Məhkəmə qərarları › İş №e-2(006)-372/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-372/2023

10.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-372/2023 10.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə İddiaçı Nəsimi rayon Qəyyumluq və Himayəçilik Komissiyası, X3 və X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə Cavabdeh qarşı «övladlığa götürmənin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Nəsimi rayon Qəyyumluq və Himayəçilik Komissiyasını mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə Cavabdeh qarşı «övladlığa götürmənin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının anası X6 ilə iddiaçının bioloji atası-X4 birgə nikahından xx.xx.2002-ci il tarixdə iddiaçı doğulmuşdur. İddiaçıya doğum haqqında şəhadətnamə verilmiş, ata qrafasında X8 qeyd edilmişdir. Daha sonra iddiaçının valideynlərinin rəsmi nikahı xx.xx.2009-cu il tarixdə pozulmuşdur. Daha sonra iddiaçının anası hazırki Cavabdeh Ersin oğlu ilə xx.xx.2008-ci ildə rəsmi nikaha daxıl olaraq ailə qurmuşdur. Bundan sonra Yasaınal rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(004)- 6143/2010 saylı qətnaməsinə əsasən, iddiaçı anasının ikinci nikahında olan ərı - Cavabdeh Yunis oğlunun övladlığına verilmişdir. Belə ki, Cavabdeh Yunis oğlu ilə anası arasında rəsmi nikah və ailə münasibətləri pozulmuş, cavabdenlə heç vaxt ata-bala münasibətləri yaranmamışdır. İddiaçı övladlığın ləğvi və əvvəlki doğum akt qeydlərinin bərpa olunmasını şəxsi həyatı üçün zəruri hesab edir. Eyni zamanda iddiaçı tərəfin fikrinə əsasən cavabdeh də bu məsələyə - övladlığın ləğvinə etiraz etmir, övladlığın qalmasında israrlı deyil. Göstərilənlərə əsasən İddiaçı Cavabdeh övladlığına verilməsinin ləğv edilməsi, iddiaçının ilkin doğum akt qeydindəkı bütün məlumatların, o cümlədən ata qrafasında - X9 və ad hissəsində - ata yerində Davud Fuad oğlunun qeydin bərpa edilməsinə dair qətnamə qəbul qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçının nümayəndəsi və vəkili Vəkil Qorxmaz qızı ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının və iddiaçının nümayəndəsinin və vəkilin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Nəsimi rayon Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi, X3 və X8 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və müstəqil tələb irəli sürməyən 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Məhkəmə, mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş xx.xx.2002ci il tarixli doğum haqqında haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2002-ci il tarixdə 166 No ilə qeyd edilmişdir, ata qrafasında X8, ana qrafasında X3 göstərilmişdir.

7. İş materiallarında olan Yasamal rayon Məhkəməsinin 2(004)-6143/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2002-ci il təvəllüdlü X1 Qorxmaz Ernis oğlu tərəfindən övladlığa götürülmüş hesab edilməsi, X7 əvvəllər verilmiş şəhadətnamənin ləğv edilməsi və onun əvəzində doğum haqqında akt qeydində ata qrafalarında Cavabdeh yazılmaqla yeni şəhadətnamənin verilməsi, qətnamənin icrasının Bakı Nikah evinə həvalə edilməsi qət edilmişdir.

8. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli övladlığa götürmə (TƏKRAR) haqqında şəhadətnaməyə əsasən xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş X1 Qorxmaz Ernis oğlu və X6 tərəfindən övladlığa götürülmüş və ona «Heydərov» soyadı, «Davud» adı, «Qorxmaz oğlu» ata adı verilmişdir. Bu barədə övladlığa götürmə haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 03 № ilə qeyd edilmişdir.

9. İş materiallarında olan Səadət Sarayı Bakı nikah evi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli doğum haqqında haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2002-ci il tarixdə 166 No ilə qeyd edilmişdir, ata qrafasında Cavabdeh, ana qrafasında X3 göstərilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı - X8 ilə X2 birgə nikahdan xx.xx.2002-ci il tarixdə anadan olmuşdur. İddiaçının bioloji valideynlər arasında olan nikah xx.xx.2008-ci il tarixdə pozulmuş və iddiaçının anası Cavabdeh ilə xx.xx.2008ci ildə rəsmi nikaha daxil olmuşdur. Yasamal rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh Yunis oğlu tərəfindən övladlığa götürülmüşdür. Hazırda iddiaçı cavabdehlə ata-bala münasibətləri yaranmamasını iddia edərək, övladlığa götürmənin ləğv edilməsini xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 11.Məhkəmə ilk növbədə qeyd edir ki, qanunvericilikdə övladlığa götürmənin ləğv edilməsi ilə bağlı işlərə baxarkən qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakının zəruriliyi nəzərdə tutulmuş, lakin həmin kateqoriya işlərə baxılması zamanı komissiyanın müvafiq rəyinin alınması nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə işin faktiki hallarını araşdıraraq və onlara hüquqi qiymət verərək iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir.

12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 131.1-ci maddəsinə əsasən övladlığa götürmənin ləğv olunması məhkəmə qaydasında həyata keçirilir. Övladlığa götürmənin ləğv olunması barədə işə müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə baxılır (maddə 131.2). Məhkəmənin övladlığa götürmənin ləğv etmək haqqında qətnaməsinin qüvvəyə mindiyi gündən övladlığa götürməyə xitam verilir (maddə 131.3).

13. Həmin Məcəllənin 135-ci maddəsinə əsasən uşaq yetkinlik yaşına çatdıqda övladlığa götürmənin ləğvinə yol verilmir. Lakin övladlığa götürən, övladlığa götürülən və övladlığa götürülənin valideynləri (valideynlər sağdırsa, valideynlik hüquqlarından məhrum olunmamışdırsa, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməmişdirsə) arasında qarşılıqlı razılığa əsasən övladlığa götürmənin ləğvinə yol verilir.

14. Göstərilən Məcəllənin 134.10-cü maddəsinə əsasən məhkəmə uşağa övladlığa götürülərkən verilən ad və soyadın saxlanıb-saxlanılmamasını bu Məcəllənin 125.3-cü maddəsi ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla həll edir.

15. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən övladlığa götürülən 10 yaşına çatmış uşağın soyadı, ata adı, habelə öz adı bu Məcəllənin 124.6-cı maddəsində nəzərdə tutulmuş hallardan başqa, yalnız onun razılığı ilə dəyişdirilə bilər. Övladlığa götürülən 7 yaşına çatmış uşağın soyadı, ata adı, habelə öz adının dəyişdirilməsi barədə fikri öyrənilir.

16. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə xx.xx.2002-ci il təvəllüdlü X9 ögey ata Cavabdeh tərəfindən övladlığa götürülmüş və uşaq övladlığa götürüldükdən sonra ona yeni doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə uşağın ata və ana qrafasında müvafiq dəyişiklik edilərək, ata qrafasında Cavabdeh və ana qrafasında X3 göstərilmişdir.

17. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının anası ilə Cavabdeh arasında rəsmi nikah və ailə münasibətləri pozulmuş, xx.xx.2002-ci il təvəllüdlü Davud cavabdeh övladlığa götürülməsinə baxmayaraq, Cavabdehla ata-bala münasibətləri yaranmamışdır.

18. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən övladlığa götürüldükdən sonra, o, övladlığa götürənlə birlikdə yaşayıb ona uyğunlaşa bilmədiyindən, iddiaçı yetknlik yaşına çatdığından, həmçinin həm övladlığa götürən, həm iddiaçının əvvəlki valideynləri övladlığa götürmənin ləğvini istədiyindən (iddiaçının nümayəndəsi və vəkilinin məhkəmənin əvvəlki iclasında vermiş olduğu izahata əsasən), iddiaçı ilə cavabdeh arasında ümumiyyətlə ata-övlad münasibəti olmadığından, iddiaçı övladlığa götürmənin ləğv edilməsi barədə iddia tələbi irəli sürməkdə tam haqlı olmuşdur.

19. Bu səbəbdən məhkəmə hesab edir ki övladlığa götürmənin ləğv edilməsi qanunvericiliyin tələbləri uyğun olduğundan, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir.

20. AR MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

21. Məhkəmə həmçinin hesab edir ki, övladlığa götürmənin dövlət qeydiyyatı Səbail rayon Qeydiyyat Şöbəsində aparıldığından, övladlığa götürmənin ləğv edilməsi həmin qeydiyyat şöbəsində aparılmalıdır.

22. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 131.4-cü maddəsinə əsasən övladlığa götürmənin ləğv olunması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

23. Məhkəmə eyni zamanda hesab edir ki, övladlığa götürmə ləğv edildiyindən, övladlığa götürən valideynlərin uşaq barəsində hüquq və vəzifələrinə xitam verilməli, uşağın əvvəlki valideynlərinin hüquq və vəzifələri, uşaq əvvəlki valideynlərinə qaytarılmalı, həmçinin uşağın əvvəlki adı, soyadı və ata adı da bərpa edilməlidir.

24. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 134.7-ci maddəsinə əsasən məhkəmə övladlığa götürülməni ləğv etdikdə, övladlığa götürülmüş uşağın və övladlığa götürənlərin (onların qohumlarının) qarşılıqlı hüquq və vəzifələrinə xitam verilir. Uşağın mənafeyi bunu tələb edərsə, onunla valideynləri (onun qohumları) arasında qarşılıqlı hüquq və vəzifələr bərpa olunur.

25. Həmin Məcəllənin 134.8-ci maddəsinə əsasən övladlığa götürmə ləğv olunduqda, uşaq məhkəmənin qətnaməsi ilə valideynlərə qaytarılır.

26. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Yasamal rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(004)-6143/2010 saylı qətnaməsi ilə müəyyən edilərək xx.xx.2011ci il tarixdə Yasamal Rayon qeydiyyat Şöbəsi tərəfindən X9 barəsində verilmiş övladlığa götürmə haqqında şəhadətnamədəki məlumatlar ləğv edilməli və övladlığa götürülənin doğumu haqqında akt qeydində övladlığa götürmədən əvvəl olmuş bütün ilkin məlumat bərpa edilməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Yasamal rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(004)-6143/2010 saylı qətnaməsi ilə müəyyən edilərək xx.xx.2011-ci il tarixdə Yasamal Rayon qeydiyyat Şöbəsi tərəfindən X9 barəsində verilmiş övladlığa götürmə haqqında şəhadətnamədəki məlumatlar ləğv edilsin. Övladlığa götürülənin doğumu haqqında akt qeydində (həmçinin xx.xx.2018-ci il tarixli AZ İİİ No 615743 saylı Saədət Sarayı tərəfindən İddiaçı verilmiş sonuncu doğum haqqında şəhadətnamə nəzərə alınmaqla- "Musabəyov" soyadı saxlanılmaqla) övladlığa götürmədən əvvəl olmuş bütün ilkin məlumatlar bərpa edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar