Məhkəmə qərarları › İş №e-2(006)-3745/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3745/2022

19.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3745/2022 19.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızı İddiaçı Cavabdeh MMC-yə qarşı “xx.xx.2021-ci il tarixli A-İ/0988 saylı qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh MMC-yə qarşı “xx.xx.2021-ci il tarixli A-İ/0988 saylı qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 Azerbaijan” MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 600 kv.metr ölçüdə torpaq sahəsinin qiymətləndirilməsinə dair tərtib etdiyi xx.xx.2021-ci il tarixli A- İ/0988 saylı qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hesab edirəm ki, iddia ərizəsinin forması və məzmunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 149-cu maddəsinin tələblərinə tam uyğun olmadığından ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan vergi ödəyicilərinin məlumatlarından görünür ki, Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 1publikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilmədən verildiyindən onun məhkəmə icraatı mümkün deyildir. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin geri qaytarılması, buna səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı Cavabdeh MMC-yə qarşı “xx.xx.2021-ci il tarixli A-İ/0988 saylı qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar