Məhkəmə qərarları › İş №e-2(006)-3531/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3531/2025

29.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3531/2025 29.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi üçüncü şəxs qismində işə cəlb edilməklə cavabdehlər “X2 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 və qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi üçüncü şəxs qismində işə cəlb edilməklə cavabdehlər “X2 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 və qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 8İ-994 nömrəli icra qeydinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı tərəfindən aidiyyət normalarına riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş sorğu məlumatına əsasən cavabdeh “X2 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanı AZ1065, Bakı şəhəri, Yasamal rayonu, X1, ev 177-dir. Belə olan halda, hazırkı mülki mübahisənin həll edilməsi Nəsimi Rayon Məhkəməsinin yurisdiksiyasına aid deyil və bu mülki işə ərazi aidiyyəti üzrə müvafiq məhkəmədə (Bakı şəhəri Yasamal Rayon Məhkəməsi) baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, qərardadda göstərilən nöqsan aradan qaldırılmaqla və yenidən, ümumi qaydada ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı qəbzdən aydın olur ki, hazırkı iddia tələbinin irəli sürülməsi üçün İddiaçı tərəfindən 100 AZN (yüz manat) məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, İddiaçı tərəfindən ödənilmiş 100 AZN (yüz manat) məbləğində dövlət rüsumu dövlət büdcəsindən ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 152.1.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi üçüncü şəxs qismində işə cəlb edilməklə cavabdehlər “X2 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 və qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsan aradan qaldırılmaqla və yenidən, ümumi qaydada ərazi aidiyyəti üzrə müvafiq məhkəməyə (Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə) müraciət etmək hüququ vardır. İddiaçı tərəfindən ödənilmiş 100 AZN (bir yüz manat) məbləğində dövlət rüsumu dövlət büdcəsindən ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar