Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3748/2022 20.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X17 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh 2 saylı X3 baş həkimi X7, nümayəndəsi X2, üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X8 iştirakları ilə İddiaçı cavabdeh 2 saylı X1rşı “son haqq-hesabın ödənilməsi, işə bərpa, dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh 2 saylı X1rşı “son haqq-hesabın ödənilməsi, işə bərpa, dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü ildən 17 mart 2022-ci il tarixədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 saylı “Kliniki Psixiatriya” xəstəxanasında əczaçı vəzifəsində işləmişdir. 04 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2022-ci il tarixində 2 saylı “Kliniki Psixiatriya” xəstəxanası iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar xitam verildiyi üçün Azərbaycan Respublikası X14 tərəfindən xx.xx.2022-ci il tarixində İXM-nin 192.6-cı maddəsinin tələblərinə əsasən cavabdehin barəsində inzibati tənbeh verilməsi haqqında qərar qəbul etmiş və iddiaçını işə bərpa etmişdir. Həmçinin, xx.xx.2022-ci il tarixdə iddiaçıya son haqq-hesab ödənilmiş, lakin pul məbləği və hesablanması qaydası yalnış olmuşdur. Belə ki, iddia ərizəsinə əlavə edilmiş X14 Bakı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbi pozulmaqla xitam verilmiş, Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbləri pozulmuş, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti, əmək kitabçası və son haqq-hesab, eləcə də digər ödəmələr iddiaçıya son iş günündə ödənilməli olduğu halda xx.xx.2022-ci il tarixdə ödənilmiş və tam ödənilməmişdir. Bundan başqa, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilən zaman əmək kitabçası ona təqdim edilməmiş, halhazırki günədək dəfələrlə bu barədə yazılı müraciətlər etməyinə baxmayaraq, əmək kitabçası ona təqdim edilməmişdir. Göstərilənlərə əsasən cavabdehin X11 məktubunda da qeyd edildiyi kimi qanunun yanlış tətbiq edilməsi nəticəsində 16 mart 2022-ci il tarixində iddiaçının barəsində verilmiş olan xitam əmrinin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsinin təmin edilməsi, xx.xx.2022-ci il tarixindən əmək kitabçasının iddiaçıya verilməsinin işəgötürənin təqsiri üzündən ləngidilməsi səbəbindən Əmək Məcəlləsinin 172.6-cı maddəsinə əsasən işə düzələ bilmədiyi müddət üçün orta əmək haqqının ödənilməsinin təmin edilməsi, iddiaçının 2 saylı X5 işlədiyi 1993-2022-ci illərdə istifadə etmədiyi məzuniyyət günləri hüquqi sənədlər əsasında yenidən hesablanıb təqdim edilməsi və Əmək Məcəlləsinin 144.1-ci maddəsinə əsasən ödəniş edilməsi və ya 1993-2022-ci iş illəri üçün istifadə etmədiyi 850 təqvim günü məzuniyyətinin pulu – 8000 AZN iddiaçıya ödənilməsi, 2 saylı X3 xx.xx.2022-ci il tarixində Əmək Məcəlləsinin 175.5-ci maddəsinə əsasən qanunun düzgün tətbiq edilməməsi nəticəsində iddiaçıya verdiyi məbləğin məzuniyyət pullarının yenidən hesablanması zamanı nəzərə alınmamasının təmin edilməsi, iddiaçının X9 qoşulmaq istəmədiyi halda onun əmək haqqından razılığı olmadan hər ay tutulan 1%-in qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh baş həkimi X12, nümayəndəsi X6 iddia tələbinə etiraz edərək, bildirmişlər ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən çalışmanın yaş həddinə çatdığı üçün İddiaçı əmək müqaviləsinə 75-kv nömrəli əmrlə xitam verilmişdir. ƏM-nin 143.1 və 144-cü maddəsinin ikinci hissəsinə əsasən istifadə etmədiyi əmək məzuniyyətinə görə 90 təqvim günü üçün işçi ilə dəqiqləşdirilmiş son haqqhesab aparılmışdır. Eyni zamanda, xx.xx.2022-ci il-xx.xx.2022-ci il tarixlərdə əmək haqqı, xx.xx.2021-xx.xx.2022-ci il tarixlərinə təqdim etdiyi əmək qabiliyyətinin olmaması vərəqəsi üçün son haqq-hesab aparılmışdır. İşçi işdən xaric edildikdə yalnız son ilin məzuniyyətinə ərizə əsasında çıxa bilərdi, yerdə qalan məzuniyyətlər kompensasiya şəklində təqdim edilir. İddiaçı 184 gün məzuniyyətə çıxmağı tələb edirdi, bu isə heç bir qanunda əks olunmayıb. Eynilə kompensasiya hesablanarkən yalnız əsas günlər verilir, əlavələr heç bir yerdə kompensasiya şəklində təqdim olunmur. Bundan əlavə, İddiaçı işlədiyi müddət ərzində Həmkarlar İttifaqına qoşulmaması barədə heç bir məlumat verməmiş, tam əksinə Hİ-nın xidmətindən maksimum dərəcədə istifadə etmişdir. Eyni zamanda, ərizə təqdim edərək, iddia müddətinin ötürülməsi səbəbindən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X13 iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan 2 saylı X3 xx.xx.2022-ci il tarixli, 75-K saylı əmrindən görünür ki, 2 saylı X3 aptekin əczaçısı İddiaçı ilə bağlanmış 88 nömrəli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verilməsi, ƏM-nin 144-cü maddəsinin ikinci hissəsinə əsasən istifadə etmədiyi əmək məzuniyyətinə görə 90 təqvim günü ödənilməsi və işçi ilə son haqq-hesabın aparılması, İddiaçı son haqq-hesabı, əmək kitabçası və həmin əmrin surətinin ƏM-nin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü verilməsi əmr edilmişdir. Əsas : ƏM-nin 79-cu maddəsinin şərtlərində qadağan edilən halların heç biri olmadığı üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən çalışmanın yaş həddinə çatdığına görə. Əsaslandırıcı hissə: Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı çalışmanın yaş həddinə çatdığına görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi ilə xitam verilmişdir. Həmin əmrdən narazı qalmış iddiaçı yuxarıda göstərilən tələbləri irəli sürərək məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən çalışmanın yaş həddinə çatdığı üçün əmək müqaviləsinə 75-kv nömrəli əmrlə xitam verilmişdir. Məhkəmə iddia tələbinin “xx.xx.2022-ci il tarixindən əmək kitabçasının iddiaçıya verilməsinin işəgötürənin təqsiri üzündən ləngidilməsi səbəbindən Əmək Məcəlləsinin 172.6-cı maddəsinə əsasən işə düzələ bilmədiyi müddət üçün orta əmək haqqının ödənilməsinin təmin edilməsi, iddiaçının 2 saylı X5 işlədiyi 1993-2022-ci illərdə istifadə etmədiyi məzuniyyət günləri hüquqi sənədlər əsasında yenidən hesablanıb təqdim edilməsi və Əmək Məcəlləsinin 144.1-ci maddəsinə əsasən ödəniş edilməsi və ya 1993-2022-ci iş illəri üçün istifadə etmədiyi 850 təqvim günü məzuniyyətinin pulu – 8000 AZN iddiaçıya ödənilməsi, 2 saylı X3 xx.xx.2022-ci il tarixində Əmək Məcəlləsinin 175.5-ci maddəsinə əsasən qanunun düzgün tətbiq edilməməsi nəticəsində iddiaçıya verdiyi məbləğin məzuniyyət pullarının yenidən hesablanması zamanı nəzərə alınmamasının təmin edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbləri həmin hissələrdə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Əmək Məcəlləsinin 143.1 və 144-cü maddələrinin ikinci hissəsinə əsasən istifadə etmədiyi əmək məzuniyyətinə görə 90 təqvim günü üçün işçi ilə dəqiqləşdirilmiş son haqq-hesab aparılmışdır. Eyni zamanda, xx.xx.2022-ci il -xx.xx.2022-ci il tarixlərdə əmək haqqı, xx.xx.2021-xx.xx.2022-ci il tarixlərinə təqdim etdiyi əmək qabiliyyətinin olmaması vərəqəsi üçün son haqq-hesab aparılmışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı xx.xx.2022-ci il tarixində əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən verilən xitam barədə əmrin surəti təqdim edilmiş, lakin İddiaçı xx.xx.2022-ci il tarixindən işdən azad olunmasını bilərək 3 günlük (17-19 mart 2022-ci il tarixlərində) xəstəlik vərəqəsi almışdır. Məhkəmə iddia tələbinin “iddiaçının X9 qoşulmaq istəmədiyi halda onun əmək haqqından razılığı olmadan hər ay tutulan 1%-in qaytarılması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı işlədiyi müddət ərzində Həmkarlar İttifaqına qoşulmaması barədə heç bir məlumat verməmiş, tam əksinə Həmkarlar İttifaqının xidmətlərindən (şənliklərə biletlər və hədiyyələr, rayonlara gəzintilər, maddi yardım və s.) maksimum dərəcədə istifadə etmişdir. Bundan əlavə araşdırmalar zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2022-ci il tarixli əmrə əsasən (əmrin məzmunu ilə xx.xx.2022-ci il tarixdə tanış olmuşdur) işdən azad olunmuş, hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələbinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin müddəaya əsaslanaraq, cavabdeh təşkilatın nümayəndəsi ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanunauyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehna qarşı “son haqq-hesabın ödənilməsi, işə bərpa, dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbi”nə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehna qarşı “son haqq-hesabın ödənilməsi, işə bərpa, dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbi”nə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №e-2(006)-3748/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3748/2022
20.09.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəlik
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver