Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3381/2021 15.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri Cavabdehnə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri Cavabdehnə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1966-cı il tarixində Gürcüstan Respublikası, Mameuli rayonunda anadan olmuş, 04.06.1998-ci il tarixində Bakı şəhərində Aytac adlı və 14.01.2000-ci il tarixində Aytən adlı övladları anadan olmuşdur. Hər iki övladları ev şəraitində Bakı şəhərində anadan olmuşdur. Övladları anadan olduqdan sonra onlar üçün doğum haqqında şəhadətnamənin alınması üçün müraciət etməmişdir. Bu səbəbdən hər iki övladlarının yetkinlik yaşlarına çatmaqlarına baxmayaraq doğum haqqında şəhadətnamələri yoxdur. Övladlarım ev şəraitində anadan olublar. Övladlarının ev şəraitində anadan olması faktını qonşuları Azərbaycan Respublikasının vətəndaşları X10, X11 və X3 təsdiq edə bilərlər. Bununla belə Gürcüstan Respublikası Ədliyyə Nazirliyi X9 Agentliyinə 02.10.2018-ci il tarixində müraciətinə baxılmış və N210743 nömrəli məktubuma cavab olaraq bildirilmişdir ki, X9 X4 X15 ərizəçinin ana kimi məlumat qeyd olunmur. Həmçinin qevd edilən halla bağlı arayış məktuba əlavə olunmuşdur. Bundan əlavə Cavabdeh 18.03.2021-ci il tarixli cavabından da göründüyü kimi doğum haqqında şəhadətnamə və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktarı qeydinin təqdim edilmiş şəxslərin özünə verilir, bununla belə şəxsin şəxsiyyətini təsdiq edən sənədi yoxdur və qeyd edilən müraciətin səbəbi də elə şəxsiyyət vəsiqəsi almaq üçündür. Hal-hazırda övladları yetkinlik yaşlarına çatmışlar. Doğum haqqında şəhadətnamələrinin olmaması səbəbindən səxsiyyət vəsiqələrini əldə edə bilmirlər. Göstərilənlərə əsasən, ərizəçinin övladları 04.06.1998-ci il təvəllüdlü X2 və 14.01.2000-ci il təvəllüdlü X6 Bakı şəhərində anadan olmaları faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, övladları 04.06.1998-ci il təvəllüdlü X7 və 14.01.2000-ci il təvəllüdlü X8 Bakı şəhərində anadan olmaları faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra ərizəçi tərəfindən tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilərək, X7 04.06.1998-ci il tarixdə Bakı şəhərində anadan olması faktının müəyyən edilməsi, ona doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin maraqlı şəxsin üzərinə qoyulması, şəhadətnamədə ana adının İddiaçı (İsmailova Reikhan), milliyyətinin azərbaycanlı, ata adının İsmayılov Qəşəm, milliyyətinin azərbaycanlı kimi qeyd edilməsi, X8 14.01.2000-ci il tarixdə Bakı şəhərində anadan olması faktının müəyyən edilməsi, ona doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin maraqlı şəxsin üzərinə qoyulması, şəhadətnamədə ana adının İddiaçı (İsmailova Reikhan), milliyyətinin azərbaycanlı, ata adının İsmayılov Qəşəm, milliyyətinin azərbaycanlı kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən ərizəçi izahatında qeyd etmişdir ki, Aytac və Aytən onun qızlarıdır. Bugünədək sənədləri olmamış və məktəb belə oxumamışlar. Uşaqların ataları fərqlidir lakin ərizədə öz atasının adlarını onların ata adı kimi qeyd olunmasını xahiş edir. Hal-hazırda sənədləri olmadığından bu ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili ərizəyə uyğun izahat verərək ərizənin son dəqiqləşdirilməyə uyğun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Aytac adlı şəxs ( doğum faktı müəyyən edilməsi nəzərdə tutulan şəxs) izahat verərək bildirdi ki, 23 yaşı var, məktəb oxumamışdır, heç bir yerdə işləmir, rəsmi iş yerinin olmasını istəyir. Məhkəmədə Aytən adlı şəxs ( doğum faktı müəyyən edilməsi nəzərdə tutulan şəxs) izahat verərək bildirdi ki, onun 20 yaşı vardır. Məktəb oxumamışdır. Hal hazırda rəsmi sənədinin olmasını istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə ərizəyə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilən X12 ifadə verərək göstərdi ki, Aytən və Aytacı özü böyütmüşdür. Doğulduğu günləri isə böyüyün 04 iyun 1998-ci ildə, kiçiyin isə 14 yanvar 2000-ci ildə olmuşdur. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilən Karimova Aziza ifadə verərək göstərdi ki, Aytən və Aytac 205 saylı orta məktəbdə 1-ci sinifdə oxumuşlar. Onları uşaqlıqdan tanıyır. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilən X10 ifadə verərək göstərdi ki, özü ərizəçinin və Aytənlə Aytacın qonşularıdır. Uşaqlıqdan onları tanıyır. Məktəbləri barədə məlumatın olmamasını məhkəməyə bildirdi. İş materiallarında olan pasportun və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixində Gürcüstan Respublikası, Mameuli rayonunda anadan olmuş və Gürcüstan Respublikasının vətəndaşıdır. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin 06 iyul 2021-ci il tarixli 18-18- 52/12 saylı məktubundan görünür ki, 04.06.1998-ci il təvəllüdlü X5 və 14.01.2000-ci il təvəllüdlü X14 haqqında məlumat Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ümumi Təhsil X1 (ÜTİS) mövcud deyildir. Mülki işdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin 05 iyul 2021-ci il tarixli 05/3647 saylı məktubundan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü Reikhan İsmailovanın sonuncu dəfə ölkədə müvəqqəti olma müddəti 06.08.2020-ci il tarixədək uzadılmış və ünvan 1 ünvanına qeydiyyata alınmışdır. Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahid ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin qızları, 04.06.1998-ci il təvəllüdlü X5 və 14.01.2000-ci il təvəllüdlü X14 tibb müəssisəsindən kənarda doğulmuşlar, buna görə də uşaqlara doğum haqqında şəhadətnamələrini ala bilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşliq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.5-ci maddəsinə əsasən isə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli, 03 saylı Qərarının 4-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci bəndində əsasən doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd, uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd, uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənədlər təqdim edilməlidir. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, ərizəçi, uşaqlarının göstərilən tarixlərdə Bakı şəhərində doğulmaları faktının müəyyən edilməsi üçün mötəbər və kifayət edəcək qədər sənədlər təqdim edə bilmədiyindən, yalnız şahid ifadələrinin olması məhkəmə üçün kifayət etmədiyindən, həmçinin şahid ifadəsində ziddiyyətin olması səbəbindən ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri Cavabdehnə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №e-2(006)-3381/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3381/2021
15.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver