Məhkəmə qərarları › İş №e-2(006)-3838/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3838/2023

27.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3838/2023 27.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Tarı̇ kulı̇ yeva Sevı̇ l Müzəffər qızının Bakı şəhəri Nəsimi rayon İcra Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Zaı̇ dov Mı̇ rəzı̇ m Həsən oğluna qarşı "övladlığa götürmənin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Tarı̇ kulı̇ yeva Sevı̇ l Müzəffər qızı cavabdeh Zaı̇ dov Mı̇ rəzı̇ m Həsən oğluna qarşı "övladlığa götürmənin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X4 30 iyul 2006-cü il tarixdə doğulmuşdur. Onun doğum haqqında şəhadətnaməsində uşağın atası iddiaçının deməyinə əsasən yazılmışdır. İddiaçı X11 ilə 01 mart 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Onlar nikaha daxil olduqdan sonra Cavabdeh təklifinə əsasən iddiaçı oğlu Əlirzanın Cavabdeh övladlığa götürülməsinə razılıq vermişdir. İddiaçı Əlirza Tarikuliyevanın Cavabdeh tərəfindən övladlığa götürülməsinə onlar evli olduqlarına görə razılıq vermişdir. Cavabdeh da bu səbəbdən övladlığa götürmə barədə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2016-cı il tarixli, 2(006)-2759/2016 saylı qətnaməsi ilə 30 iyul 2006-cı il təvəllüdlü X2 Mirəzim Həsən oğlunun övladlığına verilməsi, övladlığa götürmə qeyidiyyat şöbəsi tərəfindən akt qeydləri kitabında qeyd edilərkən övladlığa götürülən 30 iyul 2006-cı il təvəllüdlü X1 Zaidov, ata qrafasında Cavabdeh kimi qeyd olunması qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi icra edilmişdir. Lakin iddiaçı ilə cavabdehin ailə münasibətlərində ziddiyyətlər olduğu üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə iddiaçı və Cavabdeh arasında bağlamış nikahın pozulması və X6 iddiaçının yanında qalması qət edilmişdir. Bundan sonra müxtəlif səbəblərdən Cavabdeh Azərbaycan Respublikası Ailə Məcəlləsinin nəzərdə tutulan valideynlik vəzifələrini yerinə yetirmir, bəzi hallarda valideynlik hüquqlarından sui-istifadə edir. Əlirza Zaidovla maraqlanmır. Övladlığa götürmənin ləğv edilməsini Cavabdeh da istəyir. Hazırda onlar arasında heç bir bağ qalmamışdır. Hazırda övladlığa götürmənin ləğv edilməsi oğlunun Əlirzanın da mənafeyinə tam uyğundur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi, uşağı X3 Cavabdeh tərəfindən övladlığa götürülməsinin ləğv edilməsi haqqında qətnamə qəbul qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Daha sonra məhkəmə tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçının oğlu X4 30 iyul 2006-cü il tarixdə doğulmuşdur. Onun doğum haqqında şəhadətnaməsində uşağın atası iddiaçının deməyinə əsasən yazılmışdır. İddiaçı X11 ilə 01 mart 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Onlar nikaha daxil olduqdan sonra Cavabdeh təklifinə əsasən iddiaçı oğlu Əlirzanın Cavabdeh ovladlığa götürülməsinə razılıq vermişdir. İddiaçı Əlirza Tarikuliyevanın Cavabdeh tərəfindən övladlığa götürülməsinə onlar evli olduqlarına görə razılıq vermişdir. Cavabdeh da bu səbəbdən övladlığa götürmə barədə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə 30 iyul 2006-cı il təvəllüdlü X2 Mirəzim Həsən oğlunun övladlığına verilməsi, övladlığa götürmə qeyidiyyat şöbəsi tərəfindən akt qeydləri kitabında qeyd edilərkən övladlığa götürülən 30 iyul 2006-cı il təvəllüdlü X1 Zaidov, ata qrafasında Cavabdeh kimi qeyd olunması qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi icra edilmişdir. Lakin iddiaçı ilə cavabdehin ailə münasibətlərində ziddiyyətlər olduğu üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə iddiaçı və Cavabdeh arasında bağlamış nikahın pozulması və X6 iddiaçının yanında qalması qət edilmişdir. Bundan sonra müxtəlif səbəblərdən Cavabdeh Azərbaycan Respublikası Ailə Məcəlləsinin nəzərdə tutulan valideynlik vəzifələrini yerinə yetirmir, bəzi hallarda valideynlik hüquqlarından sui-istifadə edir. Əlirza Zaidovla maraqlanmır. Övladlığa götürmənin ləğv edilməsini Cavabdeh da istəyir. Hazırda onlar arasında heç bir bağ qalmamışdır. Hazırda övladlığa götürmənin ləğv edilməsi Əlirzanın da mənafeyinə tam uyğundur. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Zaı̇ dov Mı̇ rəzı̇ m Həsən oğlu, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nəsimi rayon İcra Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər.

6. Məhkəmə işə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə, mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

8. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı Tarı̇ kulı̇ yeva Sevı̇ l Müzəffər qızının xx.xx.2006-cı il tarixində X4 adlı oğlu doğulmuşdur. İddiaçı xx.xx.2016-cı il tarixində Zaı̇ dov Mı̇ rəzı̇ m Həsən oğlu ilə rəsmi nikaha daxil olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdeh Zaı̇ dov Mı̇ rəzı̇ m Həsən oğlu tərəfindən X4 övladlığa götürülmüşdür. Daha sonra xx.xx.2023-cü il tarixində tərəflər arasında bağlanmış nikah pozulmuş və X3 anasının yanında qalması qət edilmişdir. Hazırda iddiaçı oğlunun cavabdehlə ata-bala münasibətlərinin pozulmasını iddia edərək, övladlığa götürmənin ləğv edilməsini xahiş etmişdir.

b) Mülki işin materialları:

9. Mülki işin materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixində verilmiş arayışa əsasən xx.xx.2006-cı ildə Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinin doğum haqqında akt qeydləri kitabında X3 doğumu 1866 № ilə qeyd edilmişdir. Doğum tarixi 30 iyul 2006-cı il. Anası İddiaçı, atası X5. Valideynlər arasında nikah olmadığına görə doğum haqqında akt qeydində uşağın atası haqqında məlumat ananın deməsinə əsasən yazılmışdır.

10. Mülki işin materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən 20 may 2016-cı il tarixində verilmiş AZ-İİİ 732696 nömrəli doğum haqqında haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X9 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə 1866 № ilə qeyd edilmişdir, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı oğlu göstərilmişdir.

11. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən 30 iyul 2006-cı ildə Bakı şəhərində doğulmuş X2 Mirəzim Həsən oğlu tərəfindən övladlığa götürülmüşdür. Bu barədə 20 may 2016-cı il tarixdə Nəsimi Rayon Qeydiyyat Şöbəsində 22 №-li övladlığa götürmə haqqında akt qeydi tərtib olunmuş və ona «Zaidov» soyadı, «Əlirza» adı, «Mirəzim oğlu» ata adı verilmişdir.

12. Mülki işin materiallarında olan X9 tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, övladlığa götürmənin ləğv edilməsinə etiraz etmir, həmçinin övladlığa götürmə ləğv edilərkən ona övladlığa götürülən zaman verilmiş ad və soyadının saxlanılmasını xahiş edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Məhkəmə ilk növbədə qeyd edir ki, qanunvericilikdə övladlığa götürmənin ləğv edilməsi ilə bağlı işlərə baxarkən qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakının zəruriliyi nəzərdə tutulmuş, lakin həmin kateqoriya işlərə baxılması zamanı komissiyanın müvafiq rəyinin alınması nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə işin faktiki hallarını araşdıraraq və onlara hüquqi qiymət verərək iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir.

14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 131.1-ci maddəsinə əsasən övladlığa götürmənin ləğv olunması məhkəmə qaydasında həyata keçirilir. Övladlığa götürmənin ləğv olunması barədə işə müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə baxılır (maddə 131.2). Məhkəmənin övladlığa götürmənin ləğv etmək haqqında qətnaməsinin qüvvəyə mindiyi gündən övladlığa götürməyə xitam verilir (maddə 131.3).

15. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən məhkəmə uşağın rəyini nəzərə almaqla onun mənafeyi naminə digər əsaslarla da övladlığa götürməni ləğv edə bilər

16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 125.3-cü maddəsinə əsasəm övladlığa götürülən 10 yaşına çatmış uşağın soyadı, ata adı, habelə öz adı bu Məcəllənin 124.6-cı maddəsində nəzərdə tutulmuş hallardan başqa, yalnız onun razılığı ilə dəyişdirilə bilər. Övladlığa götürülən 7 yaşına çatmış uşağın soyadı, ata adı, habelə öz adının dəyişdirilməsi barədə fikri öyrənilir

17. Həmin Məcəllənin 134.10-cu maddəsinə əsasən isə məhkəmə uşağa övladlığa götürülərkən verilən ad və soyadın saxlanıb-saxlanılmamasını bu Məcəllənin 125.3-cü maddəsi ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla həll edir.

18. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən övladlığa götürülən 10 yaşına çatmış uşağın soyadı, ata adı, habelə öz adı bu Məcəllənin 124.6-cı maddəsində nəzərdə tutulmuş hallardan başqa, yalnız onun razılığı ilə dəyişdirilə bilər. Övladlığa götürülən 7 yaşına çatmış uşağın soyadı, ata adı, habelə öz adının dəyişdirilməsi barədə fikri öyrənilir.

19. Həmin Məcəllənin 135-ci maddəsinə əsasən uşaq yetkinlik yaşına çatdıqda övladlığa götürmənin ləğvinə yol verilmir. Lakin övladlığa götürən, övladlığa götürülən və övladlığa götürülənin valideynləri (valideynlər sağdırsa, valideynlik hüquqlarından məhrum olunmamışdırsa, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməmişdirsə) arasında qarşılıqlı razılığa əsasən övladlığa götürmənin ləğvinə yol verilir.

20. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2006-cı il təvvəllüdlü X4 ögey ata Zaı̇ dov Mı̇ rəzı̇ m Həsən oğlu tərəfindən övladlığa götürülmüş və uşaq övladlığa götürüldükdən sonra ona yeni doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə uşağın ata və ana qrafasında müvafiq dəyişiklik edilərək, ata qrafasında Zaı̇ dov Mı̇ rəzı̇ m Həsən oğlu və ana qrafasında Tarı̇ kulı̇ yeva Sevı̇ l Müzəffər qızı göstərilmişdir.

21. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının anası ilə Zaı̇ dov Mı̇ rəzı̇ m Həsən oğlu arasında rəsmi nikah və ailə münasibətləri pozulmuş, xx.xx.2006-cı il təvvəllüdlü X3 cavabdeh ilə ata-bala münasibətləri pozulmuşdur.

22. Məhkəmə qeyd edir ki, həm iddiaçı, həm övladlığa götürülən övladlığa götürmənin ləğvini istədiyindən, övladlığa götürülən ilə cavabdeh arasında münasibət pozulduğundan, iddiaçı övladlığa götürmənin ləğv edilməsi barədə iddia tələbi irəli sürməkdə tam haqlı olmuşdur.

23. Bu səbəbdən məhkəmə hesab edir ki övladlığa götürmənin ləğv edilməsi qanunvericiliyin tələbləri uyğun olduğundan, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir.

24. Məhkəmə həmçinin hesab edir ki, övladlığa götürmənin dövlət qeydiyyatı Nəsimi Rayon Qeydiyyat Şöbəsində aparıldığından, övladlığa götürmənin ləğv edilməsi həmin qeydiyyat şöbəsində aparılmalıdır.

25. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 131.4-cü maddəsinə əsasən övladlığa götürmənin ləğv olunması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

26. Məhkəmə eyni zamanda hesab edir ki, övladlığa götürmə ləğv edildiyindən, övladlığa götürən valideynlərin uşaq barəsində hüquq və vəzifələrinə xitam verilməli, uşağın əvvəlki valideynlərinin hüquq və vəzifələri, uşaq əvvəlki valideynlərinə qaytarılmalı, həmçinin uşağın əvvəlki adı, soyadı və ata adı da bərpa edilməlidir.

27. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 134.7-ci maddəsinə əsasən məhkəmə övladlığa götürülməni ləğv etdikdə, övladlığa götürülmüş uşağın və övladlığa götürənlərin (onların qohumlarının) qarşılıqlı hüquq və vəzifələrinə xitam verilir. Uşağın mənafeyi bunu tələb edərsə, onunla valideynləri (onun qohumları) arasında qarşılıqlı hüquq və vəzifələr bərpa olunur.

28. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara, övladlığa götürülünənin və övladlığa götürənin ərizələrinə məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)- 2759/2016 saylı qətnaməsi ilə müəyyən edilərək xx.xx.2016-cı il tarixdə Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən X4 barəsində verilmiş övladlığa götürmə haqqında 22 saylı şəhadətnamədəki məlumatlar ləğv edilməli, övladlığa götürmə barədə verilmiş şəhadətnamə etibarsız hesab edilməli və övladlığa götürülənin doğumu haqqında akt qeydində övladlığa götürmədən əvvəl olmuş bütün ilkin məlumatlar bərpa edilməlidir (soyadı istisna olmaqla- övladlığa götürənin ərizəsinə əsasən).

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-2759/2016 saylı qətnaməsi ilə müəyyən edilərək xx.xx.2016-cı il tarixdə Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən X4 barəsində verilmiş övladlığa götürmə haqqında 22 saylı akt qeydindəki məlumatlar ləğv edilsin, övladlığa götürmə barədə verilmiş həmin şəhadətnamə etibarsız hesab edilsin. Övladlığa götürülənin doğumu haqqında akt qeydində övladlığa götürmədən əvvəl olmuş bütün ilkin məlumatlar bərpa edilsin ( soyadı istisna olmaqla) . Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar