Məhkəmə qərarları › İş №e-2(006)-3454/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3454/2022

14.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3454/2022 14.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh vəkili X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 105 000 (yüz beş min) manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh uzun müddət faktiki ər-arvad münasibətlərində yaşamış və bu münasibətdən onların 28 aprel 2015-ci il təvəllüdlü X4, 04 mart 2017-ci il təvəllüdlü X5 və 22 may 2020-ci il təvəllüdlü X6 adlı övladları dünyaya gəlmişdir. Qeyd edilmişdir ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 1585-ci məhəllədə yerləşən bina 1, blok 1, mərtəbə 15, 144 saylı (yeni – 169) 1 otaqdan ibarət, ümumi sahəsi 67,20 kv.m. olan mənzili kreditlə almış və sonradan cavabdehlə birlikdə həmin mənzildə yaşamağa başlamışlar. İddiaçı uzun müddət faktiki ər-arvad münasiətlərində yaşadıqları və övladları olduğu üçün bu münasibətin davamlılığına inanmış və mənzilin kreditini ödədikdən sonra onu cavabdehin adına rəsmiləşdirmişdir. Həmin mənzilin əvvəl kredit ödənişləri olmuş və mənzil etibarnamə əsasında iddiaçının idarəçiliyində və faktiki mülkiyyətində olmuşdur. İpoteka ödənişi ödənildikdən sonra mənzil etibarnamə əsasında cavabdehin adına rəsmiləşdirilmişdir. Sonradan həmin mənzil satılmış və iddiaçı əlavə ödəniş də etməklə, 105 000 (yüz beş min) manata Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 1, 2, 3-də yerləşən sahəsi 74,5 kv.m. olan 52 saylı mənzili almış və cavabdehin adına rəsmiləşdirmişdir. Həmçinin, qeyd edilmişdir ki, bu fakt Bakı Şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3958/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə də öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh bildirmişdir ki, cavabdehlə münasibətləri 6 ildir ki, davam edir. Onlar əvvəllər Bakıxanov qəsəbəsində Niyazinin evində yaşamışlar. Bir müddətdən sonra o evi satmış, Niyazinin atasının köməyi ilə Yasamalda yeni ev almışlar. Yasamaldakı ev onun adına rəsmiləşdirilmişdir. Yasamal rayonunda mənzil cavabdehin adına alındıqdan dərhal sonra o, İddiaçı münasibətlərinin bitdiyini bildirmiş və aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Nəsimi Rayon Məhkəməsində xx.xx.2020-ci il tarixli qətnamə qəbul olunmuşdur. Daha sonra İddiaçı cavabdehə bildirmişdir ki, ona qarşı pul tələbinə dair iddia qaldırmaq niyyətindədir və bu barədə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə planlı şəkildə müddəti uzatmaq məqsədilə iddiaçı ilə yenidən barışmış və onlar 2021-ci ilin noyabr ayınadək birlikdə yaşamışlar. Daha sonra Cavabdeh yenidən iddiaçı ilə əlaqələrini kəsmiş, iddiaçını birlikdə yaşadıqları, iddiaçının pul vəsaiti ilə alınmış mənzilə buraxmamış və övladları ilə ünsiyyət saxlamasına mane olmuşdur. İddiaçı dəfələrlə onunla barışmağa cəhd etsə də, heç bir nəticə əldə edə bilməmişdir. Göstərilənlərə əsasən, əsassız varlanma kimi əldə olunmuş 105 000 (yüz beş min) manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi xahiş edilmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, iddiaçının ona qarşı pul tələbinə dair iddiasının təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçı ilə ailə münasibətləri kəsilmişdir və cavabdeh hazırda uşaqlarla tək yaşayır. Belə ki, birgə yaşadıqları vaxt xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. İddiaçı ilə cavabdeh ayrıldıqdan sonra iddiaçı bir valideyn kimi uşaqlarla maraqlanmadığından və maddi cəhətdən kömək etmədiyindən cavabdeh uşaqların saxlanması üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış və məhkəmənin qətnaməsi ilə uşaqların saxlanması üçün alimentin tutulması qət edilmişdir. Cavabdeh bildirmişdir ki, keçmiş həyat yoldaşının ailəsi imkansız deyil, belə ki, iddiaçının atası Asəf Zeynallı adına musiqi kollecinin rektorudur. İddiaçının özü də işləyir və normal gəliri vardır. Bununla belə, iddiaçı cavabdehə məxsus qızılları və 150 000 manat dəyərində olan torpağı satdırmışdır. Demək olar ki, iddiaçı cavabdehə 300 000 manat məbləğində ziyan vurmuşdur. Cavabdeh ona ailəsi kimi hər işdə inanmışdır. Hazırda keçmiş həyat yoldaşı ona qarşı pul tələbinə dair iddia qaldırmışdır, lakin cavabdehin iddiaya qarşı etirazları vardır. Belə ki, iddiaçı iddiasında bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 1, 2, 3 ünvanında yerləşən 52 saylı mənzil guya iddiaçının vəsaiti hesabına alınmışdır. Lakin cavabdeh bunun əsassız və yanlış olduğunu bildirmişdir. Belə ki, ilk növbədə onların rəsmi nikahı olmamışdır, buna görə də iddiaçının cavabdehin adına olan əmlakdan pay almağa hüququ yoxdur. Həmçinin, sözügedən məzilin iddiaçının vəsaiti hesabına alınmasına dair hər hansı sübutu yoxdur, bununla bağlı iddiaçıya şər atır. Cavabdeh iddiaçının psixotrop maddələrdən istifadə etdiyinə dair məlumatı qeyd edərək, iddiaçının pulların hamısını pis vərdişlərinə xərclədiyini də əlavə etmişdir. Buna görə də iddiaçı heç vaxt cavabdehə mənzil ala bilməzdi. Alimentin ödənişi də iddiaçı tərəfindən deyil, onun valideynləri tərəfindən həyata keçirilir ki, adları heç yerdə hallanmasın. Hər uşağa görə cavabdehə 120 manat məbləğində aliment ödənilir, lakin bundan başqa uşaqların saxlanmasına heç bir köməklik olunmur. Belə insanların cavabdehə ev almaları real deyil. Əlavə olaraq, keçmiş həyat yoldaşı aliment 120 manat məbləğində müəyyən ediləndə cavabdehdən apellyasiya şikayəti verməməsini, uşaqların saxlanmasında ona əlavə köməklik göstərəcəyini bildirməsinə baxmayaraq, sonradan heç bir köməklik göstərməmiş, bununla da cavabdehi aldatmışdır. Göstərilənlərə əsasən, iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa və əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlara uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili X2 iddiaçının vəkili-nümayəndəsinin dəlillərinə etiraz edərək, iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə qəbul edilməsi barədə izahat verdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və vəkillərin çıxışını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan 14274 saylı xx.xx.2011-ci il tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə yaranmış hüquq və öhdəliklərin ötürülməsinə dair KP/AK/77-15-11 saylı xx.xx.2018-ci il tarixli əlavə razılaşmadan görünür ki, satıcı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 14274 saylı xx.xx.2011-ci il tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə alıcı X9 adından İddiaçı və 14274 saylı xx.xx.2011-ci il tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə alıcının hüquq və öhdəliklərini qəbul edən Cavabdeh razılaşmışlar ki, 14274 saylı xx.xx.2011-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən yaranmış bütün hüquqlarını və müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrasını İddiaçı bu razılaşma qüvvəyə mindiyi andan Cavabdeh ötürmüş, Cavabdeh isə İddiaçı bu hüquqlarını və öhdəliklərinin icrasını tam həcmdə həyata keçirməyi öz üzərinə götürmüşdür. Əlavə razılaşmanın üzərində “LƏĞV EDİLİB” ştampı müşahidə olunur. Mülki işin materiallarında olan KP/AK/77-14-03 saylı xx.xx.2018-ci il tarixli aktdan görünür ki, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllədə yerləşən bina 1, blok 1, mərtəbə 15, 144 saylı (yeni – 169) 1 otaqdan ibarət, ümumi sahəsi 67,20 kv.m. olan mənzili X3 təhvil vermiş və X7 təhvil almışdır. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-3958/2020 saylı qətnaməsindən görünür ki, “məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh bildirmişdir ki, cavabdehlə münasibətləri 6 ildir ki, davam edir. Onlar əvvəllər Bakıxanov qəsəbəsində Niyazinin evində yaşamışlar. Bir müddətdən sonra o, evi satmış və Niyazinin atasının köməyi ilə Yasamalda yeni ev almışlar. Yasamaldakı ev onun adına rəsmiləşdirilmişdir və s.” Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3958/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli məhkəmə baxışı iclasının protokolundan isə görünür ki, iddiaçı Cavabdeh məhkəmənin baxış iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, yuxarıdakı qətnamədə iddiaçının izahatı hissəsində qeyd edilənləri isə əslində cavabdeh İddiaçı vəkili-nümayəndəsi Vəkil öz çıxışında bildirmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Dövlət Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin **********35 saylı xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanı "xxxx" MMC tərəfindən verilən 71/20 nömrəli, xx.xx.2020-ci il tarixli maliyyə arayışına və eyni tarixli mənzilin alqı-satqı müqaviləsinə (sənədlərdə mənzilin ümumi sahəsinin – 74,5 kv.m. olması göstərilmişdir) əsasən Cavabdeh adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. ünvan 2 ünvanı "xxxx" MMC tərəfindən verilən xx.xx.2021-ci il tarixli maliyyə arayışına (maliyyə arayışında mənzilin ümumi sahəsinin – 31,8 kv.m. olması göstərilmişdir) və eyni tarixli müqaviləyə əsasən Cavabdeh adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Məlumat üçün bildirilmişdir ki, sözügedən mənzillər xx.xx.2022-ci il tarixinə olan məlumatlara əsasən yüklü deyildir. Cavabdeh adına ölkə ərazisi üzrə qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir. Mülki işin materiallarında olan “X14” tərəfindən verilmiş CEG 22/151 saylı xx.xx.2022-ci il tarixli rəydən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 1, 2, 3 ünvanında yerləşən, çoxmərtəbəli yeni tikili binada ümumi sahəsi 74,5 kv.m. olan ikiotaqlı təmirli mənzilin 2018-ci ilin oktyabr ayına orta bazar dəyəri 110 000 manat, 2022-ci ilin iyun ayına orta bazar dəyəri 140 000 manat təşkil edir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə iddiaçı tərəfindən 395 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanı "xxxx" MMC tərəfindən verilən 71/20 nömrəli, xx.xx.2020-ci il tarixli maliyyə arayışına və eyni tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh adına qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir. Sözügedən mənzilin məhz iddiaçının vəsaiti hesabına cavabdehin adına alınmasına dair sübutlar isə iddia ərizəsinə əlavə edilməmişdir. Başqa sözlə, iddia ərizəsinə əlavə edilən sübutlardan cavabdehə məxsus mənzilin iddiaçının vəsaiti hesabına alınması təsdiq edilmir. Belə ki, iddiaçı iddia edir ki, 2(006)-3958/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında cavabdeh izahat verərək, hazırki iddia ərizəsində göstərilən faktları etiraf etmişdir. Lakin bununla bağlı qeyd edilməlidir ki, xx.xx.2020-ci il tarixli protokol və qətnamədə olan ziddiyyətlər səbəbindən cavabdehin izahatında qeyd edilənlər məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz. Bu səbəbdən də cavabdehin iddiaçının vəsaiti hesabına əsassız varlanması faktı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma, həmçinin, o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə müvafiq olaraq, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Sözügedən Məcəllənin 1093.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Yuxarıda qeyd edilən qanunvericilik normalarının hazırki mülki işə tətbiq edilməsindən məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehə məxsus mənzilin heç bir hüquqi əsas olmadan iddiaçının hesabına alındığına, nəticədə cavabdehin iddiaçının hesabına əsassız varlanmasına dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, əsassız varlanmanın baş vermə hallarından hesab edilən müqavilə əsasının olmaması da hazırki işdə müşahidə olunmur. Belə ki, məhkəməyə təqdim edilən sübutlardan aydın olur ki, mübahisə predmeti olan mənzili cavabdeh xx.xx.2020-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Beləliklə, iddiaçının iddialarını təsdiq edən mötəbər sübutlar iddia ərizəsinə əlavə edilmədiyindən, iddia tələbinin qanuni əsası kimi istinad edilən maddi hüquq normaları iddia tələbi ilə uzlaşmadığından, yəni iddia tələbinin qanuni əsası tapılmadığından iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmaması məhkəmə tərəfindən müəyyən edilmişdir. İddiaçı cavabdehin onun hesabına əsassız varlandığını iddia etsə də, mülki prosessual qanunvericiliyin tələblərinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə, həmçinin, qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, iddia tələblərinin yönəldiyi cavabdehin onun hesabına əsassız varlandığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddiası formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan və qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar həmin Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinin tələbinə görə, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 395 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar