Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-356/2024 15.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 14 iyun 2023-cü il tarixdə saat 20:30 radələrində idarə etdiyi “Chevrolet Cruze” markalı, **-TT-*** dövlət qeydiyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, N.Hikmət küçəsi ilə A.M.Şərifzadə küçəsinin kəsişməsində hərəkətdə olan zaman işıqforun qırmızı işığında keçərək Şərifzadə küçəsində hərəkətdə olan “Nissan Qashqai” markalı, **-UR-*** dövlət qeydiyat nişanlı avtomobilin arxa sol diskindən vurmuş, nəticədə həmin avtomobil idarəetməni itirərək yolun ortasında quraşdırılmış lövhəyə və işıq dirəyinə çırpılmışdır. Lövhə yerindən qoparaq “Hyundai Elantra markalı, **-AX-*** dövlət qeydiyat nişanlı avtomobilin sol arxa qanadının üzərində düşmüşdür. “Hyundai Elantra” markalı avtomobilin sürücüsü heç bir xəsarət almamışdır. “Nissan Qashqai” markalı avtomobilin sürücüsü İddiaçı sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngülzərərvurmaya aid xəsarət yetirmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq əmələ hüquqi qiymət verilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Protokol “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Yasamal RPİ təhqiqat şöbəsinin təhqiqatçısı Rəfael Albabayevin xx.xx.2023-cü il tarixli qərarı əsasında tərtib edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 3(004)-3792/2023 saylı qərarına əsasən Cəfərov X3 Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılması qərara alınmışdır. Beləliklə də, Cavabdeh2 14 iyun 2023-cü il tarixdə saat 20:30 radələrində idarə etdiyi “Chevrolet Cruze” markalı, 99-TT195 dövlət qeydiyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, N.Hikmət küçəsi ilə A.M.Şərifzadə küçəsinin kəsişməsində hərəkətdə olan zaman işıqforun qırmızı işığında keçərək Şərifzadə küçəsində hərəkətdə olan “Nissan Qashqai” markalı, **-UR-*** dövlət qeydiyat nişanlı avtomobilin arxa sol diskindən vurmuş, nəticədə həmin avtomobil idarəetməni itirərək yolun ortasında quraşdırılmış lövhəyə və işıq dirəyinə çırpılmaqla “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərini pozaraq yol nəqliyyat hadisəsi törətməklə “Nissan Qashqai” markalı, **-UR-*** dövlət qeydiyat nişanlı avtomobili qəzalı vəziyyətə salaraq İddiaçı maddi ziyan vurmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı “Nissan Qashqai” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə ələqədar İddiaçı 16722 manat (on altı min yeddi yüz iyirmi iki) manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, Nurgun Motors tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, iş haqqı 2880 manat, ehtiyyat hissəsləri isə 13842 manat olmaqla ümumilikdə avtomobilin təmirinə 16722 manat vəsait tələb olunur. Həmin zərərdən 3353 manatı sığorta şirkəti tərəfindən ödənilsə də (16722-3353=13369) 13369 manat, eləcə də hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 320 manatın, evakuator xidməti üçün ödənilmiş (30+55+30=115) 115 manat, ümumilikdə 13804 (on üç min səkkiz yüz dörd) manat məbləğində maddi zərər Cavabdeh2 tərəfindən hal-hazıradək iddiaçıya ödənilməmişdir. Bundan başqa nəzərə almaq lazımdır ki, yol nəqliyyat hadissəsi xx.xx.2023-cü il tarixdə baş versə də, qeyd edilən hadisə ilə bağlı iddiaçıya sağlamlığına və əmlakına dəymiş zərər üçün sığorta ödənişi sığortaçı tərəfindən vaxtında ödənilməmiş, ödənişin edilməsi gecikdirilmişdir. Halbuki, qanunvericliklə tələblərinə əsasən sığorta ödənişini icra etməkdən yayınma gecikdirilmiş hər gün üçün sığorta ödənişinin 0.1 faizi məbləğində sığorta şirkəti ödəniş etmək öhdəliyi daşıyır. Hazırki iddia tələbi üzrə cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan yuxarıda sadalanan bütün şərtlər mövcuddur. Belə ki, Cavabdeh2 hərəkəti mülki hüquq pozuntusudur (deliktdir). Çünki, onun Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərini pozması, dolayısı ilə, təqsirli olaraq hüquqa zidd əməl törətməsi, iddiaçının məruz qaldığı zərərin məhz cavabdehin hüquqa zidd hərəkəti nəticəsində yaranması və bunlar arasındakı uyğun səbəbli əlaqə yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. İddia ərizəsinə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərardan da, göründüyü kimi hüquqazidd əməlinin törədilməsi nəticəsində Cavabdeh2 tərəfindən iddiaçıya maddi ziyan vurulmuşdur. Bundan başqa, sonuncunun hüquqazidd hərəkətləri nəticəsinə qanun əsasında iddiaçıya mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməklə iddiaçı mənəvi zərər almışdır. İddiaçıya dəymiş mənəvi zərərin həcmini isə 1000 manat məbləğində dəyərləndirilir. Beləliklə, hesab edir ki, iddia tələbi təmin edilməli, avtomobilə dəymiş zərər üçün 13369 (on üç min üç yüz altmış doqquz) manat, evakuator xərci 115 (bir yüz on beş) manat, vəkillə hüquqi yardım üçün ödənilmiş 1320 (bir min üç yüz iyirmi) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 139 (bir yüz otuz səkkiz) manat dövlət rüsumu və mənəvi zərər üçün 1000 (bir min) manat, ümumillikdə 15942 (on beş min doqquz yüz qırx iki) manat zərərin, eləcə də sığorta ödənişinin gecikdirildiyinə görə gecikdirilmiş hər gün üçün 0.01 faiz ödənişin icra edildiyi günədək hesablanaraq cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ASCdən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi, avtomobilə dəymiş zərər üçün 13369 (on üç min üç yüz altmış doqquz) manat, evakuator xərci 115 (bir yüz on beş) manat, vəkillə hüquqi yardım üçün ödənilmiş 1320 (bir min üç yüz iyirmi) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 139 (bir yüz otuz doqquz) manat dövlət rüsumu və mənəvi zərər üçün 1000 (bir min) manat, ümumillikdə 15942 (on beş min doqquz yüz qırx iki) manat zərərin, eləcə də sığorta ödənişinin gecikdirildiyinə görə gecikdirilmiş hər gün üçün 0.01 faiz ödənişin icra edildiyi günədək hesablanaraq cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ASC-dən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd etdikləri xüsusatları bir daha təsdiq edərək iddia tələbinin tam həcmdə təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini ona aid hissədə qəbul etmədiyini bildirərək izahatında qeyd etmişdir ki, hadisəni törətmiş Cavabdeh2 idarə etdiyi avtomobil hadisə baş verərkən formal olaraq onun adına olsa da, onu həmin avtomobili uzun müddət öncə Ramin adlı şəxsə satmışdır. Sadəcə aralarında alğı-satqı rəsmiləşdirilməmişdi. Tərəfindən ona avtomobili idarə etmə üçün etibarnamə verilmişdir. Daha sonra isə o, avtomobili Cavabdeh2 satmışdır. Onun ziyanın vurulmasına səbəb olmuş hadisə ilə heç bir əlaqəsi yoxdur. Odur ki, iddia tələbinin ona aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini onlara aid hissədə qəbul etmədiyini bildirərək izahatında qeyd etmişdir ki, “İcbari Sığorta haqqqında” Azərbaycan Respublikası qanununa əsasən icbari sığorta üzrə sığorta ödənişi 5.000 manat təşkil edir. Qeyd edilən məbləğ hadisə nəticəsində ziyan çəkmiş hər 4 şəxsə mütənasib qaydada hesablanaraq tərəflərindən ödənilmişdir. Dəymiş ziyanla bağlı iddiaçıya tərəflərindən 3353 manat məbləğində sığorta ödənişi edilmişdir. İddiaçı həmin sığorta ödənişi ilə razılaşaraq, bunu öz imzası ilə təsdiq etmişdir. Yəni, tərəflərindən üzərlərinə düşən öhdəlik tam şəkildə icra edilmişdir. Buna görə də iddia tələbinin onlara aid hissədə rədd edilməsini xahiş etmişdir.
6. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, yol-nəqliyyat hadisəsini o törətmişdir. Belə ki, o, dördyol istiqamətində üzüyuxarı hərəkətdə olarkən işıqforun qırmızı işığında yolu keçdi və bu zaman iddiaçının idarə etdiyi maşınla toqquşdu. Hadisə nəticəsində o, maşını saxlasa da, iddiaçı saxlamamış və nəticədə onun maşını işqı dirəyinə çırpılmışdır. Ziyan dəymiş lövhə barədə isə məlumatı yoxdur. Həmçinin, iddia tələbi şişirdilmişdir. Həmin hadisə nəticəsində iddiaçının maşınına bu həcmdə ziyan dəyə bilməzdi. O, iddiaçıya təklif etmişdi ki, sığortadan alacağı pulu ona versin. O da yerdə qalan pulu tamamlayaraq maşınını təmir etdirdi. Lakin iddiaçı bununla razılaşmadı.
7. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən hazırki işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə, saat 20:30-da baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 idarə etdiyi “Chevrolet Cruze” markalı, **-TT-*** dövlət qeydiyat nişanlı avtomobillə İddiaçı idarə etdiyi “Nissan Qashqai” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə “Nissan Qashqai” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Eyni zamanda, “Chevrolet Cruze” markalı, **-TT-*** dövlət qeydiyat nişanlı avtomobillə “Nissan Qashqai” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşduğu zaman “Nissan Qashqai” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək yolun ortasında qurşadırılmış lövhəyə və işıq dirəyinə çırpılmış, löhvə yerindən qoparaq “Hyundai Elantra” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə düşmüş və nəticədə həmin avtomobilə də ziyan dəymişdir. Nəticədə, hadisə zamanı “Chevrolet Cruze” markalı, **-TT-*** dövlət qeydiyat nişanlı avtomobili idarə edən Cavabdeh2 AR İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. “Nurgun Motors” tərəfindən verilən qüsur aktına əsasən “Nissan Qashqai” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 16.722 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı C.Kəmalə baş vermiş hadisə ilə bağlı sığorta ödənişinin alınması üçün cavabdeh "xxxx" ASC-yə müraciət etmiş, lakin sığorta şirkəti dəymiş ziyanı 10.975 manat məbləğində qiymətləndirilərək, iddiaçıya 3.353 manat məbləğində sığorta ödənişi ödəmişdir. Hazırda iddiaçı avtomobilinə dəymiş ziyan üçün 13.369 manat (ödənilmiş sığorta ödənişi çıxıldıqdan sonrakı məbləğ, 16.722-3.353=13.369), evakuator xərci 115 manat, vəkil xərci 1.320 manat, ödənilmiş 139 manat dövlət rüsumu və 1.000 manat mənəvi zərər, ümumilikdə 15.942 manat məbləğində pulun və sığorta ödənişinin gecikdirilməsinə görə gecikdirilmiş hər gün üçün 0.01 faiz ödənişin icra edildiyi günədək hesablanaraq cavabdehlərdən alınaraq ona ödənilməsini tələb edir.
b) Mülki işin materialları:
10. Mülki işin materiallarında olan “Nurgun Motors” tərəfindən verilən xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Nissan Qashqai” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərci ümumilikdə 16.722 manat məbləğində müəyyən edilmişdir.
11. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 23-00479/07/AA-272/23 nömrəli sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 3.353 manat məbləğində sığorta ödənişi ödənilmişdir.
12. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, 004096 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı hesabına 3.353 manat məbləğində ödəniş həyata keçirilmişdir.
13. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilən xx.xx.2023-cü il tarixli hesablama aktından görünür ki, İddiaçı məxsus “Nissan Qashqai” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün məbləğ 10.975 manat müəyyən edilmişdir.
14. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, AS280701 nömrəli müstəqil ekspert rəyindən görünür ki, avtoyol nəqliyyat qəzasına uğramış Nissan Qashqai minik markalı, **-UR-*** dövlət qeydiyyat nömrə nişanlı, ban nömrə SJNFBAJ10Z2889234, 2013-cü il buraxılışdan, ağ mirvari rəngdə, İddiaçı mülkiyyətində olan avtomobilə dəyən ziyanın məbləğini təyin etmək üçün yerində baxış keçirtmiş, baxış zamanı məlum olmuşdur ki, avtomobilə zərbə ön hissədən dəymişdir. Zərbə nəticəsində avtomobilin ban hissəsi, alt işlək hissəsi, mühərrik hissələri zədələnmişdir. Avtomobilin tam sökülüb yığılmasına, təmir və rənglənməsinə sərf olunan işlərin dəyəri yekun olaraq 10975 manat müəyyən edilmişdir.
15. Mülki işin materiallarında olan Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, “Chevrolet Cruze” markalı, **-TT-*** dövlət qeydiyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətində olmuş, onun tərəfindən Cavabdeh2 etibarnamə əsasında xx.xx.2023-cü il tarixədək etibar edilmişdir.
16. Mülki işin materiallarında olan “X6” MMC tərəfindən verilən Aktdan görünür ki, “Hyundai Elantra”, **-AX-*** nömrə nişanlı avtomobilə “X6” MMC-nin servisində ilkin texniki baxış zamanı təmiri üçün ümumilikdə 480 manat müəyyən edilmişdir.
17. Mülki işin materiallarında olan "xxxx" X4 tərəfindən verilən Yasamal rayonu, A.M.Şərifzadə küçəsində naməlum sürücünün idarə etdiyi “Chevrolet Cruze” markalı, **- TT-*** dövlət qeydiyat nişanlı avtomobil ilə vurulmuş işıq dirəyinin bərpasına sərf olunan xərclərin smetasına əsasən məbləğ 4162.68 manat müəyyən edilmişdir.
18. Mülki işin materiallarında olan "xxxx" X4 tərəfindən "xxxx" şirkətinin rəhbərliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə Yasamal rayonu, A.M.Şərifzadə küçəsində naməlum sürücü idarə etdiyi “Chevrolet Cruze” markalı, **-TT-*** dövlət qeydiyat nişanlı avtomobil ilə müəssisənin balansında olan işıq dirəyini vuraraq onun çırağını sıradan çıxarmış və nəticədə müəssisəyə 4162.68 manat məbləğində maddi ziyan dəymişdir. Bildirilir ki, “Chevrolet Cruze” markalı, **-TT-*** dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası cəmiyyətdə sığortalanmışdır. Qeyd edilənləri nəzərə alaraq, müəssisəyə dəymiş maddi ziyana görə sığorta ödənişinin qeyd olunan bank hesabına köçürülməsi xahiş edilmişdir.
19. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9143 nömrəli ekspert rəyindən görünür ki: -Nəzəri hesablama yolu ilə, “Nurgun Motors” Servis müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında 2013-cü il buraxılışlı “Nissan Qashqai” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12045,00 manat müəyyən edilir; - Nəzəri hesablama yolu ilə, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında 2013-cü il buraxılışlı “Nissan Qashqai” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9409,00 manat müəyyən edilir; -Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 3-52-5/2-484/23 nömrəli məktub və məktuba əlavə edilmiş smetada Yasamal rayonu, A.M.Şərifzadə küçəsində başa vermiş yol nəqliyyat hadisəsində dəymiş ziyan 4162.68 manat müəyyən edilir; -İş üzrə xx.xx.2023-cü il tarixdə vəsatət verilmişdir. Lakin vəsatət təmin edilmədiyindən, tədqiqat yalnız 2-ci və 4-cü suallar üzrə aparılır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir.
20. Mülki işin materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı polis polkovnik-leytenant X2 tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törədən, “Chevrolet Cruze” markalı, **-TT-*** dövlət qeydiyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 barəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsi və Azərbaycan Respublikası İXMnin 327.1 və 327.8-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır.
21. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli İnzibati xəta haqqında protokoldan və həmin tarixli İnzibati tənbehvermə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 20:30-da “Chevrolet Cruze” markalı, **-TT-*** dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.
22. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən 320 manat, xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzin surətindən görünür ki, 1.000 manat məbləğində vəkil xərci ödənilmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
23. Məhkəmə ilk növbədə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab olunması ilə bağlı tərəflər (Cavabdeh1 istisna olmaqla) arasında hər hansı mübahisə yoxdur və yaranmış mübahisə göründüyü kimi vurulmuş ziyan məbləği ilə əlaqədar olmuşdur.
24. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
25. Həmin Məcəllənin 923.1-ci maddəsinin tələbinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.
29. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir.
30. Həmin Qanunun 4.1-ci maddəsiən əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir.
31. Qeyd edilən Qanunun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir.
32. Həmin Qanunun 56.1.1-ci maddəsinə əsasən fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat sığrtalanır.
33. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
34. Məhkəmə hazırki iş üzrə qeyd edir ki, hazırki iş üzrə təyin edilən məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi əsasında iddiaçının mülkiyyətində olan “Nissan Qashqai” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə “Nurgun Motors” Servis müəssisəsi tərəfindən tərtib edilmiş qüsur aktına münasibətdə 12045 manat, "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktına münasibətdə isə 9409 manat müəyyən edilsə də, məhkəmə hazırki iş üzrə ekspert rəyini yox, xx.xx.2023-cü il tarixli hesablama və xx.xx.2023-cü il tarixli sığorta aktını əsaslı hesab edir. Belə ki, həmin akta əsasən sığortalı (və zərərçəkən üçüncü şəxs) təsdiq edir ki, bu sığorta aktı ilə müəyyən edilmiş sığorta ödənişi sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi üçün qətidir. Həmin akt əsasında da iddiaçının mülkiyyətində olan maşına dəyən zərər yekun olaraq 10.975 manat məbləğində müəyyən edilmişdir. Hansı ki, iddiaçı həmin məbləğlə razılaşaraq, həmin aktı imzalamış və cavabdeh "xxxx" ASC-dən 3.353 manat məbləğində sığorta ödənişi almışdır. Göründüyü kimi iddiaçı tərəfindən sığorta ödənişi alındığı zaman avtomobilə dəymiş zərərin 10.975 manat həcmində olması iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
35. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hesablama aktından görünür ki, hadisə nəticəsində zərər dəyən “Nissan Qashqai” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli olan ehtiyat hissələrinin yekun qiyməti 8.895 manat (illik 4 faiz köhnəlmə faizi olmaqla ümumilikdə 10 il tətbiq etməklə qiyməti 5.909 manat), usta pulu (əməkhaqqı) üzrə isə yekun məbləğ 2.080 manat müəyyən edilmişdir. Göründüyü kimi hazırda iddiaçının mülkiyyətində olan “Nissan Qashqai” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilə hadisə nəticəsində dəyən zərər ümumilikdə 7.989 (5.909 (azalma əmsalı tətbiq edilməklə) +2.080 (azalma əmsalı tətbiq edilməməklə)) manat məbləğində müəyyən edilir.
36. Eyni zamanda, iş materiallarından göründüyü kimi hadisə nəticəsində təkcə iddiaçının mülkiyyətində olan “Nissan Qashqai” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəyməmiş, eyni zamanda yol kənarında olan işıq dirəyi aşmış və bunun nəticəsində də “Hyundai Elantra”, **-AX-*** nömrə nişanlı avtomobilə də ziyan dəymişdir.
37. Belə ki, iş materiallarında olan "xxxx" X4 tərəfindən verilən işıq dirəyinin bərpasına sərf olunan xərclərin smetasına əsasən işıq dirəyinin bərpası üçün sərf olunan xərc 4162 manat, “X6” MMC tərəfindən verilən Akta əsasən isə “Hyundai Elantra”, **-AX- *** nömrə nişanlı avtomobilin təmir-bərpası üçün xərc 480 manat müəyyən edilmişdir.
38. Beləliklə də müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 20:30 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulan ziyanın məbləği ümumilikdə 12.631 manat (7.989+480+4162) məbləğində müəyyən edilmişdir. İddiaçının isə həmin zərərdə ümumi nisbət payı 63.25% müəyyən edilmişdir.
39. Məhkəmə hazırki iş üzrə iddia tələbinin ilk öncə cavabdeh "xxxx" ASC-yə olan hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının həmin hissədə tələbi əsassızdır və təmin edilə bilməz. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının ümumi zərərdə payı 63.25% müəyyən edilmiş və cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya ödənilməli olan sığorta ödənişi isə 3162.50 manat müəyyən edilmişdir. Cavabdeh "xxxx" ASC isə öz üzərinə düşən öhdəliyini yerinə yetirmişdir. Hətta iş materiallarından görünür ki, cavabdeh "xxxx" ASC ödəməli olduğu məbləğdən daha artıq sığorta ödənişi ödəmişdir (3.353 manat). Odur ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir.
40. Daha sonra məhkəmə iddia tələbinin sığorta ödənişinin gecikdirildiyinə görə gecikdirilmiş hər gün üçün 0.01 faiz ödənişin icra edildiyi günədək hesablanaraq alınması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə tələb əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi İddiaçı cavabdeh "xxxx" ASC-yə ərizələr yazaraq avtomobilinə dəymiş zərər məbləği ilə razı olmadığını bildirmiş və "xxxx" ASC-nin müstəqil eksperti tərəfindən yenidən qiymətləndirilmənin aparılmasını tələb etmişdir. Nəticədə, "xxxx" ASC-nin müstəqil ekspert rəyi əsasında iddiaçının avtomobilinə dəyən zərərin məbləği ümumilikdə 10.975 manat müəyyən edilmişdir. İddiaçı da həmin qiymətlə razılaşmış və sığorta aktına imza atmaqla "xxxx" ASC tərəfindən verilən 3.353 manat məbləğində sığorta ödənişini qəbul etmişdir (akta əsasən bununla razılaşmışdır). Göründüyü kimi cavabdeh tərəfindən sığorta ödənişinin iddiaçıya ödənilməsində gecikmə olmamışdır. Odur ki, həmin hissədə tələb əsassız olduğundan rədd edilməlidir.
41. Məhkəmə Cavabdeh1 münasibətdə isə qeyd edir ki, iddia tələbi ona münasibətdə də təmin edilə bilməz. Belə ki, yol-nəqliyyat hadisəsinin baş verməsinə əsas olan “Chevrolet Cruze” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisə baş verən zaman Cavabdeh1 mülkiyyətində olmasına baxmayaraq, hadisəni törədən iş üzrə digər Cavabdeh2 olmuşdur və o, bunun nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilmişdir.
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
43. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
44. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
45. Oxşar mövqe “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Plenum Qərarında qeyd edilmişdir ki, yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir.
46. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.
47. Odur ki, hazırki iş üzrə Cavabdeh1 subyektiv cavabdeh olmadığından iddia tələbi ona münasibətdə təmin edilməməlidir.
48. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi avtomobilə dəyən zərərin cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsində qismən təmin edilməli və yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə ümumilikdə 7.989 manat məbləğində ziyan dəydiyindən, bunun 3.162,50 manatı sığorta ödənişi kimi cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya ödənildiyindən və digər Cavabdeh1 hazırki iş üzrə subyektiv cavabdeh olmadığından, 4.826,50 manat məbləğində pul vəsaiti Cavabdeh2 alınaraq İddiaçı ödənilməlidir.
49. Məhkəmə iddia tələbinin evakuator xərci kimi 115 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsassızdır. Belə ki, iddiaçı həmin hissədə tələbini əsaslandıracaq sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
50. Məhkəmə iddia tələbinin mənəvi zərər üçün ödənilmiş 1.000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə də tələb əsaslıdır və qismən təmin edilməlidir.
51. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
52. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
53. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
54. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
55. Hazırki iş üzrə iş materialları əsasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə beş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı sağlamlığına yüngül zərərvurmaya aid xəsarət yetirilmiş, bunun nəticəsində də Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə məsuliyyətə cəlb edilmişdir. Göründüyü kimi iddiaçıya mənəvi ziyan vurulması iş materialları əsasında öz təsdiqini tapmışdır. Lakin məhkəmə iddiaçının tələb etdiyi həddə deyil, 500 manat məbləğində vurulmuş mənəvi ziyanın əvəzinin Cavabdeh2 iddiaçının xeyrinə tutulmasını ədalətli hesab edir. Odur ki, həmin hissədə iddia qismən təmin edilməlidir.
56. Məhkəmə iddia tələbinin ödənilmiş 139 manat məbləğində dövlət rüsumunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır və qismən təmin edilməlidir.
57. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
58. Odur ki, hazırda iddia qismən təmin edildiyindən iddianının qaldırılması üçün ödənilən 139 manatın 73 manatı Cavabdeh2 İddiaçı xeyrinə tutulmalı, qalan məbləğ iddiaçının özünə aid edilməlidir.
59. Məhkəmə iddia tələbinin hüquqi yardım üçün ödənilmiş 1.320 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə tələb əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən vəkilə hüquqi yardım xərci olaraq ümumilikdə 1.320 manat məbləğində pul ödənilmişdir. Hazırda iddia qismən təmin edildiyi üçün məhkəmə Cavabdeh2 hüquqi yardım xərcinin əvəzi kimi iddiaçının tələb etdiyi həddə yox, 500 manat məbləğində tutulmasını məqsədəmüvafiq hesab edir.
60. Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 İddiaçı məxsus olan “Nissan Qashqai” markalı, **-UR- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın əvəzi kimi 4826.50 AZN (dörd min səkkiz yüz iyirmi altı manat, əlli qəpik), mənəvi zərərin əvəzi kimi 500 AZN (beş yüz manat), vəkilə hüquqi yardım üçün ödənilmiş 500 AZN (beş yüz manat), dövlət rüsumu olaraq ödənilmiş 73 AZN (yetmiş üç manat), ümumilikdə 5899,50 AZN (beş min səkkiz yüz doxsan doqquz manat, əlli qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli və iddia qalan hissədə rədd edilməlidir.
61. Bundan başqa, iş üzrə keçirilmiş iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 AZN (yüz manat) Cavabdeh2 alınaraq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir.
62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
63. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
64. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
65. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
66. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
67. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
68. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 İddiaçı məxsus olan “Nissan Qashqai” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın əvəzi kimi 4826.50 AZN (dörd min səkkiz yüz iyirmi altı manat, əlli qəpik), mənəvi zərərin əvəzi kimi 500 AZN (beş yüz manat), vəkilə hüquqi yardım üçün ödənilmiş 500 AZN (beş yüz manat), dövlət rüsumu olaraq ödənilmiş 73 AZN (yetmiş üç manat), ümumilikdə 5899,50 AZN (beş min səkkiz yüz doxsan doqquz manat, əlli qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə və cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid hissədə rədd edilsin. İş üzrə keçirilmiş iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 AZN (yüz manat) Cavabdeh2 alınaraq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.