Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3411/2022 25.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11.000 ABŞ dolları ödənilən günə Azərbaycan Respublikasının manatı ilə əsas borcun və zərərin əvəzinin odənilməsinə görə 10.000 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, təxminən 2018-ci ilin sonlarında, dəqiq tarix yadında deyil, qohumu Cavabdeh onun yanına gələrək demişdir ki, onda nə qədər pul varsa ona versin, o hansısa bir işlə məşğul olur, onun pullarını da həmin işə qoyacaq və pullarını artıqlaması ilə geri qaytaracaq. O, Cavabdeh bu təklifinə inanaraq aldandı. Həmin ərəfədə özünə məxsus avtomaşını 12.500 ABŞ dollarına satdı və əldə olunmuş pulun hamısını, yəni 12.500 ABŞ dolları pulu Cavabdeh verdi. Bunun üstündən xeyli müddət keçdikdən sonra o, Məzahirdən ona verdiyi pulun aqibəti barəsində soruşaraq pulunu geri istədi. O vaxt Məzahir ona 400 ABŞ dolları pul verdi. Söz verdi ki, qalan hissəsini bu yaxınlarda qaytaracaq. Təqribən 2020-ci ilin fevral ayında, o, Cavabdeh növbəti dəfə pulun geri tələb edəndən o iddiaçıya 1000 ABŞ dolları da pul verdi və söz verdi ki, yaxın günlərdə pulun qalan hissəsini də ona qaytaracaq. Lakin, yenə də Cavabdeh onu aldadaraq pulunu geri qaytarmadı. Sonuncu dəfə 2020-ci ilin noyabr ayında o, iddiaçıya 100 ABŞ dolları da pul verdi. Bundan sonra, bu günkü günə kimi iddiaçı ondan bir daha pulunu ala bilməmişdir. Beləliklə, o, Cavabdeh verdiyi 12.500 ABŞ dolları puldan 1.500 ABŞ dolları o, iddiaçıya geri qaytarmış, qalan 11.000 ABŞ dollarını isə bugünkü günə kimi ondan geri ala bilmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə etdi və təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim etmiş və ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 2016 il may ayından başlayaraq, onun yaxın qohumu (xalası oğlu) X7 (ş/v: AZE ********) biznes məqsədi ilə ondan müxtəlif məbləğlərdə pul vəsaiti alıb dövriyyə buraxırdı. Hər iş bitəndən sonra qazanc ilə birlikdə pul vəsaitini geri qaytarırdı. Çoxlu sayda belə işlər 2018-ci ilin əvvələrinə kimi davam edirdi. 2017-ci ilin sentyabr ayının axırlarında o, İddiaçı maddi vəziyyəti ağır olduğuna görə, ona bu işə qoşulub, maddi vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə, pul vəsaitini dövriyyə buraxmaqı təklif etdi. Bütün vəziyyəti ona izah etdi və dedi ki, bir ildən çoxdur ki, o, öz vəsaitini dövriyyəyə buraxıb qazanc əldə edir. Əlbətdə ki, risk barəsində ona məlumat vermişdi. Məlumat üçün bildirmişdi ki, bu işdə onun çoxsaylı yaxın qohumları da iştirak edir (qardaşı, xalası uşaqları və dayısı uşaqları). 2017-ci ilin oktyabr ayında İddiaçı bu işə qoşulub 12500$ vəsaiti ona vermişdir. Həmin vəsaiti o, dərhal xalası oğlu X5 vermişdi. 2017-ci ilin dekabr ayının axırına kimi 1-2 iş əsasında qazanc da əldə etmişdir. Həmin dövr ərzində İddiaçı yalnız 400$ və 50$ dövriyyədən çıxarıb götürmüşdür. 2018 ilin yanvar ayında X7 ondan ümumlikdə 204.500$ (iki yüz dörd min beş yüz ABŞ dolları) məbləğində pul vəsaiti almışdır. Həmin məbləğin daxilində İddiaçı vəsaiti də olub. Aralarında olan danışığa əsasən həmin məbləği dövriyyəyə buraxmaq üçün X3 yaxın yoldaşı və iş adamı X6 (ş/v: AZE ********) təhvil verir. Şərtlərinə əsasən 2018 ilin fevral ayının 26-da tam məbləği qaytarmalı idi. Lakin vaxt bitəndən sonra, X1 belə çıxdı ki, işlərində problemlər yaranıb və yaxın günlərdə tam vəsaiti qaytaracaq. Çox görüşlərdən və danışıqlardan sonra öz dediyi sözlərə əsasən, mart ayının 8-10 məbləğin bir hissəsini qaytarmalı idi və mart ayının 20-ə kimi tam məbləği qaytaracaqır. Müxtəlif bəhanələr gətirərək pulu qaytarmadı. X8 ümumilikdə 50 nəfərə yaxın adamlardan müxtəlif məbləğlərdə pul vəsaitini alıb. Həmin 50 nəfərin şikayəti əsasında 2018-ci ilin 2 aprel tarixində Bayramov Fuad Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilmişdir. İstintaq zamanı məlum olmuşdur ki, X11 Fuad ilə əlbir olmuşdur. 2019-cu ilin may ayında X9 Rayonu Məhkəməsinin qərarı ilə həbs olunmuşdur. İstintaq yekunlaşandan sonra Bakı Ağır Cinayətlər Məhkəməsində 1(101)-127/2020 saylı iş ilə Məmmədov Faiq və Bayramov Fuad Cinayət Məcəlləsinin 178.4 maddəsi ilə təqsirli bilinmişdilər. O da daxil olmaqla, 50 nəfərə yaxın insan Ağır Cinayətlər Məhkəməsi tərəfindən həmin iş üzrə zərərçəkmiş kimi tanınmışlar. Məmmədov Faiq və Bayramov Fuad məhkəmə qərarı ilə razı olmadıqlarına görə, Apellyasiya Məhkəməsinə müraciət etmişdilər. Apellyasiya məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarını dəyişilmədən saxlamışdır. 2018-cil il mart ayında 200$, xx.xx.2020-ci il tarixdə 1000$, xx.xx.2020 il tarixində -100$ məbləğləri İddiaçı vermişdir. Ümumilikdə İddiaçı 10750$ borcu var. Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı polis mayoru Azər Əliyev tərəfindən İddiaçı verilən Qərarda reallığı əks etməyən bəzi məlumatlar yazılıb. Qeyd olunmuşdur ki, o, həmin vəsaiti (12500$) “guya ki, qohumu Məmmədov Faiq tərəfindən ələ keçirilmişdir”. X2 həmin vəsait daxil olmaqla 204500$ məbləği məndən götürmüş və Bayramov Fuada vermişdir. Bunun təsdiqi - Bayramov Fuadın öz xətti və imzası ilə təsdiq olunmuş məktubdur və cinayət işinin içində mövcuddur. O, İddiaçı verdiyi məbləği geriyyə qaytaracağını və bundan heç bir zaman imtina etmədiyini dəfələrlə özünə bildirmişdir. Onu da bildirmişdir ki, ona məxsus olan bütün vəsait tam olaraq Məmmədov Faiq və Bayramov Fuaddadır. Sadəcə heç bir yerdə işləmədiyini və həddindən artıq kritik maddi vəziyyətini bildirərək, hissə-hissə qaytarmağı söz vermişdir. Cavab olaraq İddiaçı onu dəfələrlə təhdid edərək, bütün məbləği bir dəfəyə qaytarmağı tələb edib. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə verilmiş ərizədən görünür ki, o, İddiaçı ümumilikdə 10750 ABŞ dolları borcu olduğunu etiraf etmişdir. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maadə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009cu il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. Məhkəmənin qənaətinə görə, ilkin iddiaçıların tələblərinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsi nəzərdən keçirilə bilər; belə ki, həmin maddəyə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləğin tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İş materiallarında olan sənədlərdən və cavabdehin etirafından göründüyü kimi, Cavabdeh İddiaçı 10.750 dollar məbləğində pul almış, lakin pulu qaytarmarmayaraq öhdəliyini icra etməmişdir. Göründüyü kimi, pulun alındığı 2017-ci ilin oktyabr ayı tarixindən işin məhkəməyə iddia ilə müraciət olunduğu tarixədək (xx.xx.2022-ci il), təxminən 4 il 8 ay müddətində hesablanacaq faiq miqdarı 2.508 ABŞ dollarİ (10750 x 56 ay x 5% = 2.508). Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 180 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 10.750 ABŞ dollar məbləğində əsas borc, 2.508 ABŞ dolları məbləğində zərər, pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş 180 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 10.750 ABŞ dollar məbləğində əsas borc, 2.508 ABŞ dolları məbləğində zərər, pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş 180 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-3411/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3411/2022
25.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver