Məhkəmə qərarları › İş №e-2(006)-348/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-348/2024

24.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-348/2024 24.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-nin qanuni təmsilçisi X16 və Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə İddiaçılar Hüseynov Əzı̇ z Həsən oğlu və qeyrilərinin Bakı şəhəri Nəsimi rayon Bələdiyyəsi, X2, X6, X3, X10, X14 , X11, X4, X15, X22, X23, X1, X5, X12, X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “cavabdehlərin binadan çıxarılması, həmin binanın idarəetməsindən kənarlaşdırılması və s.” tələbinə dair mülki iş üzrə İddiaçı3 tərəfindən verilmiş “iddia tələbindən imtina” barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar Hüseynov Əzı̇ z Həsən oğlu, X17, İddiaçı3̇ oğlu, İbrahı̇ mov Elsevər Gözəl oğlu, Həmı̇ dov Ehtı̇ ram Məmməd oğlu, Mı̇ kayilov Telman Neman oğlu, Həmı̇ dov Hüseynağa Əlı̇ kı̇ şi oğlu, Əlı̇ yev Aleksandr Nadı̇ r oğlu, Daşdəmı̇ rbəyli Ası̇ f Tofı̇ q oğlu, Qaraşov Hafı̇ z İlxas oğlu, Mı̇ kayilov Məzahı̇ r Mı̇ rzə oğlu, Qulı̇ yev Mübarı̇ z Qurban oğlu, İddiaçı13, İddiaçı14, Əsədov Mübarı̇ z Sahı̇ d oğlu, Paşayev Sadı̇ q Qamboy oğlu, Əlı̇ yev Tahı̇ r Müseyı̇ b oğlu, Salehov Vaqı̇ fHəsən oğlu, İddiaçı19, Qulı̇ yevElşən Mı̇ rələm oğlu, Nəsı̇ rov Zahı̇ d Ədı̇ lşah oğlu, Müslümov Rəşı̇ d Fayiq oğlu, Nəzərxanov Habı̇ l Kı̇ çı̇ k oğlan oğlu, Hüseynov Şahı̇ r Mahı̇ r oğlu, İddiaçı25, İddiaçı26 Əzı̇ zoğlu, Vəlı̇ yev Ceyhun İsmayil oğlu, X8, İddiaçı29 Zı̇ yad oğlu, Musayev Rafı̇ q Şahı̇ n oğlu, İddiaçı31 Sabahəddı̇ n oğlu, Hı̇ dayətov Hafı̇ z Bəyali oğlu, Babakı̇ şı̇ yev Əlı̇ yar İslaməddı̇ n oğlu, Əlı̇ yev İmran Kamran oğlu, İddiaçı35̇ Oktay oğlu, Mı̇ rzəyev Abakar Rəşı̇ d oğlu, Abdı̇ nov Nazı̇ m Ramı̇ z oğlu, Nı̇ yazov Elşad Aslan oğlu, İddiaçı39 Qizi, Fətəlı̇ yev Elşad İmrad oğlunun Bakı şəhəri Nəsimi rayon Bələdiyyəsi, X2, X6, X3, X10X14X11, X4, X15, X18, X23, X1, X5, X12 və X7 və Bakı şəhəri Nəsimi rayon Bələdiyyəsi, X2, X6, X3, X10X14X11, X4, X15, X18, X23, X1, X5, X12, X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “cavabdehlərin binadan çıxarılması, həmin binanın idarəetməsindən kənarlaşdırılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Daha sonra İddiaçı3 **********20 nömrəli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, İddiaçı1 küçəsi, ev 7 ünvanında yerləşən 81 saylı mənzil onun mülkiyyətində olmaqla ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Binanın idarə edilməsinin bir hissəsi Cavabdeh1 MMC, digər hissəsi isə Cavabdeh2 MMC tərəfindən həyata keçirilir. Binanın bir sıra sakinlərinin tələbi ilə o da vəkilə etibarnamə vermişdir ki, məhkəmədə onu təmsil etsin. Sonradan ona məlum oldu ki, binanın 40 nəfər sakininin Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı Nəsimi Rayon Məhkəməsində iddia qaldıraraq, bu şirkətlərin Nəsimi rayonu, İddiaçı1 küçəsi, ev 7 ünvanında yerləşən binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması, Cavabdeh1 MMC və Cavabdeh2 MMC-lər Bələdiyyəsinə təhvil verilməsinə dair tələblərlə məhkəməyə iddia irəli sürülüb və o da iddiaçıların sırasındadır. O, vəkilə verilmiş etibarnaməni ləğv etdirmişdir və ona münasibətdə onun səlahiyyətlərinə xitam verilməsini xahiş etmişdir. Eyni zamanda, onun adından Cavabdeh1 MMC və Cavabdeh2 MMC-lərə qarşı Bakı şəhəri, Nəsimi rayonu, İddiaçı1 küçəsi, ev 7 ünvanında yerləşən binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması, Cavabdeh1 MMC və Cavabdeh2 MMC-lər tərəfindən binaya dair bütün sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Maraqlı şəxsnə təhvil verilməsinə dair qadırılmış iddia tələbindən imtina edir. İmtinanın nəticələri və MPM-nin 262-ci maddəsinin tələbləri, yəni bir daha eyni tələblə məhkəməyə müraciət edə bilməyəcəyi ona izah edilmişdir. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-nin qanuni təmsilçisi X16 ərizəni qəbul etdiyini bildirərək, iddia tələbinə bu hissədə baxılmasını tələb etməmişdir. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin Nümayəndə3 ərizəni qəbul etdiyini bildirərək, iddia tələbinə bu hissədə baxılmasını tələb etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı3 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki ərizəyə İddiaçı3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəni və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı3 iddia tələbindən imtinası məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata ona münasibətdə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Qeyd olunan Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Eyni Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Eyni Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı3 iddia tələbindən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtina məhkəmə tərəfindən təsdiq edilməli və iddiaçılar Hüseynov Əzı̇ z Həsən oğlu və qeyrilərinin Bakı şəhəri Nəsimi rayon Bələdiyyəsi, X2, X6, X3, X10, X14 , X11, X4, X15, X22, X23, X1, X5, X12, X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “cavabdehlərin binadan çıxarılması, həmin binanın idarəetməsindən kənarlaşdırılması və s.” tələbinə dair mülki işin İddiaçı3 dair hissədə icraatına xitam verilməlidir. İddiaçı3 izah olunmalıdır ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar Hüseynov Əzı̇ z Həsən oğlu və qeyrilərinin Bakı şəhəri Nəsimi rayon Bələdiyyəsi, X2, X6, X3, X10, X14 , X11, X4, X15, X22, X23, X1, X5, X12, X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “cavabdehlərin binadan çıxarılması, həmin binanın idarəetməsindən kənarlaşdırılması və s.” tələbinə dair mülki işin İddiaçı3 dair hissədə icraatına xitam verilsin. İddiaçı3 izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar