Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3563/2021 26.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızı, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə” dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyən e t d i m: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilmədən verildiyindən onun məhkəmə icraatı mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.2 və 2.2.2-ci maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcbur etmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Beləliklə, İddiaçı tərəfindən verilmiş iddia Azərbaycan Respublikası İPM-nin 2.2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında baxılan iddialara aid olduğundan həmin iddiaya Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Beləliklə, İddiaçı tərəfindən verilmiş iddia ərizəsi inzibati icraat qaydasında Bakı İnzibati Məhkəməsi tərəfindən baxılan işlərə aid olduğundan həmin iddia ərizəsinə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Bununla yanaşı, Azərbaycan Respublikası MPM-nin 150.0.1 və 150.0.2-ci maddələrinin tələblərinə zidd olaraq iddia ərizəsinə onun surəti, həmçinin dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməyib. Azərbaycan Respublikası MPM-nin 152.1.1 və 152.1.5-ci maddələrinin tələblərinə görə «iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə» və (və ya) «müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə» hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, iddiaçının ərizəsinə ümumi (rayon, şəhər) məhkəməsində məhkəmə qaydasında baxılmalı olmadığından, Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-153-cü maddələrini rəhbər tutaraq, qərara a l d ı m: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə” dair ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardaddan on gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-3563/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3563/2021
26.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver