Məhkəmə qərarları › İş №e-2(006)-382/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-382/2025

18.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-382/2025 18.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı Nəsimi 48 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Cavabdehnə qarşı (Maraqlı şəxs4 İB, "xxxx" ASC, "xxxx" ASC, Azərbaycan Respublikası FHN-nin X11 Görülməsi və X28 Dövlət Agentliyi mübahisə pedmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “qazanxananın qüsurlarının aradan qaldırılması üçün çəkilmiş xərcin və qazanxanaya qarşı aid edilən sənədlərin iddiaçıya verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Nəsimi 48 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Cavabdehnə qarşı (Maraqlı şəxs4 İB, "xxxx" ASC, "xxxx" ASC, Azərbaycan Respublikası FHN-nin X11 Görülməsi və X28 Dövlət Agentliyi mübahisə pedmeti barədə müstəqil tələb irəi sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “qazanxananın qüsurlarının cavabdeh tərəfindən aradan qaldırılaraq təhvil-təslim edilməsi, qazanxanaya qarşı aid edilən sənədlərin iddiaçıya verilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvanında yerləşən yaşayış kompleksindəki qazanxananın qüsurlarının Cavabdeh tərəfindən aradan qaldırılaraq "xxxx" MMMC-yə təhvil-təslim edilməsi, qazanxanaya aid sənədlərin (texniki şərtlər haqqında və s.) Cavabdeh tərəfindən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 79 saylı sərəncamına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, R. Behbudov küçəsi, Ş. Əzizbəyov, S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllə (indiki Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62) ünvanında yerləşən yaşayış binaları Cavabdeh tərəfindən inşa edilmiş və 19 fevral 2019cu il tarixində imzalanan “Bəzi çoxmənzilli binaların istismara icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən istismara verilmişdir. Davamında sahə mülkiyyətçilərinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ümumi yığıncağının qərarları əsasında "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti təsis edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixində 1122-MM9-0269 sayı ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin fəaliyyət istiqamətinə daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək daxildir. Bu fəaliyyətdə yaşayış binasının mülkiyyətçilərin ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətlərin təchizatı xətlərinin və ümumi istifadədə olan digər qurğu və avadanlıqların, yaşayış binasının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətlərinin təchizatı qurğuların təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması, yaşayış binasının daxili və xarici divarlarının, zirzəmi və damların, həmçinin giriş blokların təmir olunması və işıqlandırılması, həyətyanı sahənin yaşıllaşdırılması, binaların mühafizəsi və bu kimi digər işlərin görülməsi nəzərdə tutulmuşdur. Dövlət qeydiyyatından sonra, MMMC-nin idarə Heyəti tərəfindən nizamnamədən irəli gələn səlahiyyətlər daxilində MMMC-nin Ümumi Yığıncağının çağırılması təşkil edilmiş, habelə bu çərçivədə MMMC-nin Ümumi Yığıncağının müəyyən qərarları ilə məsələlər tənzimlənmiş, işlərin lazımi qaydada həyata keçirilməsi məqsədilə İdarə Heyəti tərəfindən sakinlərin əksəriyyəti ilə xidmət müqavilələri imzalanmış, qanunvericiliyin və Cəmiyyətin nizamnaməsinin tələblərinə uyğun işlər təşkil edilmiş və hazırda da həyata keçirilməkdədir. Qeyd etmək lazımdır ki, uzun müddətdir Cavabdeh MMC tərəfindən aradan qaldırılmayan nöqsanlar və çatışmamazlıqlarla əlaqədar MMMC ilə aparılan təhvil-təslim prosesi süni qaydada uzadılır. Belə ki, iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası FHN-nin X11 Görülməsi və Dağ X22 Agentliyinə (bundan sonra Agentlik) xx.xx.2023-cü il tarixli şikayət məktubu ünvanlayaraq qazanxananın yoxlanılmasının zəruri olduğu bildirilmişdir. Agentlik tərəfindən binanın qazanxanasına baxış keçirilmiş və xx.xx.2023-cü il tarixli akt tərtib olunmuşdur. Müvafiq aktda binaların qızdırılması üçün üç ədəd VİESSMAN markalı su qızdırıcı qazanların qoruyucu klapanlarının lazımi tələblərə cavab vermədiyi, operatorların vəsiqələrinin olmadığı, binanın zirzəmisində yerləşən qazanxana layihəsinin ekspertizadan keçirilmədiyi, gündəlik baxış jurnalının olmadığı, operatorun işçi təlimatının iş yerində olmadığı qeyd olunmuşdur. Qeyd etmək lazımdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 21 nömrəli müraciət məktubu ilə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvanında istismarda olan qurğu və avadanlıqların yoxlanılması və "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin balansına verilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. Agentlik tərəfindən xx.xx.2023-cü il cavab tarixli 3-18-3/2-4773/23 nömrəli məktubunda müraciətlə əlaqədar xx.xx.2023-cü il tarixində Agentliyin müfəttişi tərəfindən araşdırma aparıldığı, istismar olunan 3 ədəd suqızdırıcı qazana baxış keçirildiyi və baxış zamanı pozuntular aşkar olunduğu üçün istismarının qadağan olunduğu qeyd olunmuşdur. Həmçinin qeyd olunan pozuntuların aradan qaldırılması və nəticəsi barədə Agentliyə məlumat verilməsi Cavabdehndən tələb olunmuşdur. Pozuntular aradan qaldırılanadək avadanlıqların istismar edilməsinə və baş verə biləcək bədbəxt hadisələrə görə Cavabdeh məsuliyyət daşıdığı vurğulanmışdır. Mövcud pozuntular cavabdeh tərəfindən aradan qaldırılmadığından iddiaçı tərəfindən Agentliyə xx.xx.2023-cü il tarixli 52 nömrəli müraciət olunmuşdur. Müvafiq müraciətə Agentliyin xx.xx.2023-cü il tarixli 3-18-3/2-11465/2023 nömrəli cavab məktubunda xx.xx.2023-cü il tarixində agentliyin müfəttişləri tərəfindən binanın qazanxanasına baxış keçirildiyi, 3 ədəd su qızdırıcı qazanın istismar olunduğu, qazanların texniki müayinədən keçirilməli olduğu, müvafiq qazanların təhlükəsiz istismarı ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün onlara aid sənədlərin "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə verilməsinin zəruriliyini məktubla Cavabdehnə bildirildiyi qeyd olunmuşdur. Qeyd etmək lazımdır ki, xx.xx.2023-cü ildə "xxxx" MMMC tərəfindən Agentliyin Azərbaycan X16 və X9-Tədqiqat İnstitutuna(bundan sonra İnstitut) 70 nömrəli məktubla müraciət olunmuş, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvanında yerləşən yaşayış kompleksinin qazanxanasında quraşdırılan təhlükə potensiallı avadanlıqların texniki müayinədən keçirilməsi, zəruri olduqda layihə sənədlərinin yenidən ekspertiza edilməsi istənilmişdir. İnstitut xx.xx.2023-cü il tarixli 3- 18-66/2-15857/23 nömrəli cavab məktubunda təkrar ekspertizanın keçirilməsinin yalnız həmin obyektdə əsaslı dəyişiklik və ya yenidənqurma işləri aparıldığı təqdirdə müvafiq layihə sənədləri tərtib edilərək rəsmi müraciət əsasında İnstituta təqdim edildikdə mümkün olduğunu bildirmişdir. Bunun əsasında **-LS-***4-2018 qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli ekspertiza rəyi təqdim olunmuşdur. 25 yanvar 2023-cü ildə "xxxx" MMMC tərəfindən "X20" MMC-yə də Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvanında yerləşən yaşayış kompleksində təhvil-təslim işlərini sürətləndirmək məqsədi ilə müraciət olunmuş və "X20" MMC tərəfindən müvafiq kompleksdə mühəndis araşdırma işlərinə başlanmışdır. xx.xx.2023-cü il tarixli kompleks çərçivəsində aparılmış mühəndis araşdırma işlərinə dair rəydə qazanxana və havalandırma bölmələrində aparılmış yoxlama zamanı məlum olmuşdur ki, mövcud şəraitdə qazanxananın və havalandırma sisteminin davamlı işləməsi üçün çatışmazlıqlar aradan qaldırılmalıdır. Əks təqdirdə bu hal çox ciddi fəsadlara və maddi ziyana gətirib çıxara bilər. Qeyd etmək lazımdır ki, Cavabdeh “Azəriqaz“ İB, “Azərsu“ ASC, “Azərişıq“ ASC və Agentliklə müvafiq müqavilələr bağlamışdır. Cavabdeh tərəfindən müvafiq müqavilələrin ləğv olunması qazanxananın təhvil verilməsi prosesini mümkünsüz edəcəkdir. Bildirmək istəyirlər ki, qeyd olunanlara baxmayaraq hazırki dövrə qədər cavabdeh müvafiq qazanxana ilə bağlı qüsurları aradan qaldırmamışdır. Bu baxımdan, iddiaçı hazırki vəziyyətdə pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki mübahisə çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarı, ona sahiblik, ondan istifadə və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək və qeyri-kommersiya hüquqi şəxsi olan MMMC-nin yaradılmaları zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət edən və bu məqsədlərə uyğun gələn sahibkarlıq fəaliyyətindən irəli gəlmir. 3.Sonradan iddiaçı Nəsimi 48 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvanında yerləşən yaşayış kompleksindəki qazanxananın qüsurlarının aradan qaldırılması üçün “Nəsimi 48 MMMC” tərəfindən ödənilmiş 18492 ( on səkkiz min dörd yüz doxsan iki) manat məbləğ"xxxx" MMC-dən tutularaq iddiaçıya verilməsi, qazanxanaya aid sənədlərin (texniki şərtlər, qazanxanada yerləşən avadanlıqların sənədlərinin və s.) Cavabdeh tərəfindən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Ərizəyə əlavə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 79 saylı sərəncamına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, R. Behbudov küçəsi, Ş. Əzizbəyov, S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllə (indiki Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62) ünvanında yerləşən yaşayış binaları cavabdeh "RTZ” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş və 19 fevral 2019-cu il tarixində imzalanan “Bəzi çoxmənzilli binaların istismara icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən istismara verilmişdir. Davamında sahə mülkiyyətçilərinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ümumi yığıncağının qərarları əşasında "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti təsis edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixində 1122- MM9-0269 sayı ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin fəaliyyət istiqamətinə daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək daxildir. Bu fəaliyyətdə yaşayış binasının mülkiyyətçilərin ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətlərin təchizatı xətlərinin və ümumi istifadədə olan digər qurğu və avadanlıqların, yaşayış binasının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətlərinin təchizatı qurğuların təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması, yaşayış binasının daxili və xarici divarlarının, zirzəmi və damların, həmçinin giriş blokların təmir olunması və işıqlandırılması, həyətyanı sahənin yaşıllaşdırılması, binaların mühafizəsi və bu kimi digər işlərin görülməsi nəzərdə tutulmuşdur. Dövlət qeydiyyatından sonra, MMMC-nin idarə Heyəti tərəfindən nizamnamədən irəli gələn səlahiyyətlər daxilində MMMC-nin Ümumi Yığıncağının çağırılması təşkil edilmiş, habelə bu çərçivədə MMMC-nin Ümumi Yığıncağının müəyyən qərarları ilə məsələlər tənzimlənmiş, işlərin lazımi qaydada həyata keçirilməsi məqsədilə İdarə Heyəti tərəfindən sakinlərin əksəriyyəti ilə xidmət müqavilələri imzalanmış, qanunvericiliyin və Cəmiyyətin nizamnaməsinin tələblərinə uyğun işlər təşkil edilmiş və hazırda da həyata keçirilməkdədir. Qeyd etmək lazımdır ki, uzun müddətdir Cavabdeh MMC tərəfindən aradan qaldırılmayan nöqsanlar və çatışmamazlıqlarla əlaqədar MMMC ilə aparılan təhvil-təslim prosesi süni qaydada uzadılır. Belə ki, iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası FHN-nin X11 Görülməsi və Dağ X22 Agentliyinə (bundan sonra Agentlik) xx.xx.2023-cü il tarixli şikayət məktubu ünvanlayaraq qazanxananın yoxlanılmasının zəruri olduğu bildirilmişdir. Agentlik tərəfindən binanın qazanxanasına baxış keçirilmiş və xx.xx.2023-cü il tarixli akt tərtib olunmuşdur. Müvafiq aktda binaların qızdırılması üçün üç ədəd VİESSMAN markalı su qızdırıcı qazanların qoruyucu klapanlarının lazımi tələblərə cavab vermədiyi, operatorların vəsiqələrinin olmadığı, binanın zirzəmisində yerləşən qazanxana layihəsinin ekspertizadan keçirilmədiyi, gündəlik baxış jurnalının olmadığı, operatorun işçi təlimatının iş yerində olmadığı qeyd olunmuşdur. Qeyd etmək lazımdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 21 nömrəli müraciət məktubu ilə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvanında istismarda olan qurğu və avadanlıqların yoxlanılması və "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin balansına verilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. Agentlik tərəfindən xx.xx.2023-cü il cavab tarixli, 3-18-3/2-4773/23 nömrəli məktubunda müraciətlə əlaqədar xx.xx.2023-cü il tarixində Agentliyin müfəttişi tərəfindən araşdırma aparıldığı, istismar olunan 3 ədəd suqızdırıcı qazana baxış keçirildiyi və baxış zamanı pozuntular aşkar olunduğu üçün istismarının qadağan olunduğu qeyd olunmuşdur. Həmçinin qeyd olunan pozuntuların aradan qaldırılması və nəticəsi barədə Agentliyə məlumat verilməsi Cavabdehndən tələb olunmuşdur. Pozuntular aradan qaldırılanadək avadanlıqların istismar edilməsinə və baş verə biləcək bədbəxt hadisələrə görə Cavabdeh məsuliyyət daşıdığı vurğulanmışdır. Mövcud pozuntular cavabdeh tərəfindən aradan qaldırılmadığından iddiaçı tərəfindən Agentliyə xx.xx.2023-cü il tarixli 52 nömrəli müraciət olunmuşdur. Müvafiq müraciətə Agentliyin xx.xx.2023-cü il tarixli 3-18- 3/2-11465/2023 nömrəli cavab məktubunda xx.xx.2023-cü il tarixində agentliyin müfəttişləri tərəfindən binanın qazanxanasına baxış keçirildiyi. 3 ədəd su qızdırıcı qazanın istismar olunduğu, qazanların texniki müayinədən keçirilməli olduğu, müvafiq qazanların təhlükəsiz istismarı ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün onlara aid sənədlərin "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə verilməsinin zəruriliyini məktubla Cavabdehnə bildirildiyi qeyd olunmuşdur. xx.xx.2023-cü ildə "xxxx" MMMC tərəfindən Agentliyin Azərbaycan X16 və X9-Tədqiqat lnstitutuna(bundan sonra İnstitut) 70 nömrəli məktubla müraciət olunmuş, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvanında yerləşən yaşayış kompleksinin qazanxanasında quraşdırılan təhlükə potensiallı avadanlıqların texniki müayinədən keçirilməsi, zəruri olduqda layihənin yenidən ekspertiza edilməsi istənilmişdir. İnstitut xx.xx.2023-cü il tarixli 3-18-66/2- Ü3 nömrəli cavab məktubunda təkrar ekspertizanın keçirilməsinin yalnız həmin obyektdə əsaslı dəyişiklik və ya yenidənqurma işləri aparıldığı təqdirdə müvafiq layihə sənədləri tərtib edilərək rəsmi müraciət əsasında İnstituta təqdim edildikdə mümkün olduğunu bildirmişdir. Bunun əsasında **-LS-***8 qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli ekspertiza rəyi təqdim olunmuşdur. 25 yanvar 2023-cü ildə"xxxx" MMMC tərəfindən "X20" MMC-yə də Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvanında yerləşən yaşayış kompleksində təhvil-təslim işlərini sürətləndirmək məqsədi ilə müraciət olunmuş və “X20" MMC tərəfindən müvafiq kompleksdə mühəndis araşdırma işlərinə başlanmışdır. xx.xx.2023-cü il tarixli kompleks çərçivəsində aparılmış mühəndis araşdırma işlərinə rəydə qazanxana və havalandırma bölmələrində aparılmış yoxlama zamanı məlum olmuşdur ki, mövcud şəraitdə qazanxananın və havalandırma sisteminin davamlı işləməsi üçün çatışmazlıqlar qaldırılmalıdır. Əks təqdirdə bu hal çox ciddi fəsadlara və maddi ziyana gətirib çıxara bilər. Cavabdeh, “Azəriqaz“ İB, “Azərsu“ ASC, 'Azərişıq“ ASC və Agentliklə müvafiq müqavilələr bağlamışdır. Cavabdeh tərəfindən müvafiq müqavilələrin ləğv olunması qazanxananın təhvil verilməsi prosesini mümkünsüz edəcəkdir. Qeyd olunanlara baxmayaraq hazırki dövrə qədər cavabdeh müvafiq qazanxana ilə bağlı qüsurları aradan qaldırmamışdır. Bu baxımdan, iddiaçı hazırki vəziyyətdə pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı Nəsimi 48 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 izahat verərək bildirmişdir ki, iddia tələbini müdafiə edir. Ekspert rəyinə əsasən, qazanxananın təmirindən sonra hər vəziyyət qaydasında olmuş, təmir işləri isə onlar tərəfindən həyata keçirilmişdir. Qazanxanada mövcud problemlərlə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən qüsur aktı tərtib etmişdir. Lakin onlar ekspert rəyi ilə tam razılaşmır, qazanxanadakı qüsurların yalnız amortizasiya ilə əlaqələndirilməsini doğru hesab etmirlər. Onların fikrincə, 20 il ərzində heç bir avadanlığın sıradan çıxmaması mümkün deyil və cavabdeh qazanxananı geri təhvil verərkən xarab olmuş avadanlıqları yenisi ilə əvəz edib, təmir işlərini aparmaqla təhvil verməli idi. Qazanxana onlara təhvil verilərkən tamamilə qeyri-işlək vəziyyətdə olmamış, mövcud avadanlıqların qüsurlu olması barədə ayrıca akt da tərtib olunmuşdur. 2024-cü ilin yanvar ayından etibarən qazanxana onların istifadəsində olsa da, təhvil-təslim aktı tərtib edilməmişdir. 6.Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 izahat verərək bildirmişdir ki, idia tələbini qəbul etmirlər. Onların mövqeyinə görə, əgər qazanxanada qüsurlar mövcud idisə, qarşı tərəf təhvil-təslim aktı tərtib olunarkən bunu qeyd etməli idi və ya ümumiyyətlə qazanxananı təhvil almamalı idi. Qazanxana binanın daim işlək vəziyyətdə olan bir hissəsidir və tərkibindəki hər hansı bir avadanlıq köhnələ və ya sıradan çıxa bilər. 2023-cü ilin dekabr ayında təhvil-təslim aktı tərtib edilmişdir edilmiş, həmin vaxt aşkarlanan qüsurlar aradan qaldırılmışdır. Hətta onlar qazanxananı təhvil verməmişdən öncə, özləri də oraya baxış keçirib, təmir işləri həyata keçirmişlər. Hazırda qazanxanada mövcud ola biləcək qüsurlar cavabdehin məsuliyyətində deyildir. 7.Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs4 İB-nin nümayəndəsi X18 izahat verərək, iddianın təmin olunubolunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. 8.Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 9.Belə ki, mülki işin materiallarında olan: - Azərbaycan Respublikası FHN-nin X11 Görülməsi və Dağ X22 Agentliyinin Azərbaycan X16 və X9-Tədqiqat İnstitutunun **-LS-***4-2018 qeydiyyat nömrəli ekspertiza rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov və S.Əsgərova küçələrinin arasında yerləşən yaşayış kompleksinin qazanxanasının layihə sənədləri müvafiq normativ sənədləri tələblərinə uyğun tərtib olunduğundan, ekspertiza rəyi müsbətdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestrindən 23 dekabr 2022-ci il tarixli Çıxarışdan görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti 23 dekabr 2022-ci il tarixdə 1122-MM9-0269 nömrəsi ilə qeydiyyatdan keçmişdir. Qanuni təmsilçisi X14r. Qeydiyyata alınmanın hüquqi əsasları kimi sahə mülkiyyətçilərinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarları və digər sənədlər çıxış edir. - Azərbaycan Respublikası FHN-nin X11 Görülməsi və Dağ X22 Agentliyinin, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, binanın qazanxanasına baxış keçirilmiş və baxış zamanı binaların qızdırılması üçün 3 ədəd VİESSMAN markalı su qızdırıcı qazanlarının qoruyucu klapanlarının lazımi tələblərə cavab vermədiyi, operatorların vəsiqələrinin olmadığı, binanın zirzəmisində yerləşən qazanxana layihəsinin ekspertizadan keçirilmədiyi, gündəlik baxış jurnalının olmadığı, operatorun işçi təlimatının iş yerində olmadığı müəyyən edilmişdir. - Azərbaycan Respublikası FHN-nin X11 Görülməsi və Dağ X22 Agentliyinin "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti və Cavabdehnə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvanlanmış müraciət ilə əlaqədar xx.xx.2023-cü il tarixdə Agentliyin müfəttişi tərəfindən yerində aparılmış araşdırma zamanı binada istismar olunan 3 ədəd su qızdırıcı qazana və 8 ədəd liftə baxış keçirilmiş, pozuntular aşkar edildiyə görə istismarının qadağan olduğu bildirilmişdir. Qısa müddət ərzində pozuntularınn aradan qaldırılması və nəticəsi barədə Agentliyə məlumat verilməsi tələb olunur. Pozuntular aradan qaldırılanadək navadanlıqların istismar edilməsinə və baş verə biləcək bədbaxt hadisələrə görə Cavabdeh MMC məsuliyyət daşıyır. - Azərbaycan Respublikası FHN-nin X11 Görülməsi və Dağ X22 Agentliyinin "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin icraçı direktoruna ünvanladığı xx.xx.2023cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixində Agentliyin müfəttişləri tərəlindən binanı qazanxanasına baxış keçirilmiş, 3 ədəd su qızdırıcı qazanın istismar olunduğu müəyyən edilmişdir (aktın surəti əlavə olunur). Qazanların texniki vəziyyətinin qiymətləndirilməsi üçün onların texniki müayinədən keçirilməsini zəruri hesab edirlər. Məlumat üçün bildirilir ki, Agentliyin Azərbaycan X16 və X9-Tədqiqat İnstitutu tərəfindən müvafiq işlər həyata keçirilir. Eyni zamanda məlumat üçün bildirilir ki, sözügedən qazanların təhlükəsiz istismarı ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün onlara aid sənədlərin "xxxx" MMMC-yə təhvil verilməsininin zəruriliyi məktubla "xxxx" MMC-nin nəzərinə çatdırılmışdır. - Azərbaycan Respublikası FHN-nin X11 Görülməsi və Dağ X22 Agentliyinin Azərbaycan X16 və X9-Tədqiqat İnstitutu tərəfindən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, sözügedən obyektin layihə sənədlərinin təkrar ekspertizasının aparılması yalnız həmin obyektdə əsaslı dəyişiklik və ya yenidənqurma işləri aparıldığı təqdirde müvafiq layihə sənədləri tərtib edilərək rəsmi müraciət əsasında İnstituta təqdim edildikde mümkün ola bilər. Əks halda texniki təhlükəsizlik baxımından verilmiş **-LS-***4-2018 qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli ekspertiza rəyi məqbul hesab edilir. Həmçinin bildirilir ki, qazanxanada quraşdırılan təhlükə potensiallı avadanlıqların texniki müayinədən keçirilməsi üzrə iş həcminin müəyyən edilməsi səlahiyyətli, lisenziyalı ixtisaslaşdırılmış müəssisə tərəfindən yerinə yetirilməsi tövsiyə olunur. Yuxarıda qeyd olunanları və müraciətdə əks olunan istismara icazənin rəsmiləşdirilməsinin İnstitutun səlahiyyətləri xaricində olduğunu nəzərə almağınız xahiş olunmuşdur. -Cavabdeh (MMC) və onun tərəfindən ünvan 5 ünvanında inşa edilmiş X4 çoxmənzilli binaların idarə edilməsi məqsədilə yaradılmış "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) arasında icra edilməsi zəruri hesab edilən məsələlər haqqında RAZİLAŞMA PROTOKOLU-dan görünür ki, 1) 01 iyul 2023-cü ildən 31 oktyabr 2023-cü ilə qədər olan dövr üzrə kommunal xidmətlərə dair öhdəliklərin və hesablaşmaların müəyyən edilməsi məqsədilə görüş təyin edilir. 2) Həmin görüşdə qarşılıqlı hesablaşmaların aparılması üçün razılıq əldə edilir və RTZ MMC qarq ödənişləri həyata keçirir. 3) Qeyri-yaşayış sahələri üçün nəzərdə tutulan və quraşdırılmaqda olan istilik (kombi) sistemi istifadəyə verilənə qədər ekspert-mütəxəssisi cəlb etmədən keçid dövrü üçün kompleksdə tətbiq edilmiş tariflə (1.5-1.0 AZN) xx.xx.2023-cü il tarixinə qədər olduğu kimi müvafiq hesablaşmalar aparılır. Qeyd olunur ki, bu cür hesablaşma qarşılıqlı AKT-lar əsasında cari ilin əvvəlindən xx.xx.2023-cü il tarixinə qədər aparılıb. 4) "xxxx" MMC tərəfindən mövcud qazanxananın qış rejiminə hazırlanması üçün 26 10.2023-cu il tarixində müvafiq sahə üzrə ixtisaslaşmış müəssisənin apardığı texniki yoxlamalanın nəticəsi olaraq, təmiri və ya dəyişdirilməsi zəruri olan avadanlıq və ya materialların xərclər üzrə smeta müəyyən edildikdən sonra tələb olunan smeta məbləğinin ödənişləri tərəflər arasında bərabər şəkildə bölüşdürülür. 5) Qeyri-yaşayış sahələri üçün nəzərdə tutulan va quraşdırılmaqda olan istilik (kombi) sistemi istifadəyə verilənə qədər mövcud qazanxana "xxxx" MMC-nin nəzarətində olur. Aidiyyatı işçi heyətinin əmək haqqısı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən ödənilir. 6) Mövcud qazanxananın təbii qaz sərfiyyatı üzrə fakturaların ödənişi kommunal xidmat haqqı üzrə müvafiq hesablaşmaya daxil edilir və "xxxx" MMC tərəfindən ödənilir. 7) Qeyri-yaşayış sahələri üçün nəzərdə tutulan və quraşdırılmaqda olan istilik (kombi) sistemi tam istifadəyə verildikdən sonra mövcud qazanxana və həmin qazanxananı qidalandıran təbii qaz xəttinin sayğacı qanunvericilik ilə nəzərdə tutulmuş qaydada "xxxx" MMMC-nin balansına verilir. 8) Qeyri-yaşayış sahələri üçün nəzərdə tutulan və quraşdırılmaqda olan istilik (kombi) sistemi istifadəyə verildikdən sonra, qeyri-yaşayış sahələrinin aldığı bilavasitə istilik ((kombi) sisteminin istifadəyə verilməsi ilə istilik xidməti tam ayrılmış sayılacaq) xidmətlər və həmin xidmətlərin 1 kvadrat metr üzrə kommunal xərcləri müvafiq hesablamalar əsasında müəyyən ediləcək və xidmət müqaviləsi imzalanacaq, 9) "xxxx" MMMC qeyri-yaşayış sahələri üçün nəzərdə tutulan istilik (kombi) sisteminin quraşdırılması işlərine dəstək verir. -"xxxx" MMC xx.xx.2024-cü il tarixli aktdan görünür ki, vasitesi techiz edilir. Enerji balans hesabatı TYS-nin 0,4 kV-luq paylayıcı qurğusunda quraşdırılmış balansı hesabat sayğacları vasitəsi ilə aparılır. Yaşayış binalarında yerləşən mənzillərə və qeyri-yaşayış sahələrinə "xxxx" ASC tərəfindən elektrik sayğacları quraşdırılmış, abonent kodları açılmış və qeydiyyata alınmışdır. Hesablaşma dövrlərində TYS 0,4 kV-luq paylayıcı qurğusunda quraşdırılmış balans və hesabat sayğaclarının göstəriciləri oxunur, mənzillərin və qeyriyaşayış sahələrinin enerji sərfiyyatları baş sayğaclardan çıxılır, yerdə qalan sərfiyyatın (qalan sərfiyyata texniki itki və ümumi məqsədlər üçün həzərdə tutulmuş su nasosu, lift, işiqlanma, soyutma sistemi, qarajın bir hissəsi aiddir) dəyəri təqdim edilmiş bildirişə əsasən ödənilir. TYS-nin 0,4 kV-luq paylayıcı qurğusunda MMMC üçün bir ədəd paylayıcı lövhə ayrıldığı və MMMC-nin xidmətinə verilməsi nəzərdə tutulan sahələrin (mənzillər, lift, nasosxana, işıqlanma və soyutma sistemi və s) həmin paylayıcı lövhədən qidalandığı və hesabat üçün transformatorun 0,4 kV-luq tərəfdə 73001247 nömrəli balans hesabat sayğacının quraşdırıldığı bildirilmişdir. Lakin, baxış zamanı sözügedən lövhədən qeyriyaşayış sahələrinin də qidalandığı məlum olmuşdur. TYS-nin 0,4 kV-luq paylayıcı qurğusundan çəkilmiş kabel xətləri qarışıq (bəzi yerlərdə yeraltı) çəkildiyi üçün xətlərin təyinatını müəyyən etmək çətinlik yaratmışdır. MMMC-nin xidmətinə verilməsi nəzərdə tutulan sahələrin elektrik təsərrüfatının MMC-nın elektrik təsərrüfatında ayrılması üçün aşağıda qeyd edilənlər tərəfimizdən tövsiyə olunur. MMMC üçün TYS-nin 0,4 kV-luq paylayıcı qurğusundan təleb olunan gücə uyğun kabel xətti çəkilməli, bir ədəd baş paylayıcı lövhə (BPL) quraşdırılmalı, paylayıcı lövhədə, kabel xəttinin girişində yükə uyğun C/t və balans hesabat sayğacı quraşdırılmalı və BPL-dən MMMC-yə məxsus sahələrə (mənzillər, lift, nasosxana, işıqlanma və soyutma sistemi və s) ayrılıqda kabel xətləri çəkilərək elektrik enerjisi ilə təmin olunmalıdır. Elektrik enerjisi sərfiyyatına görə hesablaşmalarda texnoloji itkilərin müəyyən edilməsi üçün hər bir sahə üzrə (mənzillər, lift, nasosxana, işıqlanma və soyutma sistemi və s) elektrik sayğacı quraşdırılmalıdır. - X20 MMC tərəfindən X12 çərçivəsində aparılımş mühəndis araşdırma işlərinə rəydən görünür ki, 25 yanvar 2023-cü il tarixinda X12 Nəsimi 48 MMMC tərəfindən olunmuş müraciət əsasında Bina ldarəetmə Mərkəzi MMC həmin kompleksdə təhvil-təslim işlərini sürətləndirmək məqsədi ilə xx.xx.2023-xx.xx.2023 cü il tarixində həmin kompleksdə mühəndis araşdırma işlərinə başlamışdır Yoxlama zamarı qazanxana, havalandırma, su nasosxanası BİM MMC tərəfindən, lift və elekirik təchizatının yoxlanılması X29 MMC və Elektra MMC tərəfindən həyata keçirilmişdir. Qazanxana və havalandırma bölmələrində apanılmış yoxlama zamanı məlum oldu ki, mövcud şəraitdə qazanxananın və havalandırma sisteminin davamlı işləməsi üçün əlavədə göstərilmiş çatışmazlıqlar aradan qaldırılmalıdır. Əks təqdirdə çox ciddi fəsadlara va maddi ziyana gətirib çıxara bilər. Nasosxana bölməsində aparılmış yoxlama zamam məlum oldu ki,hal-hazırki vəziyyətdə qismən təmirə ehtiyac vardır. İşin davamlılığını və keyfiyyətini təmin etmək məqsədi ilə cədvəlda göstərilən çatışmazlıqlar aradan qaldırılmalıdır. X29 MMC tərəfindən yoxlaması aparılmış Gülüstar Yaşayış kompleksində olan liftlərin bəzilərində qüsurlar aşkarlanmışdır. Elcktra MMC tərəfindən həyata keçirilmiş elektrik təchizatının yoxlanılması zamanı yalnız stabilizatorun torpaqlanmaması aşkar edilmişdir. -07 dekabr 2023-cü il tarixli təhvil-təhsil aktından görünür ki, aşağıda imza edənlər bir tərəfdən X19 şəxsində "xxxx" MMC (VOEN **********, bundan sonra "Sifarişçi"), digər tərəfdən X6 (VOEN **********, bundan sonra "İcraçı") bu aktı imzalamaqla, bu aktı tərtib etdilər ondan ötrü ki, Bakı şəhəri. Nəsimi rayonu, Bülbül pr. 60 ünvanında Sifarişçiyə məxsus olan Mərkəzi Qazanxananın mövsümi təmir işləri üzrə lcraçı tərəfindən 9910.10 manat dəyərində mallar və xidmətlər icra edilmiş va Sifarişçi tərəfindən qəbul olunmuşdur. -“sənədlərin təhvil-təslim edilməsinə” dair xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Nasimi-48" MMMC-nin X7 va "xxxx" MMC-nin X2, bu aktı tərtib etdilər ondan ötrü ki, haqiqətən qeyd olunan tarixdə, aşağıda göstərilən, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül pr. 60 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş kompleksdə, ahali sektorunu isti su və istilik sistemi ilə təchiz edan “Mərkəzi Qazanxana”ya dair sənadləri təhvil-təslim etdilər. -X8 04 mart 2025-ci il tarixli, 40 nömrəli ekspertiza rəyindən görünür ki, Qərardadın birinci sualı üzrə: Rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən ekspertiza tədqiqatına təqdim olunmuş ilkin və əlavə məlumatları, eləcə də baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvanında inşa olunmuş yaşayış kompleksində yerləşən, iddiaçı Nəsimi 48 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin sərəncamında (istifadəsində) olan qazanxananın mövcud istifadə vəziyyətinə uyğun qüsursuz və işlək olduğu müəyyən edilir. Tədqiq olunan qazanxanada, Nəsimi 48 MMMC-nin iddia etdiyi qüsurlar faktiki olaraq yerində müəyyən olunmadı. İddia edilən qüsurlar yalnız birtərəfli tərtib olunmuş 15 avqust 2024-cü il tarixli qüsur aktında və xx.xx.2023-cü il tarixli rəydə əks olunmuşdur. Lakin, tədqiq olunan qazanxanaya dair 2017-ci ildə işçi layihəsinin tərtib edilərək müvafiq qurum tərəfindən texniki şərt verilməsi, 2018-ci ilin ilkin aylarında ekspertizadan keçərək (müsbət rəy) istismara qəbul edilməsi və bu sahədə müvafiq səlahiyyətli qurum olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X5 və X15 Agentliyinin mütəxəssislərinin apardığı yoxlama nəticəsində, qazanxananın istismar olunduğu və qazanxananın texniki sənədlərinin müvafiq qaydaların tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: Yaranmış hər hansı bir qüsurun aradan qaldırılmasının mümkün olub-olmaması və bu qüsurun aradan qaldırlması üçün tələb olunan xərcin müəyyən olunması üçün, ilk növbədə qüsurların mövcudluğu, onların növləri, həcmi və digər zəruri göstəriciləri, o cümlədən smeta (maliyyə xərcləri əks etdirən sənəd, qiymət cədvəli) sənədləri tədqiq edilməlidir. Belə ki, tədqiq olunan qazanxananın işlək vəziyyətdə olduğu, orada qüsurlar aşkar olunmadığı və iddia olunan qüsurlar yalnız birtətfli tərtib olunmuş 15 avqust 2024-cü il tarixli qüsur aktında və xx.xx.2023-cü il tarixli rəydə əks olunduğu müəyyən edilmişdir. Belə olan halda, yaranmış qüsurların aradan qaldırılmasının mümkün olub-olmamasının və həmin qüsurların aradan qaldırlması üçün tələb olunan xərclərin müəyyən olunmasına dair tədqiqat aparılmadı. Qərardadın üçüncü sualı üzrə: Ekspertiza tədqiqatına təqdim olunmuş sənədlərə əsasən, tədqiq olunan qazanxana 2017-ci il tarixdə layihələndirilərək, 2018-ci ildə istismara qəbul edilmiş və 2023-cü ilin oktyabr ayında istismarda olmuşdur. Tədqiq olunan qazanxanada qüsurların yaranmasına dair X20 MMC tərəfindən xx.xx.2023-cü il tarixli rəy və "xxxx" MMC tərəfindən 15 avqust 2024-cü il tarixli qüsur aktı tərtib olunmuşdur. Həmin sənədlərə əsasən, qazanxananın, iddia olunan qüsurların yaranmasına qədər, orta hesabla 5,5 il (beş il, altı ay) ərzində istismarda olduğunu və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 114.3.2-ci maddəsinin tələblərini nəzərə alaraq, qazanxanaya təqribi olaraq illik 10% amortizasiya (köhnəlmə) tətbiq edilməsi nəticəsində, qazanxananın istismar müddətinə görə təqribən 30% nəzərdə tutulur ki, bu da iddiada qeyd olunan qüsurların amortizasiya (köhnəlmə) ilə bağlı olduğunu ehtimal edir. 10.Mülki iş materiallarına 15 avqust 2024-cü il tarixli qüsur aktı, "xxxx" ASC-dən çıxarışlar əlavə edilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 11.Məhkəmə ilk olaraq onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. 12.Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). 13.Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. 14.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 43, 45-ci maddələrinə əsasən, məcəllənin tələblərinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın idarəetmə üsulunu seçmək aiddir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla bilər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən bu Məcəllənin Xİİİ fəslinə uyğun olaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradıldığı hallarda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı öz səlahiyyətlərini mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağına verilməsi barədə qərar qəbul edə bilər. - 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. - 120.5-ci maddəsinə əsasən tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyriyaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. - 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqdan və kommunal xidmətlərə görə haqdan ibarətdir. - 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 15.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın 16.Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 17.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 18.Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. 19.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 20.Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbi: 1) Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvanında yerləşən yaşayış kompleksindəki qazanxananın qüsurlarının aradan qaldırılması üçün “Nəsimi 48 MMMC” tərəfindən ödənilmiş 18492 (on səkkiz min dörd yüz doxsan iki) manat məbləğ"xxxx" MMC-dən tutularaq iddiaçıya verilməsi, 2) qazanxanaya aid sənədlərin (texniki şərtlər haqqında və s.) Cavabdeh tərəfindən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə verilməsindən ibarətdir. 21.Məhkəmə əvvəlki iddia tələbinin “Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvanında yerləşən yaşayış kompleksindəki qazanxananın qüsurlarının Cavabdeh tərəfindən aradan qaldırılaraq "xxxx" MMMC-yə təhvil-təslim edilməsi” ilə bağlı qısa qeyd etməyi zəruri hesab edir ki (sonrakı tələblər üzrə hazırki hüquqi qiymətin verilməsi zəruriliyindən), qazanxananın faktiki istifadəsi və idarə olunması artıq iddiaçı “Nəsimi 48” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən həyata keçirilir. Dövlət qeydiyyatına alındıqdan və fəaliyyətə başladıqdan sonra məhz iddiaçı müxtəlif dövlət qurumlarına müraciət etmiş, texniki vəziyyətin yoxlanılması təşəbbüsünü göstərmiş, sorğular ünvanlamış və hətta ekspertiza tədqiqatları sifariş etmişdir. Bu hərəkətlər bir tərəfdən obyektin onun sərəncamında olduğunu, digər tərəfdən isə məhz iddiaçı tərəfindən ümumi əmlak üzərində faktiki sahiblik və idarəetmə elementlərinin həyata keçirildiyini göstərir. 22.Eyni zamanda nəzərə alınmalıdır ki, əvvəlcə obyekt istismara verilmiş, yalnız bundan sonra iddiaçı öz təşəbbüsü ilə “qüsur aktı” tərtib etmişdir. Bu faktın özü göstərir ki, təhvil prosesi faktiki olaraq baş tutmuş, iddiaçı obyektdən istifadə etməyə başlamış, daha sonra isə istismar dövründə müəyyən çatışmazlıqları qeydə almışdır. Deməli, obyekti cavabdehdən yenidən “təslim etməyi” tələb etmək mövcud vəziyyətə məntiqi cəhətdən uyğun gəlmir, çünki təhvil prosesi artıq başa çatmışdır. 23.Məhkəmə həmçinin onu da qeyd edir ki, işin mübahisəsiz halıdır ki iddiaçı bina sakinlərindən kommunal ödənişlər toplayır və bu vəsait ümumi əmlakın, o cümlədən qazanxananın saxlanılması və cari təmiri üçün nəzərdə tutulmuşdur. Əgər qazanxanada hər hansı texniki problem mövcuddursa, həmin problem məhz bu vəsait hesabına aradan qaldırıla bilər. Bu isə bir daha göstərir ki, iddiaçı yalnız formal olaraq deyil, həm də maliyyə baxımından idarəetməni öz üzərinə götürmüşdür. 24.Bundan başqa, obyektin artıq bir neçə il ərzində fasiləsiz istismar olunması faktı mövcuddur. Bu müddət ərzində sakinlər istilik təchizatından yararlanmış, dövlət orqanları qarşısında məhz iddiaçı məsul tərəf kimi çıxış etmiş, yoxlama aktları və ekspertiza rəyləri onun iştirakı ilə tərtib olunmuşdur. Bu xüsusda, “X8”nin 04 mart 2025-ci il tarixli, 40 nömrəli ekspertiza rəyi xüsusi əhəmiyyət kəsb edir. Rəydə qeyd olunur ki, qazanxana faktiki olaraq istismarda olmuş, işlək vəziyyətdədir, iddia edilən qüsurlar yerində təsdiqlənməmiş, yalnız birtərəfli qaydada tərtib olunmuş aktlarda əksini tapmışdır. Ekspertiza həmçinin müəyyən etmişdir ki, qazanxana 2017-ci ildə layihələndirilmiş, 2018-ci ildə istismara qəbul edilmiş və bütün texniki sənədlər müvafiq qaydalara uyğun olmuşdur. Bu nəticə qazanxananın təhvil verilməsi və istismar olunması faktını əlavə olaraq təsdiq edir. 25.Beləliklə, işin bütün halları birlikdə qiymətləndirildikdə aydın olur ki, qazanxana faktiki olaraq iddiaçının idarəetməsinə keçmiş, təhvil prosesi baş vermiş, ekspertiza rəyi də bu halı təsdiqləmiş və iddiaçının davranışları da həmin vəziyyəti təsdiq etmişdir. 26.Məhkəmə iddia tələbinin “Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvanında yerləşən yaşayış kompleksindəki qazanxananın qüsurlarının aradan qaldırılması üçün “Nəsimi 48 MMMC” tərəfindən ödənilmiş 18.492 (on səkkiz min dörd yüz doxsan iki) manat məbləğ"xxxx" MMC-dən tutularaq iddiaçıya verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfin istinad etdiyi 18.492 (on səkkiz min dörd yüz doxsan iki) manatlıq təmir xərcləri də iş materiallarında yalnız iddiaçının öz təşəbbüsü ilə apardığı işlərin dəyəri kimi təqdim olunmuş, bu məbləğin cavabdehin müqavilə və ya qanundan irəli gələn öhdəliklərinin pozulması nəticəsində yarandığı sübuta yetirilməmişdir. Mülki qanunvericiliyin tələblərinə görə, hər hansı xərclərin digər tərəfdən tələb olunması üçün həmin xərclərin məhz cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində meydana gəldiyi, habelə iddiaçının hüquqlarına birbaşa zərər vurulduğu sübuta yetirilməlidir. Hazırkı işdə isə belə sübutlar təqdim edilməmişdir. 27.Məhkəmə bir daha qeyd edir ki, iddiaçı tərəfindən təqdim olunan sənədlərdə göstərilmiş qazanxananın qüsurları faktiki olaraq yerində müəyyən olunmamışdır. X3 xx.xx.2025-ci il tarixli 40 nömrəli ekspertiza rəyindən görünür ki, qazanxana mövcud vəziyyətinə görə işlək və qüsursuzdur, əvvəllər iddiaçı tərəfindən tərtib olunmuş qüsur aktları və xx.xx.2023-cü il tarixli rəy yalnız birtərəfli hazırlanmış sənədlərdir və müstəqil təsdiqi yoxdur. Ekspertiza həmçinin göstərir ki, qazanxanada zamanla yaranmış iddia edilən qüsurlar, mövcud texniki standartlar və amortizasiya (köhnəlmə) nəzərə alındıqda, qismən təbii istifadə nəticəsində meydana gəlmişdir. 28.Məhkəmə həmçinin onu da qeyd edir ki, Cavabdeh MMC 2023-cü ildə qazanxanada mövcud olan müəyyən çatışmazlıqları özü müəyyən etmiş, həmin təmir və ya dəyişiklikləri həyata keçirmişdir. Cavabdeh həmin vaxt bütün işləri qəbul etmiş və müvafiq sənədləri imzalamışdır. Bundan başqa isə məhkəmə qeyd edir ki, iddiaçı tərəf həmin çoxmənzilli yaşayış binasında 2022-ci ilin sonlarında fəaliyyət başlamış və ilin əvvəllərindən isə kommunal ödənişlər yığmağa başlamışdır. Halbuki bu müddət ərzində sözügedən qazanxanada sonuncu qüsurları cavabdeh tərəfindən aradan qaldırılmışdır. Daha sonra isə bir ilə yaxın müddət keçdikdən sonra, iddiaçı birtərəfli şəkildə xx.xx.2024-cü il tarixli qüsur aktı tərtib edərək, eyni qazanxanada “yeni” çatışmazlıqların mövcud olduğunu iddia etmişdir. 29.Məhkəmə hesab edir ki, bu yanaşma sübut baxımından əsassızdır və məntiqlə ziddiyyət təşkil edir: cavabdeh tərəfindən əvvəllər müəyyən olunmuş və qəbul edilmiş qüsurlar sonradan “yeni” qüsurlar kimi təqdim edilə bilməz. Ekspertiza nəticələri də göstərir ki, qazanxana işlək və texniki baxımdan problemsizdir, iddia edilən qüsurlar yalnız birtərəfli sənədlərdə əks olunmuşdur. 30.Beləliklə, iddiaçı tərəfindən tələb olunan məbləğin ödənilməsinə əsas yoxdur, çünki qazanxana faktiki olaraq işlək vəziyyətdədir, mövcud pozuntular ekspertiza tərəfindən təsdiqlənməyib və iddiaçı tərəfindən sübut olunmayıb. 31.Halbuki, Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 32.Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 33.Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. 34.Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 35.Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. 36.Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. 37.Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 38.Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 39.Göstərilənlərə əsasən məhkəmənin qənaətinə görə işin araşdırılmış halları onu deməyə əsas verir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. 40.Odur ki, məhkəmə iddia tələbinin “Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvanında yerləşən yaşayış kompleksindəki qazanxananın qüsurlarının aradan qaldırılması üçün “Nəsimi 48 MMMC” tərəfindən ödənilmiş 18.492 (on səkkiz min dörd yüz doxsan iki) manat məbləğ"xxxx" MMC-dən tutularaq iddiaçıya verilməsi” hissəsi yuxarıdakı hüquqi mövqeyə görə rədd edilməlidir. 41.Məhkəmə iddianın “qazanxanaya aid sənədlərin verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarından və müvafiq aktlardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvanında yerləşən qazanxanaya aid sənədlər – o cümlədən texniki şərtlər və digər zəruri məlumatlar – Cavabdeh tərəfindən tam şəkildə "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə təqdim edilmişdir. Faktiki olaraq, bu təqdimat aktlarla təsdiqlənmişdir və mülki iş materiallarında mövcuddur. Beləliklə, iddiaçının qazanxanaya aid sənədlərin təkrar verilməsini tələb etməsi hüquqi baxımdan əsaslı sayıla bilməz, çünki sənədlərin verilməsi prosesi artıq başa çatmış, bütün lazımi məlumatlar iddiaçının sərəncamına keçmişdir. Hər hansı əlavə tələb yalnız formal xarakter daşıyır və faktiki vəziyyəti əks etdirmir. Beləliklə məhkəmə hesab edir ki, iddia bu hissədə də rədd edilməlidir. 42.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 43.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 44.Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddiaçı Nəsimi 48 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Cavabdehnə qarşı (Maraqlı şəxs4 İB, "xxxx" ASC, "xxxx" ASC, Azərbaycan Respublikası FHN-nin X11 Görülməsi və X28 Dövlət Agentliyi mübahisə pedmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “qazanxananın qüsurlarının aradan qaldırılması üçün çəkilmiş xərcin və qazanxanaya qarşı aid edilən sənədlərin iddiaçıya verilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. 45.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 46.Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 47.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Nəsimi 48 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Cavabdehnə qarşı (Maraqlı şəxs4 İB, "xxxx" ASC, "xxxx" ASC, Azərbaycan Respublikası FHN-nin X11 Görülməsi və X28 Dövlət Agentliyi mübahisə pedmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “qazanxananın qüsurlarının aradan qaldırılması üçün çəkilmiş xərcin və qazanxanaya qarşı aid edilən sənədlərin iddiaçıya verilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar