Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3746/2022 18.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 və cavabdeh X3 nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" ASC və cavabdeh X4 qarşı “bank əmanətinin bərpa olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" ASC və cavabdeh X4 qarşı “bank əmanətinin bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus 255.938 (iki yüz əlli beş min doqquz yüz otuz səkkiz) manat pul vəsaitli bank əmanətinin cavabdeh "xxxx" ASC tərəfindən bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus 255.938 (iki yüz əlli beş min doqquz yüz otuz səkkiz) manat pul vəsaitli bank əmanətinin cavabdehlər Azərbaycan Beynəlxalq Bankı” ASC və cavabdeh X6 tərəfindən bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı və cavabdeh "xxxx" ASC arasında xx.xx.2020-ci il tarixli BPM**********54 nömrəli və xx.xx.2020-ci il tarixli BPM**********57 nömrəli “Bank Əmanəti” müqavilələri bağlanmışdır. Qeyd olunan müqavilələrə əsasən, İddiaçı xx.xx.2020ci il tarixli BPM**********54 nömrəli müqavilə üzrə 57.000 (əlli yeddi min) və xx.xx.2020-ci il tarixli BPM**********57 nömrəli müqavilə üzrə 100.000 (yüz min) manat pul əmanətini "xxxx" ASC-də yerləşdirmişdir. Bank əmanətinin üzərinə müvafiq faizlər gəlməklə artmışdır. Bundan başqa, İddiaçı və cavabdeh "xxxx" ASC arasında xx.xx.2020-ci il tarixli BPM**********57 nömrəli “Fiziki şəxslərə bank hesablarının açılması və xidmət göstərilməsi üzrə” müqavilə bağlanmışdır. "xxxx" ASC-dən verilmiş xx.xx.2022-ci il tarixli hesabdan çıxarışa əsasən, xx.xx.2022-ci il tarixinə İddiaçı bank əmanətində 242.938 (iki yüz qırx iki min doqquz yüz otuz səkkiz) manat pul olmuşdur. Lakin, xx.xx.2022-ci il tarixində qeyd olunan pul vəsaiti bank əmanəti hesabından çıxarılmış və həmçinin, buna görə də aylıq hesablanmalı olan əlavə 13.000 (on üç yüz) manat məbləğ pulda bank əmanəti hesabda görünməmişdir. Yəni, hazırda 255.938 (iki yüz əlli beş min doqquz yüz otuz səkkiz) manat pul İddiaçı bank əmanətindən əsassız olaraq silinmişdir. İddiaçı "xxxx" ASC-yə qeyd olunan halın səbəbləri barədə məlumat verməsi üçün müraciət etdikdə ona bildirilmişdir ki, pul vəsaiti etibarnamə əsasında İddiaçı atasına ödənilmişdir. Lakin, nəzərə alınmalıdır ki, İddiaçı atasına müvafiq etibarnamə versə də, lakin pul vəsaiti bank əmanətindən silindiyi zaman qeyd olunan etibarnamənin hüquqi qüvvəsi olmamışdır. Bu isə "xxxx" ASC-nin qanunsuz əməllərinin və pul vəsaitlərini qanunsuz olaraq bank əmanəti hesabından silmələrinin göstəricisidir. Göründüyü kimi, "xxxx" ASC-nin əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadəsi və səhlənkarlığı nəticəsində İddiaçı hüquqları pozulmuş, bank əmanətindən vəsaitlər əsassız olaraq silinmişdir. Mülki iş üzrə cavabdeh "xxxx" ASC iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, Bank olaraq hesab edirlər ki, bu iddia ərizəsində və ona əlavədə qeyd edilən iddia tamamilə əsassızdır və iddiaçının iddia tələbi təmin edilməməlidir, Bank müvafiq əməliyyatı (depozit məbləğinin məxaric edilməsi) icra edərkən özünə aid olan hissədə bütün aidiyyəti qanunvericilik normalarına riayət etmişdir. Bankın və onun əməkdaşlarının hərəkətləri tamamilə əsaslı olmuşdur, əməkdaşlarının isə vəzifə səlahiyyətlərindən sui-istifadəsi və səhlənkarlığından da ümumiyyətlə heç bir söhbət gedə bilməz. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onun atasına (Cavabdeh2) verdiyi etibarnamə ləğv edilmişdir. İddiaçı bununla da etibarnaməni ləğv etdiyini etiraf edir. Amma buna baxmayaraq iddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş müvafiq imperativ normaların tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, MM-nin 366.1-ci maddəsinə əsasən, etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. İşin materiallarından aydın olduğu kimi, iddiaçı ilə Bank arasında əmanət müqavilələrindən irəli gələn mülki münasibətlər mövcud olmuşdur. İddiaçı Bankla əmanət müqavilələri bağlayaraq ümumilikdə cəmi 257.000 AZN vəsaiti banka əmanət olaraq yerləşdirmiş, buna əsasən hər ay faizlər almışdır. Bu faktdan açıq-aşkar aydın olur ki, iddiaçı üçün Bank ona (iddiaçıya) məlum üçüncü şəxs olmuşdur. Yəni, iddiaçı 257.000 AZN vəsaiti yerləşdirdiyi Bankı etibarnaməni ləğv etdiyi barədə xəbərdar etməyə borclu idi, çünki o bilirdi (bilməli idi) ki, verdiyi etibarnaməyə əsasən, hərəkət edən şəxs Bankda 257.000 AZN-ə münasibətdə əməliyyatlar apara bilər. İddiaçı bu normanı kobud şəkildə pozmuş və Banka heç bir xəbər verməmişdir. Ona görə də, onun Bankı qanunsuz və əsassız əməliyyat aparmaqda ittiham etməsi tamamilə əsassızdır. İddiaçının etibarnaməni ləğv etdiyi anda, müvafiq məxaric əməliyyatı baş verməmişdən qabaq Bankı xəbərdar etməməsini təsdiq edən daha bir fakt onun məhkəməyə (Nəsimi Rayon Məhkəməsinə) Bankı xəbərdar etməsini təsdiqləyə biləcək heç bir təqdim edilməməsidir. Məlumat üçün qeyd etmək lazımdır ki, müvafiq etibarnamənin ləğv barədə məlumat vəsait məxaric edildikdən sonra iddiaçı tərəfindən Banka bildirilib. Belə ki, Cavabdeh2 tərəfindən müvafiq vəsaitlər məxaric edildikdən sonra onun oğlu etibar edən İddiaçı (iddiaçı) Bankın çağrı mərkəzinə müraciət etmiş və pul məxaric edilməsi məsələsinin araşdırılıb ona cavab verilməsini xahiş etmişdir. Bank tərəfindən ona məlumat verilmişdir ki, müvafiq vəsait etibarnamə əsasında hərəkət edən şəxs tərəfindən məxaric edilib. İddiaçı Banka bildirmişdir ki, onun tərəfindən verilən etibarnaməyə xitam verilib. Bundan sonra Bank tərəfindən aparılmış araşdırmalar nəticəssində müvafiq yoxlama aparılmış və müəyyən edilmişdir ki, İddiaçı tərəfindən (etibarən edən) atası Cavabdeh2 (etibar edilən) verilmiş “AR-İ №891359 blank nömrəli, barkod nömrəsi **********535 olan xx.xx.2019-cu il tarixli etibarnaməyə xx.xx.2021-ci il tarixində xitam verilib. Bundan sonra İddiaçı Banka, həmçinin yazılı şəkildə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmiş, ona məxsus olan məbləğin geri qaytarılmasını xahiş etmişdir. Bu bir daha onu göstərir ki, iddiaçının Bankdan müvafiq vəsaiti tələb etməyə heç bir hüququ yoxdur. O, MM ilə üzərinə düşən vəzifələri yerinə yetirməmiş, yalnız pulun məxaric edildiyini bildikdən sonra etibarnamənin ləğv edilməsini Banka bildirmişdir. İddiaçı iddia ərizəsində tamamilə əsassız olaraq Bank əməkdaşlarını səlahiyyətlərindən sui-istifadə və səhlənkarlığı ilə ittiham etmişdir. Halbuki, MM-in yuxarıda edilən normasından və iddiaçının Bankı xəbərdar etməməsi faktından bəlli olur ki, Bank öz üzərinə düşən əməliyyatı tamamilə qanuni şəkildə görmüşdür. Yuxarıda qeyd edilənlərdən savayı, həmçinin iddia məbləğinə dair tələbə də münasibət bildirmək yerinə düşər. Əvvəla qeyd edilir ki, yuxarıda qeyd edilən əsaslandırmadan aydın olur ki, iddiaçının Bankdan ümumiyyətlə müvafiq vəsaiti bərpa etmək hüququ yoxdur və onun tələbi tamamilə əsassızdır. Bununla yanaşı, həmçinin qeyd edilir ki, iddiaçının Bankdan tələb etdiyi vəsait da əsassızdır. Belə ki, iddiaçı Banka 3 müqavilə əsasında cəmi 257.000 AZN vəsait yerləşdirmişdir. İddiaçının etibarnamə verdiyi Cavabdeh2 xx.xx.2022-ci il tarixində etibarnamə ilə vəsaitləri məxaric edərək əmanət müqavilələrinə vaxtından əvvəl verib. İddiaçı ilə Bank arasında bağlanılmış əmanət müqavilələrinin 4.2-ci maddəsinə əsasən “əmanətçi müqavilənin müddəti bitənədək istənilən vaxt əmanəti hesabdan geri götürə bilər. Bu halda, o cümlədən əmanət müqavilənin müddətinin bitməsinədək qanunvericilikdə və yaxud müqavilədə nəzərdə tutulmuş əsaslarla əmanətçinin hesabından silindikdə, əmanət faizi hesablanmır və artıq əmanətçiyə ödənilmiş faizlər əmanətçidən tutur”. Bank məhz bu müqavilə şərtindən irəli gələrək vaxtından əvvəl məxaric edildiyi üçün, müştəriyə ödənilmiş cəmi 14.092,16 AZN faizi əmanətçidən (257.000 AZN vəsaitdən) tutmuşdur. Nəticədə, müştəriyə qaytarılan əsas depozit məbləği 242.907,84 AZN olmuşdur. Həmin anda iddiaçının hesabında 31.10 AZN vəsait olduğuna görə cəmi 242.938,94 AZN Cavabdeh2 sərəncamına verilmişdir. Bu zaman xüsusilə qeyd etmək lazımdır ki, iddiaçı ilə Bank arasında bağlanılmış kredit müqavilələrinə əsasən, ona xx.xx.2021-ci il tarixində 2.000 manat, xx.xx.2022-ci il tarixində isə əlavə olaraq 4.500 manat məbləğində kreditlər verilmişdir. Cavabdeh2 xx.xx.2022-ci il tarixində etibarnamə ilə vəsaitləri məxaric etdikdən sonra bu müqavilələrini bağlamaq üçün 6.530,97 AZN vəsait ödəmişdir. Beləliklə, bu fakt onu təsdiqləyir ki, iddiaçının Bankdan 255.938 AZN vəsait tələb etməsi əsassızdır. Beləliklə iddiaçının Banka qarşı iddia tələblərinin heç bir hüquqi əsasının olmadığın və bu kontekstdən iddia ərizəsinə qiymət verilməməsini nəzərə alaraq onun təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Mülki iş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi (vəkili) Nümayəndə1 iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının iddia tələbi əsassızdır. Birincisi - İddiaçı cavabdehlər-“Azərbaycan Beynəlxalq Bank“ və Cavabdeh2 cavabdeh kimi məhkəməyə versə də, ancaq 255,938 manat pul vəsaitli bank əmanətinin cavabdeh “Azərbaycan Beynəlxalq Bank“ ASC tərəfindən bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı iddia ərizəsində Cavabdeh2 nə tələb olunması və nədən onun bu iddia ərizəsində cavabdeh kimi verilməsi göstərilməmişdir. Hesab edilir ki, belə bir iddia məhz “Azərbaycan Beynəlxalq Bank“ ASC-nin təşəbüsü ilə verilmişdir. Bununla Bank məhkəmələrdə bu iddia tələbi üzrə digər cavabdeh- Cavabdeh2 qarşı iddia qaldırmaq üçün subyektiv hüququ olduğunu sübut etməyə çalışır. Hətta iddia ərizələri “Azərbaycan Beynəlxalq Bank“ ASC-nin eyni kompüterində tərtib olunması onda şübhə doğurmur. İkincisi- “Azərbaycan Beynəlxalq Bank“ ASC eyni iddia tələbi ilə, yəni “pulun bank hesabına daxil edilməsi tələbinə dair“ Binəqədi rayon Məhkəməsində cavabdeh-Cavabdeh2 qarşı iddia qaldırmışdır. Göründüyü kimi, “Azərbaycan Beynəlxalq Bank“ ASC eyni iddia tələbi üzrə Binəqədi rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə iddiaçı Nəsimi rayon Məhkəməsində olan mülki iş üzrə isə cavabdehdir. Hər iki iddia tələbinin mahiyyəti hesabdan etibarnamə əsasında çıxarılmış pul vəsaitinin İddiaçı “Azərbaycan Beynəlxalq Bankı“ tərəfindən əmanətin qəbul edilməsi üçün onun adına açılmış ******************** nömrəli hesaba mədaxil edilməsidir. Üçüncüsü, MM-nin 2.1-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifəsindən biri baxılan iş üzrə Konstitusiyanın müddəalarının, qanunların düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. Ümumiyyətlə, iddianın əsasını irəli sürülən iddia tələbinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, müqavilələr, hüquqların pozulması və ziyanın vurulması aid edilə bilər. İddianın əsası bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddiaçı bu halda iddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativhüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına da istinad etməlidir. Bu, iddianın hüquqi əsasını təşkil edir. İddiaçı iddianın hüquqi əsası kmi istinad etdiyi MM-nin 425.1-ci, 944.1-ci, 1097.1-ci, 427.3-cü, 442-ci, 448.1-ci, 448.2-ci maddələrin tələblərini təhrif etmiş və faktiki olaraq iddia tələblərində iddianın hüquqi əsaslarına istinad edə bilməmişdir. Dördüncüsü, Cavabdeh2 bankamatdan pul çıxarmamışdır. Onda olan İddiaçı tərəfindən (etibar edən) verilmiş “AR-1 N 891359“ blank nömrəli, barkod nömrəsi **********535 olan xx.xx.2019-cu il tarixli 10 il müddətinə etibarlılığı göstərilən etibarnamə ilə Banka müraciət edib hesabdakı pulların çıxarılmasını istəmişdir. Etibarnamənin ləğvindən isə xəbərsiz olmuşdur. Digər tərəfdən, Cavabdeh2 etibarnamə əsasında pulun hesabdan silinməsi barədə müraciətində hər hansı bir qanun pozuntusu olmamışdır. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixdə 10 il müddətinə yəni, 2029-cu ilə qədər müddəti olan atasının adına verdiyi etibarnaməni atasından və Bankdan xəbərsiz ləğv etdirmiş və ləğv etmə barədə nə etibar ediləni və nə də Bankı məlumatlandırmamışdır. Cavabdeh2 Toğrul Sadıqova bağışladığı torpaq sahələrini satıb qızı Çinarəyə Türkiyə Respublikasında mənzil və özünə isə Prado markalı avtomaşın alandan sonra Toğrul Sadıqov atasının qızlarına maddi köməklik göstərməsinə qarşı çıxmış və aralarında narazılıqlar olmuşdur. Məhz bundan sonra Toğrul Sadıqov atasından xəbərsiz olaraq həmin Etibarnaməni xx.xx.2021-ci il tarixdə ləğv etdirmiş, 10 ay müddətində etibar ediləni məlumatlandırmamış və bununla da aldatmaqla atanın ona saxlanılması üçün etibar etdiyi vəsaitini ələ keçirməyə cəhd etmişdir. Etibar edən etibarnamənin ləğv etdirdiyi barədə nə Cavabdeh2 və nə də Bankı xəbərdar etməmiş və Bank faizlərini ataya verməsini davam etdirməklə atasından ehtiyat edərək etibarnamənin ləğvini gizli saxlamışdır. Etibarnaməni təsdiq etmiş notarius isə “Notariat Haqqinda Qanun“ 4-cü fəslinin tələblərinə əməl etməyərək ləğvi sistemdə yerləşdirməmiş və etibarnamənin ləğv olunması barədə etibar ediləni və 3-cü şəxsi xəbərdar etməmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Hazırki məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, atası Cavabdeh2 sonradan bildirsə də ki, həmin pul vəsaitini oğluna hədiyyə etmişdir, lakin bununla bağlı heç bir bağışlama müqaviləsi və s. yoxdur, pul iddiaçıya məxsusdur. Əlavə olaraq bildirmişdir ki, cavabdehlər tərəfindən iddiaçının o məbləğdə pulu necə əldə etməsi mübahisələndirilsə də, hazırda iddiaçının bunu sübuta yetirməsi halı məcburi deyildir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbini medafiə edib, qeyd edilən məbləğin iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hazırki məhkəmə baxış iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı AR MM-nin tələblərinə riayət etməmiş və qanunvericiliyin tələbləri pozmuşdur. Belə ki, etibarnaməni ləğv etməsi barədə nə bankın xəbərdar olması, nə də digər cavabdehin xəbərdar olması barədə heç bir sübut yoxdur. Hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Hazırki məhkəmə baxış iclasında iştirak edən X3 nümayəndəsi (vəkili) Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının birinci borcu Cavabdeh2, ikinci borcu isə "xxxx" ASC-ni məlumatlandırmaq idi, lakin heç bir şəkildə cavabdehlər məlumatlandırılmamışdır. Digər tərəfdən bankın etibarnaməni yoxlamaq kimi bir məcburiyyəti yoxdur. Xəbərdar etmə çox mühüm haldır, belə ki Mülki Məcəllənin 366-cı maddəsində nəzərdə tutulub ki, tərəf hətta hüquqi varisini də bu barədə xəbərdar etməlidir. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarında olan 14 iyul 2020-ci il tarixli, BPM**********54 №-li X5 surətindən görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, əmanətçi-İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər 12 ay müddətinə 57.000 manat məbləğində pul vəsaitini Bankda yerləşdirmiş, Bank isə bu müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanəti qaytarmağı və ona hesablanmış faizləri ödəməyi öz öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan 14 iyul 2020-ci il tarixli, BPM**********57 №-li X5 surətindən görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, əmanətçi-İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər 12 ay müddətinə 100.000 manat məbləğində pul vəsaitini Bankda yerləşdirmiş, Bank isə bu müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanəti qaytarmağı və ona hesablanmış faizləri ödəməyi öz öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixli Kredit müqavilələrinin surətlərindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 2000 və 4500 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi iddiaçı qismində "xxxx" ASC Cavabdeh2 qarşı “pulun hesaba daxil edilməsi” tələbinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 242.938 manat pul vəsaitinin tutularaq İddiaçı adına açılmış ******************** nömrəli hesaba mədaxil edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilən 14 iyun 2022-ci il tarixli, BPM**********78 №-li Məxaric orderinin surətindən görünür ki, həmin tarixdə İddiaçı məxsus hesabda olan 242.938 AZN məbləğində pul vəsaiti Cavabdeh2 tərəfindən etibarnamə əsasında hesabdan çıxarılmışdır. Mülki işin materiallarında olan “Elektron notariat” X1 Çıxarışdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh2 verilən xx.xx.2019-cu il tarixli etibarnaməyə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Mülki işin materiallarındadan görünür ki, 22 iyun 2022-ci il tarixdə İddiaçı "xxxx" ASC-yə Ərizə ünvanlayaraq bildirmişdir ki, 14 iyun 2022-ci il tarixdə ona məxsus hesabdan ləğv olunmuş etibarnamə əsasında pul çəkilmişdir. Həmin məbləğin hesaba geri qaytarılmasını xahiş etmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilən 07 oktyabr 2022-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə Banka yaxınlaşaraq İddiaçı tərəfindən ona verilmiş “AR-İ № 891359” blank nömrəli, barkod nömrəsi **********535 olan xx.xx.2019-cu il tarixli etibarnamə əsasında müqavilələr üzrə 242,938.84 manat məbləğində əmanətin qəbul edilməsi üçün İddiaçı adına açılmış hesabdan vaxtından əvvəl məxaric etmişdir. İddiaçı tərəfindən Cavabdeh2 verilən etibarnaməyə xitam verilməsi barədə İddiaçı tərəfindən Banka heç bir məlumat verilməmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı tərəfindən atası Cavabdeh2 xx.xx.2019-cu il tarixdə etibarnamə verilmiş, həmin etibarnaməyə xx.xx.2021-ci il tarixdə isə xitam verilmişdir. İddiaçı cavabdeh "xxxx" ASC-də “Bank Əmanəti” müqavilələrinə əsasən, xx.xx.2022-ci il tarixə kimi cəmi 242.938 manat məbləğində pul vəsaitli bank əmanəti olmuşdur. xx.xx.2022-ci il tarixdə etibaredilən şəxs, yəni Cavabdeh2 banka etibarnamə əsasında Banka müraciət edərək, yuxarıda qeyd edilən vəsaiti hesabdan çıxarmışdır. Etibarnamə etibaredilənə bankdan pul vəsaitinin çıxarılması üçün əsas olsa belə, həmin etibarnaməyə etibaredən, yəni İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. İddiaçı 22 iyun 2022-ci il tarixdə Banka ərizə ilə müraciət edərək, həmin məbləğin geri qaytarılmasını xahiş etmişdir. Bank bundan sonra məsələni araşdıraraq müəyyən etmişdir ki, etibarnamə ləğv edilmişdir. Halbuki, cavabdeh həmin ləğv olunmuş etibarnamə əsasında pulu hesabdan çıxarmışdır. X9 Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 pulun hesaba geri qaytarılmasını tələb etmişdir. Həmin mülki işin icraatı hazırki iddia tələbinə uyğun olaraq dayandırılmışdır. Hazırki iş üzrə İddiaçı iddia tələbinin təmin edilərək, cavabdehlər "xxxx" ASC və Cavabdeh2 tərəfindən 255.938 manat məbləğində pul vəsaitli bank əmanətinin bərpa edilməsini tələb edir. Cavabdehlər isə iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 366.1-ci maddəsinə əsasən etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 433.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. 456-cı maddəsinə əsasən borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır. 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanılmış bank əmanət müqavilələrinə əsasən Bank əmanətçidən pul vəsaitlərini qəbul etmiş, müqavilələrdə nəzərdə tutulmuş qaydada və şərtlərdə əmanəti qaytarmağı və faizlər ödəməyi öhdəsinə götürmüşdür. Lakin, iş materialları ilə sübut olunur ki, bank tərəfindən İddiaçı məxsus olan əmanətlər xx.xx.2022-ci il tarixdə həmin vaxtda səlahiyyətli şəxs olmayan X4 qaytarılmışdır. Əmanətlər məxaric olunan zaman bankın əməkdaşları tərəfindən əmanəti qəbul edən şəxsin səlahiyyətləri yoxlanılmamış və nəticədə əmanət müqavilələri ixtiyarsız şəxsin xeyrinə icra olunmuşdur. Əmanətin bankdan ixtiyarsız şəxs tərəfindən məxaric edilməsinə əmanətçi İddiaçı buna razılıq verməsi və ya bu icradan fayda götürməsi iş materialları ilə sübut olunmur. Bununla da bank tərəfindən İddiaçı birbaşa ziyan vurulmasına gətirib çıxaran təqsirli və hüquqa zidd hərəkətə yol verilmişdir. Məhkəmə, həmçinin, etibarnamənin ləğv edildiyinin banka məlumat verilməməsi ilə bağlı bildirir ki, iddiaçı etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Hazırkı halda isə verilən etibarnamə ümumi etibarnamə olduğu və xüsusilə "xxxx" ASC qarşısında təmsil olunmaq üçün verilmədiyi üçün iddiaçının bankı xəbərdar etmək kimi öhdəliyi yaranmamışdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, İddiaçı məxsus olan əmanətlər bankın əməkdaşları tərəfindən səlahiyyətləri yoxlanılmadan X4 qaytarıldığı üçün həmin əmanətlər iddiaçının depozit hesabına "xxxx" ASC tərəfindən bərpa olunmalıdır. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, İddiaçı məxsus 255.938 (iki yüz əlli beş min doqquz yüz otuz səkkiz) manat məbləğində pul vəsaitli bank əmanəti cavabdeh "xxxx" ASC tərəfindən depozit hesabında bərpa edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus 255.938 (iki yüz əlli beş min doqquz yüz otuz səkkiz) manat məbləğində pul vəsaitli bank əmanəti cavabdeh "xxxx" ASC tərəfindən depozit hesabında bərpa edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-3746/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3746/2022
18.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver