Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-374/2023 13.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) – Vəkil1, Cavabdehin nümayəndəsi (vəkili) - Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «çıxarışın qismən ləğv edilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «çıxarışın qismən ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Buzovna qəsəbəsi, 1 mərtəbəli, 6 otaqlı, 88.1 kvm yaşayış, -kv.m qeyri-yaşayış, 90,9 kv.m köməkçi sahədən ibarət 2 ədəd 330a saylı bağ evinin Cavabdeh mülkiyyətinə verilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və dövlət reyestrindən mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********84-11301 reyestr nömrəli çıxarış qismən, yəni 330a saylı bağ evinin 1 ədəd evinə dair (“B” tikilisi) hissəsində ləgv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, bağın icarəyə verilməsi haqqında 26486 saylı xx.xx.2003-cü il tarixli müqavilədən görünür ki, Buzovna qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi və üzərində 14 kv.m fərdi yaşayış evi olan 330a bağ sahəsi X3 ayrılmışdır. Bakı Şəhər İcra Hakimiyyətini Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş BM seriyalı 000152 saylı xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 üzərində X1 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. xx.xx.2005-ci il tarixli torpaq sahəsinin bağışlanması müqaviləsindən görünür ki, X12Ağa qızı Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a saylı 0.16 ha bağ sahəsini nəvəsi Cavabdeh Məmmətağı qızına bağışlamışdır. xx.xx.2005-ci il tarixli torpaq sahəsinin bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh ünvan 2nin ölçüsü 0,08 hektar olan hissəsini X6 bağışlamışdır. xx.xx.2006-cı il tarixli bag evinin bağışlanması müqaviləsindən görünür ki, X2 ünvan 2ndə yerləşən 6 otaqlı 88.1 kv.m yaşayış sahəsi, 90.9 kv.m ibarət köməkçi sahəsindən ibarət olan bağ evini nəvəsi Cavabdeh Məmmətağı qızına bağışlamışdır. ********* saylı xx.xx.2006-cı il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Buzovna qəsəbəsində 0.05126 ha istifadədə olan 1 mərtəbəli, 6 otaqlı, 88.1 kvm yaşayış, -kv.m qeyri-yaşayış, 90,9 kv.m köməkçi sahədən ibarət 2 ədəd 330a saylı bağ evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN – 22505D saylı şəhadətnamədən görünür ki, ünvan 2nin 0.16 ha hissəsi üzərində Cavabdeh mülkiyyətinə verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN – 24836D saylı şəhadətnamədən görünür ki, ünvan 2nin 0.08 ha hissəsi Cavabdeh mülkiyyətinə verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN – 24835D saylı şəhadətnamədən görünür ki, ünvan 2nin 0.08 ha hissəsi X4 mülkiyyətinə verilmişdir. ********** saylı xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Buzovna qəsəbəsi, 0.08 ha torpaq sahəsi olan 330a saylı bağ sahəsi üzərində X4 mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə mülkiyyət hüququ qeydiyyata alınmışdır. AZ-İİ № 063966 saylı xx.xx.2020-ci tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2019-cu il tarixdə ölmüşdür. xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019 tarixdə ölmüş X4 vərəsələri İddiaçı, X18, X16r. Onlar miras əmlakdan bərabər hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi idarəsi tərəfindən xx/xx/2020 tarixdə X6 verilmiş **********50 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsindən ibarətdir. ********** saylı xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Buzovna qəsəbəsi, 0.08 ha torpaq sahəsi olan 330a saylı bağ sahəsinin 1/3 hissəsi üzərində İddiaçı, 1/3 hissəsi üzərində X10, 1/3 hissəsi üzərində isə X14 mülkiyyət hüququ mülkiyyət hüququ qeydiyyata alınmışdır. Hesab edirik ki, hal-hazırda ünvan 2 ünvanında yerləşən Cavabdeh mülkiyyətinə verilmiş B tikilisinə dair çıxarışın ləğv edilməsi barədə qərar qəbul olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin və vəkillərinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2005-ci il tarixli torpaq sahəsinin bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh ünvan 2nin ölçüsü 0,08 hektar olan hissəsini X6 bağışlamışdır. xx.xx.2006-cı il tarixli bag evinin bağışlanması müqaviləsindən görünür ki, X2 ünvan 2ndə yerləşən 6 otaqlı 88.1 kv.m yaşayış sahəsi, 90.9 kv.m ibarət köməkçi sahəsindən ibarət olan bağ evini nəvəsi Cavabdeh Məmmətağı qızına bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2006-cı il tarixli ********* saylı qeydiyyat nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Buzovna qəsəbəsində 0.05126 ha istifadədə olan 1 mərtəbəli, 6 otaqlı, 88.1 kvm yaşayış, -kv.m qeyri-yaşayış, 90,9 kv.m köməkçi sahədən ibarət 2 ədəd 330a saylı bağ evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN - 22505D saylı şəhadətnamədən görünür ki, ünvan 2nin 0.16 ha hissəsi üzərində Cavabdeh mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Buzovna qəsəbəsi, 0.08 ha torpaq sahəsi olan 330a saylı bağ sahəsi üzərində X4 mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə mülkiyyət hüququ qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019 tarixdə ölmüş X4 vərəsələri İddiaçı, X18, X16r. Onlar miras əmlakdan bərabər hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi idarəsi tərəfindən xx/xx/2020 tarixdə X6 verilmiş **********50 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsindən ibarətdir. "X21 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş 12 nömrəli xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinin nəticə hissəsindən görünür ki, ******* saylı çıxarışla Cavabdeh adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ evinin yerləşdiyi torpaq sahəsi ilə 608325 saylı çıxarışla İddiaçı adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ (sənəd üzrə sahəsi 0,08 ha, faktiki sahə 706 kv.metr) sahələri həmsərhəd olmaqla bitişik yerləşir. Sualda qeyd olunan V tikilisi yaşayış evidir, həmin tikili iddiaçının adına qeydə alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8046 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hüquq müəyyənedici sənədlərlə (608325 saylı çıxarışla) İddiaçı adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ sahəsinin koordinatları müəyyən edilmişdir: X: 410134.81, 410133.45, 410120.28, 410106.83, 410107.75, 410121.28, 410121.33, Y: 4471448.06, 4471437.54, 4471439.24, 4471440.92, 4471451.03, 4471449.37, 4471449.77. Qeyd olunan bağ sahələri, yəni İddiaçı adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ sahəsi və Cavabdeh adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ sahəsi həmsərhəd olmaqla bitişik yerləşdiyi müəyyən edilmişdir. Qərardadın üçüncü sualında qeyd olunan "B" tikilisi İddiaçı adına qeydə alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2. 152.3 və 152.4-cii maddələrinə əsasən sahiblik hüququəmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan (əşyada) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. İstifadədən fayda, gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, bağın icarəyə verilməsi haqqında 26486 nömrəli xx.xx.1989-cu il tarixli müqaviləyə əsasən Buzovna qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi və üzərində 48.9 kv.m fərdi yaşayış evi olan 330a bağ sahəsi və ikinci 26486 N-li xx.xx.2003-cü il tarixli müqaviləyə əsasən Buzovna qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi və üzərində 14 kv.m fərdi yaşayış evi olan 330a bağ sahəsi ilkin olaraq X5 ayrılmışdır. Bunlara əsasən 330a saylı bağ sahəsi üzərində X1 mülkiyyət hüququ xx.xx.2003-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2005-ci il tarixdə notarial qaydada bağlanmış müqaviləyə əsasən X2 0.16 ha bağ sahəsini nəvəsi Cavabdeh Məmmətağı qızına bağışlamış, xx.xx.2005-ci il tarixdə isə Cavabdeh bağ sahəsinin ölçüsü 0,08 hektar olan hissəsini iddiaçının mərhum atası X6 bağışlamışdır. Bundan sonra Bakı şəhəri, Buzovna qəsəbəsində 0.05126 ha istifadədə olan 1 mərtəbəli, 6 otaqlı, 88.1 kvm yaşayış, -kv.m qeyri-yaşayış, 90,9 kv.m köməkçi sahədən ibarət 2 ədəd 330a saylı bağ evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. 330a saylı bağ sahəsi üzərində X4 mülkiyyət hüququ isə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. X9 xx.xx.2019-cu il tarixdə vəfat etdiyindən xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun vərəsələri İddiaçı, X18, X20 miras əmlakdan bərabər hissədə pay alaraq 0.08 ha torpaq sahəsi olan 330a saylı bağ sahəsinə xx.xx.2020-ci il tarixdə mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Bununla belə işdə olan Bakı şəhəri Əzizbəyov (hazırki Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 63 saylı xx.xx.2006-cı il tarixli Sərəncamından göründüyü kimi Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ sahəsində mövcud yaşayış evi sökülmüş, yerində 87.1 kv.m sahəli 6 yaşayış otağı, 94,4 kv.m köməkçi sahədən ibarət 2 yaşayış evi tikilmiş, həyətdə qazanxana sahəsi - 6,3 kv.m, 2 yay mətbəxi sahələri - 87,8 kv.m və 70,0 kv.m əlavə olaraq tikilmiş, cəmi torpaq sahəsi - 1538,0 kv.m-dən ibarət olmuşdur. Bakı şəhəri İcra Hakimiyyəti "Bakı şəhər Ekspertiza Mərkəzi”nin xx.xx.2006-cı il tarixli 374-E/6 saylı rəyində də Əzizbəyov (hazırki ünvan 3 ünvanda 2 ədəd 1 mərtəbəli ("A” və "B” tikililəri) fərdi yaşayış evlərinin tikildiyi, "tikintinin qısa xarakteristikası” hissəsində həmin ünvanda 2 ədəd 1 mərtəbəli ("A” və "B” tikililəri) fərdi yaşayış evlərinin layihələndirildiyi öz əksini tapmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən xx.xx.2006-cı il tarixdə tərtib edilmiş texniki pasportunun "torpaq sahəsinin planı” və "sahələrin xarakteristikası” hissələrində Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ sahəsində 3 otaqlı "A” tikilisinin, 3 otaqlı B tikilisinin mövcud olması qeyd edilmişdir. Həmçinin, iş materiallarında olan həmin bağ sahəsinin bölgü sxemi, torpağın mülkiyyətə verilməsinə dair JN - 24836D saylı və JN - 24835D saylı şəhadətnamələrinin, habelə xx.xx.2006-cı il tarixdə tərtib edilmiş texniki pasportunun qarşılıqlı təhlili zamanı müəyyən edilir ki, 3 otaqdan ibarət olan "A” tikilisi Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ sahəsinin 0,08 ha ölçülü torpaq sahəsində, "B” tikilisi isə İddiaçı, X10, X14 paylı mülkiyyətində olan digər 0,08 ha ölçülü torpaq sahəsində yerləşir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/8046 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ sahəsi və Cavabdeh adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ sahəsi həmsərhəd olmaqla bitişik yerləşir və "B" tikilisi İddiaçı adına qeydə alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün mənbəyi bəlli məlumatlar tədqiq olunmaqla əldə olunmuş və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Belə olan halda, iddiaçının adına mülkiyyət hüququ qeydiyyata alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ sahəsində (sənəd üzrə sahəsi 0,08 ha, faktiki sahə 706 kv.metr) yerləşən "B” tikilisi üzərində cavabdehin mülkiyyət hüququnun qeydiyyata alınması qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi "mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, "subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmənin qənaətinə görə mübahisə edilən tikiliyə iddiaçının əmlak hüququnun mövcudluğu təsdiq edilir. İddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malikdir. Bəhs olunanlara əsasən iddiaçının mübahisə açdıgı mülkiyyət hüququna dair verilmiş çıxarışın onun hüquq və mənafeyinə toxunması sübuta yetirdiyindən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərcləri cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Buzovna qəsəbəsi, 1 mərtəbəli, 6 otaqlı, 88.1 kvm yaşayış, -kv.m qeyriyaşayış, 90,9 kv.m köməkçi sahədən ibarət 2 ədəd 330a saylı bağ evinin Cavabdeh mülkiyyətinə verilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və dövlət reyestrindən mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********84-11301 reyestr nömrəli çıxarış qismən, yəni 330a saylı bağ evinin 1 ədəd evinə dair (“B” tikilisi) hissəsində ləgv edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərcləri Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X7, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000000 3944 SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-374/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-374/2023
13.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver