Məhkəmə qərarları › İş №e-2(006)-3459/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3459/2023

16.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3459/2023 16.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 və Cavabdeh5 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması və kirayə haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 və Cavabdeh5 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə yazılı ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Nəsimi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 91/93 saylı fərdi yaşayış evinin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 91/93 saylı fərdi yaşayış evindən çıxarılmaqla, evin boşaldılması və sökülməsi, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, N.Qardaşları küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasında 66 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh3 mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən Cavabdeh3 hər ay 450 manat kirayə haqqı ödənilməsi, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, N.Qardaşları küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasında 68 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh4 mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən Cavabdeh4 hər ay 450 manat kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin mülki iş üzrə iddia ərizəsini iş materialları ilə birlikdə geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1, 261.0.3, 261.0.6 və 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə hakim ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı və iddia baxılmamış saxlanılmalıdır. Eyni zamanda, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********№-li mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Odur ki, iddia ərizəsi baxılmamış saxlanıldığından iddia qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı MMC-yə qaytarılmalı, dövlət rüsumunun qaytarılması Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264 -cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 və Cavabdeh5 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın və iddia baxılmamış saxlanılsın. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı MMC-yə geri qaytarılsın. Qərardadın dövlət rüsumunun geri qaytarılması hissəsində icrası Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar