Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3351/2023 06.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qarşı əmlak üzərində payın müəyyən edilməsi və açıq hərracdan satılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hyundai Tucson” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobildə onun 4/6 hissədə payının müəyyən edilməsi, “Hyundai Tucson” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərraca çıxarılaraq satılması və iddiaçıya satışdan əldə olunmuş vəsaitin 4/6 hissəsinin verilməsi barədə haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla X8 2005-ci il tarixdə nikaha daxil olmuşlar. X8 birgə nikah dövründə, 2009-cu il tarixdə “Hyundai Tucson” minik markalı, **- VA-*** dövlət qeydiyyat nişanlı avtomobili əldə etmişdir. X8 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Hal-hazırda X6 vərəsələri İddiaçı, Cavabdeh1 və digər vərəsədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3839/22 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən Cavabdeh1 İddiaçı və X3 qarşı iddia tələbi təmin edilmiş və 2009-cu il buraxışlı “Hyundai Tucson” minik markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Belə ki, X8 vəfat etdikdən sonra, birgə mülkiyyətdə olan “Hyundai Tucson” minik markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə 3/6 pay hissəsi İddiaçı məxsusdur. Həmçinin həmin avtomobilin 1/6 hissəsi İddiaçı, digər 1/6 hissəsi Cavabdeh1 və qalan 1/6 hissəsi digər vərəsə arasında bölünməlidir. Həmçinin onuda qeyd etmişdir ki, "xxxx" MMC-nin qiymətləndirmə rəyinə əsasən, “Hyundai Tucson” minik markalı, 90-VA- 310 dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti 11000 manat pul məbləği dəyərində hesablanmışdır. Bununla bağlı, İddiaçı Cavabdeh1 məktub ilə müraciət edərək, cavabdehə həmin avtomobilin dəyəri üzrə hər bir vərəsəyə düşən pay vərəsələr arasında bölünərək, hər bir vərəsəyə 5500:3=1833 manat, cəmi 3666 manat pul məbləği verməyi təklif etmişdir. Lakin, Cavabdeh1 İddiaçı təklifini qəbul etməmiş və bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Daha sonra Cavabdeh2 cavabdeh qismində cəlb edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, “Hyundai Tucson” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobildə onun 4/6 hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeyiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2009-cu il buraxılışlı universal tipli, “Hyundai Tucson” markalı ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4r. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, xx.xx.2018-ci il tarixdə bağlanmış “Hyundai Tucson” markalı avtomobilin X1 dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə İddiaçı xx.xx.2005-ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt eydləri kitabında 291 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 miras qoyan X6 birinci nikahdan olan övladıdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 iddiası qismən təmin edilməklə, “Hyundai Tucson” markalı ** GS *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin xx.xx.2018-ci il tarixdə X9 tərəfindən X2 barədə alqı-satı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı mərhum X6 arvadı, o cümlədən mərhumun övladları-cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun qanun üzrə birinci növbə vərəsəsidir. “Hyundai Tucson” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı ilə X6 birgə nikahları dövründə əldə edilməsi müəyyən edilmişdir. Həmin əmlaka dair bağlanmış alqı-satqı müqaviləsi məhkəmə qətnaməsi ilə etibarsız hesab edilməklə, hazırda miras kütləsinə daxil edilmişdir. İddiaçı miras qoyanın arvadı olmaqla, həmin əmlaka dair 4/6 hissədə payının müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 miras qoyanın digər vərəsəsi olması ehtimalını bildirdi, lakin bu barədə hər hansı sübut təqdim edə bilməmişdir. Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134-сü maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-сi maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Məhkəmə qeyd edir ki, vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsində göstərilir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakın bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə qeyd edir ki, “Hyundai Tucson” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı ilə X6 birgə nikahları dövründə əldə edilməsi müəyyən edildiyindən, həmin əmlakın ½ hissəsi İddiaçı mülkiyyəti hesab olunmaqla miras kütləsinə daxil edilməməlidir, əmlakın yalnız mirasqoyan X6 payına düşən ½ hissəsi miras kütləsinə daxil olunmaqla həmin əmlaka dair vərəsələrin bərəbar payları müəyyən edilməlidir. Göstərilən qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X5 miras qalmış “Hyundai Tucson” markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilə İddiaçı 4/6 hissədə payı müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən, iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. X5 miras qalmış “Hyundai Tucson” markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilə İddiaçı 4/6 hissədə payı müəyyən edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-3351/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3351/2023
06.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver