Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3744/2022 21.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdehin nümayəndəsi (vəkili) - Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «mülkiyyətin tələb edilməsi və mənzildən çıxarılma» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mülkiyyətin tələb edilməsi və mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin, iddiaçının mülkiyyəti üzərində qanunsuz sahibliyinə son qoyulması, cavabdehin və üçüncü şəxslərin iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılaraq mənzilin iddiaçıya təhvil verilərək, mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin, iddiaçının mülkiyyəti üzərində qanunsuz sahibliyinə son qoyulması, cavabdehin və üçüncü şəxslərin iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılaraq mənzilin iddiaçıya təhvil verilərək, mənzilə köçürülməsi, iddiaçıya məxsus və həmin ofisdə yerləşən 8 (səkkiz) ədəd hər birinin qiyməti 2500 (iki min beş yüz) manat olmaqla “LG” markalı kondisionerlər, 1 (bir) ədəd dəyəri 2000 ( iki min) manat olan mini ATS, 1 (bir) ədəd dəyəri 3500 (üç min beş yüz) manat olan səsli və görüntülü (audio və video) qeydiyyat çoxfunksiyalı kameralar, hər birinin qiyməti 2600 manat olmaqla 2 (iki) ədəd “Toshiba” markalı soyuducu, 5 (beş) ədəd komplekt hər birinin dəyəri 800 (səkkiz yüz) manat olmaqla ofis mebel dəsti, 4 (dörd) ədəd dəyəri 3000 (üç min) manat olan böyük ekran “Sony” markalı böyük ekran televizorlar, 4 (dörd) ədəd (**********, **********, **********, **********) telefon nömrələri, 10 (on) ədəd hər birinin qiyməti 420 ( dörd yüz iyirmi) manat olan yumşaq oturacaqlı kreslolar, 2 (iki) ədəd hər birinin qiyməti 1700 (min yeddi yüz) manat olan “Sony” markalı videokamera, 10 (on) ədəd hər birinin qiyməti 500 (beş yüz) manat olmaqla üzərində “İDEAL” loqosu olan mikrofonlar – cəmi 41.900 (qırx bir min doqquz yüz) manat dəyərində olan əşyaların cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur və həmin mülk atası X5 tərəfindən ona bağışlanmışdır. Barəsində məhkəmə hökmü ilə azadlıqdan məhrumetmə cəzası çıxarıldıqdan sonra keçmiş həyat yoldaşı Cavabdeh adından xəbəri və razılığı olmadan bir sıra mülklərini qeyri-qanuni yollarla özününküləşdirmişdir. Faktiki olaraq hazırkı mülkiyyəti üzrə cavabdeh ləğv olunmuş etibarnamə əsasında mülkiyyətini qanundankənar yollarla oğlu Nihad Quliyevin adına sənədləşdirmişdir. Hazırda Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-1103/2021 saylı, xx.xx.2021-ci il tarixli qüvvəyə minmiş qətnaməsinə uyğun olaraq mülkiyyət hüququ tanınmışdır və buna uyğun olaraq mülkiyyətindən sərbəst istifadə etmək niyyətilə vəkili ünvanda olmuş və həmin obyekti “Xəzinə” çay evi adı altında işlədənlər- Nihat İmanov və onun köməkçisi Nara adlı şəxslər əvvəlcə cavabdeh ilə əlaqə saxlamış, sonra isə “bizim arxamızda Nəsimi polisi dayanır” deyərək vəkilin təklifini rədd etmişlər. Mülkiyyətində 8 (səkkiz) ədəd hər birinin qiyməti 2500 (iki min beş yüz) manat olmaqla “LG” markalı kondisionerlər, 1 (bir) ədəd dəyəri 2000 ( iki min) manat olan mini ATS, 1 (bir) ədəd dəyəri 3500 (üç min beş yüz) manat olan səsli və görüntülü (audio və video) qeydiyyat çoxfunksiyalı kameralar, hər birinin qiyməti 2600 manat olmaqla 2 (iki) ədəd “Toshiba” markalı soyuducu, 5 (beş) ədəd komplekt hər birinin dəyəri 800 (səkkiz yüz) manat olmaqla ofis mebel dəsti, 4 (dörd) ədəd dəyəri 3000 (üç min) manat olan böyük ekran “Sony” markalı böyük ekran televizorlar, 4 (dörd) ədəd (**********, **********, **********, **********) telefon nömrələri, 10 (on) ədəd hər birinin qiyməti 420 ( dörd yüz iyirmi) manat olan yumşaq oturacaqlı kreslolar, 2 (iki) ədəd hər birinin qiyməti 1700 (min yeddi yüz) manat olan “Sony” markalı videokamera, 10 (on) ədəd hər birinin qiyməti 500 (beş yüz) manat olmaqla üzərində “İDEAL” loqosu olan mikrofonlar mövcud olmuşdur – cəmi 41.900 (qırx bir min doqquz yüz) manat dəyərində olan əşyalar mövcuddur. Mülkiyyətçi kimi mənzil üzərində sərəncam vermək hüququ dövlət qeydiyyyatına alınmışdır. Odur ki, cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməkdə və özünün həmin mənzilə köçürülməsini tələb etməkdə haqlıdır. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ilə aralarında ünvan 2 ünvanında yerləşən əmlak ilə bağlı məhkəmə çəkişmələri olmuşdur. Mübahisənin yekunu olaraq məhkəmə qətnaməsi ilə mülkiyyət oğlu Nihad Quliyevin mülkiyyətindən iddiaçının mülkiyyətinə qaytarılmışdır. Hazırda da iş materiallarına əlavə edilmiş çıxarışdan da görünür ki, mübahisəli əmlakın mülkiyyətçisi iddiaçıdır. ünvan 3 ünvanında yerləşən əmlak iddiaçıya qaytarılmışdır. Belə ki, sözügedən əmlak iddiaçıya qaytarıldıqdan sonra onunla X10 arasında Bakı səhəri 6 saylı notariat ofisinin xüsusi notariusu vasitəsilə ünvan 4 ünvanında yerləşən əmlak barəsində xx.xx.2022-ci il tarixdə 1 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Bu səbəbdən də iddiaçının tələbi bu hissədə təmin edilmişdir. İddia tələbi digər hissədə tamamilə əsassızdır. Belə ki, iddia ərizəsində iddiaçı qeyd etmişdir ki, guya ona məxsus olmuş 8 ədəd hər birinin qiyməti 2500 manat olmaqla LG markalı kondisionerlər, 1 ədəd dəyəri 2000 manat olan mini ATS, 1 ədəd dəyəri 3500 manat olan səsli və görüntiilü (audio və video) qeydiyyat çoxfunksiyalı kameralar, hər birinin qiyməti 2600 manat olmaqla 2 ədəd toşiba markalı soyuducu, 5 ədəd komplekt hər birinin dəyəri 800 manat olmaqla ofis mebeli dəsti, 4 ədəd dəyəri 3000 manat olan böyük ekran SONY markalı böyük ekran televizorlar, 4 ədəd (**********, **********, **********, **********) telefon nömrələri, 10 ədəd hər birinin qiyməti 420 manat olan yumşaq oturacaqlı kreslolar, 2 ədəd hər birinin qiyməti 1700 mant olan SONY markalı videokamaera, 10 ədəd hər birinin qiyməti 500 manat olmaqla üzərində İDEAL loqosu olan mikrafonlar tərəfimdən qanunsuz olaraq mənimsənildiyi üçün - ümumilikdə dəyəri 41900 manat əşyaların dəyərini tələb etməkdədir. İddiaçının ərizəsində qeyd etmiş olduğu əşyalar heç bir vaxt ona təqdim edilməmiş, belə bir əşyaların onun mülkiyyətində olması barədə məlumatı olmamışdır. İddiaçı belə bir iddia tələbi ilə ona qarşı qaldırmış olduğu iddia tələbində qeyd etmiş olduğu əşyaların bir çoxunun qaytarılması barədə qardaşı X4 və X6 və X2 qarşı 2011-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon məhkəməsində iddia qaldırmışdır. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(006)-2521/11 saylı qətnaməsi ilə iddia qismən təmin edilməklə hazırda qeyd edilmiş əşyalar və bir çox əşyaların ona qaytarılması təmin edilmişdir. Onda olan məlumata görə, həmin əşyalar onlar tərəfindən dağıdılmış və xüsusi ilə iddiaçının qardaşı tərəfindən həmin əşyalar məhkəmə qətnaməsinin olmasına baxmayaraq ona qaytarılmamışdır. Bütün bunlara baxmayaraq, iddiaçı bu gün əsssız olaraq heç bir dəlilə istinad etmədən qeyd etdiyi məhkəmə qətnaməsi ilə müəyyən edilən bəzi əşyaları və ona məlum olmayan başqa əşyaları ondan tələb etməkdədir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinə etirazın məzmununa uyğun olaraq izahat verdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: AZ-İ seriyalı 084176 saylı Nikahın pozulması haqqında Şəhadətnamədən görünür ki, iddiaçı ilə cavabdeh arasında olan nikah xx.xx.2008-ci il tarixdə ləğv edilmişdir. xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1103/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X13 arasında 06 iyun 2016-cı il tarixdə bağlanmış, Bakı şəhəri 14 saylı notariat kontorunda 4Ə-388 nömrə ilə reyestr qeydiyyatına alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 5 ünvanında yerləşən, sahəsi 56,3 kv.metr olan mənzilə dair Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X7 adına aparılmış reyestr qeydinin və RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, İddiaçı ünvan 5 ünvanında yerləşən, sahəsi 56,3 kv.metr olan mənzilə mülkiyyət hüququnun bərpa edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 8843/2021 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1103/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2521/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər X9 və X11 İddiaçı mülkiyyətində olan ünvan 5-dən çıxarılmaları, cavabdehlər X9 və X3 - 1. Mebel dəsti (stol, şkaf, tmnbuçkalar, tavan güzgü, divar güzgü) 11,5 kvm. sahəli - 45000 manat. 2. Kreslo - 15 ədəd və ya onun dəyəri 5000 manat: 3. Divan - 2 ədəd və ya onun dəyəri 1200 ABŞ dolları qətnamə icra olunan vaxt manata uyğun məzənnəsi ilə; 4. LG markalı noutbook -6 ədəd, və ya onun dəyəri hər biri 1200 ABŞ dolları qətnamə icra olunan vaxt manata uyğun məzənnəsi ilə; 5. Kamera 1 ədəd və ya onun dəyəri 7000 ABŞ dollar qətnamə icra olunan vaxt manata uyğun məzənnəsi ilə; 6. 14 ədəd kompüter və ya onun dəyəri 6000 manat; 7. Prosessor 5 ədəd və ya onun dəyəri 1500 manat; 8. 1 ədəd DVD və ya onun dəyəri 100 manat; 9. 1 ədəd lövhə və ya onun dəyəri 300 manat; 10. 5 otaqda stol-stul - 30 ədəd və ya onun dəyəri 7000 manat: 11. Telefon aparatı 1 ədəd və ya onun dəyəri 50 manat; 12. Mini ATS və ya onun dəyəri 2000 manat: 13. Fax 1 ədəd və ya onun dəyəri 300 manat: 14. Kserokopiya 1 ədəd və ya onun dəyəri 400 manat: 15. Printer 2 ədəd A3 formatda və ya onun dəyəri 1500 manat: 16. Printer 2 ədəd A4 formalda və ya onun dəyəri 500 manat,
17. Televizor 3 ədəd və ya onun dəyəri 2000 manat və ünvan 5-ün açarlarının alınaraq İddiaçı qaytarılması qət edilmişdir. xx.xx.2022-ci il tarixli İcarə müqaviləsindən görünür ki, iddiaçı tərəfindən ünvan 5 ünvanında yerləşən mənzil X8 icarəyə verilmişdir. Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli aktdan görünür ki, borclu X1 olaraq 5 ədəd kreslonu, 2 ədəd prosessoru, 1 ədəd divanı, 1 ədəd A3 formatlı printeri, 4 ədəd monitoru, 9 ədəd klaviaturanı, 7 ədəd stulu, 4 ədəd işlək vəziyyətdə telefonu iddiaçının arvadı cavabdehə təhvil vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən edildi ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1103/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə X13 arasında 06 iyun 2016-cı il tarixdə bağlanmış, Bakı şəhəri 14 saylı notariat kontorunda 4Ə- 388 nömrə ilə reyestr qeydiyyatına alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 5 ünvanında yerləşən, sahəsi 56,3 kv.metr olan mənzilə dair Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X7 adına aparılmış reyestr qeydinin və RX seriyalı, ******* nömrəli, xx.xx.2016cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, İddiaçı ünvan 5 ünvanında yerləşən, sahəsi 56,3 kv.metr olan mənzilə mülkiyyət hüququnun bərpa edilməsi qət edilmişdir. İddiaçının ünvan 5 ünvanında yerləşən mənzil üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışla rəmiləşdirilmişdir. Məhkəmə hesab edir ki. İddiaçı bu iddiası onun qanunvericiliklə qorunan mülkiyyət hüquqlarının müdafiəsindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən 13-cii maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkivyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmin normanın İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi luiquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsixası bu hüququ təsbit elməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülkiyyət hüququnun ümum bəşəri dəyərlər sırasında olması qəbul edilmiş bir sıra beynəlxalq sənədlərdə öz əksini tapmışdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «lnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı protokolunun l-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». «İnsan hüquqları haqqında Ümumi Bəyunnamə»nin 17-ei maddəsinə əsasən, hər bır insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. "Broniovski Polşaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlarda "mülkiyyət" hüquqları sayıla bilər, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı madəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Qeyd olunan Məcəllənin 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2. 152.3 və 152.4-cii maddələrinə əsasən sahiblik hüququəmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan (əşyada) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. İstifadədən fayda, gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh iddiaçının keçmiş arvadı olsa da, mülkiyyətçinin razılığı olmadan onun mülkiyyətində olan ünvan 5 ünvanında digər şəxslərlə (övladları) birlikdə olması, gəlib-getməsi və sair formada istifadə etməsi iddiaçının yuxarıda qeyd edilən hüquqlarının pozulması ilə nəticələnir. Buna görə də iddia cavabdehin mənzil üzərində qanunsuz sahibliyinə son qoyulması və onun həmin mənzildən çıxarılmaqla mənzilin iddiaçıya təhvil verilərək, iddiaçının mənzilə köçürülməsi hissələrində əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinin əşyaların cavabdehdən alınaraq iddiaçıya qaytarılması hissəsində məhkəmə qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli aktdan göründüyü kimi X12 tərəfindən cavabdehə, tələbdə göstərilən əşyalardan yalnız 5 ədəd kreslo və ofis mebel dəstinin tərkib hissəsi olmuş 1 ədəd divan təhvil verilmişdir, digər əşyaların cavabdehə təhvil verilməsi və ya cavabdehdə olması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, göstərilən iddia tələbi 5 ədəd kreslonun və 1 ədəd divanın cavabdehdən alınaraq iddiaçıya verilməklə qismən təmin edilməlidir. Divanın dəyəri ilə bağlı məhkəmə qeyd edir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2521/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddiaçıya məxsus divanın dəyəri 600 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehin, iddiaçının mülkiyyəti üzərində qanunsuz sahibliyinə son qoyulmalı, cavabdeh və digər şəxslər iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılaraq mənzil iddiaçıya təhvil verilməklə mənzilə köçürülməli, iddiaçıya məxsus dəyəri 600 (altı yüz) ABŞ dolları olan 1 (bir) ədəd divan və 5 (beş) ədəd hər birinin qiyməti 420 (dörd yüz iyirmi) manat olan yumşaq oturacaqlı kreslolar, qeyd olunan əşyalar mövcud olmadıqda isə onların dəyəri, yəni - 600 ABŞ dolları ödəniş gününə olan manat məzənnəsi ilə və 2100 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh, İddiaçı mülkiyyəti (ünvan 1 ünvanında yerləşən mənzilə dair) üzərində qanunsuz sahibliyinə son qoyulsun. Cavabdeh və digər şəxslər İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılaraq mənzil İddiaçı təhvil verilməklə mənzilə köçürülsün. İddiaçı məxsus dəyəri 600 (altı yüz) ABŞ dolları olan 1 (bir) ədəd divan və 5 (beş) ədəd hər birinin qiyməti 420 (dörd yüz iyirmi) manat olan yumşaq oturacaqlı kreslolar, qeyd olunan əşyalar mövcud olmadıqda isə onların dəyəri, yəni - 600 ABŞ dolları ödəniş gününə olan manat məzənnəsi ilə və 2100 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı qaytarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Anar İbadzadə