Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3735/2022 17.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Nəsimi Rayon Məhkəməsi Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X40 oğlunun katibliyi, İddiaçı nümayəndələri X19, X7, cavabdehlər X15, X10 nümayəndəsi və vəkili Vəkil2, X2 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı cavabdehlər X4, X32, Cavabdeh1, X16, X11, X20, X21, X5, X25 və X22 qarşı "ödənilməmiş kommunal xərclərinin ödənilməsi tələbi"nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Hümbətov Firdovsi Cəmiyyət oğluna, X4, X32, Cavabdeh1, X16, X20, X21, X5, X25, X22 və Cavabdeh2 qarşı "ödənilməmiş kommunal xərclərinin ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı müstəqil təsərrüffat subyekti olmaqla ünvan 1 ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır və öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında və öz Nizamnaməsinə uyğun həyata keçirir. Cəmiyyətin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binaların ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə sərəncam verilməsini tələb etməkdən, bu Nizamnaməsində nəzərdə tutulmuş məqsədlərinin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. Cəmiyyətin hüquq və öhdəlikləri sırasına həmçinin, xidmət dairəsinə daxil olan çoxmənzilli binaların idarə edilməsi, ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi və cəmiyyət üzvlərinin maraqlarının digər formada həyata keçirməsi illik gəlir və xərclərin smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən edilməsi daxildir. Bu vəzifələr, hal-hazırda xidmətin balansına keçirilmiş binaları inşa etmiş və xidmət göstərmiş tikinti şirkəti tərəfindən xx.xx.2017-ci il tarixdən cəmiyyət qeydiyyata alındıqdan sonra başlayaraq cəmiyyətin balansına keçmişdir və cəmiyyət olaraq tərəflərindən həyata keçirilir. Xidmət göstərdikləri kompleksin sakinlərinin böyük əksəriyyəti İddiaçı idarə heyətinin idarəçilik və kommunal xərclərlə bağlı ödəniş tələblərinə vaxtlı-vaxtında əməl edirlər. Təəssüf ki, cavabdehlər qismində cəlb edilmiş mülkiyyət sahibləri kommunal xərclərin ödənilməsindən müxtəlif bəhanələrlə yayınırlar. Dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, öz mülkiyyət paylarına uyğun onlara təqdim edilmiş ödəniş tələblərini ödəməkdən boyun qaçırırlar. Göstərilənlərə əsasən cavabdehlər Hümbətov Firdovsi Cəmiyyət oğlundan 2780 manat, X1 3277 manat, X26 1273 manat, Cavabdeh1 3741 manat, X8 3442 manat, X6 1404 manat, X12 3212 manat, X13 3918 manat, X3 3816 manat, X17 2602 manat, X9 629 manat, Cavabdeh2 325 manat və ödənilmiş 200 manat dövlət rüsumunun iddia tələbinin məbləğlərindən asılı olaraq, proporsional qaydada cavabdehlərin hər birindən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi tərəfindən iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, cavabdehlər X1 3277 manat, X26 1273 manat, Cavabdeh1 3741 manat, X8 3442 manat, X6 1404 manat, X12 3212 manat, X13 3918 manat, X3 3816 manat, X17 2602 manat, X9 429 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndələri X33 və X23 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh X28 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, o, kommunal borcları ödəməkdən imtina etmir. Həmin bina onun da üzv olduğu "xxxx" MTK tərəfindən tikilib və idarə olunub. Daha sonra, 2017-ci ildə binanın idarəetməsi sakinlərə təhvil verilib. Bütün problemlər bundan sonra başlayıb. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X10 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, L.Mustafayeva Cəmiyyətin üzvü deyildir. Bu səbəbdən üzvlük haqqını və digər ödənişləri ödəməyə borclu deyildir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, ərizə təqdim edərək, 3 illik iddia müddətinin ötürüldüyünü bildirmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər X37, Cavabdeh1, X24, X29, X14, X34 və X30 məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" MTK Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən 215a saylı hündürmərtəbəli binaya xidmət göstərən qazanxana və onun qaz xəttinin üzərində quraşdırılmış 010748 kodlu qaz sayğacını mövcud vəziyyətdə İddiaçı MMMC-nin xidməti balansına təhvil vermişdir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş arayışdan görünür ki, həqiqətən MMMC-də 2017-2021-ci illər üçün tarif yaşamayanlar və mərkəzi qazanxanaya qoşulmayanların borcu hər kv.m 0,40 manat=40 qəpik, mərkəzi istilik sisteminə qoşulanların borcu hər kv.m 0,60 manat=60 qəpik, mərkəzi isti su ilə təmin olunanların borcu hər kv.m 0,80 manat=80 qəpik, 2021-ci ilin mart ayından yaşamayanlar və qazanxana sisteminə qoşulmayanların borcu hər kv.m 0,50 manat=50 qəpik, mərkəzi istilik sisteminə qoşulanların borcu hər kv.m 0,70 manat=70 qəpik, mərkəzi isti su ilə təmin olunanların borcu hər kv.m 0,90 manat=90 qəpik təşkil edib. Əsaslandırıcı hissə: Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı idarəedici təşkilat olaraq ünvan 1 ünvanında yerləşən yaşayış binasına kommunal xidmətlərin göstərilməsini əsas götürərək, cavabdehlərdən (həmin binada yaşayan sakinlər) kommunal xidmət haqlarını tələb edir. Həmin tələblə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.2 və 135.2.3-cü maddələrinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün- mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. Həmin Məcəllənin 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq və kommunal xidmətlərə görə haqqdan ibarətdir. Eyni Məcəllənin 136.3-cü və 136.4-cü maddələrinə əsasən yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdr ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Göstərilən Məcəllənin 138.1-ci maddəsinə əsasən yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir. Eyni Məcəllənin 138.4-cü və 138.5-ci maddələrinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin bu Məcəllənin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Göstərilən Məcəllənin 140.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Həmçinin, göstərilən Məcəllənin 140.3-cü maddəsinə əsasən əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Mənzil Məcəlləsinin 141.6-cı maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla bu Məcəllənin 141-1.2-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur. Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Məcəllənin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Mənzil Məcəlləsinin 137.5-ci maddəsində qeyd edilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. "Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli Qərarı dövlət və ictimai mənzil fondu evlərinə şamil olunur. Özəl mülkiyyətdə olan çoxmənzilli binanın mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqqın miqdarı isə Nazirlər Kabinetinin, yaxud Tarif Şurası tərəfindən müəyyənləşdirilmiş tariflərlə tənzimlənmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bundan əlavə, Cavabdeh1 iş üzrə 3 illik iddia müddətinin tətbiq olunması barədə verdiyi ərizəyə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, həmin ərizə təmin olunmamalıdır. Belə ki, iddianın predmeti vaxtaşırı ödənişləri təşkil edən kommunal xidmət haqlarının ödənilməsindən ibarətdir. İşdən göründüyü kimi Cavabdeh1 kommunal xidmət haqlarını iddiaçı təşkilata vaxtaşırı ödəməsinə baxmayaraq, tam məbləği ödəmədiyinə görə borcu əmələ gəlmişdir. Mülki Məcəllənin 380-ci maddəsinə əsasən isə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər X1 3277 (üç min iki yüz yetmiş yeddi) manat, X26 1273 (bir min iki yüz yetmiş üç) manat, Cavabdeh1 3741 (üç min yeddi yüz qırx bir) manat, X8 3442 (üç min dörd yüz qırx iki) manat, X6 1404 (bir min dörd yüz dörd) manat, X12 3212 (üç min iki yüz on iki) manat, X13 3918 (üç min doqquz yüz on səkkiz) manat, X3 3816 (üç min səkkiz yüz on altı) manat, X17 2602 (iki min altı yüz iki) manat, Məmmədova (Həsənova) Aygün Vaqif qızından 429 (dörd yüz iyirmi doqquz) manat məbləğində pul alınaraq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər X1 3277 (üç min iki yüz yetmiş yeddi) manat, X26 1273 (bir min iki yüz yetmiş üç) manat, Cavabdeh1 3741 (üç min yeddi yüz qırx bir) manat, X8 3442 (üç min dörd yüz qırx iki) manat, X6 1404 (bir min dörd yüz dörd) manat, X12 3212 (üç min iki yüz on iki) manat, X13 3918 (üç min doqquz yüz on səkkiz) manat, X3 3816 (üç min səkkiz yüz on altı) manat, X17 2602 (iki min altı yüz iki) manat, Məmmədova (Həsənova) Aygün Vaqif qızından 429 (dörd yüz iyirmi doqquz) manat məbləğində pul alınaraq İddiaçınə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №e-2(006)-3735/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3735/2022
17.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver