Məhkəmə qərarları › İş №e-2(006)-3827/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3827/2022

13.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3827/2022 13.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 80, mənzil 8-də yerləşən, sahəsi 98.12 kv.m təşkil edən 3 otaqlı mənzilin (daşınmaz əmlak) məhv edilməsi və eləcə də dəyərinin tam şəkildə kompensasiya edilməsi məəsləsi səbəbi ilə həmin mənzilə dair ÖM seriyalı 229734 nömrəli Qeydiyyat Vəsiqəsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, öz izahatında bildirmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 17 mart 2018-ci il tarixli 117-M №li əvəzləşdirmə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı şirkət Cavabdeh Qeydiyyat Vəsiqəsi (seriya ÖM №229734) əsasənxüsusi mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti, ev 80, mənzil 8-də yerləşən sahəsi 98.12 kv.m təşkil edən 3 otaqlı mənzili sökülməsinin əvəzinə tikiləcək yeni yaşayış binasında faktiki sahəsinə 20% əlavə edilməklə “A“ blokun 9-cu mərtəbəsində sahəsi 110.4 kv.m olan 26 saylı mənzili cavabdehin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Lakin, İddiaçı MMC ölkədaxili koronavirus pandemiyasının uzun müddət davam ətməsi səbəbi və çoxmərtəbəli binanın tikilməsi nəzərdə tutulan ərazidə yerləşən mənzilə mülkiyyətçilərin pilot-layihə şərtləri ilə və onlara edilən təklifləri ilə razılaşmayaq, tənasübsüz tələblər irəli sürməklə tikintini yubatmışlar. Bir sözlə şirkətdən aslı olmayan səbəblərə görə müqavilə öhdəliklərini icra edə bilməmişlər. Bununla bağlı Cavabdeh məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməməsini əsas gətirərək 180000 (bir yüz səksən min) ABŞ dollarını məbləğində kompensasiya ödənilməsini tələb etmiş, Yasamal Rayon Məhkəməsinin 2(004) - 2128/2020 saylı 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiası təmin edilmişdir. İddiaçı MMC tərəfindən məhkəmə qərarına əsasən 180000 (bir yüz səksən min) ABŞ dollarını məbləğində kompensasiya Cavabdeh ödənilmişdir. Yəni iddiaçı şirkət tərəfindən üzərinə götürdüyü müqavilə öhdəlikləri əvəzləşdirilmişdir. Həmçinin, sözügedən mənzil İddiaçı MMC tərəfindən əvəzdirilərək cavabdehin razılığı ilə şökülərək tamamilə məhv edilmiş və yerində çoxmərtəbəli bina tikilmişdir. Hazırda cavabdehin Cavabdeh Qeydiyyat Vəsiqəsi (seriya ÖM №229734) əsasən xüsusi mülkiyyətində olmuş, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 80, mənzil 8-də yerləşən sahəsi 98.12 kv.m təşkil edən 3 otaqlı daşınmaz əmlak mövcüd deyil (sökülərək tamamilə məhv olmuşdur), yəni sözügedən daşınmaz əmlakın qeydiyyat vəsiqəsinin mövcüd olmayan əmlakla bağlıdır. Belə olan halda əmlak yoxdursa, mülkiyyət hüququda mövcüd deyil, mülkiyyət hüququ olmadığı üçün Qeydiyyat vəsiqəsi ləğv edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən məhkəmə ilə tələb olunan kompensasiya öhdəli vaxtında tam şəkildə ödənilmişdir. Yəni, cavabdehin artıq mövcud olmayan mənzilə dair Qeydiyyat Vəsiqəsinin olması (mülkiyyət hüququ mövcüd olmadığı halda) İddiaçı MMC-nin qarşısına qoyduğu məqsədə (sakinlərin köçürülmə və binanın tikilməsi) çatmasına hüquqi maneələr yaradır. Bu maneələrin aradan qaldırılması üçün cavabdehin məhv olunmuş daşınmaz əmlaka dair Qeydiyyat vəsiqəsi ləğv edilməlidir. Qeyd edilənlərə əsasən, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli Qərarını (bundan sonra-NK qərarı), Azərbaycan Respublikası qanunvericiliyini əsas tutaraq, "Fədək” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra Cəmiyyət) direktor X1 şəxsində və digər tərəfdən o, Cavabdeh 117-M saylı 17 mart 2017-ci il tarixli əvəzləşdirmə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Nəsimi rayon İcra Hakimiyyətinin 23 iyun 2017-ci il tarixli 173 saylı sərəncamına əsasən ”Cəmiyyət” Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti Hənəfi Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan "Mülkiyyətçi"-yə məxsus mənzilin söküntüsünü bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı, 98, 12 kv.metr mənzilin faktiki ölçülmüş sahə üzrə sahəsinə 20% əlavə etməklə 117.74 kv.metr əvəzinə, 2.25 kv.metr güzəşt etməklə 120 kv.metr Vaqif prospektinə baxan bu müqaviləyə əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan plan-çizgiyə uyğun olaraq "A" blok, 9-cu mərtəbə sahəsi 110.4 kv.metr olan 26 saylı mənzili təmirsiz Mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsina götürür. “Mülkiyyətçi"-nin istəyinə uyğun olaraq təmir xərci 1kv.metr 250 manatdan olmaqla cəmi 120x250=30000.0 manat, kirayə haqqını, yaşadığı mənzilin açarını təhvil verdiyi gündən hesablamaqla 24 ay 500 manatdan olmaqla cəmi 24x500- 12000.0 manat, ümumilikdə 42000.0 manat (30000.0+12000.0=42000.0) və ya 24.7 kv.metr sahə (1kv.m 1700 manata bölünərək 42000:1700=24.7 kv.m), eyni zamanda nəzərdə tutulduğu sahədən az sahə verildiyi üçün, yəni 120-110.4=9.6 kv.metr sahə cəmi 24.7+9.6=34.3 kv.metr sahə 118M-A saylı xx.xx.2018-ci il tarixli müqavilədə göstərilən sahə ilə əvəzləşdirilir və onun borc öhdəliyindən çıxılır. Mülkiyyətçinin bu müqavilədə nəzərdə tutulan müddətdə və qaydada mülkiyyətində olan mənzili söküntü üçün Cəmiyyətə təhvil verməyi və tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış 118-M-A saylı müqavilədə göstərilən 34.3 kv.metr sahə ilə əvəzləşdirilən sahə 71.5 kv.metr təşkil edir. Yəni "Mülkiyyətçi” 118-M-A saylı mqavilə üzrə 71.5 kv.metr sahəsi olan mənzil üçün ödəməli olduğu (1 kv.metr üçün 1800 manat olmaqla) 128.700 (yüz iyirmi səkkiz min yeddi yüz) manat məbləğdən 117-M saylı 17 mart 2017-ci İl tarixİi əvəzləşdirmə müqaviləsi üzrə 34.3 kv.metr sqahəsinin dəyərini (61740 (altı min yeddi yüz qırx) manat) çıxdıqdan sonra Cəmiyyətə 66960 (altmış altı min doqquz yüz altmış) manat ödənilməli olan borc məbləği qalır. "Cəmiyyət” müqavilə üzrə öhdəliklərini 24 (iyirmi dörd) ay ərzində, yəni 2020-ci ilin mart ayında bitirib mənzili təhvil verməli olduğu halda, öhdəliklərini yerinə yetirə bilmədiyini, bir aylıq kirayə haqqının məbləğinin 500 (beş civarında ödəməli olduğu borc məbləği mövcuddur. Eyni zamanda mənziİ təhvil verilmədİyi üçün kirayə haqları ödənilməkdə davam edir. "Azərbaycan Respublikası Konstitusiyasının 29.1-ci maddəsinə əsasən, hərkəsin mülkiyyət hüququ vardır. Konstitusiyanın 29.2-cİ maddasinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 29.3-cü maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiasına məhkəmə qaydasında baxılmalı deyildir və işin icraatına xitam verilmələdir. Belə ki, inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 16.3-cü bəndində qeyd olunmuşdur ki, ümumi və ya inzibatiiqtisadi məhkəməyə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. 153.3-cü maddəsinə əsasən işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olması ona göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir; 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddialara baxılır: - 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia). Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında 17 mart 2018-ci il tarixli 117-M №li əvəzləşdirmə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı şirkət Cavabdeh Qeydiyyat Vəsiqəsi (seriya ÖM №229734) əsasənxüsusi mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti, ev 80, mənzil 8-də yerləşən sahəsi 98.12 kv.m təşkil edən 3 otaqlı mənzili sökülməsinin əvəzinə tikiləcək yeni yaşayış binasında faktiki sahəsinə 20% əlavə edilməklə “A“ blokun 9-cu mərtəbəsində sahəsi 110.4 kv.m olan 26 saylı mənzili cavabdehin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Lakin, İddiaçı MMC ölkədaxili koronavirus pandemiyasının uzun müddət davam ətməsi səbəbi və çoxmərtəbəli binanın tikilməsi nəzərdə tutulan ərazidə yerləşən mənzilə mülkiyyətçilərin pilot-layihə şərtləri ilə və onlara edilən təklifləri ilə razılaşmayaq, tənasübsüz tələblər irəli sürməklə tikintini yubatmışlar. Bir sözlə şirkətdən aslı olmayan səbəblərə görə müqavilə öhdəliklərini icra edə bilməmişlər. Bununla bağlı Cavabdeh məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməməsini əsas gətirərək 180000 (bir yüz səksən min) ABŞ dollarını məbləğində kompensasiya ödənilməsini tələb etmiş, Yasamal Rayon Məhkəməsinin 2(004) - 2128/2020 saylı 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiası təmin edilmişdir. İddiaçı MMC tərəfindən məhkəmə qərarına əsasən 180000 (bir yüz səksən min) ABŞ dollarını məbləğində kompensasiya Cavabdeh ödənilmişdir. Yəni iddiaçı şirkət tərəfindən üzərinə götürdüyü müqavilə öhdəlikləri əvəzləşdirilmişdir. Həmçinin, sözügedən mənzil İddiaçı MMC tərəfindən əvəzdirilərək cavabdehin razılığı ilə şökülərək tamamilə məhv edilmiş və yerində çoxmərtəbəli bina tikilmişdir. Hazırda cavabdehin Cavabdeh Qeydiyyat Vəsiqəsi (seriya ÖM №229734) əsasən xüsusi mülkiyyətində olmuş, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 80, mənzil 8-də yerləşən sahəsi 98.12 kv.m təşkil edən 3 otaqlı daşınmaz əmlak mövcüd deyil (sökülərək tamamilə məhv olmuşdur), yəni sözügedən daşınmaz əmlakın qeydiyyat vəsiqəsinin mövcüd olmayan əmlakla bağlıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi inzibati orqan olduğu üçün və qeyd olunan əmlakın məhv edilməsi ilə əlaqədar olan sənədlər inzibati akt olduğu üçün hazırki tələbə ümumi məhkəmələr tərəfindən baxıla bilməz. İddiaçı qeyd olunan “mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsi” tələblə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, daha sonra iddia tələbi ilə müvafiq inzibati-iqtisadi məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.4., 262, 263- 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçınə aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar