Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3460/2024 01.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs BOKT "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı X1 cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı X5” MMC-yə və "xxxx" ASC-yə qarşı hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi və sairə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı X3 cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı X5” MMC-yə və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1057/2008 saylı, xx.xx.2008-ci il tarixli icra vərəqəsi əsasında cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X5” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş hərracın və onun nəticələrinin, daşınmaz əmlakın qiymətləndirilməsinə dair sənədin etibarsız sayılması, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri, 8 noyabr (Nobel) prospekti 23 ünvanında yerləşən, 78.9 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsindən çıxarılması və həmin sahənin boşaldılaraq iddiaçı X2 təhvil verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X1 cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı X5” MMC-yə və "xxxx" ASC-yə qarşı hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi və sairə tələbinə dair işin məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmədə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. Məhkəmə iş materiallarını nəzərdən keçirirək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 12 nömrəli qərarının 5-ci bəndinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişikliklər edilərək izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən tarixdə məhkəməyə gəlməməklə, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədiyindən və cavabdeh tərəf isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, iddiaçının iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.0.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 259, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X1 cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı X5” MMC-yə və "xxxx" ASC-yə qarşı hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi və sairə tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-3460/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3460/2024
01.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver