixli 04/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda yeni müştəri üçün məsafədən bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsinin rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə və ya gücləndirilmiş müştəri autentifikasiyası və video zəng ilə aparılması qaydasını müəyyən etmişdir. (5.5.2.) Bundan başqa bank hesabı mövcud olan müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılmasının rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə gücləndirilmiş müştəri autentifikasiyası əsasında həyata keçirilə bilmə imkanını nəzərdə tutmuş, hətta bankın bu qaydada hesabın açılmasını riskli hesab etdiyi halda, hesab gücləndirilmiş müştəri autentifikasiyası əsasında açıldıqda (SMS OTP kod vasitəsilə) video çəkiliş üsulunu video zəng ilə əvəz etmək üsulunu tətbiq edə bilməsi məsələsini tənzimləmişdir. Gücləndirilmiş müştəri autentifikasiyası dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur. Bank iddiaçı ilə X14 Kart müqaviləsinin bağlanılması zamanı videogörüntü üsulundan istifadə edilməklə üztanıma əməliyyatının aparıldığını, bundan sonra həmin müştəri tərəfindən həyata keçirilən istənilən əməliyyatın məhz onun tərəfindən icra edilmiş kimi qəbul edildiyini bildirərək, kredit xəttinin yenilənməsi (kredit xəttinin limitinin artırılması) üçün üztanıma əməliyyatı aparılmadan kredit xəttinin yenilənə bilinməsini və Bank tərəfindən qaydalara əməl olunmasını iddia edir. Yuxarıda adıçəkilən qaydalarda video zəng və videoçəkiliş anlayışları fərqləndirilməklə, məsafədən bank hesabının açılması zamanı video zəng üsulunun yeni müştəriyə, video çəkilişin isə mövcud müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılması zamanı tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə düzgün olaraq qeyd etmişdir ki, İddiaçı2 ASC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB1776898B299 saylı “Birbank Cashback kredit xətti/ X14 kartı” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair xx.xx.2024-cü il tarixli, BRCB177689B299 saylı Əlavə Razılaşma bağlanarkən həyata keçirilmiş iddiaçının eyniləşdirilməsinə dair qısa bir video çəkilişlə kifayətlənməklə bank müqavilə əsasında ona 5711 manat məbləğində kreditin ayrılmasını mümkün hesab etmişdir. Halbuki Qaydanın 5.7-ci bəndində sadalanan müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya gücləndirilmiş müştəri autentifikasiyası (şəxsin dürüst müəyyənləşdirilməsi) hesab edilir. Hazırki halda isə bank tərəfindən yalnız OTP kodun iddiaçıya məxsus nömrəyə göndərilməsi həyata keçirilmiş, digər üz tanınması, kimi elementlərdən istifadə təmin edilməmişdir. Nəticədə isə məhkəmə vurğulayır ki, iddiaçı tərəfindən isə OTP kodun verilməsi sonuncu ilə bank arasında kreditin ayrılmasına dair müqavilə bağlanması üçün iradə ifadəsinin mövcudluğuna dələlət etmir. Belə olan halda bankın “müqavilədə kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə müştərinin məsuliyyət daşıması”na dair müddəanın nəzərdə tutulduğunu əsas gətirərək məsuliyyəti yalnız müştərinin üzərinə yükləməklə, özünü baş verə biləcək neqativ hallardan sığortalaması, mövcud reallıq üzrə baş verən dələduzluq hallarının yayılması fonunda bank müvafiq problemlərlə bağlı məhkəmənin icraatında kifayət qədər analoji işlərin olmasını bildiyi halda, təhlükəsizlik tədbirlərini lazımi qaydada, yəni, yuxarıda göstərilən tələblərə uyğun həyata keçirməmişdir ki, bu da saysız-hesabsız məhkəmə mübahisələrinin yaranmasına gətirib çıxarmışdır. Halbuki Qaydaya 6 saylı əlavədə video eyniləşdirmə zamanı mümkün əməliyyat və digər risklər nəzərə alınaraq lazımi səviyyədə təhlükəsizlik tədbirləri görülməsi, eləcə də tərəflər arasında daha əvvəl bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin 8.2-ci yarımbəndində “Bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üçün tədiblər görəcəkdir” müddəası nəzərdə tutulmuşdur. Göstərilən qaydalarda müştərilərə səlahiyyətli nümayəndə vasitəsilə belə, məsafədən bank hesabının açılmasına yol verilmədiyi təsbit edildiyi halda cavabdeh bank kredit məbləğini ayırarkən videoeyniləşdirmə həyata keçirmədən, iddiaçının iradə ifadəsini dürüst müəyyənləşdirmədən müqaviləni bağlamışdır ki, bu da müqavilənin etibarlılığını şübhə altına salır. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən də aydın görünür ki, o, həmin müqavilənin onun iradəsinə uyğun olmaması ilə bağlı, ona qarşı törədilməsi ehtimal edilən cinayətlə əlaqədar aidiyyəti orqanlara, İddiaçı2 ASC-yə, Polis İdarəsinə müraciətlər ünvanlamışdır. Göründüyü kimi iddiaçı xx.xx.2023-cü il tarixli, BRCB1776898B299 saylı “Birbank Cashback kredit xətti/ X14 kartı” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair xx.xx.2024-cü il tarixli, BRCB177689B299 saylı Əlavə Razılaşmanın onun iradəsini ifadə etmədiyini aşkar şəkildə bildirməkdədir. Bundan əlavə, xx.xx.2024 21:23:15 tarixində ff63a6b57b940992 identifikatorlu cihaz vasitəsilə baş vermiş giriş Azərbaycana aid olmayan 5.61.33.83 İP ünvanından baş verdiyi, həmçinin xx.xx.2024 21:39:48 tarixində 5604 AZN məbləğində kartdan karta vəsaitin ötürüldüyü Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə kompüter-texniki ekspertizasının 5/1165 nömrəli, 28 dekabr 2024-cü il tarixli rəyi ilə öz təsdiqini tapmışdır. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Məhkəmə hesab edir ki, İddiaçı1 kredit götürməklə bağlı hər hansı iradə ifadəsi olmadığı təqdirdə, bankın təhlükəsizlik tədbirlərini lazımi qaydada görməməsi ucbatından onun tərəfindən götürülməmiş 5711 manat krediti qaytarmalı olan borclu şəxs statusunu almışdır. Qeyd edilməlidir ki, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Göstərilənlərə əsasən məhkəmə yalnız yazılı və formal hallarla kifayətlənməyərək, iddiaçının iradə ifadəsinin həqiqi məzmunu və niyyətini müəyyən edərək hesab edir ki, xx.xx.2023-cü il tarixli, BRCB1776898B299 saylı “Birbank Cashback kredit xətti/X14 kartı” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair xx.xx.2024-cü il tarixli, BRCB177689B299 saylı Əlavə Razılaşmanın tərəflərin qarşılıqlı iradə ifadələrinə uyğun olmadan bağlanmış, qeyd olunan halda iddiaçının iradə ifadəsinin zədələnməsi halı baş vermişdir ki, bu da müqavilənin etibarsız hesab olunması üçün əsasdır. Qanunvericiliyin tələbi baxımından qeyd edilməlidir ki, kredit müqaviləsi etibarsız hesab edildiyindən, belə bir tələb olub-olmamasından asılı olmayaraq həmin əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsi də həll edilməlidir. Məhkəmənin qənaətinə görə etibarsız hesab edilən xx.xx.2024-cü il tarixli Əlavə razılaşma üzrə restitusiya (müqavilə üzrə götürülmüş kreditin qaytarılması ilə bağlı) tətbiq olunmasına zərurət görmür. Belə ki, qanunvericiliuyin dispozitiv şərtindən göründüyü kimi, restitusiya yalnız tərəflərin əqd üzrə bir-birilərindən aldıqlarına münasibətdə tətbiq oluna bilər. Hazırkı işin hallarından isə mübahisələndirilən müqavilə bağlanarkən İddiaçı1 tərəfindən hər hansı pul vəsaitinin əldə edilmədiyi, həmin məbləğin məhkəmə iclaslarında iştirak edən və pulun onun hesabına keçirildiyini etiraf edən üçüncü şəxs X9 tərəfindən əldə edildiyi müəyyən edilmişdir. Məhkəmə son olaraq İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı1 qarşı "kredit müqaviləsi üzrə mübahisələr" tələbinə dair birləşdirilmiş iddiasına münasibət bildirərək qeyd edir ki, məhkəmə yuxarıda göstərilənlərə əsasən ilk iddia üzrə İddiaçı1 ilə cavabdeh İddiaçı2 ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB1776898B299 saylı “Birbank Cashback kredit xətti/X14 kartı” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair xx.xx.2024-cü il tarixli, BRCB177689B299 saylı Əlavə Razılaşma etibarsız hesab edilməsi və “Birbank Cashback kredit xətti/X14 kartı” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair xx.xx.2024-cü il tarixli, BRCB177689B299 saylı Əlavə Razılaşma üzrə ilk iddia üzrə İddiaçı1 borcunun silinməsi qənaətinə gəldiyindən birləşdirilmiş iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, ilk iddia üzrə İddiaçı1 cavabdeh İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinə qarşı "kredit müqaviləsinin etibarsız sayılması, borcun silinməsi və sair " tələbinə dair iddiası qismən təmin edilməli, ilk iddia üzrə İddiaçı1 ilə cavabdeh İddiaçı2 ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB1776898B299 saylı “Birbank Cashback kredit xətti/X14 kartı” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair xx.xx.2024-cü il tarixli, BRCB177689B299 saylı Əlavə Razılaşma etibarsız hesab edilməli, “Birbank Cashback kredit xətti/X14 kartı” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair xx.xx.2024-cü il tarixli, BRCB177689B299 saylı Əlavə Razılaşma üzrə ilk iddia üzrə İddiaçı1 borcu silinməli, ilk iddia üzrə İddiaçı1 tərəfindən ödənilmiş 77 (yetmiş yeddi) manat dövlət rüsumunun əvəzi ilk iddia üzrə cavabdeh İddiaçı2 ASC-dən tutularaq İddiaçı1 ödənilməli, ilk iddia digər hissədə rədd edilməli, birləşmiş iddia üzrə İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı1 qarşı "kredit müqaviləsi üzrə mübahisələr" tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu birləşdirilmiş iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia üzrə İddiaçı1 cavabdeh İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinə qarşı "kredit müqaviləsinin etibarsız sayılması, borcun silinməsi və sair " tələbinə dair iddiası qismən təmin edilsin. İlk iddia üzrə İddiaçı1 ilə cavabdeh İddiaçı2 ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB1776898B299 saylı “Birbank Cashback kredit xətti/X14 kartı” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair xx.xx.2024-cü il tarixli, BRCB177689B299 saylı Əlavə Razılaşma etibarsız hesab edilsin. “Birbank Cashback kredit xətti/X14 kartı” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair xx.xx.2024-cü il tarixli, BRCB177689B299 saylı Əlavə Razılaşma üzrə ilk iddia üzrə İddiaçı1 borcu silinsin. İlk iddia üzrə İddiaçı1 tərəfindən ödənilmiş 77 (yetmiş yeddi) manat dövlət rüsumunun əvəzi ilk iddia üzrə cavabdeh İddiaçı2 ASC-dən tutularaq İddiaçı1 ödənilsin. İlk iddia digər hissədə rədd edilsin. Birləşmiş iddia üzrə İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı1 qarşı "kredit müqaviləsi üzrə mübahisələr" tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu birləşdirilmiş iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.