Məhkəmə qərarları › İş №e-2(006)-3764/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3764/2022

05.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3764/2022 05.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili - Vəkil, Cavabdeh LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi - X2 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC olmaqla cavabdeh LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun silinməsi, aktiv öhdəliyin olmaması barədə məlumatın təqdim edilməsi və kreditor reyestrində depozitdə qeydə alınmış 3183 ABŞ dolları məbləğində pulun icra olunan vaxt Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC olmaqla cavabdeh LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun silinməsi, aktiv öhdəliyin olmaması barədə məlumatın təqdim edilməsi və kreditor reyestrində depozitdə qeydə alınmış 3183 ABŞ dolları məbləğində pulun icra olunan vaxt Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mərkəzi Kredit Reyestrində borcun silinməsi, aktiv öhdəliyin olmaması barədə məlumatın Mərkəzlişdirilmiş Kredit Bürosuna təqdim edilməsi və kreditor reyestrində depozitdə qeydə alınmış 3183 ABŞ dolları məbləğində pulun icra olunan vaxt Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(009)-1061/2018 saylı qətnaməsi ilə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi X1 iddiaçıya qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” barədə tələbi təmin edilməmişdir. Qeyd olunan mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-2875/2020 saylı qərarı yekun məhkəmə aktı olmaqla, həmin qərarla Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2019-cu il 2(103)-13192/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2(103)-13192/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(009)-1061/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun iddia tələbinin təmin edilməməsi onunla əsaslandırılmışdır ki, “... iddiaçı bank kredit müqaviləsi əsasında cavabdehə 20000 ABŞ dolları həcmində kredit versə də, iddiaçı da həmin müqavilədən bir gün əvvəl banka 25000 ABŞ dolları məbləğində depozit və öhdəliyin təminatı kimi həmin məbləğin borcuna silinməsinə razılıq vermiş, xx.xx.2018-ci il tarixli məktubla isə cavabdeh 3183 ABŞ dolları məbləğində kreditor tələbi "xxxx" ASC-nin kreditorlarının təstiq olunmuş reyestrində 352 nömrəsi ilə qeydə alınmış, bununla da cavabdehin qoyduğu depozit hesabına sonuncunun kredit borcu silinmişdir ” .....İşin məhkəmələr tərəfindən mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə cavabdehə 20000 ABŞ dolları borc verən iddiaçı bank həm də depozit müqaviləsi əsasında 25000 ABŞ dolları pulu əmanət götürmüşdür. Kredit müqaviləsi üzrə verdiyi kreditə görə əsas məbləği və faiz almaq bankın hüququdursa, depozit müqaviləsinə görə aldığı əmanətə faiz hesablayıb həmin əmanəti tam qaytarmaq da bankın vəzifəsidir. Lakin hazırki halda bank iddiaçıdan əmanətə götürdüyü pulu qaytarmaq öhdəliyini icra etmədən kreditə verdiyi daha az məbləğdə pulu cavabdehdən tələb edir. Bu isə hüquqdan sui-istifadə deməkdir. Göründüyü kimi, ləğv prosesində olan Cavabdeh ASC-dən iddiaçının götürdüyü kredit həmin təşkilatda iddiaçının qoyduğu əmanətlə əvəzləşdirilmiş və hazırda iddiaçının ləğv prosesində olan Cavabdeh ASC qarşısında heç bir aktiv öhdəliyi qalmamışdır. Əksinə, Ali Məhkəmənin qərarında da qeyd olunduğu kimi, cavabdehin iddiaçı qarşısında 3183 ABŞ dolları məbləğində öhdəliyi mövcuddur. Qeyd edilən hallar Məhkəmələr tərəfindən araşdırılaraq müvafiq məhkəmə aktlarında öz təsdiqini tapmışdır. Kredit müqaviləsi üzrə iddiaçının öhdəliyinin olmamasına baxmayaraq, iddiaçı ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin borcun sistemdən silinməsi və hazırda iddiaçının aktiv öhdəliyinin olmaması barədə məlumatı Mərkəzlişdirilmiş Kredit Bürosuna ötürülməsini təmin etmir, əlavə süründürməçiliyə yol verərək, müraciətlərinə imtina edir və yenidən yeni tələblə (sistemdən borcun silinməsi və məlumatların müvafiq quruma təqdim edilməsi öhdəliyinin müəyyən edilməsi) məhkəməyə müraciət etməli olduğunu bildirir. Məhkəmə mübahisələri iddiaçının xeyrinə yekunlaşmasına baxmayaraq, həmin qətnamənin icra edilməməsi onun formal və xəyali olmasına dəlalət edir. Bununla yanaşı, artıq qanuni qüvvəsini almış məhkəmə aktları iddiaçının sistemindən borcun silinməsi və aktiv öhdəliyin olmaması barədə məlumatı Mərkəzləşdirilmiş Kredit Bürosuna təqdim edilməsi kimi hüquqi nəticələr yaradır. Məhkəmə aktları ilə təsdiqini tapmış faktların yenidən sübüt edilməsi absurddur və əlavə vaxt itkisidir. Bakı şəhəti Nəsimi rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli qərardadı ilə iddia tələbinin “kreditor reyestrində depozitdə qeydə alınmış 3183 ABŞ dolları məbləğində pulun icra olunan vaxt Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində iş üzrə xitam verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-2875/2020 saylı qərarından müəyyən olunur ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(009)-1061/2018 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan Cavabdeh ASCnin ləğvedicisi X1 İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” barədə tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2019-cu il 2(103)- 13192/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Son müştəri məlumatlarından görünür ki, iddiaçının Ləğv prosesində olan Cavabdeh ASC-yə 19993,72 ABŞ dolları əsas, 2388,64 ABŞ dolları faiz borcu olmaqla 35874,45 ABŞ dolları kredit borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-2875/2020 saylı qərarının məzmunundan müəyyən olunur ki, məhkəmələr cavabdehin kredit müqaviləsi üzrə iddiaçıya olan borcunun həmin banka xx.xx.2015-ci il tarixdə depozit müqaviləsi ilə qoyulmuş əmanət hesabına silinməsi və borcun olmamasına dair cavabdehə hesabdan çıxarış verilməklə cavabdehin ləğv prosesində olan bank qarşısında kredit müqaviləsindən irəli gələn borcunun lazımınca icra səbəbilə xətm olunması, eləcə də cavabdehin depozit hesabında olan pulunu qaytarmaq vəzifəsini yerinə yetirməyən iddiaçının cavabdehdən kredit borcunu tələb etməsini hüquqdan suiistifadə etməsi nəticəsinə gəlmişlər. Məhkəmə qətnamələri ilə kredit borcunun depozit müqaviləsi ilə qoyulmuş əmanət hesabına silinməsi, onun bank qarşısında belə bir öhdəliyinin qalmaması müəyyən olunmuşdur ki, bu halda məhkəmə hesab edir ki, iddiaçının adında qanunsuz qaldığından həmin borc məbləği silinməli və bu barədə məlumat Mərkəzlişdirilmiş Kredit Bürosuna təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Mərkəzi Kredit Reyestrində İddiaçı adına olan borcun silinməsi və İddiaçı aktiv öhdəliyinin olmaması barədə məlumatın Mərkəzlişdirilmiş Kredit Bürosuna ("xxxx" MMC) təqdim edilməsi öhdəliyi LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar