Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3699/2021 23.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı LPO «xxxx» ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı LPO «xxxx» ASC-nin cavabdehlər LPO «xxxx» ASC və Cavabdeh qarşı «ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi haqqında» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO «xxxx» ASC cavabdehlər LPO «xxxx» ASC və Cavabdeh qarşı «ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi haqqında» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1005 manat məbləğində sığorta ödənişinin, məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı daxil olmaqla, cəmi 1095.40 manat məbləğində pulun LPO «xxxx» ASC və Cavabdeh tutularaq iddiaçı LPO «xxxx» ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO «xxxx» ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizsəi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini məhkəməyə bildirməmişlər. Məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilənədək cavabdehlər LPO «xxxx» ASC və Cavabdeh sığorta pulunun ödənilməsinə dair rəsmi müraciət edilməmiş, hazırkı məsələ ilə bağlı tərəflər arasında mübahisənin yarandığını göstərən dəlillər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 mart 2011-ci il tarixli №3 saylı Qərarının 4.1-ci bəndinə əsasən bəzi kateqoriya işlər üçün mübahisənin qabaqcadan məhkəmədənkənar həll edilməsi qaydası müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə görə həmin əsasla ərizənin baxılmamış saxlanılmasına yalnız o hallarda yol verilir ki, bu ya qanunvericilikdə, yaxud da tərəflər arasında bağlanılmış müqavilə ilə həll edilmiş olur. Həmin qərarın 4.2-ci bəndinə görə məhkəmədənkənar həlli qaydası müəyyən edilmiş işlər üzrə ərizələr yalnız o hallarda baxılmamış saxlanıla bilər ki, həmin qaydanın tətbiq edilməsi imkanı itirilməmiş olsun. Əks halda ərizə baxılmamış saxlanılmalı deyil, Azərbaycan Respublikası MPM-nin 261.0.9-cu maddəsinə müvafiq olaraq işin icraatına xitam verilməlidir. Beləliklə məhkəmə yuxarıda sadalanan normaların tələblərini nəzərə alaraq hesab edir ki, hazırda tərəflər arasında olan mübahisənin məhkəmədənkənar həll edilməsi qaydası müəyyən edildiyindən və bu qaydanı tətbiq etmək imkanı itirilmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı LPO «xxxx» ASC-nin cavabdehlər LPO «xxxx» ASC və Cavabdeh qarşı «ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi haqqında» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-3699/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3699/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver