Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3447/2024 13.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı “X1 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “ödənilmiş icra ödənişinin geri qaytarılması” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “ödənilmiş icra ödənişinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1814.91 manat məbləğində icra ödənişinin “X1 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalı və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2205/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin icrası ilə bağlı könüllü müddət keçdiyinə görə icra şöbəsi tərəfindən 1814 manat məbləğində borcludan icra ödənişi tutulmuşdur. Hazırda iddiaçı tərəfindən verilən apellyasiya şikayəti əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2205/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edildiyini və ləğv edilmiş qətnamə əsasında tərəfindən icra ödənişinin ödənildiyini iddia edərək, əsassız olaraq ödənilmiş həmin icra ödənişinin geri qaytarılmasını tələb edir. Məhkəmə bu halda hesab edir ki, hazırki tələbə iddia icraatı qaydasında baxıla bilməz. Belə ki, hazırki tələb ayrıca mülki məhkəmə icraatının predmeti ola bilməz. İddiaçının diqqətinə çatdırılır ki, hazırki ərizədə mübahisələndirdiyi məsələlərlə əlaqədar icra icraatı qaydasında ərizə ilə icra tədbirlərinə nəzarəti həyata keçirən aidiyyəti məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinin tələbinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.5-ci maddəsinə görə, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli elektron qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 39 (otuz doqquz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırki məsələyə məhkəmədə baxılmalı olmadığından, iddiaçı “X1 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “ödənilmiş icra ödənişinin geri qaytarılması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “X1 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “ödənilmiş icra ödənişinin geri qaytarılması” tələbinə dair iddiasının yolverilməzliyinə görə qəbulundan imtina olunsun və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya müvafiq yekun məhkəmə aktının icrası qaydasında ilk öncə müvafiq icra qurumuna, ondan narazı qaldığı təqdirdə isə ərizə ilə (8 indeksi ilə) məhkəməyə müraciət etmək hüququ izah edilsin. Ödənilmiş 39 (otuz doqquz) manat dövlət rüsumu iddiaçı “X1 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-3447/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3447/2024
13.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver