Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3684/2024 28.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə, İddiaçı Hüseynov Kərı̇ m Əhmədağa oğlunun cavabdeh İmanzadə Rəşı̇ d Qulu oğluna qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Hüseynov Kərı̇ m Əhmədağa oğlu cavabdeh İmanzadə Rəşı̇ d Qulu oğluna qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 151785 (yüz əlli bir min yeddi yüz səksən beş) manat məbləğində dəymiş maddi zərərin, 20.000 (iyirmi min) manat mənəvi zərərin, 462,30 manat dövlət rüsumunun və 320 manat vəkilə ödənilmiş vəsaitin alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər C.İ.Hüseynovun sədrliyi ilə, E.H.İsmayılov və S.İ.Əliyevdən ibarət tərkibdə) 23 noyabr 2022-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq dələduzluqla ələ keçirərək qaçaqmalçılıq yolu ilə ölkədən çıxarmaqla İddiaçı külli miqdarda zərər vurduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.3,188.1, 32.3,188.2, 206.3.1, 206.3.2, 32.3,222-2.1, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək ona qəti olaraq 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-516/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə həmin hökm qüvvədə saxlanılmaqla qüvvəyə minmişdir. İddiaçı banka olan öhdəliyini vaxtından əvvəl tamamilə ödəmək üçün mülkiyyətində olan ‘'Lexus” LX 570 markalı JTJHY00W304103094 ban nömrəli, 2012-ci il buraxılışlı **- RO-*** dövlət qeydiyyat nömrəli avtomaşını 2014-cü ilin sentyabr ayında Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən, X10 tərəfindən istifadə edilən “MİR” avtosalonunda 100000 (yüz min) ABŞ dollarına satışa qoymuşdur. Razılığa əsasən X1 həyata keçirmək üçün etibarnamə vermişdir. Onunla birlikdə Bank "xxxx" ASC-nin “Premium” Filialına getmiş, «Lexus” LX 570 markalı JTJHY00W304103094 ban nömrəli, 2012-ci il buraxılışlı, **-RO-*** nömrəli dövlət qeydiyyatlı avtomaşın “MİR” avtosalonunda satışa qoyduğunu bildirərək həmin nömrənin avtomobilin üzərindən çıxarılması üçün DYP-yə məktub vermələrini xahiş etmiş, bank tərəfindən məktub vermiş və maşının nömrəsi dəyişdirilərək **-VD-*** olmuşdur. Avtosalon maşını 100000 ABŞ dollarına satıb, bankın borcunu və salaonun 2 faizini çıxmaqla qalan vəsaiti İddiaçı qaytarmalı idi. Lakin bir müddətdən sonra salondan bildirmişlər ki, bir alıcı, hökmlə şəxsiyyəti müəyyən edilmiş Cavabdehgələrək maşını almaq istədiyini bildirmiş və maşını həyətdə sürərək yoxlamaq adı ilə sürüb aparmış və qaytarmamışdır Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli hökmünə əsasən məhkum edilmiş Cavabdeh qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Bakı şəhərində yerləşən müxtəlif banklarda girov qoyulmuş avtomobilləri ucuz qiymətə alıb ölkədən çıxarmaqla Rusiya Federasiyasında satışını təşkil etmək barədə razılığa gələrək İddiaçı məxsus Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Premium” filialı ilə bağlanılmış AKL-008/12P nömrəli kredit müqaviləsinin təminatı olaraq banka girov qoyulmuş 70.000 manat dəyərində həmin vaxtın manatın dollara olan məzənnəsinə əsasən 89285 (səksən doqquz min iki yüz səksən beş) ABŞ dolları 2012-ci il buraxılışlı “Lexus LX 570” markalı 10-VD570 dövlət qeydiyyat nişanlı avtomobili almaq adı altında oğurlayaraq Rusiya Fedarasiyasına keçirərək satmaqla iddiaçıya küllü miqdarda zərər vurduğu öz təsdiqini tapmışdır. Bundan başqa İddiaçı qeyd edilən nəqliyyat vasitəsini satışa çıxaran günədək Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında öhdəliklərini vaxtlı vaxtında icra etmiş və 6 ay öhdəliklər üçün öncədən ödəniş etdiyindən 6 ay ərzində nəqliyyat vasitəsinin oğurlanmasından xəbərsiz olmuşdur. 6 aydan sonra Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ödəniş edilmədiyi üçün İddiaçı qarşı iddia qaldırmışdır. Bakı Apellyasiya Məhkəməsinin 17 dekabr 2016-cı il tarixli 2(103)-8469/2016 saylı qətnaməsi ilə, İddiaçı 58463,22 manat əsas borc, 6460, 20 faiz borcu, 300 manat cərimə olmaqla, cəmi 65223, 42 manat məbləğinin və 29,2 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı Bank “BTB"ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı qətnaməni icra edə bilmədiyi üçün "BTB” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər İddiaçı və X4 qarşı “ər arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh X3 adına qeydiyyata alınmış və hazırda mülkiyyətində olan Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 272 d nömrəli ev və Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 16A nömrəli evin 5 nömrəli mənzilin İddiaçı və X6rasında paylara bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6586/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı əmlakına yönəldilməsi məqsədilə Cavabdehlərin birgə nikah dövründə əldə etdikləri və cavabdeh X3 adına qeydiyyata alınmış Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 272 d nömrəli ev və Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 16A nömrəli evin 5 nömrəli mənzili İddiaçı və X9 arasında payları bərabər olmaqla bölünmüş, onların hər birinin payı 1/2 (ikidə bir) hissədə müəyyən edilmişdir. Göründüyü kimi İddiaçı məxsus ‘'Lexus” LX 570 markalı JTJHY00W304103094 ban nömrəli, 2012-ci il buraxılışlı avtomaşın 2014-cü il tarixində oğurlanmışdır. Yəni 2 illik buraxılışı olan ‘'Lexus” LX 570 markalı avtomaşının dəyəri həmin vaxt 100.000 ABŞ dollarından baha idi. İddiaçı "BTB” Açıq Səhmdar Cəmiyyətində avtomobilin 70 %-i dəyərində kreditlə yüklü etmişdir. Yəni avtomobilin 30 %-i öncədən ödənilmişdir. Eyni zamanda 2 ilə yaxın aylıq kreditlər ödənilmişdir. Göründüyü kimi cavabdeh X18 İddiaçı 2014-cü ildə 70.000 : 0.78.4 (manatın həmin vaxt dollara münasibətdə məzənnəsi) = 89285,72 ABŞ dollar x1,7 (manatın hazırkı vaxtda dollara münasibətdə məzənnəsi) = 151785 (yüz əlli bir min yeddi yüz səksən beş) manat zərər vurmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı Hüseynov Kərı̇ m Əhmədağa oğlunun nümayəndəsi və vəkili Vəkil1 məhkəmənin əvvəlki iclasında iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İmanzadə Rəşı̇ d Qulu oğlunun nümayəndəsi və vəkili Vəkil2 məhkəmənin əvvəlki iclasında iddianı qəbul etməyərək, rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1102/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.3,188.1, 32.3,188.2, 206.3.1, 206.3.2, 32.3,222-2.1, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətinə, Cinayət Məcəlləsinin 32.3,188.1-ci maddəsi ilə 1 (bir) il müddətinə, Cinayət Məcəlləsinin 32.3,188.2-ci maddəsi ilə 2 (iki) il müddətinə, Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.3,222-2.1-ci maddəsi ilə 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə Cavabdeh cəza təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən Cavabdeh təyin edilmiş azadlıqdan məhrum etmə növündə əsas və müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 may 2014-cü il tarixli hökmü ilə Cavabdeh təyin edilmiş 7 il müddətə azadlıqdan məhrumetmə cəzasına tətbiq olunan 2 (iki) il sınaq müddəti ilə şərti məhkum etmənin ləğv edilməsi, Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən Cavabdeh hazırkı hökmlə təyin olunan 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına Bakı Ağır cinayətlər Məhkəməsinin 16 may 2014-cü il tarixli hökmü üzrə təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası qismən birləşdirilsin və cəza çəkməsi üçün Cavabdeh qəti olaraq 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Cavabdeh məhkəməyədək icraat mərhələsində 18 noyabr 2021-ci il tarixdən 20 noyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı 2 (iki) günün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılması və cəza çəkməsi üçün üzərində qəti olaraq 9 (doqquz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Cavabdeh ona təyin olunan cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, Cavabdeh cəza çəkməsinin əvvəlinin 04 fevral 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-7758/2019 saylı qətnaməsinə əsasən, Hüseynov Kərı̇ m Əhmədağa oğlunun X2 avtomobilin dəyəri olaraq 100.000 ABŞ dolları pul məbləği, cavabdeh Bank BTB Acıq Səhmdar Cəmiyyətindən 10000 manat dəymiş zərərin tutularaq ona ödənilməsi barədə iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-1430/2021 nömrəli qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3884/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-7758/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair) qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı Hüseynov Kərı̇ m Əhmədağa oğlu iddia ərizəsinin verilməsinə görə 463 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı Hüseynov Kərı̇ m Əhmədağa oğlu hüquqi yardımın göstərilməsi ilə əlaqədar 320 manat ödəniş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 7.0.36-cı maddəsinə əsasən zərər — cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş mənəvi, fiziki və ya maddi ziyandır; 180.2-ci maddəsinə əsasən Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarı Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfındən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarının 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ya yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və sair), habelə işin diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, tərəflərin nümayəndələrini dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki iş materialları ilə müəyyən olunur ki təqsirləndirilən şəxs Cavabdeh özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq dələduzluqla ələ keçirərək qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmasını təmin etmək məqsədi ilə tanışları Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 may 2017-ci il və 10 iyun 2019-cu il tarixli tarixli hökmlərinə əsasən məhkum edilmiş X22, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2019-cu il tarixli hökmünə əsasən məhkum edilmiş X15, həmçinin X14 və şəxsiyyətləri araşdırılmaqda davam etdirilən qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Bakı şəhərində yerləşən müxtəlif banklarda girov qoyulmuş avtomobilləri ucuz qiymətə alıb ölkədən çıxarmaqla Rusiya Federasiyasında satışını təşkil etmək barədə razılığa gələrək İddiaçı tərəfindən Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Premium” filialı ilə bağlanılmış AKL-008/12P nömrəli kredit müqaviləsinin təminatı olaraq banka girov qoyulmuş 70.000 manat dəyərində 2012-ci il buraxılışlı “Lexus LX 570” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı tərəfindən Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən “Mir” avtomobil satış mərkəzinə satışa qoyulması barədə məlumat əldə edib İddiaçı etibarnamə üzrə təmsil etmək hüququna malik cinayətə aidiyyəti olmayan “Mir” avtomobil satış mərkəzində satıcı işləyən X5 həmin dövrün məzənnəsi ilə 22355,4 manat təşkil edən 28500 ABŞ dollarını ödəyərək İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Premium” filialından götürdüyü 88032 manat kreditin qalıq məbləğini bir ay müddətində banka ödəyəcəklərinə inandırmaqla aldadıb Qismət Əhədova Bakı şəhəri 19 saylı notariat kontorunda İddiaçı tərəfindən etibar edilmiş səlahiyyətlərin başqa şəxsə verilməsi də istisna edilməməklə daşınmaz əmlakdan başqa bütün əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və digər hüquqların 17 sentyabr 2014cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24a ünvanında yerləşən ünvan 2 X12 verilməsinə nail olaraq avtomobili etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib zərərçəkmiş şəxs İddiaçı 70.000 manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etdikdən sonra cinayətkar niyyətlərini davam etdirib avtomobili əvvəlcədən aralarında olan razılaşmaya əsasən cinayətin digər iştirakçısı Anar Əliyevə təhvil vermiş, Anar Əliyev də öz növbəsində hmin avtomobili Azərbaycan Respublikası ərazisindən kənara qaçaqmalçılıq yolu ilə çıxarmaq məqsədi ilə 25 sentyabr 2014-cü il tarixdə tanışı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin “Sərhəddə icazə blankların verilməsinə nəzarət” şöbəsinin baş müfəttişi vəzifəsində işləyən X7 xidmətdə olduğu Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun nəqliyyat ixrac xəttində gömrük nəzarətindən keçən avtomobillərin sıxlığına görə sənədləri təqdim etmədən növbədən kənar rəsmiləşdirmə aparmasını xahiş edib avtomobilin öz mülkiyyətində olması barədə yalan məlumatları verərək vəzifəli şəxs Arif Rzayevin qulluq mənafeyi tələb etdiyi halda gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən nəqliyyat vasitələrinin sənədlərini yoxlamaq və digər qulluq səlahiyyətlərindən istifadə etməyərək avtomobilin sənədlərini tələb edib yoxlama aparmadan elektron imza kartı ilə 25 sentyabr 2014-cü il tarixdə saat 02:52 dəqiqədə Dövlət Gömrük Komitəsinin “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursuna həmin məlumatları yalan olduqlarını bilmədən daxil etməklə avtomobili Anar Əliyevin adına “müvəqqəti ixrac” gömrük prosedurunda rəsmiləşdirərək vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona verdiyi qeydiyyat kodu əsasında avtomobili həmin tarixdə və saatda Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan istiqamətinə Azərbaycan Respublikası gömrük sərhədindən sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə xeyli miqdarda keçirib qaçaqmalçılıq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.3,188.1, 32.3,188.2, 206.3.1, 206.3.2, 32.3,222-2.1, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək ona qəti olaraq 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-516/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanılmışdır. Hökmün məzmununda olan iddiaçının zərərçəkmiş şəxs qismində verdiyi ifadəsindən görünür ki, 2012-ci ilin sentyabr ayında özü üçün “Lexus Bakı Mərkəzindən” “Lexus 570” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Həmin vaxt avtomobili "xxxx" Açıq Səhmdar Cəmiyyətinə girov qoyaraq aylıq 2265 manatdan ödəmək şərtilə həmin avtomobili almışdır. 2014-cü ilin sentyabr ayında avtomobili satmaq qərarına gəlmiş, bu məqsədlə avtomobili əvvəlcədən tanıdığı Bakı şəhərində “Mir” avtomobil satış salonunda işləyən X8 yanına aparmış və orada satışa qoymuşdur, həmin vaxt sentyabr ayının bank ödənişi olan 2265 manatı da ödəmişdir. Bundan başqa avtomobilin texniki pasportunu, səlahiyyətlərini həyata keçirmək üçün Qismət Əhədova etibarnamə vermişdir. 17 sentyabr 2014-cü il tarixdə Qismət Əhədov ona zəng edərək avtomobili ilkin ödəniş 28000 ABŞ dollarına satdığını, həmin pulun avtomobili alan müştəri tərəfindən ödənildiyini, qalan 58500 manat pulu isə avtomobili alan Rövşən İslamov tərəfindən bir ay müddətində banka ödəniləcəyini bildirdi. O da razılaşıb gedib həmin pulu götürmüşdür. 2015-ci ilin yanvar ayında bankdan onun mobil telefonuna zəng olunmuş, heç bir bank ödənişinin həyata keçirilmədiyi bildirilmişdir. Bundan sonra Rövşən İslamovla əlaqə saxlamaq istəsə də, onu tapa bilməmiş, sonradan maraqlanan zaman isə X22 tərəfindən avtomobilin ölkədən qanunsuz yollarla çıxarıldığı ona məlum olmuşdur. Bundan əvvəl, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(088)- 10/2017 nömrəli hökmü ilə X22 CM-in 206.3.1 və 206.3.2-ci maddələri ilə təqsirli bilinərək, 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, tutulduğu, həbsdə və ev dustaqlığında saxlandığı 1 il 9 ay 7 gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 il 2 ay 23 gün azadlıqdan məhrum etmə cəzası saxlanılaraq, CM-nin 70-ci maddəsinə əsasən cəzasının 2 il sınaq müddəti ilə şərti hesab edilməsi, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, X16 isə CM-nin 308.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd olunan hökmlə müəyyən olunur ki, X22 qabaqcadan əlbir olan bir qrup halında İddiaçı mülkiyyətindən olan, Bank "xxxx" ASC-də ipoteka ilə yüklü edilmiş, 70.000 manat dəyərində “Lexus LX570” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomaşını Azərbaycan Respublikası ərazisindən qaçaqmalçılıq yolu ilə çıxarmaq məqsədi ilə xx.xx.2014-cü il tarixdə tanışı - Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin “Sərhəddə icazə blanklarının verilməsinə nəzarət” şöbəsinin baş müfəttişi vəzifəsində işləyən X7 xidmətdə olduğu “Sınıq körpü” gömrük postununu nəqliyyat ixrac xəttində gömrük nəzarətindən keçən avtomaşınların sıxlığını görə sənədləri təqdim etmədən növbədən kənar rəsmiləşdirmə aparmasını xahiş edib avtomaşının öz mülkiyyətində olması barədə yalan məlumatları verərək vəzifəli şəxs – Arif Rzayevin qulluq mənafeyi tələb etdiyi halda gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən nəqliyyat vasitələrinin sənədlərini yoxlamaq və digər qulluq səlahiyyətlərindən istifadə etməyərək avtomaşının sənədlərini tələb edib yoxlamadan elektron imza kartı ilə informasiya resursuna həmin məlumatların yalan olduqlarını bilmədən daxil etməklə avtomaşının onun adına “müvəqqəti ixrac” gömrük prosüdurunda rəsmiləşdirərək vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona verdiyi qeydiyyat kodu əsasında avtomaşını həmin tarixdə gömrük postunda avtomaşını Gürcüstan istiqamətinə Azərbaycan Respublikası gömrük sərhədindən sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə külli miqdarda keçirib qaçaqmalçılıq etmişdir. Beləliklə, cinayət işləri üzrə, İddiaçı məxsus ‘'Lexus” LX 570 markalı 2012-ci il buraxılışlı nəqliyyat vasitəsinin dəyərinin 70.000 manat olması müəyyən edilmiş (iddiaçının 70.000 manatı 2014-cü ildə dollara çevirib, daha sonra hazırkı vaxtda dollara münasibətdə məzənnəsini tələb etməsinə baxmayaraq), yol verdiyi qanunsuz əməllərə görə iddiaçıya ziyan vuran şəxslər X22, X16, Cavabdeh və digərləri cinayət məsuliyyətinə cəlb edilmiş, iddiaçı isə aparılan cinayət işləri üzrə zərərçəkmiş şəxs qismində cəlb edilmişdir. 70.000 manat məbləğində ziyan vurulmasına dair əməldə X22, X16 və Cavabdeh faktiki olaraq iştirak etmişlər. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(088)-10/2017 nömrəli hökmü ilə məhkum edilmiş X22, X16 və Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli hökmü ilə məhkum edilmiş və hazırkı iş üzrə cavabdeh olan Cavabdeh tərəfindən iddiaçıya 70000 manat məbləğində maddi ziyan vurulması cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə təsdiq edilir. Göründüyü kimi Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 1(101)-1102/2022 nömrəli məhkəmə aktı qanuni qüvvəsini almış və hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyır. İşdə olan məhkəmə aktları ilə həmçinin müəyyən edilmişdir ki, 70000 manatın 22.355,4 manatı (28000 ABŞ dolları) Cavabdeh tərəfindən “Mir” avtosalonunun işçisi X5 verilmiş və sonuncu tərəfindən iddiaçıya verilməmişdir. İddiaçı X5 qarşı avtomobilin dəyəri olaraq 100.000 ABŞ dollarının ona ödənilməsinə dair məhkəmədə iddia qaldırmış, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-7758/2019 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Daha sonra İddiaçı Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(088)-10/2017 nömrəli hökmü ilə məhkum edilmiş şəxslər X22, X11, habelə "xxxx" MMCyə (“Mir” avtosalonu) qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 100.000 ABŞ dolları avtomobilin dəyəri, 30.000 ABŞ dolları məbləğində dəymiş maddi zərər olmaqla, 10.000 ABŞ dolları dəymiş mənəvi zərər olmaqla, cəmi 140.000 ABŞ dolları məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)- 6082/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən 47.600 manat məbləğində pul vəsaitinin (qətnamə çıxarılan tarixə 28.000 ABŞ dollarının Azərbaycan manatının məzənnəsinə uyğun olan məbləği) tutularaq İddiaçı verilməsi, cavabdehlər X22 və X7 22.400 manat, eləcə də, mənəvi zərərin əvəzi olaraq 2.000 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq İddiaçı verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-cü il tarixli 2(103)-2502/2022 nömrəli qətnaməsinə əsasən, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)- 6082/2021 nömrəli qətnaməsi cavabdeh "xxxx" MMC-yə münasibətdə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)-5192/2022 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-cü il tarixli 2(103)-2502/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-124/2024 nömrəli qətnaməsi ilə (Ramil Mehdiyev və Rəşad İmanzadə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) İddiaçı və cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətləri qismən təmin olunmuş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-6082/2021 nömrəli qətnaməsi qismən – cavabdeh "xxxx" MMC-dən pulun tutulması ilə bağlı hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia tələbi təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)- 6082/2021 nömrəli qətnaməsi cavabdehlər X22 və X7 avtomobilin dəyərinə və mənəvi zərərə görə tutulan məbləğlə bağlı hissədə dəyişdirilmiş, cavabdehlər X22 və X7 nəqliyyat vasitəsinin dəyərinə görə 47.644,6 manat və mənəvi zərərə görə 5.000 manat məbləğində pulun müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, qətnamənin iddiaçı tərəfindən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(102)-2161/2024 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-124/2024 nömrəli iş üzrə 5 fevral 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi ziyanın vurulmasında məhkum olunan şəxslərin hər birinin payı məhkəmə hökmləri ilə müəyyən edilməmişdir. Bu səbəbdən vurulmuş ziyan məbləğinə münasibətdə cavabdehlərə fərdi yanaşılmayaraq X22 və X7 47,644,6 manatın (70000- 22.355,4=47,644,6 manat) müştərək qaydada tutulması qət edilmiş, 22.355,4 manata (qətnamə çıxarılan tarixə 28000 ABŞ dollarının Azərbaycan manatının məzənnəsinə uyğun olan məbləği) münasibətdə isə "xxxx" MMC-yə qarşı İddiaçı iddiası iddia müddəti tətbiq edilməklə təmin edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş 70000 manat ziyan məbləğindən 47,644,6 manat hissəsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdehlər X22 və X7 müştərək qaydada tutulub iddiaçıya ödənildiyindən, həmin hissədə iddia rədd edilməlidir. Belə ki, İddiaçı ona vurulmuş ziyanın bir qismini artıq almış və yenidən eyni məbləği digər ziyan vurandan – Cavabdeh tələb edir ki, bu da məhkəmə tərəfindən hüquqdan suiistifadə kimi qiymətləndirilir. Həmçinin vurulmuş ziyanın 70000 manat müəyyən edilməsinə baxmayaraq, iddia tələbində iddiaçının 70.000 manatı 2014-cü ildə dollara çevirib, daha sonra hazırkı vaxtda dollara münasibətdə məzənnəsini -151.785 manat tələb etməsi bu qənaətə gəlməyə əsas verir. Halbuki Bakı Apellyasiya Məhkəməsindəki müvafiq icraat zamanı Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli hökmü qüvvəyə mindikdən sonra hazırkı Cavabdeh həmin iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş, iddiaçı həmin icraat çərçivəsində Cavabdeh kimi göstərməklə ondan ziyanı tələb etmək imkanına malik olsa da, bunu etməmiş, məhkəmə qətnaməsində də iddiaçıya qarşı cinayət əməlinin tək cavabdehlər X22 və X16 tərəfindən deyil, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər tərəfindən törədildiyi, bununla belə iddiaçının öz arzusu ilə ona qarşı cinayət əməlini törətmiş istənilən şəxsdən (borcludan) həm tam, həm də hissə-hissə icranı tələb edə bilməsi göstərilmişdir. Yəni, qeyd edildiyi kimi iddiaçı ziyanın bir qismini (47,644,6 manat hissəsini) almış və yenidən eyni ziyanı başqa şəxsi cavadeh kimi göstərməklə (həmin cavabdehin -Cavabdeh iddiaçıya maddi ziyan vurduğunun təsdiq olunmasına baxmayaraq) tələb etməsi yolverilməzdir və iddiaçının əsassız varlanması ilə nəticələnər. Azərbaycan Respublikası Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə 70000 manat maddi ziyanın 22.355,4 manat hissəsinə (qətnamə çıxarılan tarixə 28000 ABŞ dollarının Azərbaycan manatının məzənnəsinə uyğun olan məbləği) münasibətdə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)- 124/2024 nömrəli qətnaməsində İddiaçı ilə "xxxx" MMC arasında sonuncunun işçisi Qismət Əhədov vasitəsilə bağlanmış şifahi tapşırıq müqaviləsindən irəli gələn münasibətlərin olduğu, nəqliyyat vasitəsinin dəyərinin bir hissəsini təşkil edən 28.500 ABŞ dolları məbləğində vəsaitin Qismət Əhədov tərəfindən götürüldüyü, lakin həmin vəsaitin iddiaçıya ödənildiyi və ya əvəzində digər nəqliyyat vasitəsinin verildiyi barədə MMC tərəfindən məhkəməyə hər hansı sübutların təqdim edilmədiyi göstərilmişdir. Beləliklə, MMC tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borclu olduğuna baxmayaraq bunu etməmişdir. Göründüyü kimi, hökmdə cavabdeh tərəfindən 70000 manat ziyan vurulması göstərilsə də, onun 22,355.4 manat hissəsi Cavabdeh tərəfindən "xxxx" MMC-nin işçisi Qismət Əhədova verildiyindən və həmin məbləğ məhz MMC tərəfindən iddiaçıya qaytarılmalı olduğundan (iddia müddəti tətbiq olunaraq iddia rədd edilmişdir) hazırkı icraat çərçivəsində göstərilən vəsaitin cavabdehdən tutulması istisna edilir, yəni, həmin məbləğə münasibətdə Cavabdeh deyildir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktından (Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılmış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)- 124/2024 nömrəli qətnaməsində), habelə işin obyektiv hallarından müəyyən edilir ki, hökmlə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərə və avtosalona qarşı pul tutulması ilə bağlı tələb irəli sürülsə də, həmin qətnamədə 22,355.4 manatın hökmlə məhkum edilmiş şəxslər tərəfindən deyil, məhz "xxxx" MMC (“Mir” avtosalonu) tərəfindən ödənilməli olmasına hüquqi qiymət verilmişdir. Ona görə həmin hissədə də iddianın rədd edilməsini məhkəmə məqsədəmüvafiq hesab edir. Mənəvi zərərlə bağlı məhkəmə qeyd edir ki, baş vermiş cinayət hadisəsi nəticəsində Cavabdeh təqsiri üzündən iddiaçının mənəvi sarsıntı keçirməsi istisna deyildir. Mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib hallar, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi, ona qarşı törədilən qanunsuz hərəkətin iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, habelə digər məhkəmə qətnaməsinə əsasən eyni halla bağlı iddiaçıya ona vurulmuş ziyana görə 5000 manat mənəvi zərərin əvəzinin ödənilməsi nəzərə alınaraq, Cavabdeh iddiaçının xeyrinə mənəvi zərərə görə 2500 manat pul vəsaitinin tutulması məqsədəuyğundur. Məhkəmə belə bir ümumi prinsipi də nəzərə çatdırır ki, tutulan mənəvi ziyanın məbləği bir tərəfi həddən artıq zənginləşdirməməli, digər tərəfi isə müflis etməməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, mənəvi zərərə görə 2500 manat Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi və iddiasında tələb etdiyi 462,30 manat dövlət rüsumunun 45 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, hüquqi xidmətlərin göstərilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 320 manatın 100 manat hissəsinin cavabdehdən tutulması işin hallarına uyğun olmaqla, ədalətli və ağlabatandır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Mənəvi zərərə görə 2500 (iki min beş yüz) manat, hüquqi xidmətlərin göstərilməsi üçün 100 (yüz) manat və ödənilmiş dövlət rüsumunun 45 (qırx beş) manat hissəsi, cəmi 2645 (iki min altı yüz qırx beş) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-3684/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3684/2024
28.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver