Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3544/2025 18.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 qarşı "cavabdehlərin istifadə hüquqları olmayan şəxs hesab edilmələri" tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 qarşı "cavabdehlərin istifadə hüquqları olmayan şəxs hesab edilmələri" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, X3 və Cavabdeh1 ünvan 1 ünvanında istifadə hüquqlarının olmaması və yaşayış hüquqalarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı ş, Bakı ş,Nəsimi r-nu, Ə.Topçubaşov küçəsində yerləşən 118-saylı ev (1 otaqlı yaşayış sahəsi 14,5 kv.m) mənzil kirayə müqaviləsi mərhum əri X1 adına olmuş o, xx.xx.2020-ci il tarixdə vəfat etdiyindən həmin evə dair mənzil icarə müqaviləsi Bakı şəhəri Nəsimi rayon İcra Hakmiyyətinin xx.xx.2022ci il tarixli Sərəncamı ilə onun adına rəsmiləşdirilmişdir. Həmin evin ümumi ölçüsü 14,5 kvadrat metr olsa da sonradan ona məlum olmuşdur ki, həmin ünvanda heç vaxt orda yaşamayan və heç bir hüquqları olmayan, həmin iddia ərizəsində üçüncü şəxslər kimi qeyd etdiyi Cavabdeh2, X9 və Cavabdeh1 qeydiyyata düşmüşlər. Onlardan Cavabdeh2 xx.xx.2008-ci il tarixdə, X9 xx.xx.2006-cı il tarixdən və Cavabdeh1 isə xx.xx.2005-ci il tarixdən qeydiyyatda düşmüşlər. Həmin şəxslərin qeyd edilmiş ünvana hansı əsasla qeydiyyata düşmələrini müəyyənləşdirmək üçün xx.xx.2025-ci il tarixdə Nəsimi RPİ-nə (Qediyyat və X2) rəsmi sorğu verilmiş, həmin sorğuya xx.xx.2025-ci il tarixdə 18/2-4514 saylı məktubla cavab verilmiş və həmin cavabda bildirilmişdir ki, həmin şəxslərin qeydiyyata alınmaları üçün əsas olmuş sənədlərin saxlanılma müddəti (5 il) bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən sizə göndərilməsi mümkün olmamışdır. Bundan sonra təkrarən İddiaçı cavabdeh Nəsimi RPİ-yə (qeydiyyat və X2) rəsmi ərizə ilə müraciət edərək xahiş və tələb etmişdir ki, Cavabdeh2, X9 və Cavabdeh1 iddiaçının sahibliyində olan mənzildə heç vaxt yaşamadıqlarından, hansı əsasla qeydiyyata düşmələri bilinməyən həmin şəxsilərin iddiaçıya məxsus olan mənzildə qeydiyyata olmaları iddiaçının sahiblik, istifadə hüquqlarını pozduğuna və məhdudlaşdırdığına görə həmin şəxslərin hər üçünüdə qeyd edilmiş ünvandan qeydiyyatda çıxarılması təmin edilsin. İddiaçı tərəfindən yazılmış ərizəyə cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə № 3-13-51/2-S-7977111/2025 saylı rəsmi məktubla cavab verilərək bildirilmişdir ki, müraiətdə göstərilən şəxslərin qeydiyyatdan çıxarılmaları yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər. Odur ki, Bakı İnzibati Məhkəməsinə cavabdeh Nəsimi RPİ-nə qarşı iddia qaldıraraq məhkəmədən cavabdehin üzrərinə qeydiyyatda olan 3-cü şəxslərin qeydiyyatdan çıxarmaq vəzifəsinin qoyulması haqqında qərar qəbul edilməsi xahiş olunmuş, lakin Bakı İnzibati Məhkəməsinin iş № e-2- 1(112)-8366/2025 xx.xx.2025-ci il tarixli Qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh2, X9 və Cavabdeh1 hazırkı iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdirlər. Nəsimi rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi 41 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli 265 nömrəli Arayışına əsasən X6 (iddiaçının qaynı qızı), X9 (iddiaçının qaynı oğlu) və Cavabdeh1 (iddiaçının qaynıarvadı) Bakı şəhəri, Nəsimi ray., Ə.Topçubaşov küç.,ev 118 ünvanına xx.xx.2001-ci il tarixdən qeydiyyata alınmışdırlar. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh2 xx.xx.2008-ci il tarixdən, X9 xx.xx.2006-cı il tarixdən və Cavabdeh1 xx.xx.2005-ci il tarixdən hazıradək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının “Mənzil icarə müqaviləsinin İddiaçı ilə bağlanması barədə” xx.xx.2022-ci il tarixli, 145 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi ,118 nömrəli evin 1 otaqlı yaşayış sahəsi 14,5 kv.m. olan mənzilin icarə müqaviləsi vətəndaş İddiaçı ilə bağlanmış və o, həmin mənzilin icarədarı hesab edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi ray., Ə.Topçubaşov küç., ev 118 ünvanına sorğuda adları qeyd olunan vətəndaşlar Cavabdeh2 xx.xx.2016-cı il, Cavabdeh1 xx.xx.2005-ci il, SəfərovAnar Məmmədağa oğlu isə ünvan 4 ünvanına xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdırlar. Məhkəmənin sorğusuna cavab olaraq Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, “Mənzil icarə müqaviləsinin İddiaçı ilə bağlanması barədə” Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 145 nömrəli sərəncamı və həmin sərəncamın verilməsi üçün əsas olmuş sənədlərin surətləri məhkəməyə təqdim olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 41 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən ünvanlanan xx.xx.2025-ci il tarixli, 21 nömrəli məktubda bildirmişdir ki, Bakı şəhəri, Nəsimi ray., Ə.Topçubaşov küç., ev 118 ünvanında Cavabdeh2, X9 və Cavabdeh1 qeydiyyatdadırlar, lakin faktiki olaraq həmin ünvanda yaşamırlar. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı adına Bakı şəhəri, Nəsimi ray., Ə.Topçubaşov küç., ev 118 ünvanının qeydiyyatdan keçməsi haqqında məlumat aşkar edilməmişdir. Bakı şəhəri, Nəsimi ray., Ə.Topçubaşov küç., ev 118 ünvanında bir neçə mənzilin (nömrəsiz) qeydiyyatdan keçməsi barədə məlumat mövcuddur. Bakı şəhəri, Nəsimi ray., Ə.Topçubaşov küçəsinin sakinləri – X7, X10, X13 tərəfindən tərtib olunmuş Aktda qeyd olunur ki, Bakı şəhəri, Nəsimi ray., Ə.Topçubaşov küç., ev 118 ünvanında Cavabdeh2, X9 və Cavabdeh1 qeydiyyatdan əvvəl və qeydiyyata düşdüyü gündən bu ünvanda yaşamayıblar. Hal-hazırda İddiaçı öz ailəsi birlikdə yaşayır. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş Arxiv arayışına əsasən üçüncü şəxslər Cavabdeh2, X9 və Cavabdeh1 Bakı şəhəri, Nəsimi ray., Ə.Topçubaşov küç., ev 118 ünvanına xx.xx.2001-ci il tarixdən qeydiyyata alınmışdırlar. Arxiv Arayışından fərqli olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki,Cavabdeh2 xx.xx.2008-ci il tarixdən, X9 xx.xx.2006-cı il tarixdən və Cavabdeh1 xx.xx.2005-ci il tarixdən hazıradək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. İstənilən halda üçüncü şəxslər xx.xx.2009-cu il tarixədək (Yeni Mənzil Məcəlləsi qüvvəyə minən tarixədək) qeydiyyata düşmüşdürlər. Odur ki, üçüncü şəxslər mübahisələndirilən mənzilə xx.xx.2009cu il tarixədək (Yeni Mənzil Məcəlləsi qüvvəyə minən tarixədək) qeydiyyata düşdükləri üçün hazırki mübahisəyə Azərbaycan SSR Mənzil Məcəlləsi çərçivəsində münasibət bildirilməlidir. Azərbaycan SSR Mənzil Məcəlləsində “ailə üzvü” anlayışının dairəsini daha geniş müəyyən edilmişdir. Belə ki, mənzildə icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan şəxslər də ailə üzvü hesab olunur. Odur ki, üçüncü şəxslər yeni Mənzil Məcəlləsi (xx.xx.2009-cu il) qüvvəyə minənədək yaşayış sahəsinə qeydiyyata alındığından hazırki vəziyyətdə onlara münasibətdə əvvəlki Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Məhkəmə nəzərə alır ki, üçüncü şəxslərin (iddiaçının ailə üzvləri kimi) mənzilə dair istifadə hüquqlarının və yaşayıb-yaşamamasının müəyyən olunması inzibatiməhkəmə araşdırmasının predmeti ola bilməz. Qeyd olunan halmülkiməhkəmə araşdırmasının predmetidir. Odur ki, məhkəmə hesab edir ki, üçüncü şəxslərin (iddiaçının ailə üzvləri kimi) mənzilə dair istifadə hüquqları itirilmiş hesab edilmədiyi və ya istifadə hüququ olmayan şəxs olmadığı müəyyən edilmədiyi halda, inzibati orqanın həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarmadan imtinası qanunsuz deyil. 30.Məhkəmə qeyd edir ki, iddiaçı hazırki məqsədinə çatmaq üçün səmərəli hüquq müdafiə vasitəsi üçüncü şəxslərə qarşı “istifadə hüququnun olmaması” tələbi ilə bağlısəlahiyyətli ümumiməhkəməyə müraciətdir. Göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin iş № e-2-1(112)-8366/2025 xx.xx.2025-ci il tarixli Qərarının giriş, təsviri və əsaslandırıcı hissəsində müəyyən olunmuşdur ki, cavabdehlərin yaşayış hüquqlarının olmaması və yaşayış hüquqlarına xitam verilməsi tələbinə dair mülki qaydada mübahisləndirilməlidir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının “Mənzil icarə müqaviləsinin İddiaçı ilə bağlanması barədə” xx.xx.2022- ci il tarixli, 145 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi ,118 nömrəli evin 1 otaqlı yaşayış sahəsi 14,5 kv.m. olan mənzilin icarə müqaviləsi vətəndaş İddiaçı ilə bağlanmış və o, həmin mənzilin icarədarı hesab edilmişdir. - Bakı şəhəri, Nəsimi ray., Ə.Topçubaşov küçəsinin sakinləri – X7, X10, X13 tərəfindən tərtib olunmuş Aktda qeyd olunur ki, Bakı şəhəri, Nəsimi ray., Ə.Topçubaşov küç., ev 118 ünvanında Cavabdeh2, X9 və Cavabdeh1 qeydiyyatdan əvvəl və qeydiyyata düşdüyü gündən bu ünvanda yaşamayıblar. Hal-hazırda İddiaçı öz ailəsi birlikdə yaşayır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh2 xx.xx.2008-ci il tarixdən, X9 xx.xx.2006-cı il tarixdən və Cavabdeh1 xx.xx.2005-ci il tarixdən hazıradək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. -Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8366/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərara əlavə edilmiş iş materiallarından görünür ki: -Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 41 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli 265 nömrəli Arayışına əsasən X6 (iddiaçının qaynı qızı), X9 (iddiaçının qaynı oğlu) və Cavabdeh1 (iddiaçının qaynı arvadı) Bakı şəhəri, Nəsimi ray., Ə.Topçubaşov küç., ev 118 ünvanına xx.xx.2001-ci il tarixdən qeydiyyata alınmışdırlar. -Cavabdeh tərəfindən ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi ray., Ə.Topçubaşov küç., ev 118 ünvanına sorğuda adları qeyd olunan vətəndaşlar Cavabdeh2 xx.xx.2016-cı il, Cavabdeh1 xx.xx.2005-ci il, X4 isə ünvan 8 ünvanına xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdırlar. - Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, “Mənzil icarə müqaviləsinin İddiaçı ilə bağlanması barədə” Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 145 nömrəli sərəncamı və həmin sərəncamın verilməsi üçün əsas olmuş sənədlərin surətləri məhkəməyə təqdim olunmuşdur. -Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 41 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən ünvanlanan xx.xx.2025-ci il tarixli, 21 nömrəli məktubda bildirmişdir ki, Bakı şəhəri, Nəsimi ray., Ə.Topçubaşov küç., ev 118 ünvanında Cavabdeh2, X9 və Cavabdeh1 qeydiyyatdadırlar, lakin faktiki olaraq həmin ünvanda yaşamırlar - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı adına Bakı şəhəri, Nəsimi ray., Ə.Topçubaşov küç., ev 118 ünvanının qeydiyyatdan keçməsi haqqında məlumat aşkar edilməmişdir. Bakı şəhəri, Nəsimi ray., Ə.Topçubaşov küç., ev 118 ünvanında bir neçə mənzilin (nömrəsiz) qeydiyyatdan keçməsi barədə məlumat mövcuddur. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Məhkəmə baxışında müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən 14,5 kvadrat metr yaşayış sahəsi olan mənzil əvvəllər mərhum X1 adına mənzil icarə müqaviləsi əsasında verilmiş, onun xx.xx.2020-ci il tarixdə vəfat etməsindən sonra həmin mənzilə dair icarə münasibətləri qanunvericiliyə uyğun olaraq həyat yoldaşı — İddiaçı adına rəsmiləşdirilmişdir. Bunu təsdiq edən Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 145 nömrəli Sərəncamına əsasən mənzil icarə müqaviləsi məhz İddiaçı ilə bağlanmış və o, həmin mənzilin yeganə icarədarı kimi tanınmışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh2, X9 və Cavabdeh1 müvafiq olaraq xx.xx.2008, xx.xx.2006 və xx.xx.2005-ci il tarixlərdən etibarən qeyd olunan ünvanda yaşayış yeri üzrə qeydiyyata alınmışlar. Lakin məhkəmə tərəfindən dindirilməsi nəticəsində və iş materiallarında olan Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsinin sakinləri – X7, X10 və X8 iştirakı ilə tərtib olunmuş Aktın məzmununa əsasən müəyyən edilmişdir ki, qeyd olunan şəxslər — Cavabdeh2, X9 və Cavabdeh1 qeydiyyata düşdükləri vaxtdan indiyədək həmin mənzildə faktiki yaşamamış, mənzildən istifadə etməmişlər. Hal-hazırda qeyd edilən yaşayış sahəsində yalnız İddiaçı və onun ailə üzvləri yaşayırlar. Məhkəmə hesab edir ki, qeydiyyat faktı şəxsin mənzildən istifadə və ya orada yaşamaq hüququnu təsbit etmir. Qanunvericiliyə əsasən, yaşayış yeri üzrə qeydiyyat inzibati xarakter daşıyır və şəxsin faktiki yaşayış hüququnu müəyyən etmir. Belə olan halda, qeydiyyat yalnız texniki və uçot xarakterli prosedur olmaqla, yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün əsas sayıla bilməz. İddiaçı tərəfindən təqdim olunmuş rəsmi sənədlər, o cümlədən mənzil icarə müqaviləsi və icra hakimiyyətinin sərəncamı onun həmin yaşayış sahəsi üzrə yeganə qanuni icarədar statusuna malik olduğunu tam şəkildə təsdiq edir. Cavabdehlərin qeyd olunan mənzildə faktiki yaşamamaları, mənzildən istifadə etməmələri və icarədar ilə heç bir hüquqi münasibətlərə malik olmamaları nəzərə alınmaqla, onların mənzildən istifadə hüquqları mövcud sayılmır. Məhkəmənin qənaətinə görə, cavabdehlərin qeydiyyatının davam etməsi iddiaçının mənzildən tam və maneəsiz istifadə hüququnu pozur və faktiki yaşayış hüququ ilə ziddiyyət təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin hazırda iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalması sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından, cavabdehin iddiaçının mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 qız və X3 Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi, 118 saylı evdən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 qarşı "cavabdehlərin istifadə hüquqları olmayan şəxs hesab edilmələri" tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi, 118 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Bu qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qeydiyyatdan çıxarılması üçün əsasdır. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-3544/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3544/2025
18.09.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver