Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3626/2024 03.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «Mərkəzləşdirilmiş Kredit Reyestrindən (MKR) məlumatların silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «Fondun məhkəmə qətnaməsini yerinə yetirməməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, e-2(005)- 221/2023 saylı qətnamənin cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən yerinə yetirilməsi, bunun əsasında borcun sıfırlanması və "xxxx" MMC-nin borclular siyahısından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-221/2023 saylı qüvvəyə minmiş qətnaməsinə əsasən LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə borcunun olmaması və bu barədə Kredit Bürosunun məlumatlandırılması öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)-221/2023 saylı qətnaməsi ilə LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ona qarşı «borcun tutulması» tələbinə dair iddiası rədd edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən 5 ay sonra borcun silinməsi üçün xx.xx.2023-cü il tarixdə Fonda ərizə ilə müraciət etmişdir. Qanunla müəyyən olunmuş 15 iş günü ərzində cavab ala bilmədiyi üçün, Fonda gedib cavab tələb etməli olmuşdur. Buna baxmayaraq, daha 10 gün gözləmək məcburiyyətində qalmış və yalnız 29 dekabr 2023-cü il tarixdə cavab ala bilmişdir (№ **********865). Cavabda qeyd olunmuşdur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)-221/2023 saylı qətnaməsinə əsasən Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək hər hansı öhdəlik qoyulmamışdır. Bundan sonra, xx.xx.2024-cü il tarixdə borcun silinməsi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin gün məhkəmədən aldığı e-2(005)-1536/2024 saylı qərardadda ona izah edilmişdir ki, ərizə ilə aidiyyət qaydalarına riayət etməklə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edə bilər. Bu səbəbdən, iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi ƏSF-nin nümayəndəsi X1 məhkəməyə iddiaya etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək e-2(005)-221/2023 saylı qətnamənin ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən yerinə yetirilməsini, bunun əsasında borcun sıfırlanmasını və Azərbaycan Kredit Bürosunun borclular siyahısından silinməsini xahiş etmişdir. İddia ərizəsinə etiraz edərək bildirir ki, İddiaçı LPO Cavabdeh ASC qarşısında kredit borcu üzrə öhdəliyi icra olunmamışdır. Belə ki, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 04 iyul 2017-ci il tarixli 051T07170007 nömrəli kredit kart müqaviləsinə əsasən İddiaçı 12 ay müddətinə 29 faiz dərəcəsi ilə 5.000 manat məbləğində kredit xətti açılmışdır. İddiaçı müəyyən edilmiş müddətdə həmin kredit müqaviləsinə əsasən kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmişdir. Nəticədə bank tərəfindən «borc məbləğinin qaytarılması» tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)-221/2023 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı «pul borcunun tutulması» tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Buna görə hazırda İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)-221/2023 saylı həmin qətnaməsini rəhbər tutaraq özü-özlüyündə hesab edir ki, guya banka olan pul borcu yoxdur və bankın ona qarşı iddia etdiyi pul borcu silinməlidir. Həqiqətdə isə bu yanlış fikirdir və tam əsassızdır. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)-221/2023 saylı qətnaməsi ilə bankın iddia tələbi cavabdeh İddiaçı banka pul borcu olmadığına görə yox, digər əsaslara görə təmin edilməmişdir. Məhkəmə həmin qətnaməsində göstərir ki, «iddiaçı cavabdehdən kredit borcunun qaytarılmasını tələb etsə də, cavabdeh tərəfindən kart üzrə naməlum əməliyyatların aparılması barədə vaxtında edilmiş müraciətləri vaxtında araşdırmamış, nəticədə mülki işin məhkəmə araşdırması zamanı sənədlərin saxlama müddəti ötdüyündən ədalətli və hərtərəfli araşdırmanın aparılması mümkün olmamışdır». Məhz bu səbəbdən bankın iddia tələbi təmin edilməmişdir. Hazırki mülki iş üzrə İddiaçı LPO Cavabdeh ASC-yə kredit öhdəliyi üzrə pul borcunun mövcud olması etiraza əlavə edilmiş müvafiq sənədlərlə də öz təsdiqini tapır. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi ƏSF-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək, iddia tələbini qəbul etmədiyini bildirmiş, məhkəmədən mülki işə onun iştirakı olmadan baxılaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 2(005)-4274/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, xx.xx.2017-ci il tarixli, 051T07170007 saylı kredit sazişi üzrə cavabdeh İddiaçı 261,37 manat əsas borc, 257,82 manat faiz, 224,14 manat cərimə, 43,32 manat gecikdirilmiş vaxt üçün cərimə olmaqla, cəmi 786,65 manat, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun LPO Cavabdeh ASC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 2590/2022 saylı qərardadı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-4274/2021 saylı qətnaməsi ləğv edilmiş, LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı qarşı «kreditin tutulması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)- 221/2023 saylı qətnaməsindən görünür ki, LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı qarşı «borcun tutulması» tələbinə dair iddiası rədd edilmişdir. "xxxx" MMC tərəfindən İddiaçı adına verilmiş çıxarışdan görünür ki, LPO Cavabdeh ASC ilə İddiaçı arasında bağlanması göstərilən xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 261,37 manat əsas borc və hesablanmış 573,94 manat faiz aktiv borc kimi qeyd olunmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, LPO Cavabdeh ASC-nin ləğvedicisi ƏSF-ə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)-221/2023 saylı qətnaməsi ilə ona qarşı borc tələbinə dair iddianın rədd edildiyini bildirmiş və bu səbəbdən, 261,37 manat borcun ləğv edilməsini xahiş etmişdir. LPO Cavabdeh ASC-nin ləğvedicisi ƏSF-nin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Fond tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsinə baxılmışdır. Bildirilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)-221/2023 saylı qətnaməsi ilə ƏSF-nin üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, hazırki təqdirdə, iddiaçının adının Mərkəzi Kredit Reyestrində borclu kimi qeyd olunması iddiaçının hüquqlarını pozur, həmin məlumatın MKR-də qalmasına hər hansı hüquqi əsas və zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı LPO Cavabdeh ASC qarşısında xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə icra edilməmiş öhdliyinin (borcunun) olmamasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş halı ondan ibarətdir ki, hazırki icraatda tərəf olan şəxslər arasında daha öncə də məhkəmə mübahisəsi yaranmış və həmin mübahisəyə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılıb xx.xx.2023-cü il tarixli e-2(005)-221/2023 saylı qətnamə ilə hüquqi qiymət verilmişdir. Həmin qətnaməyə görə bank tərəfindən xx.xx.2017-ci il tarixli 051T07170007 saylı kredit müqaviləsi üzrə yaranmış borcun İddiaçı tutulması xahiş edilmiş, lakin məhkəmə tərəfindən bankın tələbi təmin edilməmişdir. Məhkəmə bu qənaətə gəlməsini bir sıra hallarla əsaslandırmış, İddiaçı xx.xx.2017ci il tarixdə ona məxsus kartdan naməlum əməliyyatlarla pul məbləğlərinin çıxarıldığını Cavabdeh ASC-yə bildirməsinə və karta müvəqqəti blok qoyulmasını xahiş etməsinə baxmayaraq, bank tərəfindən sonuncunun müraciətinə mahiyyəti üzrə cavab verilmədiyinə, ötən müddət ərzində plastik kartdan silinmələrin həyata keçirildiyinin araşdırılmadığına, İddiaçı formal cavab ünvanlayaraq, tələbinin qeydə alınmadığını bildirdiyinə və bu kimi digər əsaslı səbəblərə görə bankın İddiaçı qarşı xx.xx.2017-ci il tarixli 051T07170007 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair iddia tələbini rədd etmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2017-ci il tarixli 051T07170007 saylı kredit müqaviləsi üzrə bankın İddiaçı qarşı olan borc tələbinə dair iddiası rədd edildiyi halda, həmin müqavilə əsasında hesablanmış və İddiaçı hal-hazıradək kredit tarixçəsi məlumatlarında həmin öhdəliyin əks olunması, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bununla da iddiaçı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh iddiaya etirazının əsası kimi məhkəməyə təqdim etdiyi sənədlərə istinad etsə də, yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə aktından göründüyü kimi, eyni sənədlər həmin vaxt da işə mahiyyəti üzrə baxmış məhkəməyə təqdim edilmiş və həmin sənədlərə müvafiq hüquqi qiymət verilmişdir. Əgər həmin sənədlər borcun və hesablanmış faizlərin tutulmasına dair tələbin təmin edilməsinə əsas verməmişsə, hazırda eyni sənədlərə baxılaraq hüquqi qiymət verilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, xx.xx.2017-ci il tarixli 051T07170007 saylı kredit müqaviləsi üzrə İddiaçı borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi öhdəliyi LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. Nəzərə alınmalıdır ki, hazırki qətnamə mərkəzləşdirilmiş kredit reyestrindən xx.xx.2017-ci il tarixli 051T07170007 saylı kredit müqaviləsi üzrə İddiaçı borcunun olmasına dair qeydin silinməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2017-ci il tarixli 051T07170007 saylı kredit müqaviləsi üzrə İddiaçı borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi öhdəliyi LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-3626/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3626/2024
03.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver