Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3745/2023 23.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Ərizəçi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi İddiaçı Bakı şəhər İcra Hakimiyyətini və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətini maraqlı şəxs qismində cəlb etdiyi "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair" ərizəsi mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi İddiaçı Bakı şəhər İcra Hakimiyyətini və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətini maraqlı şəxs qismində cəlb etdiyi "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair" ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi X2 və İstismarı Birliyinin 28 mart 1989-cu il tarixli 20 Nömrəli Orderinin Bakı Şəhər Xalq Deputatları Sovetinin İcrayyə Komitəsinin (indiki Bakı ŞİH) xx.xx.1988-ci il tarixli 11/632 saylı Qərarı əsasında anası X6 qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhər Xalq Deputatları Sovetinin İcrayyə Komitəsinin (indiki Bakı ŞİH) xx.xx.1988-ci il tarixli 11/632 saylı Qərarı ilə anası X6 qızına Nardaran bağ sahəsi 179a saylı sahədə yerləşən ərazidən 0,12 ha torpaq sahəsi ayrılmışdır. Qeyd olunan torpaq sahəsinə X2 və İstismarı Birliyi tərəfindən anası adına xx.xx.1989-cu il tarixdə Order də verilmişdir. Anası X6 qızı xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. O, anası X6 qızının vərəsəsi kimi torpaq sahəsinə çıxarışın verilməsi ilə bağlı DƏDRX-nin Bakı şəhəri ərazi idarəsinə müraciət etmişdir. Lakin DƏDRX-dən bildirilmişdir ki, Orderdə Bakı ŞXDS İK-nin Qərarının tarixi xx.xx.1989-cu il tarix kimi göstərilmişdir. Bu qeyd olunan uyğunsuzluğa görə çıxarış verilməsi təmin edilməmişdir. Onlar da bu məsələni yeni öyrənmişlər. Bildirilir ki, torpaq sahəsinə Order xx.xx.1989-cu il tarixdə verilmişdir. Lakin Orderdə Bakı ŞXDS İK tərəfindən verilmiş Qərarın nömrəsi düzgün, yəni 11/632 saylı göstərilsə də, tarixi xx.xx.1988-ci il tarixli qeyd olunmalı olduğu halda xx.xx.1989-cu il tarixli kimi göstərilmişdir. Bu uyğunsuzluq isə DƏDRX tərəfindən onun mülkiyyət hüququnun tanınmasından imtinaya səbəb olan hal hesab olunur. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialından əldə olunmuş xx.xx.2022-ci il tarixli, BA- 00200-2022 saylı arxiv arayışında Bakı ŞXDS İK-nin qərarının tarixinin xx.xx.1988-ci il tarixli yazılması göstərilmişdir. Lakin, orderdə sərəncamın tarixinin düzgün qeyd olunmaması təbii ki, onun mülkiyyət hüququnun tanınması üçün təqdim olunan digər sənədlərlə ziddiyyət yaratdığından müəyyən çətinliklər yaradır. Hüquqlarının məhkəmə qaydasında müdafiəsinə zərurət yarandığından o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin edilməlidir. MPM-nin 305.1.1-ci, 307.2.5-ci, 308-ci və 311-ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və Orderdə Bakı ŞXDS İK tərəfindən verilmiş Qərarın nömrəsi xx.xx.1988-ci il tarixli qeyd olunmalı olduğu halda xx.xx.1989-cu il tarixli kimi göstərilmişdir. Bu səbəbdən hüquq müəyyən edici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Belə ki, ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi həmin faktın müəyyən edilməsindən birbaşa asılıdır. Belə ki, Azərbaycan Respublikası Dövlət arxivinin Bakı Filialının İddiaçı nümayəndəsi X3 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, keçmiş Bakı Şəhər Xalq Deputatları Sovetinin İcrayyə Komitəsinin (indiki Bakı ŞİH) xx.xx.1988-ci il tarixli 11/632 saylı Qərarından arxiv çıxarışı ona göndərilmiş və həmin çıxarışda 11/632 saylı Qərarın tarixi xx.xx.1988-ci il kimi qeyd olunmuşdur. Azərbaycan SSR Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi X2 və İstismarı Birliyi tərəfindən xx.xx.1989-cu il tarixdə verilmiş 20 nömrəli Orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 qızının adına Nardaran bağ sahəsi 179a saylı sahədə yerləşən ərazidən 0,12 ha torpaq sahəsi ayrılmışdır. İş materialllarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci ildə doğulmuş, atası X1 oğlu, anası X6 qızıdır. Nəsimi rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1994-cü il tarixdə verilmiş, İİ-ЖГ serialı, 464949 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 qızı xx.xx.1994-cu il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1994-cü il tarixdə 726 nömrə ilə qeyd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, məhkəməyə təqdim edilmiş Bakı Şəhər Xalq Deputatları Sovetinin İcrayyə Komitəsinin (indiki Bakı ŞİH) xx.xx.1988-ci il tarixli 11/632 saylı Qərarından təstiq edilmiş arxiv çıxarışından da göründüyü kimi 11/632 saylı Qərarın tarixi “xx.xx.1988-ci il” kimi qeyd olunmuşdur, lakin Orderdə Bakı ŞXDS İK tərəfindən verilmiş Qərarın nömrəsi düzgün, yəni 11/632 saylı göstərilsə də, tarixi “xx.xx.1988-ci il” tarixli qeyd olunmalı olduğu halda “xx.xx.1989-cu il” tarixli kimi göstərilmişdir. Hüquqlarının məhkəmə qaydasında müdafiəsinə zərurət yarandığından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və Azərbaycan SSR Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi X2 və İstismarı Birliyinin 46 nömrəli “Nardaran” massivi Kooperativi tərəfindən xx.xx.1989-cu il tarixdə verilmiş 20 X11 tarixi düzgün göstərilmədiyindən Azərbaycan SSR Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi X2 və İstismarı Birliyinin 28 mart 1989-cu il tarixli 20 Nömrəli Orderinin Bakı Şəhər Xalq Deputatları Sovetinin İcrayyə Komitəsinin (indiki Bakı ŞİH) xx.xx.1988-ci il tarixli 11/632 saylı Qərarı əsasında X6 qızına məxsus olması faktı müəyyən edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan SSR Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi X2 və İstismarı Birliyinin 28 mart 1989-cu il tarixli 20 Nömrəli Orderinin Bakı Şəhər Xalq Deputatları Sovetinin İcrayyə Komitəsinin (indiki Bakı ŞİH) xx.xx.1988-ci il tarixli 11/632 saylı Qərarı əsasında X6 qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №e-2(006)-3745/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3745/2023
23.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver