Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3792/2025 15.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı ASC-nin vəkili-nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 7334,01 (yeddi min otuz dörd manat bir qəpik) manat məbləğində pul vəsaitinin, eyni zamanda iddaçı tərəfindən vəkilə ödənilmiş 700 (yeddi yüz) manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 93,35 (doxsan üç manat otuz beş qəpik) manat məbləğində pulun əvəzinin tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin keçmiş direktoru Cavabdeh fəaliyyəti dövründə xx.xx.2021-ci il tarixli № 03 saylı icarə müqaviləsi üzrə: - xx-xx-2021-ci il tarixli, EBBN ******* nömrəli elektron qaimə üzrə 500 manat, - xx-xx-2021-ci il tarixli, EBBO 819147 nömrəli elektron qaimə üzrə 500 manat, xx.xx.2022ci il tarixli, №2 saylı icarə müqaviləsi üzrə - xx-xx-2022-cü il tarixli, EBBQ 443866 nömrəli elektron qaimə üzrə 200 manat, - xx-xx-2022-cü il tarixli, EBBR 886172 nömrəli elektron qaimə üzrə 176 manat, - xx-xx-2022-ci il tarixli, EBBR 885608 nömrəli elektron qaimə üzrə 500 manat, - xx-xx-2022-ci il tarixli, EBBS 994993 nömrəli elektron qaimə üzrə 643,1 manat, - xx-xx-2022-ci il tarixli, EBBU 561090 nömrəli elektron qaimə üzrə 1000 manat, - xx-xx-2022-cİ il tarixli, EBBV 289805 nömrəli elektron qaimə üzrə 383 manat, - xx-xx-2022-ci il tarixli, EBBW 222166 nömrəli elektron qaimə üzrə 1499 manat, xx.xx.2022-ci il tarixli, № 2 saylı icarə müqaviləsi üzrə: - xx-xx-2022-ci il tarixli, EBCC 721244 nömrəli elektron qaimə üzrə 1000 manat, - xx-xx-2022-ci il tarixli, EBCC 726854 nömrəli elektron qaimə üzrə 933 manat olmaqla, ümumilikdə 7334,01 (yeddi min otuz dörd manat bir qəpik) manat məbləğində borc yaranmışdır. Cavabdeh 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayınadək İddiaçı ASC-nin direktoru vəzifəsində çalışmışdır. Onun fəaliyyət dövründə İddiaçı ASC ilə fərqli hüquqi və fiziki şəxslərlə bağlanmış xidmət, tapşırıq və sair müqavilələrdə, hüquqi şəxsə aid maliyyə və digər sənədlərində uyğunsuzluqlar aşkar edilmişdir. Yuxarıda qeyd edilən sənədlərin, mülki xarakterli müqavilələrin, maliyyə və mühasibat sənədlərinin, anbar, bina, daxili sahələrə aid olan açarların, kilidlərin, elektron formatda saxlanılan İddiaçı ASC-ə aid olan sənədlərin, İddiaçı ASC-nin mülkiyyətində olan əsas vəsaitlərin, video müşahidə cihazlarına giriş (kilid) icazələrinin verilməsi və sair sənəd və vəsaitlərin İddiaçı ASC-ə təqdim edilməsi ilə bağlı Cavabdeh məktublar ünvanlanmışdır. Lakin sonuncu qeyd olunanların heç birinə geri dönüş etməmişdir. Qeyd olunan elektron qaimələr də Cavabdeh fəaliyyət göstərdiyi dövrdə göndərilmişdir. Həmin qaimələrdə göstərilən məbləğlər sonuncu tərəfindən nağd formasında əldə olunmasına baxmayaraq, hazırkı vaxtadək sözügedən icarə ödənişləri ASC-nin hesabına köçürülməmişdir. Buna görə də həmin dövrdə ASC-nin direktoru olmuş Cavabdeh da hazırkı mübahisə üzrə cavabdeh kimi işə cəlb olunmalıdır. Yuxarıda qeyd olunan pul vəsaitinin ödənilməsi ilə bağlı cavabdehə müvafiq pretenziya göndərilməsinə baxmayaraq, heç bir ödəniş edilməmişdir.
a) Məhkəmə prosesi:
3. Məhkəmə iclasında İddiaçı ASC-nin vəkili-nümayəndəsi Vəkil məhkəmə aidiyyəti məsələsinin həll edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar və məhkəmənin mövqeyi:
6. Beləliklə, məhkəmə araşdırmaları zamanı təqdim edilən sənədlər əsasımda müəyyən edildi ki, Cavabdeh İddiaçı ASC-nin keçmiş direktoru olmuşdur. Hazırda İddiaçı ASC cavabdehin öz səlahiyyətlərindən sui-istifadə edərək cəmiyyətə vurduğu maddi ziyanın ona ödənilməsini xahiş edir.
7. Göründüyü kimi, hazırkı mübahisənin mahiyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən yaradılmış kommersiya fəaliyyəti ilə məşğul olan İddiaçı ASC ilə onun icra orqanının rəhbəri (ASC-nin keçmiş direktoru) arasında hüquqi şəxsin idarə edilməsindən yaranan mübahisədir. Belə ki, iddia ərzəsinin məzmunundan da aydın olur ki, iddia tələbi üçüncü şəxslərlə bağlanmış müqavilələr üzrə cavabdehə ödənilməli olan pul vəsaitlərinin sonuncu tərəfindən nağd formasında əldə olunmasına baxmayaraq ASC-nin hesabına köçürülməməsi və ASC-yə məxsus olan sənədlərin təhvil verilməməsi nəticəsində iddiaçıya dəymiş ziyanın ödənilməsi barədədir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Plenumunun qərarına 26-cı bəndinin mahiyyətinə əsasən, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrinə dair işlər üzrə məhkəmə aidiyyətini müəyyən edərkən fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olması (subyektiv tərkib) tələbinin müəyyən edilməsi mütləq deyil. Yəni, bu qəbildən olan işlərə fiziki şəxsin sahibkarlıq subyekti olubolmamasından aslı olmayaraq kommersiya məhkəmələrində baxılır. Çünki, mübahisə onların bağlı olduqları bir sahibkarlıq subyektinin (İddiaçı ASC-nin) özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlir.
9. Yəni, bu qəbildən olan işlər üzrə müvafiq sahibkarlıq subyektinin kommersiya fəaliyyəti ilə məşğul olub-olmaması müəyyən edilməlidir. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, İddiaçı ASC-nin əsas fəaliyyəti istiqaməti “maşın bazarının icarəyə verilməsi üzrə fəaliyyət” olmaqla kommersiya hüquqi şəxsdir.
10. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırkı iddia tələbi pozulmuş əmək hüquqlarının bərpasına deyil, pozulmuş mülki hüquqların bərpa edilməsinə yönəlmişdir. Belə ki, iddiaçı öz tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4-49.4.5-ci maddələri ilə əsaslandırmışdır. Yəni, iddiaçı hüquqi şəxs adından çıxış edən şəxsin, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə məsuliyyət daşımasına əsaslanır.
b) Tətbiq edilən hüquq və gəlinən nəticə:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Maddə 49.5. Hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin adından çıxış edən şəxsin, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi onu hüquqi şəxsə dəymiş zərərin ödənilməsi vəzifəsindən azad etmir.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Maddə 3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32.3-32.4, 32.7. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarı: Bənd 13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Bənd 19. Eyni zamanda məhkəmələrə izah edilir ki, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) üzrə işlərə də aid edilməlidir. Bənd 26. Nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar.
14. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəl: Mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq Kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) kommersiya məhkəmələri baxır.
15. Beləliklə, hazırkı iş üzrə həm tərəflər arasında olan hüquq münasibətlərinin, həm də mübahisə predmetinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması məhkəmə tərəfindən müəyyən edildiyindən məhkəmə hesab edir ki, həmin məsələyə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır.
16. Məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
Nəticə:
17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31-32 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Günay Abidova