Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3494/2024 02.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X3 Zahid oğlunun sədrliyi, X2 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı oğlu Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 22000 (iyirmi iki min) manat məbləğində olan borcundan 16650 (on altı min altı yüz əlli) manat hissəsini ödəmir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehə pretenziya göndərilmiş və 3 gün müddətinə borcun ödənilməsi cavabdehə təklif olunmuşdur. Əks halda məhkəməyə bu tələblə bağlı iddia qaldırılacağı göstərilmişdir. Hazırkı pul tələbi ilə bağlı Salyan RPŞ-də araşdırma aparılmış və cavabdeh borcu olduğunu etiraf etmişdir. Göstərilənlərə əsasən Cavabdeh 16650 (on altı min altı yüz əlli) manat məbləğində pul və 139,95 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, 16650 manat borcdan 800 manat hissəsini sonradan ödədiyindən, iddia tələbinin 15850 manat hissədə təmin olunmağına razıdır. İddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə ərizə göndərilərək, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılması və iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Salyan Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində Abuşov X1 Soltan Əkrəm oğluna 22000 manat borcu olduğunu etiraf etmişdir. Cavabdeh tərəfindən Soltan Əkbərova verilmiş xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh 22000 manat borcu olduğunu və həmin borcu 2022-ci ilin sonuna qədər hissəvi şəkildə ödəyəcəyini bildirmişdir. İddiaçı oğlunun nümayəndəsi Nümayəndə tərəfindən Cavabdeh ünvanlanmış məktubunun surətindən görünür ki, Cavabdeh borcunu ödəməyi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı oğlu ilə Cavabdeh arasında alqı-satqı münasibətləri nəticəsində borc yaranmışdır. Nəticədə tərəflər arasında mübahisə yaranmış və cavabdeh 22000 manat borcun qaldığını etiraf etmişdir. Sonradan cavabdeh borcun bir hissəsini ödəmişdir. İddiaçı hazırda cavabdehdən qalan 16650 manat borcun tutulmasını məhkəmədən xahiş edir. Cavabdeh də öz növbəsində qalan borcun 800 manat hissəsini sonradan iddiaçıya ödədiyini bildirmiş və iddia tələbinin 15850 manat hissəsində təmin olunmasına etiraz etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə qeyd edir ki, tərəflər arasında alqı-satqı münasibətləri nətcisində borcun yaranması işin mübahisəsiz halıdır. İddiaçı tərəf 16650 manat borcun qaldığını bildirmiş və buna uyğun olaraq sübutlarını təqdim etmişdir. Cavabdeh tərəf də öz növbəsində həmin borcu etiraf etmiş və eyni zamanda borcun bir hissəsini qaytararaq, yekunda 15850 manat borcunun qaldığını bildirmişdir. İddiaçı tərəf borcdan sonuncu qaytarılan 800 manatlıq hissəsini mübahisələndirmədiyindən hesab olunur ki, həmin hissə də işin mübahisəsiz halıdır. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halda və tərəflərin etiraflarına hüquqi qiymət verərək hesab edir ki, cavabdeh iddiaçı qarşısında müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Lazımınca yerinə yetirilməyən öhdəlik nəticəsində cavabdehin iddiaçıya 15850 manat borcu qalmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 15850 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 137,55 (yüz otuz yeddi manat əlli beş qəpik) manat məbləğində hissəsi tutularaq İddiaçı oğlu ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 15850 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 137,55 (yüz otuz yeddi manat əlli beş qəpik) manat məbləğində hissəsi tutularaq İddiaçı oğlu ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №e-2(006)-3494/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3494/2024
02.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver