Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-39/2025 04.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, 07 may 2012-ci il tarixli, 117 saylı müqavilə ilə Cavabdeh MMC Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli 16 küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 13-cü mərtəbəsində olan, ümumi sahəsi 81,3 və 128,8 kv.m olan, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzilləri İddiaçı təhvil verməyi, sonuncu isə mənzillərin qiymətini “razılaşdırma yolu” şərti ilə müəyyən edilməklə ödəməyi öhdəsinə götürmüşlər. Qeyd olunan mənzillər Cavabdeh MMC tərəfindən müqavilə bağlanıldıqdan sonra İddiaçı təhvil verilmişdir. Mənzil təhvil verildikdən sonra təmir işləri aparılmış, 1 il sonra İddiaçı mənzilə köçmüşdür. İddiaçı 2012-ci ildən qeyd olunan ünvandakı mənzildə ailəsi ilə birlikdə yaşamışdır. Lakin, daha sonra Cavabdeh MMC İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 may 2012-ci il tarixli, 117 saylı müqavilənin ləğv edilməsi, sözügedən ünvanda yerləşən mənzillərin boşaldılması və həmin mənzillərin Cavabdeh MMC-yə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)- 3755/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 07 may 2012-ci il tarixli, 117 saylı müqavilənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok 13-cü mərtəbəsində olan, ümumi sahəsi 81,3 kv.m və 128,8 kv.m olan, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzillərin boşaldılaraq Cavabdeh MMC-yə geri qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2020-ci il tarixli, 2(103)-743/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin olunmamış, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)-3755/2019 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətlərinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2021-ci il tarixli, 2(102)-103/2021 nömrəli qərarı ilə cavabdeh İddiaçı və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2020-ci il tarixli, 2(103)-743/2020 nömrəli qətnaməsi ləğv edilmiş və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 may 2021-ci il tarixli, 2(103)-4298/2021 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı və üçüncü şəxs X1 apellyasiya şikayətləri rədd edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)- 3755/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-5518/2021 saylı qərarı ilə cavabdeh İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 may 2021-ci il tarixli, 2(103)- 4298/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)-3755/2019 nömrəli icra sənədi icra edilmiş, borclu İddiaçı mənzilləri boşaldaraq xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-yə təhvil vermişdir. Lakin ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok 13-cü mərtəbəsində olan, ümumi sahəsi 81,3 kv.m və 128,8 kv.m olan, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzillər Cavabdeh MMC tərəfindən İddiaçı mülkiyyətinə verildiyi üçün İddiaçı tərəfindən mənzildən istifadə, sahiblik və sərəncam hüququna əsasən təmir-bərpa işləri həyata keçirilmişdir. "xxxx" MMC tərəfindən İddiaçı sonuncuya məxsus olan daşınmaz əmlakın təmir xərclərinin müəyyən edilməsi ilə bağlı ƏEM/S 72-494/20 nömrəli, 22 sentyabr 2020-ci il tarixli mütəxəssis rəyi verilmişdir. Belə ki, ƏEM/S 72-494/20 nömrəli, 22 sentyabr 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, İddiaçın tərəfindən Bakı şəhəri, ünvan 2 ünvanınına çəkilmiş təmir xərclərinin dəyəri 210,10 m2 (ümumi sahə) x 550 ,0 (beş yüz əlli) manat/1 kv.metr tikinti-təmir xərci = 115 555,0 (bir yüz on beş min beş yüz əlli beş) manat təşkil edir. Tərəflərindən Cavabdeh MMC-ə pretenziya qaydasında xəbərdarlıq məktubu göndərilərək Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzillərin təmirbərpasının həyata keçirilməsi üçün xərclənilmiş 115 555,0 (bir yüz on beş min beş yüz əlli beş) manat məbləğində pulun 5 (beş) iş günü müddətində İddiaçı ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin cavabdeh tərəfindən heç bir məbləğ ödənilməmişdir. Odur ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzillərin təmir-bərpasının həyata keçirilməsi üçün xərclənilmiş 115555,0 manat məbləğində pulun Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsi barədə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır Belə ki, İddiaçı tərəfindən mənzildə təmir-bərpa işləri sözügedən mənzillər onun mülkiyyətində olduğu zaman aparılmışdır. Lakin daha sonra Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)-3755/2019 nömrəli qətnaməsi ilə sözügedən mənzillərin boşaldılaraq Cavabdeh MMC-yə geri qaytarılması qət edilmişdir. Mənzillərin 07 may 2012-ci il tarixli, 117 saylı müqavilə ilə təhvil verildiyi qaydada Cavabdeh MMC-in mülkiyyətinə geri qaytarılması üçün hüquqi əsas (məhkəmə qətnaməsi) olsa da, aparılmış təmir-bərpa işləri üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, təmir-bərpa işləri üçün xərc İddiaçı tərəfindən ödənilmişdir. Bu nə müqavilədən, nə də məhkəmə qətnaməsindən irəli gələn öhdəlik deyildir. Odur ki, heç bir qanuni əsas və ya müqavilə əsası olmadığından Cavabdeh MMC İddiaçı tərəfindən aparılmış təmir bərpa işlərinin dəyəri qədər, yəni 115555,0 manat məbləğində əsassız varlanmışdır. Göstərilənlərə əsasən Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzillərin təmirbərpasının həyata keçirilməsi üçün xərclənilmiş 115555,0 manat məbləğində pulun, 150 manat məbləğində vəkil xərci, ümumilikdə 115.705 manat məbləğində pulun və 406 manat məbləğində dövlət rüsumunun, Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, əlavə suallara cavab olaraq isə onlar mənzili verərkən mənzilə dair 115.500 manat xərcin çəkilməsinə dair rəyin təqdim edildiyini, baxış zamanı onları evə buraxmadıqlarını, yalnız icraçı, ekspert və özlərinin daxil olduqlarını, yazılan akt ilə razı olmadıqlarını, özlərinin təqdim etdikləri mütəxəssis rəyində evdə olan prosedurların qeyd edildiyini, evin tam təmirli şəkildə icraçının iştirakı ilə sahibinə təqdim edildiyini, iddiaçının məqsədinin əgər müqavilə ləğv olunarsa, bu şəxs evdən çıxarılarsa, gələcəkdə əsassız varlanma ilə bağlı cavabdehi məhkəməyə verərək pul tələb etmək olduğunu, evin tam təmirli və yaşayış üçün yararlı olduğunu, bundan sonra iddiaçıdan mənzilin kirayə verilməsi ilə bağlı pulun tələb edildiyini, Ali Məhkəmənin qərarının qüvvədə saxlandığını, iddiaçının 43 min manat pul ödəməli olduğunu, hətta onlar evin təmirli vəziyyətdə verdiklərini iddia etdiklərini, iddiaçının isə iki mənzili birləşdirib təmir etdiyini, məhkəmənin isə təmirli mənzillə bağlı orta qiymət hesabladığını, cavabdeh tərəfindən ümumiyyətlə heç bir mənzilin təmir olunmadığını, bu evin Şahbaz Şahbazovun təsis payına uyğun olaraq Yaqub bəyə verildiyini, sonuncunun isə təmir edərək yaşadığını bildirmişdir. 4.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. 5.Məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən verilən 22 sentyabr 2020-ci il tarixli, ƏEM/S 72-494/20 nömrəli təmir xərclərinin müəyyən edilməsi barədə mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus olan ünvan 4 ünvanına çəkilmiş təmir xərclərinin dəyəri 22 sentyabr 2020-ci il tarixinə 210.10 kv.m x 550 manat/1 kv.metr tikinti-təmir xərci=115.555 manat təşkil edir. 8.Mülki işin materiallarında olan Cavabdeh MMC (satıcı) və İddiaçı (alıcı) arasında bağlanan 07 may 2012-ci il tarixli, 117 nömrəli müqavilədən görünür ki, bu müqavilənin predmeti satıcının müvafiq sənədləşmələrə əsasən Bakı şəhəri, Y.V.Çəmənzəminli 16 ünvanda tikintisini həyata keçirdiyi çoxmənzilli yaşayış binasındakı mənzillərdən birinin tərəflərin razılaşdığı qiymətlə bu müqavilədə göstərilən şərtlərə uyğun tikilmiş halda alıcıya satmasından, alıcının isə mənzilin dəyərini bu müqaviləyə əlavə edilən ödəniş qrafikinə uyğun müəyyən edilmiş müddətdə ödənilməsindən ibarətdir. 9.Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-361/2024 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-717/2023 saylı, 20 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı Cavabdeh MMC-nin xeyrinə 11000 manat pul tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi ilə isə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-717/2023 saylı, 20 fevral 2023-cü il tarixli qətnaməsi cavabdeh İddiaçı Cavabdeh MMC-nin xeyrinə pul tutulması hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı Cavabdeh MMC-nin xeyrinə 46133,33 manat məbləğində pul tutulmuşdur. 10.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-5518/2021 saylı qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)-3755/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 07 may 2012-ci il tarixli, 117 saylı müqavilənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok 13-cü mərtəbəsində olan, ümumi sahəsi 81,3 kv.m və 128,8 kv.m olan, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzillərin boşaldılaraq Cavabdeh MMCyə geri qaytarılması qət edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli, 2(103)-743/2020 nömrəli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)-3755/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, sözügedən qərarla isə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 11.Mülki işin materiallarında olan AR İN Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Cavabdeh MMC-yə ünvanlanan 17 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin təsisçisi X1 xeyli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırması və xüsusi razılıq tələb olunduğu halda, belə razılıq almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq nəticəsində külli miqdarda gəlir əldə etməsi istintaq zamanı toplanmış mötəbər sübutlarla tam təsdiq olunduğundan, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 213.1-ci və 192.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul olunmuş, lakin o, istintaqdan gizləndiyindən müvafiq qərarı elan etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. 12.Mülki işin materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/84xx-xx/8178 nömrəli ekspert rəyinə əsasən ünvan 6 ünvanında yerləşən mənzildə faktiki olaraq divarlarına divar kağızı, döşəməyə parket, tavanına isə alçipan vurularaq boya ilə rənglənmişdir. Sual üzrə qeyd olunur ki, fotoşəkillərə əsasən tədqiqat aparılmadığından qəraradın 4-cü sualı üzrə tədqiqat aparılmadı. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. 13.Mülki işin materiallarında olan tədqiqat obyektinə baxışın nəticələrinə dair xx.xx.2025-ci il tarixli aktdan görünür ki, ekspert, mütəxəssis, iddiaçının vəkili Nümayəndə1 və icra məmuru Əliyev Cəlaləddin tərəfindən həmin tarixdə ünvana baxış keçirilmiş, müəyyən edilmişdir ki, 2 mənzil birləşdirilmiş (yaxşı təmirli), 1-ci mənzil 116.40, 2-ci mənzil isə 75.2 kv.m Mənzil İmanov Vəlinin mülkiyyətindədir və 2023-cü ildə tam sökülmüş (təmir saxlanmamış, tam yararsız vəziyyətdə) alınmışdır. Bu barədə videogörüntü var. Evdə yenidən təmir-bərpa aparılmışdır. Mənzil alınan zaman tavanı, döşəməsi, divarları, qapıları, bütün elektrik naqilləri, qaz, su boruları hamısı tam sökülərək dağıdılmış, o cümlədən hamam, ayaq yolu, bütün kafel, asma tavanlar sındırılaraq məhv edilmişdir. Mənzilin divarları balta ilə çapılmışdır. Pəncərə və pəncərə altları sökülərək çıxarılmışdır. Mənzil sıfırdan təmir edilmişdir. 14.Mülki işin işin materiallarında olan 2022-ci il tarixli Nərimanov Rayon İcra Şöbəsinin əməkdaşı və bir neçə şəxs (Cavabdeh MMC-nin əməkdaşı Nümayəndə2 da daxil olmaqla) tərəfindən tərtib edilən akta əsasən Nərimanov Rayon Məhkəməsinin 2(005)-3755/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş və ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok, 13-cü mərtəbəsində olan 97 və 98 saylı mənzillər Cavabdeh MMC-yə geri qaytarılmalıdır. Borclu İddiaçı mənzilləri könüllü tam boşaldaraq özünə və ailəsinə məxsus əmlakı və qiymətli əşyalarını götürərək mənzillərin giriş-çıxış qapısının açarlarını təqdim etmiş, icra zamanı tərəflərindən icra hərəkətləri ilə bağlı heç bir narazılıq, şikayət olmamışdır. İcra sənədi tərəflərindən tam icra olunmuşdur. 15.Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Bakı şəhəri 10 saylı Vəkil Bürosuna 151 manat məbləğində xidmət haqqı ödənilmişdir. 16.Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 406 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 17.Mülki işin materiallarında olan fotoşəkillər və flaşkart. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 18.Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanan 07 may 2012-ci il tarixli, 117 nömrəli müqaviləyə əsasən Cavabdeh MMC Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli 16 küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 13-cü mərtəbəsində olan, ümumi sahəsi 81,3 və 128,8 kv.m olan, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzilləri İddiaçı təhvil verməyi, sonuncu isə mənzillərin qiymətini “razılaşdırma yolu” şərti ilə müəyyən edilməklə ödəməyi öhdəsinə götürmüşlər. Müqavilə bağlandıqdan sonra mənzillər iddiaçıya təhvil verilmiş və iddiaçı həmin mənzillərdə təmirbərpa işləri apararaq yaşamağa başlamışdır. Lakin, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)-3755/2019 nömrəli qətnaməsinə əsasən Cavabdeh MMC-nin iddiasının təmin edilməsi və tərəflər arasında bağlanmış 07 may 2012-ci il tarixli, 117 saylı müqavilənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok 13-cü mərtəbəsində olan, ümumi sahəsi 81,3 kv.m və 128,8 kv.m olan, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzillərin boşaldılaraq Cavabdeh MMCyə geri qaytarılması qət edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilərək Cavabdeh MMC-yə geri qaytarılmışdır. 19.Müəyyən edilmişdir ki, sonradan Cavabdeh MMC iddia qaldıraraq İddiaçı sözügedən mənzillərdə yaşadığı müddət dövrü üçün kirayə haqqının ondan tutulmasını tələb etmiş, məhkəmə qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. 20.Hazırda İddiaçı müqavilə əsasında onun mülkiyyətinə verilən mənzillərdə təmirbərpa işlərini apardığını, lakin müvafiq məhkəmə qətnaməsi əsasında mənzilləri Cavabdeh MMC-yə geri qaytardığı üçün təmir-bərpa xərci olaraq ümumilikdə 115.555 manat məbləğində pulun Cavabdeh MMC tərəfindən ona ödənilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 21.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.7-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsassız varlanma halı qeyd edilmişdir; 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1096-cı maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 22.Qanunvericiliyin qeyd olunan müddəalarının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. 23.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 24.Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. 24.Hazırki iş üzrə məhkəmə tərəfindən müəyyən edilən hallardan göründüyü kimi 07 may 2012-ci il tarixli, 117 saylı müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli 16 küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 13-cü mərtəbəsində olan, ümumi sahəsi 81,3 və 128,8 kv.m olan, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzillər İddiaçı təhvil verilmişdir. Bu işin mübahisəsiz halıdır. Mənzillər təhvil verildikdən sonra İddiaçı tərəfindən mülkiyyət hüququ əsasında əsaslı təmir-bərpa işləri aparılaraq mənzillər tam şəkildə təmir edilmişdir. 25.Məhkəmə qeyd edir ki, mənzillərin iddiaçı tərəfindən təmir edilməsi və tam təmirli şəkildə Cavabdeh MMC-yə təhvil verilməsi işin sübuta yetirilmiş halıdır. Belə ki, iş materiallarına əlavə edilən videogörüntülərə baxış zamanı müəyyən edilmişdir ki, icra məmurunun iştirakı ilə mənzil təhvil verilərkən təkcə oradakı qapılar və mebellər sökülmüş, qalan hər bir yer təmirli şəkildə mövcud olmuşdur. Həmçinin, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)-3755/2019 nömrəli icra vərəqəsinin icrasına dair 2022-ci il tarixli aktdan da göründüyü kimi mənzil İddiaçı tərəfindən heç bir maneçilik törədilmədən könüllü şəkildə boşaldılaraq mənzilin giriş-çıxış qapısının açarları təhvil verilmişdir. Həmin aktın tərtibində eyni zamanda Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 da iştirak etmiş və həmin akta heç bir qeyd (təmirsiz, qüsurlu olması, evin mövcud vəziyyəti barədə) edilməmişdir. Başqa bir videogörüntüdə isə mənzilin əvvəlki vəziyyətindən fərqli olaraq dağıdıldığı, tam yararsız vəziyyətə salındığı görünür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin müəyyən edilən halları onu deməyə əsas verir ki, mənzillər iddiaçı tərəfindən təmirli şəkildə cavabdehə təhvil verilmiş, sonradan isə mənzillər yararsız vəziyyətə salınmışdır. Məhkəmə qeyd edir ki, bunun əksini, yəni mənzillərin yararsız vəziyyətə salınmasının mənzillərin iddiaçının mülkiyyətində olduğu dövrdə baş verməsini və mənzillərin yararsız vəziyyətdə cavabdehə təhvil verilməsini sübut etmə vəzifəsi bu halda cavabdehin üzərinə düşməsinə baxmayaraq cavabdeh bu faktı təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Bunun əksinə olaraq tədqiq edilən sübutlar iddiaçının haqlı olmasını göstərir. Məhkəmə onu da qeyd edir ki, mənzillər təhvil verildiyi zaman cavabdehin əməkdaşı da iştirak etmiş, tərtib edilən aktda mənzillərin təmirsiz olması barədə qeyd edilməmiş, əksinə iddiaçı tərəfindən maneçiliyin törədilmədiyi, icra sənədinin tam şəkildə icra edildiyi göstərilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə araşdırması dövründə də bir neçə dəfə evin təmir vəziyyəti ilə bağlı ekspertiza təyin edilmiş, lakin qarşı tərəf ekspertizanın keçirilməsinə şərait yaratmamışdır. Hətta iş materiallarına əlavə edilən tədqiqat obyektinı baxışın nəticələrinə dair aktdan göründüyü kimi hazırda mənzillər başqa şəxsin mülkiyyətindədir və o, mənzilləri 2023-cü ildə aldığı zaman tam sökülmüş, yararsız vəziyyətdə almış və özü yenidən təmir etdirmişdir. Bütün bu qeyd edilənlər iddiaçının iddia tələbinin əsaslı olduğunu göstərir. 26.Bundan əlavə isə məhkəmə qeyd edir ki, hesab etmiş olsaq ki, həqiqətən qeyd edilən mənzil iddiaçı tərəfindən yarasız vəziyyətə gətirilmişdir, bu halın da müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilərək ekspert qarşısında mövcud vəziyyəti barədə bazar qiymətinin müəyyən edilməsi barədə sual qoyulmuşdur. Lakin dəfələrlə ekspertizalar təyin edilsə də, cavabdeh buna şərait yatarmamışdır (halbuki, açarlar cavabdehdə olmuşdur). Yəni etirazda dedikərinin sübuta yetirilməsi üçün cavabdeh hərəkət etməmişdir. Həmçinin, şərait yaratmış olsaydı da belə, həmin mənzil tamda yararsız vəziyyətdə olmamış (fotoşəkillərə əsasən) müəyyən əsas işlər həyata keçirilmişdir ki, (beton, suvaq, kafel , metlax və s.) bunların da müəyyən hazırki bazar dəyəri mövcud olmuşdur. 27.Məhkəmə işin müəyyən edilən hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçı hazırki tələblə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Belə ki, qeyd edildiyi kimi iddiaçı öz vəsaiti hesabına mənzillərdə təmir-bərpa işləri aparmış, lakin sonradan məhkəmə qətnaməsi əsasında mənzillər Cavabdeh MMC-yə tam təmirli şəkildə geri qaytarılaraq təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, mənzillərin Cavabdeh MMC-yə qaytarılması üçün hüquqi əsas, yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmasına baxmayaraq, iddiaçı tərəfindən həmin mənzillərdə təmir-bərpa işlərinin aparılması üçün isə heç bir hüquqi əsas olmamışdır. İddiaçı mənzillərdə təmir işlərini mülkiyyət hüququ əsasında öz vəsaiti hesabına həyata keçirmişdir. Bu isə nə müqavilədən, nə də ki məhkəmə qətnaməsindən irəli gələn öhdəlik olmuşdur. Göründüyü kimi qarşı tərəf, yəni Cavabdeh MMC mənzilləri heç bir qanuni və ya müqavilə əsası olmadan təmirli şəkildə iddiaçıdan təhvil almaqla iddiaçının vəsaiti hesabına əsassız olaraq varlanmışdır. Belə olan halda tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmışdır. Ona görə tərəflər arasında yaranmış münasibətlər əsassız varlanma ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanundan irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları əsasında həll olunmalıdır. 28.Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərindən çıxış edərək hesab edir ki, hazırkı vəziyyətdə cavabdeh iddiaçıya məxsus təmir-bərpa xərcinin əvəzini ona geri qaytarmalıdır. 29.Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 30.Məhkəmə təmir-bərpa xərcinin dəyəri ilə bağlı isə onu qeyd edir ki, cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilmədiyi və iddiaçı tərəfindən təqdim edilən 22 sentyabr 2020-ci il tarixli, ƏEM/S 72-494/20 nömrəli mütəxəssis rəyinin isə mütəbərliliyini, əsaslılığını şübhə altına alan hər hansı bir hal aşkar edilmədiyi üçün həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməli və 115.555 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə bu yerdə onu da qeyd etməyi zəruri hesab edir ki, həmin rəy göründüyü kimi 2020-ci ildə tərtib edilmiş və üzərindən hazırki dövrə qədər 5 ilə yaxın bir müddət keçmişdir. Hazırki vəziyyətdə isə məhkəmə təmir-bərpa xərci kimi tələb edilən 115.555 manat pulun hazırki dövr üçün bazar dəyərinin artmasına münasibətdə az olmasını da nəzərə alır. 31.Məhkəmə daha sonra iddia tələbinin “150 manat vəkil xərci və 406 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması” hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi əsas hissədə təmin edildiyindən və iş materialları əsasında həmin xərclərin iddiaçı tərəfindən ödənilməsi tam sübuta yetirildiyindən hesab edilir ki, həmin tələblər də təmin edilməlidir. 32.Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 33.Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 34.Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 35.Odur ki, Cavabdeh MMC-dən 150 (bir yüz əlli) manat məbləğində vəkil xərci və 406 (dörd yüz altı) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. 36.Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMC-dən Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzillərin təmir-bərpasının həyata keçirilməsi üçün xərclənilmiş 115.555 (yüz on beş min beş yüz əlli beş) manat məbləğində pul, həmçinin 150 (yüz əlli) manat məbləğində vəkil xərci və 406 (dörd yüz altı) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. 37.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 38.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzillərin təmirbərpasının həyata keçirilməsi üçün xərclənilmiş 115.555 (yüz on beş min beş yüz əlli beş) manat məbləğində pul, həmçinin 150 (yüz əlli) manat məbləğində vəkil xərci və 406 (dörd yüz altı) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-39/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-39/2025
04.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver